Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə97/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   93   94   95   96   97   98   99   100   ...   118

 
244 
kitabının birinci cildində) “əshabi-əhva” (rəy sahibləri) barəsində danışarkən bu mətləbi doğru 
saymışlar.  O,  bu  qəziyyənin  sonunda  belə  yazır:  “Peyğəmbər  (s)  buyurdu:  O,  ümmətim 
arasında tapılacaq ilk tüğyan edən şəxsdir ki, əgər onu öldürsəydiniz, hətta iki nəfər də olsun 
belə ixtilaf etməyəcəkdi. Bəni-İsrail 72 firqə oldular, bu ümmət isə 73 firqə olacaqdır ki, bir 
firqədən  başqa  onların  hamısı  atəşdədir.”  Buna  oxşar  bir  əhvalatı  “sünən”  yazıçıları  Əlidən 
nəql  etmişlər:
1
  “Qüreyşlilərdən  bir  qrup  Peyğəmbərin  yanına  gələrək  ərz  etdilər  ki,  ey 
Məhəmməd, biz sənin qonşuların və əhdə vəfadarlarınıq. Bizim qullarımızdan bəziləri sənin 
dininə, elminə və mərifətinə rəğbətləri olmayaraq sənin yanına gəlmişlər. Onlar, yalnız bizim 
bağlarda və s. işləməkdən boyun qaçıraraq sənə pənah gətirmişlər. Xahiş edirik ki, onları bizə 
qaytarasan. Peyğəmbər Əbu Bəkrə buyurdu: Nə deyirsən? Əbu Bəkr cavab verdi ki, onlar düz 
deyirlər  və  hər  halda  sənin  qonşularındırlar.  Peyğəmbərin  mübarək  üzünün  rəngi  dəyişdi. 
Üzünü  Ömərə  tutub  buyurdu:  Sən  nə  deyirsən?  Ömər  də  Əbu  Bəkrin  söylədiklərini 
təsdiqlədikdə, Peyğəmbərin çöhrəsi tutuldu. Həzrət buyurdu: Allaha and olsun ki, Allah elə bir 
şəxsi  sizinlə  (qüreyşlilərlə)  döyüşə  göndərəcəkdir  ki,  onun  qəlbi  imanla  doludur.  O,  din 
uğrunda sizinlə döyüşəcəkdir. Əbu Bəkr dedi: Ey Allahın rəsulu, o şəxs mənəmmi? Buyurdu 
ki,  yox.  Ömər  soruşdu  ki,  mənəmmi? Buyurdu:  Yox.  O,  başmaq  yamayan  şəxsdir.  O  zaman 
Peyğəmbər öz başmaqlarını yamaq vurmaq üçün Əliyə (ə) vermişdi.” Vəssalam. 
“Ş” 
                                                 
1
  İmam  Əhməd  “Müsnəd”in  1-ci  cildinin  155-ci  səhifəsində  (axırlarda),  Səid  ibn  Mənsur  öz  “Sünən”ində, 
İbn  Cərir  “Təhzibül-Asar”ında,  Müttəqi  Hindi  “Kənzül-Ümmalın”  6-cı  cildinin  396-cı  səhifəsində  bütün 
bunları (yuxarıda adları sayılanlardan) nəql etmiş və onu doğru hesab etmişlər.  


 
245 
DOĞSAN BEŞİNCİ MƏKTUB 
26 Rəbiül-Əvvəl 1330 
“Mariqi”nin öldürülməsinin yozumu. 
 
Ola  bilər  ki,  Əbu  Bəkrlə  Ömər  Peyğəmbərin  əmrindən  qətlin  müstəhəb  olmasını  başa 
düşmüşlər, vacib yox. Buna görə də onu öldürməmişlər. Ola da bilər ki, onun qətlini “vacibi-
kifayi”  hesab  etdiklərindən  fikirləşmişlər  ki,  başqa  əshab  bu  işi  görəcək  (beləliklə  də,  vacib 
hökmü hamının boynundan düşəcək). Qayıdan zaman isə onun qaça biləcəyindən və bununla 
da Peyğəmbərin əmrinin (sözü)  yerdə qalacağından qorxmurdular. Çünki o kişiyə məcaranın 
nə yerdə olduğunu xəbər verməmişdilər. Vəssalam. 
“S” 


 
246 
DOĞSAN ALTINCI MƏKTUB 
29 Rəbiül-Əvvəl 1330 
Bu yozuma cavab.  
 
“Vücub”  (vacib  hökm)  həmişə  əmrin  həqiqətində  qorunur  və  əmr  olan  yerdə  vücubdan 
başqa  bir  şey  zehnə  gəlmir.  Beləliklə,  əmri  (qərinəsiz,  şahidsiz  olaraq)  müstəhəbə  yozmaq 
səhih  deyildir.  Bizim  haqqında  bəhs  etdiyimiz  mövzuda  (müstəhəbə  yozulma)  isə  heç  bir 
qərinə mövcud deyidir və əksinə, həqiqi mənanı (yəni vücubu) təkidlə çatdıran bir neçə qərinə 
vardır. Lütfən, bu hədislərə diqqət yetirsəniz, o zaman bizim dediklərimizi təsdiqləyəcəksiniz. 
Vücubun  istinbatanı  (şahid)  bu  cümləyə  diqqət  yetirməklə  başa  düşə  bilərik:  “O  şəxsin 
tərəfdarları  Quran  oxuyurlar,  amma  Quran  onların  qəlblərinə  təsir  etməmişdir.  Onlar 
kamandan  çıxan  ox  kimi  dindən  çıxacaq  və  bir  daha  qayıtmayacaqlar.  Onları  öldürün,  onlar 
yer  üzünün  ən  pis  məxluqlarıdır.”  Və  “Əgər  o  şəxs  öldürülsə  idi,  ümmətimdən  iki  nəfər  də 
olsun belə ixtilaf etməzdi” və başqa qərinələr, yalnız qətlin vacibliyinə dəlalət edir. 
Əgər  Əhmədin  “Müsnəd”ində  gəlmiş  hədisə  müraciət  etsən,  görəcəksən  ki,  qətl  əvvəl 
yalnız Əbu Bəkrə əmr olunmuşdu, sonra isə Ömərə. Belə olan surətdə, vücub necə kifayi ola 
bilər?  Bundan  əlavə,  o  hədislər  aşkar  surətdə  o  iki  nəfərin  həmin  şəxsi  namaz  halında 
öldürməkdən xoşlanmadıqlarını nişan verir. Deməli, o həzrətin əmrinə əks olaraq öz istəklərini 
üstün sanmışlar. 
Beləliklə,  gördüyünüz  kimi,  bu  fakt  öz  rəylərini  “nəss”dən  üstün  sayanların  rəftarını 
bildirən aydın şahiddir. Vəssalam. 
“Ş” 


 
247 
DOĞSAN YEDDİNCİ MƏKTUB 
30 Rəbiül-Əvvəl 1330 
Bütün halların istənilməsi. 
 
Səndən xahiş edirəm ki, bütün bu halları mənə yazıb göndərəsən. Daha heç birini də qoyma 
ki,  bir  də  səndən  xahiş  edim.  Hamısını  yaz!  Hətta  məktubun  çox  uzun  olsa  belə,  yaz. 
Vəssalam. 
“S” 


 
248 
DOĞSAN SƏKKİZİNCİ MƏKTUB 
3 Rəbiüs-Sani 1330 
1. Hallardan bir hissəsi. 
2. Başqa hallara işarə. 
 
1. Təkcə aşağıdakı hallara diqqət yetirsən, sənin üçün kifayət edər: “Hüdeybiyyə sülhünün 
cərəyanı; Hüneyn döyüşünün qənimətləri; Bədr əsirlərindən fidyə
1
 alınması; Təbuk döyüşündə 
aclıq  üz  verən  zaman  həzrətin  bəzi dəvələri  kəsmək  barəsindəki əmri;  Ühüd  döyüşündə  olan 
bəzi  hərəkətlər;  Əbu  Hüreyrənin  Allaha  inanan  adamın  cənnətə  getməsini  (uca  səslə) 
müjdələdiyi günün cərəyanı; münafiqə namaz qılmaq və sədəqələrdə tənə gününün macərası; 
onların  söyüşlə  sual  etməsi;  iki  xüms  və  zəkat  ayəsinin  təvili;  təməttö  həcci  və  müvəqqəti 
evlənməyə  dair  iki  ayənin  təvili;  təlaq  ayəsinin  yozumu,  keyfiyyət  və  kəmiyyət  baxımından 
Ramazan  ayının  nafilələri  (müstəhəb  namazları) barəsində  varid  olmuş  rəvayətlərin  yozumu; 
azanın keyfiyyətinə (yəni, “həyyə əla xeyril əməl”in azandan götürülməsi); meyit namazında 
təkbirlərin  sayına  dəxalət  etmək;  Hatib  ibn  Bəltəənin  cərəyanındakı  qarışıqlıq;  Peyğəmbərin 
“İbrahim məqamı”nda əncam verdiyi işlərə qarşı çıxma; bəzi müsəlmanların evinin məscidə 
qatılması;  Əbu  Xərraş  Həzəlinin  diyəsinin  ödənilməsində  yəmənlilərin  ziyanına  verilmiş 
hökm;  Nəsr  ibn  Həccac  Səlminin  sürgün  olunması;  Cödə  ibn  Süleymə  hədd  (şallaq) 
vurulması;
2
  İraqın  ərazilərinə  bac-xərac  qoyulması,  cizyə  alınmasının  keyfiyyəti  (necəliyi); 
“şura” məsələsi; camaatın vəziyyətilə xəbərdar olmaq üçün gecə gəzintiləri; gündüzlər təftiş 
və axtarış aparılması; vaciblərin tətil olunması və s. kimi hallarda “nəss”ə tabe olmaq əvəzinə 
ümumi  məsləhəti  (əlbəttə,  öz  nəzərlərinə  görə)  üstün  tutmuşlar.  Biz  “Səbilül-muminin”  adlı 
kitabımızda bu məsələlərə aid xüsusi bab (fəsil) ayırmışıq.
3
 
2.  Eləcə  də  Əlinin  (ə)  xilafəti  və  Rəsuli-əkrəmin  pak  Əhli-beyti  barəsində  olan 
“nəss”lərdən əlavə də ayrı “nəss”lər mövcuddur ki, onlara əməl olunmamış və hətta düz onun 
əksinə əməl etmişlər (ki, təhqiqatçıların onlardan xəbəri vardır). Beləliklə, xilafət “nəss”lərini 
də  dəyişdirmək  heç  də  təəccüblü  deyil.  Məgər  bu  hədislər,  dəyişdirilən  digər  hədislərdən 
sayıla bilməz? Onlar bütün hallarda üstünlüyü öz şəxsi maraqlarına vermişlər. Vəssalam. 
“Ş” 
                                                 
1
 Fidyə – yəni, bir şey verərək, müqabilində öz canını əsirlikdən xilas etmə. 
2
  İbn  Sədin  “Təbəqat”  kitabında  Ömərin  tərcümeyi-halına  baxsan,  görəcəksən  ki,  o,  Cödəyə  şahidsiz-
sübutsuz hədd vurdurdu. Yalnız buna xatir ki, əlinə bir vərəq düşmüşdü və orada naməlum bir şair Cödəni 
pis işlər görməkdə ittiham etmişdi. 
3
 Əgər “Səbilül-muminin” kitabını əldə edə bilməsən “Füsulul-mühimmə” kitabını əldən verməyin ki, orada 
heç  bir  kitabda  olmayan  çoxlu  həqiqətlər  vardır.  Biz  həmin  kitabda  nəssləri  təvil  edənlər  (dəyişənlər) 
barəsində bir fəsil ayırmışıq ki, kitabın 2-ci çapının 44-130-cu səhifələrindəki 8-ci fəsildir. Bu halların geniş 
izahını orada gətirmişik. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə