Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə43/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   133

142 

təsir gücünə malikdir. 

 

 

Şə



kil 2.5. Abqora 

 

 Böyük  alim  və  təbib  İbn  Sina  vaxtilə  şərabdan  müntəzəm 



istifadə  etmiş,  «köhnə  şərab  bədəni  qidalandırır»  deyə  şərab 

içməyi məsləhət görmüş və hətta bəzi xəstəlikləri şərabla müalicə 

etmişdir.  O,  cavanlara  nisbətən  yaşlıların  daha  çox  şərab  qəbul 

etmək  imkanına  malik  olduğunu  və  şərabın  yaşlılara  qüvvət, 

cavanlara isə zəiflik gətirdiyini xüsusi qeyd etmişdir. 

Məşhur  Azərbaycan  alimi  və  təbib  Kafiəddin  Ömər  ibn 

Osman  (XI-XII  əsrlər)  Şamaxının  Məlhəm  kəndində  tibb 

mədrəsəsi və onun nəzdində müalicəxana açmışdı. Burada üzüm 

və  şərabdan,  müxtəlif  xəstəliklərin  müalicəsində  istifadə 

olunmuşdur. Məsələn, qulaq ağrısını müalicə etmək üçün şirin nar 

dənələrini  şərabda  qaynadır  və  həvəndəstədə  yumşalınca 

döydükdən  sonra  alınan  məlhəmi  qulağa  qoyurdular.  Böyrək 

xəstəliyini müalicə etmək üçün isə bişmiş balqabaq, yaxud kökün 

üzüm şirəsi ilə yeyilməsi məsləhət görülürdü. 

Orta əsr mənbələrində göstərilir ki, xəstə insanlar şərabı hər 



143 

gün lakin çox az miqdarda – bir-iki stəkan, bəzən isə daha az yarım 

stəkan,  hətta  bir  qaşıq  mıqdarında  içməlidirlər.  Hər  şey  konkret 

xəstəlikdən və həkimin müəyyən etdiyi müalicə üsulundan asılıdır. 

Respublikamızda  istehsal  olunan  yüksək  keyfiyyətli  desert 

şərablardan  (Azərbaycan,  Qara  çanax,  Mil  və  s.)  indi  də  xalq 

arasında  qanazlığına  və  bir  sıra  digər  xəstəliklərə  qarşı 

müvəffiqiyyətli vasitə kimi istifadə edilir. 

1990-cı  illərdə  ABŞ-da  fransız  paradoksu  adlandırılan 

tədqiqatların  nəticəsi  xalqa  çatdırıldı.  Burada  aparıcı  Amerika 

telejurnalisti  M.Seyferin  “Fransızların  daha  çox  siqaret 

çəkmələrinə, yağlı yeməklər yemələrinə və aerobika ilə pis məşğul 

olmalarına  baxmayaraq,  amerikalılara  nisbətən  2,5  il  çox 

yaşamaları  və  40%  ürək-damar  xəstəliklərinə  az  tutulmalarının 

səbəbi  nədir?”  sualına  Boston  universitetinin  professoru 

R.Elliotun  cavabı  sadə  olmuşdu:  fransızların  uzun  ömürlüyünün 

sirri  –  yemək  zamanı  müntəzəm  şəkildə  qırmızı  şərablardan 

istifadə  etmələridir.  Məlumdur  ki,  həmin  şərabların  tərkibində 

dəyərli  polifenolların  yüksək  miqdarı  qan  damarlarını  və  ürək 

toxumasını  oksidləşdirici  proseslərin  əks  təsirindən  qoruyur. 

Veriliş və sonrakı çoxsaylı nəşrlər fransız paradoksuna və Aralıq 

dənizi  ölkələrinin  qidalanmasına  (pəhrizinə)  canlı  marağa  səbəb 

oldu.  Aralıq  dənizi  ölkələrinin  qidalanmasında  isə  ilk  növbədə 

onların həyat tərzi, fiziki fəallığı, təzə meyvə və tərəvəz, paxlalılar, 

dənlilər,  yağlı  olmayan  süd  məhsulları,  balıq  və  yeməklə  şərab 

qəbulu əsas yer tutmuşdur.  

Təəssüf  ki,  fransız  paradoksu  yalnız  qırmızı  şərabların 

istifadəsinin əlverişli təsirinə əsaslanırdı. Sonralar elm sübüt etdi 

ki,  belə  təsirə  eyni  zamanda  ağ  şərablar  da  malikdir.  Lakin  bu 

proses ağ şərabların biznesinə xeyli əks təsirini göstərmiş oldu.  

Çoxsaylı tədqiqatların nəticəsinə əsasən qeyd etmək olar ki, 

az  miqdarda  şərab  içilməsi  ürək-damar  xəstəlikləri  ilə  yanaşı, 

insult, tromboz, hiporteniya, infarkt, işemiya və başqa xəstəliklərə 

ləngidici təsir göstərir, soyuqlama proseslərinin səviyyəsini aşağı 

salır, arteriyaların genişlənməsini sürətləndirir, xeyirli xolestrolun 



144 

miqdarını  yüksəldir.  Məlum  olmuşdur  ki,  şərabın  təsir  etdiyi 

xəstəliklərin  siyahısı  hələ  tamamlanmamışdır.  Həkimlər  son 

vaxtlar  müəyyən  etmişlər  ki,  qırmızı  şərablar  ağ  ciyərlər  üçün 

xeyirli olub, artıq çəki ilə mübarizədə də ən yaxşı vasitədir. İtaliya 

stomotoloqlarının fikrincə, mötədil miqdarda şərab qəbulu kariyes 

üçün yaxşı antibakterial təsir göstərir. 

Alabama  Universiteti  (ABŞ)  alimlərinin  son  tədqiqatları 

(2007)  göstərir  ki,  qırmızı  şərablarda  olan  maddələr  xərçəng 

riskini  (xüsusilə  kişilərdə)  aradan  qaldırır.  İtaliya  alimləri 

müəyyən etmişlər ki, populyar qırmızı şərablar üçün üzüm sortları 

yüksək  miqdarda  yuxu  hormonu  –  melatominə  malik  olur. 

Missuri Universitetinin alimləri aydınlaşdırmışlar ki, qırmızı şərab 

insanları  bir  çox  xəstəliklərdən,  xüsusən  qida  məhsullarında 

məskunlaşmış xəstəlik törədici bakteriyalardan müdafiə edə bilir.  

Qocalığın qabağını necə almalı sualı insanları çox qədimdən 

düşündürür. İspan alimləri bu suala tədqiqatlarla cavab tapmışlar. 

Onlar gənclik elekseri kimi qırmızı şərabı seçmişlər.  

2010-cu il üçün müəyyən olunmuş müalicəvi və xəstəliklərə 

qarşı  davamlı  beş  qidadan  biri  qırmızı  süfrə  şərabı,  digərləri  isə 

taxıl məhsulları, yağlı balıqlar, soya paxlası və yaşıl çaydır. 

Beynəlxalq  üzüm  və  şərab  təşkilatının  nəznində  “şərab  və 

sağlamlıq”  bölməsi  yaradılmışdır.  Burada  həkimlərin  iştirakı  ilə 

şərabın insan orqanizminə təsirinin öyrənilməsi ilə bağlı çoxşaxəli 

elmi-tədqiqat  proqramı  yerinə  yetrilir.  Hazırda  şərabla  müalicə 

(enoterapiya) dünyada geniş yayılmaqla insanların sağlamlığının 

bərpa olunmasında və onların cavanlaşdırılmasında şərab və şərab 

məhsullarından  istifadə  olunur.  Fransanın  gözəllik  və  şərabla 

müalicə institunda müalicə olunanlara qırmızı şərab vannası və s. 

müalicə üsulları tətbiq olunur. 

 

 

 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə