Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə40/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   133

131 

Ölkə  prezidentinin  15  dekabr  2011-ci  il  tarixli  fərmanı  ilə 

“2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişaf etdiril-

məsinə  dair”  Dövlət  Proqramı  qəbul  edildi.  Həmin  proqrama 

uyğun olaraq Azərbaycanda yaxın gələcəkdə üzümlüklərin 50 min 

hektara,  üzüm  istehsalının  500  min  tona,  şərab  istehsalının  30 

milyon dekalitrə çatdırılması nəzərdə tutulur. 

Ekspertlərin  fikrincə,  ölkənin  daxilində  şərab  istehlakı  1 

milyon dekalitrə yaxındır. Deməli, istehsal olunacaq şərabın qalan 

hissəsi  xarici  bazarlarda  satılmalıdır.  Odur  ki,  Beynəlxalq  təcrü-

bədən  yararlanaraq  keyfiyyətli  məhsul  istehsal  edilməsi,  həmin 

məhsulun  realizəsi  üçün  bazarların  və  destribüterlərin  müəyyən 

olunması, müvafiq şirkətlərlə qarşılıqlı faydaya əsaslanan əlaqələr 

qurulması olduqca vacibdir.  

Bütün bunlar üçün müvafiq Beynəlxalq qurumlarla əməkdaş-

lıq  yaradılmaqla  dünyaya  inteqrasiya  olunmalıdır.  Bu  baxımdan 

ilk hədəf Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OİV) ilə əlaqələr 

yaradılması və ölkəmizin belə nüfuzlu quruma üzvlüyünün təmin 

olunması idi. Aparılan məqsədyönlü siyəsət nəticəsində Azərbay-

can 2013-cü ildə Beynəlxalq Üzüm və Şərab Təşkilatına (OİV) 45-

ci üzv qəbul olundu. İndi Azərbaycan həmin qurum çərçivəsində 

fəal iş aparmaqdadır. 

Hazırda  Azərbaycanda  üzümçülük  və  şərabçılıqla  Abşeron, 

Gəncə-Qazax,  Şəki-Zaqatala,  Lənkəran,  Quba-Xaçmaz,  Aran, 

Yuxarı Qarabağ, Dağlıq Şirvan, Naxçıvan iqtisadi rayonlarında və 

Bakı şəhərində məşğul olurlar. 

Üzümlüklərin  intensiv  salınması  Cəlilabad,  Goranboy, 

Göygöl, Kürdəmir, Lənkəran, Şəmkir, Şamaxı rayonlarında, həm-

çinin  Gəncə-Qazax  bölgəsinin  digər  rayonlarında  müşahidə  olu-

nur.  Burada  əsasən  Fransadan  gətirilən  üzüm  sortları  salınmaq-

dadır. Xüsusilə də Salyan rayonunda inkişaf güclü olmuş, üzüm-

lüklərin ümumi sahəsi 3 min hektara çatdırılmışdır. Üzümçülüyə 

maraq Şirvanın dağlıq hissəsində və bir sıra cənub rayonlarında da 

müşahidə  olunmaqdadır.  Saatlı  rayonunda  ilk  dəfə  üzüm 

becərilməsinə başlanılmışdır.  



132 

2.1.3. 

Üzümün

 t

ə

rkib v

ə

 keyfiyy

ə

ti 

 

Prof.  N.N.Prosteserdov  şərab  və  digər  emal  olunmuş 



məhsullar  alınması  üçün  istifadə  olunan  üzümün  xammal  kimi 

öyrənilməsini uvalogiyanın (UVA - üzüm) predmeti hesab edirdi. 

Uvalogiya  üzümün  mexaniki  tərkib  və  xassələrini,  kimyəvi 

tərkibini,  salxım  və  gilədə  maddələrin  paylanmasını  və  s. 

məsələləri öyrənir. 

Üzüm salxımı slindr, budaqlanmış, qanadlı, konusvari, slindr-

konusvari formalarda ola bilir (şəkil 2.1). 

 

 

Şə



kil 2.1. 

Üzüm salxımı formalarının ə

sas tipl

ə

ri 

1-slindr şəkilli; 2-budaqlanmış; 3-qanadlı; 

4-konusvari;5-slindrik konusvari 

 

Salxımın  uzunluğu  adətən  60-300  mm  arasında  dəyişir. 



Uzunluğu 130-180 mm olan salxımlar orta hesab olunur. Salxımın 

eni minimum 50 mm, maksimum 190 mm ola bilər. Kütləsi 40-

750  q  arasında  dəyişir.  Salxımda  gilələrin  minimum  sayı  30, 



133 

maksimum 500 ədəd olur. 

Üzümün mexaniki tərkibi salxım və gilənin ayrı-ayrı quruluş 

elementlərinin kütləsinin bir-birinə nisbəti ilə xarakterizə olunur. 

Bu elementlər – gilə, daraq, qabıq, lət və toxumdur.  

Mexaniki  tərkib  göstəriciləri  salxımın  kütləsinə  görə  belə 

dəyişir (faizlə): daraq 1-8,5 (orta hesabla 3); qabıq 0,9-24,1 (orta 

7); toxum 0,1-8 (orta 3); lət, şirə ilə 71-95 (orta 87,4).  

Mexaniki tərkibə əsasən xammaldan maksimum şirə çıxımını, 

alınan tullantıların miqdarını, salxımın ayrı-ayrı hissələrinin emal 

prosesində iştirak edib-etməməsini müəyyənləşdirmək olar. 

Üzüm  salxımının  ayrı-ayrı  hissələrinin  kimyəvi  tərkibi  bir-

birindən fərqlənir (cədvəl 2.5). 

 

Cədvəl 2.5 



Üzüm salxımının ayrı-ayrı hissələrinin kimyəvi tərkibi (%-lə)  

Tərkib göstəriciləri 

Daraq  

Qabıq  


Toxum  

Lət  


Su  

55-80  


60-80  

25-50  


60-90  

Azotlu maddələr  

0,7-2,0  

0,8-2,0  

0,8-1,2  

0,2-1,4  

Azotsuz maddələr  

2,1  


20,0  

19,0  


10,2-40,0  

Sellüloza  

5,0  

4,0  


28,0  

çox az  


Kül  

1-2  


0,5-1,0  

1,2-2,9  

0,2-0,6  

Şəkər  


iz  

çox az  


-  

5-32  


Alma turşusu  

0,3  


-  

-  


0,1-1,5  

Şərab turşusu  

iz  

çox az  


-  

0,4-1,0  

Fenol maddələri  

1,2-5,4  

0,5-4,0  

2-8  


iz  

Yağlar  


-  

0,1  


10-24  

0,2-0,5  



 

 

Şərab,  konyak,  brendi  və  s.  içkilər  istehsalında  salxımın 

istifadə  olunan  əsas  hissəsi  gilə  şirəsidir.  Lakin  bu  o  demək 

deyildir  ki,  digər  hissələr  yararsız  olub  tullanmalıdır.  Aparılan 

tədqiqatlar göstərir ki, salxımın ayrı-ayrı  hissələrindən (məsələn, 

daraq,  qabıq,  lətin  bərk  hissəsi)  müxtəlif  içkilər  istehsalında 

istifadə oluna bilər. Zəngin tərkibə malik olmaları onlardan ikinci 

xammal kimi istifadəni də şərtləndirir (cədvəl 2.6). 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə