Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə39/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   133

128 

Cədvəl 2.4 

Adambaşına istehlak (2012-ci ilin məlumatı) 

S/s 


Ölkələr  

Litrlə  


1. 

Lüksemburq  

50,7 

2. 


Fransa 

47,7 


3. 

Portuqaliya 

42,5 

4. 


İtaliya 

37,1 


5. 

Xorvatiya  

34,4 

6. 


Sloveniya  

33,1 


7. 

Danimarka  

32,6 

8. 


Avstriya  

29,7 


9. 

Belçika  

27,8 

10. 


Yunanıstan  

25,6 


11. 

Argentina 

24,4 

12. 


Almaniya  

24,4 


13. 

Avstraliya  

23,5 

14. 


Niderland  

22,8 


15. 

Macarıstan  

21,1 

16. 


İsveçrə  

21,1 


17. 

İspaniya 

19,9 

18. 


Böyük Britaniya  

19,9 


19. 

İrlandiya  

17,5 

20. 


Çexiya  

17,4 


21. 

Çili 


15,5 

22. 


ABŞ 

9,2 


23. 

Rusiya  


7,3 

 

2.1.2. Az

ə

rbaycan

da üzüm

-

şə

rab 

istehsalı və

 

istehlakı

 

 

Mədəni üzümün vətəninin Zaqafqaziya olduğu güman edilir. 



“Bu  ölkə  üzümünün  bolluğuna,  keyfiyyətinə  görə  hətta  qədim 

İran, Babilistan və Yunanıstandan da məşhur idi”- ölkəmiz haq-

qında 2500 il bundan əvvəl deyilmiş bu fikirlər yunan alimi Hero-



129 

dota məxsusdur. Akademik V.L.Komarov vaxtı ilə yazırdı ki, mə-

dəni üzümün mənşəyini yabani üzüm yetişən rayonların ərazisində 

axtarmaq  lazımdır.  Professor  Rəhim  Allahverdiyevin  fikrincə 

“Tənəyin xiyabanlarda  yetişdirilməsi sistemi cır üzümdən istifa-

dəyə ilk addımdır.” Göründüyü kimi cır üzümün və xiyabanların 

geniş yayıldığı ölkəmiz ən qədim üzümçülük ölkələrindəndir.  

Azərbaycan  tarixinin  islama  qədərki  dövrünə  aid  mənbələr 

birmənalı şəkildə təsdiqləyir ki, bu diyarda üzüm həm təzə halda, 

həmdə emal sənayesində istifadə olunmaq məqsədilə becərilmiş-

dir. XIX əsrin ortalarında üzümçülük və şərabçılığın sənaye əsas-

ları ilə inkişafının təməli qoyuldu. Bu işdə Almaniyadan köçürülən 

koloniyaların və rus iş adamlarının müəyyən rolu qeyd oluna bilər. 

Ötən əsrin əvvəllərində isə Azərbaycan şərabı artıq əcnəbi qonaq-

ların  və  tacirlərin  maraq  dairəsinə  düşmüş  nadir  məhsullardan 

sayılırdı.  

Keçən  əsrin  70-ci  illərindən  başlayaraq  üzüm  istehsalı  və 

emalı  Azərbaycanda  yalnız  geniş  sənaye  miqyaslı  inkişaf 

mərhələsinə qədəm qoymuşdur.  

Görülən  işlər  nəticəsində  1984-cü  ildə  respublika  büdcəsi 

gəlirinin 40%-ə yaxını üzümçülük və şərabçılığın hesabına təmin 

edilirdi. Həmin ildə 254-min hektar üzüm bağından 2 milyon 164 

min  ton  üzüm  tədarük  olunmuşdu  (SSRİ-də  istehsal  olunan 

üzümün  30%-i).  Müqayisə  üçün  qeyd  edək  ki,  1969-cu  ildə 

respublikada üzüm istehsalı 272 min ton təşkil etmişdi.  

1980 və 1983-cü illərdə Bakıda şərabçılıq avadanlıqları üzrə 

Beynəlxalq Sərgilərin keçirilməsi və xaricdən gətirilmiş avadan-

lıqların sonra Azərbaycanda saxlanılması, zavodların o dövr üçün 

dünyada  ən  yeni  olan  avadanlıqlarla  təchiz  olunmasına  imkan 

vermişdi. O dövrdə 145 şərabçılıq müəssisəsində 10 mindən çox 

işçi  çalışırdı.  Azərbaycanın  ənənəvi  üzüm  sortları  ilə  yanaşı, 

keçmiş  SSRİ-nin  ayrı-ayrı  respublikalarından  və  dünyanın 

müxtəlif  ölkələrindən  yüksək  keyfiyyətli  və  məhsuldarlığı  ilə 

seçilən  süfrə  və  şərabçılıq  üçün  nəzərdə  tutulmuş  üzüm  sortları 

Azərbaycana  gətirilərək  müvəffəqiyyətlə  istifadə  olunurdu. 



130 

Nəticədə  yüksək  keyfiyyətli  markalı  süfrə  şərabları  –  Mədrəsə, 

Qırmızı  Martuni,  Sadıllı;  portveyn  –  Ağstafa,  Alabaşlı;  desert  – 

Kürdəmir,  Qara-Çanax,  Azərbaycan,  Mil,  Qarabağ,  Şamaxı;  oy-

naq-şampan  (turş  və  kəmturş,  kəmşirin,  bryut,  qızıl  kəmturş)  – 

Azərbaycan  mirvarisi  (Jemçujina  Azerbaydjana);  konyak  – 

Şirvan, Azərbaycan, Moskva, Yubiley, Bakı, Gəncə, Göy-göl və 

s. istehsal olunurdu. Bu şərab və konyaklar nəinki Keçmiş SSRİ-

də, həmçinin ondan kənarlarda da tanınırdı.  

Keçmiş SSRİ rəhbərliyinin 7 may 1985-ci il tarixli «Alkoqo-

lizmə  və  sərxoşluğa  qarşı  mübarizə  tədbirləri  haqqında»  məlum 

qərarından sonra alkoqolizmlə mübarizə pərdəsi altında üzümlük-

lərin və şərab zavodlarının dağıdılmasına başlandı. Onillərlə qaza-

nılmış nailiyyətlər cəmi 2-3 ildə demək olar ki, məhv edildi. Yal-

nız  texniki  sortlardan  ibarət  üzümlüklər  deyil,  keyfiyyətli  süfrə 

üzüm sortlarından ibarət bağlar da kökləndi. 1984-cü illə müqa-

yisədə 2005-ci ildə üzümlüklərin sahəsi 25 dəfədən çox azalmış və 

9,6 min hektar təşkil etmişdir. Buna uyğun olaraq üzüm istehsalı 

da 79,7 min tona düşmüşdü. Nəticədə şərabçılıq sənayesi də böyük 

ziyana məruz qalmış, sahə ilə bağlı 76 müəssisə və 116 ilkin emal 

zavodu dağılmışdı. Bu proseslər şərab və konyak istehsalının da 

kəskin azalmasına səbəb olmuşdur. 

 2002-ci ildə ölkəmizdə «Üzümçülük və şərabçılıq haqqında 

qanun», Regionların sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət 

Proqramı  (2004-2008;  2009-2013;  2014-2018-ci  illər),  «2008-

2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məh-

sulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı»  qəbul  olun-

muşdur.  

Qəbul  olunmuş  qanun  və  Dövlət  proqramları  ölkənin  emal 

sənayesində  başlanmış  sabitləşməyə  doğru  meylin  daha  da 

möhkəmləndirilməsi  və  sahənin  elmi  əsaslarla  qanuni  bazaya 

söykənərək  inkişaf  etdirilməsinə  zəmin  yaratmış  oldu.  Bunların 

nəticəsidir  ki,  2005-ci  ildə  üzüm  və  şərab  istehsalındakı  azalma 

özünün ən son məqamına çatmış və sonrakı illərdə stabil şəkildə 

yüksəlmə meyilləri müşahidə olunmuşdur.  



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə