Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə94/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   90   91   92   93   94   95   96   97   ...   118

 
236 
əmrlər  eşitmələrinə  baxmayaraq,  hərəkət  etməkdə  süstlük  göstərdilər.  Məsələn,  “Sübh  çağı 
Ubna əhalisinə həmlə et.” Ya “sürətlə hərəkət et ki, onlara xəbər çatmamış döyüş meydanına 
yetişəsən”  və  bir  çox  başqa  əmrlər  ki,  o  səriyyədə  onlara  əməl  olunmadı.  Bəziləri  böyük  bir 
ordunun  sərkərdəliyinin  Üsaməyə  tapşırılmasına  irad  tutmağa  başladılar.  Halbuki  onlar, 
Peyğəmbərin  (s)  ordunun  əmirliyini  ona  tapşıraraq  buyurduğunu  görmüşdülər:  “Bu  ordunun 
vilayət və rəyasətini sənə tapşırdım.” Həmçinin görmüşdülər ki, Peyğəmbər qızdırmalı halda 
gəlib bayrağı ona verdi. Amma bütün bunlara baxmayaraq, yenə də ona irad tutmaqdan, tənə 
vurmaqdan usanmadılar. Axırı ki, Peyğəmbər özü irad tutanlara qarşı bərk hirsləndi və başını 
dəstmalla  bağlamış
1
  və  qızdırmadan  əziyyət  çəkdiyi  bir  halda  evdən  çıxdı  ki, onları  bu  xilaf 
işdən  çəkindirsin.  Bu  hadisə  şənbə  günü,  o  həzrətin  vəfatından  isə  iki  gün  əvvəl  baş  verdi. 
Peyğəmbər (s) əsəbi halda onların yanında minbərə qalxdı. Allaha həmd-səna etdikdən sonra 
(necə  ki,  hədis  nəql  edənlər  bu  məsələdə  yekdil  nəzərə  malikdirlər  və  həzrətin  bu  sözləri 
deməsində heç bir şəkk-şübhələri yoxdur) buyurdu: “Ey camaat! Bu nə sözdür ki, mən sizdən 
Üsamənin  sərkərdəliyi  haqqında  eşidirəm?  Əgər  indi  onun  əmirliyinə  irad  tutursunuzsa, 
əvvəllər də atasına tənə vururdunuz. 
«
ابِّ ٌقيلل هدعب نمم هحنْـبا نا حو ةرامملااب ًاقيلحل ناك نا للها ُْيْحا حو
»
 
Allaha 
and olsun ki, o (Üsamənin atası), əmirliyə və sərkərdəliyə layiq idi, necə ki, indi oğlu da bu işə 
layiqdir.”  Sonra  həzrət  onları  hərəkət  etməyə  vadar  etdi.  Ordu  həzrətlə  vidalaşaraq  (bəziləri) 
Curufa  yollandı.  Həzrətin  xəstəliyi  şiddətləndi.  Elə,  hey  buyururdu:  “Üsamənin  ordusunu 
hərbi  sürsatlarla  təchiz  edin.”,  “Üsamənin  ordusunu  yollayın  (getsin)”,  “Üsamənin  ordusunu 
göndərin”. 
Həzrətin  bu  əmrləri  dönə-dönə  buyurmasına  baxmayaraq  onlar  yenə  süstlük  göstərdilər. 
Sonra  Üsamə  yenə  Peyğəmbərin  hüzuruna  qayıtdı.  Peyğəmbər  (s)  ona  getmək  əmrini  verib 
buyurdu:  “Allahın  bərəkət  və  rəhməti  sənə  yar  olsun!”  Üsamə  həzrətlə  vidalaşıb  orduya 
yollandı  və  daha  sonra  Ömər  Əbu  Übeydə  ilə  birgə  Peyğəmbərin  yanına  qayıtdılar.  Onlar 
həzrətin  yanına  çatdıqda,  artıq  Peyğəmbərin  son  dəqiqələrini  yaşadığının  şahidi  idilər  (elə 
həmin  gün  o  həzrət  vəfat  etdi).  Bu  zaman  Üsamənin  ordusu  Mədinəyə  qayıdaraq  bu  səfəri 
tamamilə  ləğv  etmək  qərarına  gəldilər.  Bu  barədə  Əbu  Bəkrlə  söhbət  etdilər,  halbuki 
Peyğəmbərin  bu  işə  olan  təkidini  öz  gözləri  ilə  görmüşdülər.  Əgər  Əbu  Bəkr  olmasaydı, 
onların hamısının nəzəri döyüşdən geri qayıtmaq idi. Əbu Bəkr isə bu işə qol qoymurdu. Elə 
ki, gördülər xəlifə ordunu göndərmək istəyir, Ömər ibn Xəttab onun yanına gələrək, Üsaməni 
çıxarıb  yerinə  başqasını  təyin  etməsini  tələb  etdi.  Halbuki,  Peyğəmbərin  tənə  vuranlara 
müraciət  edərək  buyurduğu  sözlərin  üstündən  o  qədər  də  çox  ötməmişdi.  Bütün  o 
(Peyğəmbərin)  təkidlərdən,  həzrətin  onların  qəlblərindəki  kin  və  küdurəti  yox  etmək  niyyəti 
duyulur. Amma onların qəlblərində isə yenə də kin var idi, belə ki, o həzrətin vəfatından sonra 
Üsamənin çıxarılmasını istədilər. Lakin, xəlifə onun bu işdən azad olunmasına qol qoymayıb 
onların istəyini (ordunun geri döndərilməsi təklifini) rədd etdi.  
Onların  israrı  gücləndikdə  xəlifə  narahat  oldu  və  irəli  sıçrayaraq  Ömərin  saqqalından 
yapışdı
2
  və  dedi:  “Anan  matəmində  otursun,  səni  bir  daha  yer  üzündə  görməsin  ey  Xəttabın 
oğlu! Peyğəmbərin əmir təyin etdiyini, mənə deyirsən ki, (əmirlikdən) çıxarım?” 
Sonra  orduya  hərəkət  əmri  verildi,  halbuki  getmək  istəmirdilər.  Üsamə  min  nəfəri  süvari 
olan  üç min  döyüşçü  ilə  hərəkət  etdi.  Onlardan  bəzilərini  o  vaxt  Peyğəmbər  özü  yaraqlayıb-
                                                 
1
  Bu  səriyyəni  nəql  edən  hədisçilərdən  və  “sirə”  yazanlardan  hər  biri  Üsamənin  əmirliyini  onların  tənə 
vurması  və  Peyğəmbərin  çox  əsəbiləşməsi  və  onları  danlamaq  üçün  (o  vəziyyətdə)  yanlarına  gəlmək 
məcarasını  öz  kitablarında  qeyd  etmişlər.  Həmçinin,  o  həzrətin  bu  barədə  buyurduğu  xütbəni  də  zikr 
etmişlər.  Bu  barədə  İbn  Sədin  “Təbəqat”,  “Sirəyi  Hələbi”  və  “Sirəyi-Zeyni-Dehlan”  və  s.  kitabların 
“Üsamənin səriyyəsi” babına müraciət edə bilərsiniz.  
2
  Hələbi  və  Zeyni-Dehlan  öz  “sirə”  kitablarında  və  İbn  Cərir  Təbəri  “Tarix”in  “11-ci  hicri  ilin  hadisələri” 
babında və digər xəbər yazanlar bunu nəql etmişlər.  


 
237 
yasaqlayıb yola salsa da, Üsamə ilə getmədi. Halbuki Peyğəmbər (s) –Şəhristani öz “Miləl və 
Nihəl” kitabının dördüncü müqəddiməsində yazdığı kimi– buyurmuşdu: “Üsamənin ordusunu 
yaraqlandırın! Allahın nifrini və lənəti olsun Üsamənin ordusundan boyun qaçıranlara!” 
Siz  yaxşı  bilirsiniz  ki,  onlar  bu  işdə  süstlük  göstərməklə  öz  siyasətlərinin  özüllərini 
möhkəmləndirib,  sütunlarını  bərqərar  etməkdən  ötrü  bu  işdən  boyun  qaçırdılar.  Burada  öz 
nəzəriyyələrini  “nəss”ə  boyun  əyməkdən  daha  üstün  saydılar.  Çünki  öz  istəklərini  hifz  edib 
qorumaq onlara sərf edirdi, belə ki, ordudan boyun qaçırmaları ilə orduya bir zərər dəymirdi. 
Amma  Peyğəmbərin  əmrinə  tabe  olub,  o  həzrətin  vəfatından  qabaq  döyüşə  yollansaydılar, 
xilafət əllərindən çıxacaqdı.  
Peyğəmbər  (s)  (atam-anam  ona  fəda  olsun)  onların  Mədinədə  mərkəzləşməsini  istəmirdi, 
belə  ki,  o  həzrətin  arzusu  arxayınlıqla  xilafəti  Əmirəl-möminin  Əli  ibn  Əbu  Talibin  (ə) 
ixtiyarına  qoymaq  idi.  Çünki  onlar  qayıdanadək  xilafət,  artıq  o  həzrətin  əlində  olub,  söz-
söhbət isə yatacaqdı.  
Peyğəmbərin (ə) 17 yaşlı Üsaməni onlara əmir təyin etməsi
1
 isə bəzilərinin yersiz qürurunu 
sındırıb,  mütəkəbbirləri  öz  səhv  yollarından  qaytarmaq,  eləcə  də  gələcəkdə  olan  bir  sıra 
söhbətlərin  kökünü  kəsməkdən  ötrü  idi.  Çünki  ola  bilərdi  ki,  bəzisi  yaşının  çoxluğunu  şüar 
edib başqalarının (yaşca onlardan cavan olanlarının) onlardan irəli keçməsinə icazə verməsin. 
Amma onlar bu mənanı başa düşdüklərindən, Üsamənin əmirliyinə irad tutaraq, Peyğəmbərin 
vəfatına qədər hərəkət etməkdə süstlük göstərdilər və hərəkət etmədilər.  
Gah  döyüşün  ləğvi  və  ordunun  geri  qaytarılması,  gah  da  Üsamənin  vəzifəsindən  azad 
olunmasına dair qərar qəbul etdilər. Sonra isə ordudan bir çoxu boyun qaçırıb, onunla hərəkət 
etmədi.
2
 Beləliklə, “Üsamənin səriyyəsi”ndə beş mətləbin “nəss”ə boyun əymədiyini, eləcə də 
öz  nəzəriyyələrini  (siyasi  məsələlərdə,  ictihad  etməkdə)  Peyğəmbərin  (s)  əmrlərinə  tabe 
olmaqdan üstün saydıqlarının şahidi olursunuz. Vəssalam. 
“Ş” 
                                                 
1
  Əlbəttə,  bəziləri  onun  18,  ya  19  və  ya  20  yaşı  olduğunu  demişlər,  amma  heç  kim  20-dən  çox  olduğunu 
söyləməmişdir.  
2
  Üsamə  “Ubna”ya  həmlə  edib,  evləri  yandırdı,  xurma  ağaclarını  kəsdi,  onların  torpaqlarında  at  çapdı, 
bəzilərini öldürdü, bəzilərini isə əsir tutdu. Üsamə o gün atasının qatilini öldürdü və Allahın lütfü sayəsində 
müsəlmanlardan bir nəfər də olsun, öldürülmədi. Üsamə həmin gün öz atasının atına minmişdi, şüarı isə “Ey 
ümmətin  köməyi!”  (Peyğəmbərin  Bədr  döyüşündəki  şüarı)  idi.  Ələ  keçən  qənimətlərdən  atlılara  iki  səhm, 
piyadalara isə bir səhm (pay) verib, özü üçün də o qədər götürdü. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə