Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə45/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   133

148 

 



Cavan  şərablar  –  natural  süfrə  şərabları  olub,  növbəti 

məhsul ilinin 1 yanvarınadək realizə edilir

 

Yetişdirilməyən şərablar – cavan şərab kimi hazırlansa da 



növbəti məhsul ilinin 1 yanvarından sonra realizə olunur. 

Yüksək  keyfiyyətli  şərablar  (Tipik  və  yüksək  keyfiyyətli 

şərablar).  Yüksək  keyfiyyətli  şərablar  – üzümün  yetişməsi  üçün 

əlverişli olan illərdə istehsal olunan və keyfiyyətə görə yaxşılaş-

dırılmış  şərablardır.  Yüksək  keyfiyyətli  üzüm  sortlarından  alın-

maqla,  üzümün  regional  yetişdirilməsi  reqlamentləşdirilir.  Üzü-

mün yığımında ciddi nəzarət mütləq olub, xammalın seçimi şəkər 

keyfiyyəti  və  sort  tərkibinə  görə  aparılır. Məhsul  yığıldığı  yerdə 

emal aparılır. 

Şərab ənənəvi və xüsusi texnologiya ilə istehsal olunur. Tex-

nologiyanın  fərqli  xüsusiyyəti  iri  qablarda  (metal  sistern,  yaxud 

palıd çəlləklərdə) yaxud xırda tutumlarda (şüşə butulkalarda) uzun 

müddətli saxlanmasıdır. Bu zaman onların orqanoleptik xüsusiy-

yətləri  əhəmiyyətli  dərəcədə  yüksəlir.  Bu  şərablar  dayanıqlığı, 

yüksək  keyfiyyəti  ilə  səciyyələnməklə  bu  xüsusiyyəti  ilbəil 

saxlayır. Spirtliyi (tündlüyü) azı 10 h% təşkil etməlidir. 

Saxlanıb  yetişdirilmə  müddətindən  və  bu  məqsədlə  istifadə 

olunan tutumlardan asılı olaraq yüksək keyfiyyətli şərablar 3 qrupa 

bölünür: 

 

Yetişdirilən  şərablar  –  mütləq  iri  stasionar  tutumlarda 



yetişdirilən və doldurulmadan əvvəl azı 6 ay butulkada (növbəti 

məhsul ilinin 1 yanvarından hazırlanır) saxlanan şərablardır; 

 

Markalı  şərablar  –  yüksək  keyfiyyətli  olub,  stasionar 



tutumlarda  yetişdirilmə  müddəti  ağ  markalı  süfrə  şərabları  üçün 

azı - 1,5 il, markalı tünd və desert şərablar üçün - 2 il olmalıdır 

(növbəti məhsul ilinin 1 yanvarından hesablanır); 

 



Kolleksiya şərabları – ən yaxşı markalı şərab olub, palıd, 

yaxud  metal  rezervuarlarda  saxlanma  müddəti  başa  çatdıqdan 

sonra, butulkalarda – enotekalarda xüsusi şəraitdə əlavə olaraq azı 

3 il saxlanan şərablardır. 

Müəyyən şərabçılıq regionlarında alınan bəzi şərablar qeyri-



149 

adi  ətir-dad  xüsusiyyətləri  ilə  fərqlənir.  Nəticədə  şərabçılıqda 

«mənşəyinə görə nəzarətli adlanan» xüsusi qrup şərablar fərqlən-

dirilir.  Mənşəyinə  görə  adlanmasına  nəzarət  olunan  şərablara 

orijinal  orqanoleptik  keyfiyyəti  ilə  seçilən  yüksək  keyfiyyətli 

içkilər aiddir. Bu şərabların adlanmasında mütləq istehsal yerinin 

adı,  yəni  üzüm  yığılan  və  şərab  istehsal  olunan  yerin  adı 

göstərilməlidir. Qanunvericiliyə görə bənzər içkilər digər yerlərdə 

istehsal hüququna malik deyildir. 

Spirt və şəkərin  miqdarına görə təsnifat. Rusiya  standart-

larına görə etil spirtinin miqdarına və şəkərə görə şərablar aşağı-

dakı qruplara bölünür (cədvəl 2.8). 

Cədvəl 2.8 

Şəkər və spirtin miqdarına görə təsnifat 

Şərabın qrupu 

Etil spirtinin həcmdə payı, % 

Şəkərin kütlədə payı, 

q/dm



 Təbii: 



Turş 

9-13 


3-qədər 

Xüsusi turş 

14-16 

3-qədər 


Kəmturş 

9-13 


5-25 

Kəmşirin  

9-12 

30-80 


 Xüsusi: 

Turş 


14-20 

15-ə qədər 

Tünd 

17-20 


30-120 

Kəmdesert 

14-16 

50-120 


Desert 

15-17 


140-200 

Likor  


12-16 

210-300 


 

Karbon  qazının  miqdarından  asılı  olaraq  təsnifat. 

Şərabların  başlıca  əlamətlərindən  biri  –  onlarda  karbon  qazının 

miqdarıdır.  Bu  meyara  görə  üzüm  şərabları  iki  böyük  qrupa 

bölünür: sakit - karbon qazına malik olmayan, yaxud az miqdarda 

malik olanlar; oynaq yaxud şipuçi – artıq CO

2

-na malik olanlar. 



CO

2

 artığına malik olan şərablar isə belə bölünür: karbon qazı 



ilə  süni  şəkildə  doydurulmuş  –  qazlaşdırılmış;  ilkin  qıcqırma  ilə 

karbon qazı ilə doydurulmuş – natural oynaq və ikinci qıcqırma 

yolu  ilə  karbon  qazı  ilə  doydurulmuş  –  oynaq;  sonuncu  klassik 



150 

(butulkalarda  qıcqırma)  və  ənənəvi  üsulla  istehsal  olunan 

(hermetik  iri  rezervuarlarda  qıcqırma)  oynaq  şərablar  kimi 

fərqləndirilir. 

Turşuların  miqdarına  görə  də  təsnifat  mövcuddur.  Bu 

baxımdan şərablar fərqləndirilir: 

 

Turşusuz (çox az miqdarda turşuluğa və zəif ifadə olunan 



dada malik olur); 

 



Orta  (nə  az  nə  çox  miqdarda  turşuluğa  malik  olmaqla, 

içkiyə ifadə olunan şərab dadı verir); 

 

Turş və büzücü (çox turş, güclü büzücü dada). 



Onu da qeyd etmək olar ki, şərabın bulanıqlığı qüsur deyil. Bu 

əlamətə görə şərabın təsnifatı belədir: 

 

Bulanıq (zərif bulanıqlığa malik, çətin çökən yaxud əksinə, 



iri bulanıqlar, asanlıqla stəkanın dibinə çökən); 

 



Ölgün (artıq bilinən bulanıqlıqla, parlaqlığı olmayan); 

 



Şəffaf (xüsusi parlaqlıq və işıqla). 

 

2.1.6.2. Q

ə

rbi Avropa 

ölkə

l

ə

ri 

 

 Şərablar haqqında bilgilərə malik olub, onları fərqləndirmək 

üçün ayrı-ayrı ölkələrdə olan təsnifatlardan baş çıxarmaq lazımdır.  

Fransa təsnifatı 

 



AOC  (Appellationad  Origine  Controlle)  –  yerinə, 

mənşəyinə  görə  adlanmasına  nəzarət  olunan  şərablardır.  Coğrafı 

mənşəyi,  üzüm  sortu,  hazırlanma  metodu  həmin  appellasiyon 

(böyük olmayan şərabçılıq ərazisi) üçün qanunla müəyyən olunan 

şərablardır. Origine sözü əvəzinə etiketdə appellasyonun adı dura 

bilər. Məsələn “Appellation Bordeaux Controlee” 

 

VDQS  (Vin  Delimitede  Qualite  superiure)  –  nəzarət 



parametrləri ilə əla keyfiyyətli şərab. Yüksək kateqoriyaya (AOC) 

təqdim olunmasını gözləyən şərab. 

Əla  keyfiyyətli  şərablar  istehsal  zonasına,  istifadə  olunan 

üzüm  sortlarına,  maksimum  məhsuldarlığa,  üzümün  becərilməsi 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə