Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə98/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   94   95   96   97   98   99   100   101   ...   118

 
249 
DOĞSAN DOQQUZUNCU MƏKTUB 
5 Rəbiüs-Sani 1330 
1. Onlar bütün (saydığınız) hallarda ümumun məsləhətini üstün bilmişlər. 
2. Başqa halların istənilməsi. 
 
1. Heç bir ağıllı şəxs onların məqsədlərinin hüsnü haqqında şəkk etmir, saydığınız bütün bu 
hallarda  onların  ümumun  mənafeyini  nəzərdə  tutmaları  məlumdur.  Çünki  onlar  ümmət  üçün 
elə  bir  şərait  yaratmaq  istəyirdilər  ki,  məsləhətlərinə  görə  olsun  və  müsəlmanların  qüdrəti 
günbəgün  artsın.  Beləliklə,  gördükləri  bütün  işlərdə,  (istər  “nəss”ə  tabe  olsunlar,  ya 
olmasınlar) onlara eyib tutmaq olmaz.
1
 
2. Biz sizdən onların “nəss”ə tabe olmadıqları bütün halları yazmağınızı xahiş etmişdik. Siz 
isə  bir  qədər  yazdıqdan  sonra  “İmam  və  pak  Əhli-beyt  haqqında  bəzi  nəslər  (xilafət 
“nəss”indən  əlavə)  vardır  ki,  keçmiş  sələflər  ona  əməl  etməmişlər”  –  buyurmaqla 
kifayətlənmisiniz.  Kaş,  onların  hamısını  yazaydın  ki,  bir  daha  səndən  onları  yazmağı  xahiş 
etməyəydim. Vəssalam. 
“S” 
                                                 
1
  İlahi,  sən  özün  bizim  fəryadımızı  eşit!  Biz  elə  1400  ildir  fəryad  edirik  ki,  onlar  Allah  və  Peyğəmbərin 
əmrlərinə  tabe  olmayıb,  öz  məsləhət  bildiklərini  icra  etmişlər.  Axı  nə  vaxt  Allah  və  peyğəmbəri  onları 
özlərinə məsləhçi seçmişdir?! Halbuki əshab arasında elə şəxsiyyətlər var idi ki, məsləhət verməyə onlardan 
qat-qat layiq idilər! red. 


 
250 
YÜZÜNCÜ MƏKTUB 
8 Rəbiüs-Sani 1330 
1. Bəhsin ətrafından xaric olma. 
2. Xahişin yerinə yetirilməsi. 
 
1.  Bizə  gəlib  çatmış  “nəss”lərin  onlar  tərəfindən  dəyişdirilməsini  qəbul  etdiniz. 
Əlhəmdulillah  ki,  dediklərimizi  təsdiq  etdiniz.  Bildiyiniz  kimi  onların  ümmətin  səlahı 
(məsləhəti)  üçün  çalışması,  İslamın  əzəmət  və  şövkətinin  möhkəmləndirilməsi  üçün  səyləri 
bizim  söhbətimizin  mövzusu  deyildir.  Çünki  söhbətimiz  onların  Peyğəmbərin  (s) 
buyuruqlarına  tabe  olub-olmamaları  barədə  idi  və  tabe  olmamaqlarının  səbəbi  barədə 
danışmırdı. 
2.  Axırıncı  məktubunda  məndən  Əli  (ə)  haqqında  imamətə  aid  olmayan  və  əshabın  əməl 
etmədikləri səhih nəssləri göstərməyimi istəmişdin. Halbuki sən özün o zamanın xəbərlərinin, 
eləcə  də  “sünnələr”in  rəhbər  və  imamısan,  o  xəbərləri  ətraflı  mütaliə  etmişsən  və  sənin 
onlardan  xəbərsiz  olduğunu  fikirləşmirəm.  Kim  bu  hədisləri  başa  düşməkdə  özünü  sizdən 
üstün hesab edə bilər?! Görəsən, sünnə əhli içərisində sizə tay bir adam varmı? Yox, heç vaxt! 
Beləliklə,  sizin  bu  xahişiniz  şairin  “Bir  çox  sual  edənlər  (soruşanlar)  vardır  ki,  özləri 
mətləbə agahdırlar” – beytinə bənzəyir. 
Səhabədən  bir  çoxunun  Əliyə  kin  bəsləyərək  onunla  düşmən  olmasını  yaxşı  bilirsiniz. 
Beləliklə,  ondan  ayrılmaları,  ona  əziyyət  etmələri,  nalayiq  söyüşlərlə,  təhqir  etmələri, 
haqqında  zülmləri,  onu  pisləməyi  özlərinə  vacib  bilmələri,  onunla  döyüşləri,  onun,  Əhli-
beytinin və dostlarının müqabilində qılıncla dayanmaları tarixin acı həqiqətlərindəndir. Tarix 
dediklərimizə aşkar dəlildir. Halbuki, Peyğəmbər buyurmuşdu: “Mənə itaət edən Allaha itaət 
etmiş,  itaətimdən  çıxan  isə,  Allahın  itaətindən  boyun  qaçırmışdır,  Əliyə  itaət  edən  isə  mənə 
itaət  etmiş,  onun  fərmanına  boyun  əyməyən  mənim  fərmanıma  boyun  əyməmişdir.”  Yenə 
buyurmuşdu: “Məndən ayrılan Allahdan ayrılmış, Əlidən ayrılan isə məndən ayrılmışdır.” O 
həzrət  başqa  bir  yerdə  belə  buyurmuşdu:  “Ey  Əli,  sən  həm  bu  dünyada,  həm  də  axirətdə 
seyyid  və  ağasan.  Sənin  dostun  mənim  dostum,  mənim  dostum  da  Allahın  dostudur.  Sənin 
düşmənin  mənim  düşmənim,  mənim  düşmənim  isə  Allahın  düşmənidir.  Vay  olsun  məndən 
sonra  sənə  qəzəblənən  şəxsin  halına!”  Peyğəmbər  buyurmuşdur:  “Əlini  söyən  məni,  məni 
söyən  isə  Allahı  söymüşdür.”  O  həzrət  yenə  də  buyurmuşdur:  “Əliyə  əziyyət  edən  mənə 
əziyyət  etmiş,  mənə  əziyyət  edən  isə  Allaha  əziyyət  etmişdir.”  Başqa  bir  yerdə  yenə 
buyurmuşdur: “Əlini sevən məni sevmiş, ona qəzəblənən isə mənə qəzəblənmişdir.” Allahın 
elçisi  belə  də  buyurmuşdur:  “Ey  Əli,  mömindən  savayı  heç  kəs  səni  sevməz,  münafiqdən 
başqası  da  qəlbində  sənə  kin  bəsləməz.”  Yenə  də  buyurmuşdur:  “İlahi,  onu  sevəni  sev,  ona 
düşmən olana düşmən ol. Ona kömək edənə kömək ol, onu xar, zəlil etmək istəyəni isə zəlil 
et!”  Bir  gün  Peyğəmbər  (s)  Əli,  Fatimə,  Həsən  və  Hüseynə  baxaraq  belə  buyurdu:  “Sizinlə 
sülh  və  barışıqda  olanla  sülhdəyəm,  sizinlə  mübarizə  edənlə  isə  mübarizədəyəm.”  Əbanı 
onların  üstünə  saldığı  zaman  isə  belə  buyurdu:  “Onlara  mübarizəyə  qalxanla  mübarizədə, 
sülhdə olanla sülhdə, düşmən olanla isə düşmənəm.” 
Bir çox belə hədislər mövcuddur ki, səhabə nəinki onlara əməl etməmiş, hətta onun ziddinə 
səy  göstərərək,  öz  həvayi-nəfslərini  bu  hədislərdən  üstün  saymış,  qərəzli  hərəkət  etmişlər. 
Həqiqətdən  xəbərdar  olanlar  yaxşı  bilirlər  ki,  Əlinin  (ə)  fəzilətləri  haqqında  varid  olmuş 
hədislər (ki, yüzlərlədir) onunla dostluğu (onu sevmək) vacib, onunla düşmənçiliyi isə haram 
sayır. Bu hədislərdən hər biri o həzrətin Allah və onun peyğəmbəri yanında nə qədər yüksək 
və  ali  məqama  malik  olduğunu  göstərir.  Biz  keçmiş  məktublarımızda  onların  (o  həzrətin 


 
251 
fəzilətlərinin)  bəzilərinə  işarə  etmişdik,  amma  demədiklərimiz  söylədiklərimizdən  olduqca 
çoxdur.  Siz  ki,  əlhəmdülillah,  hədis  və  sünnədən  xəbərdar  olan  bir  adamsız.  Bzünüz  deyin 
hansı hədis və xəbər o cənabla mübarizə etməyə və ya ona söyüş söyməyə dəvət edir? Hansı 
bir  hədis  o  həzrətə  əziyyət  vermək,  onun  kinini  qəlbə  salıb,  (onunla)  düşmənçilik  etməklə 
müvafiqdir?  Hansı  bir  hədis  hökm  edir  ki,  o  həzrətin  hüquqları  qəsb  olunub,  ona  zülm 
olunsun, minbərlərdə, cümə və bayram namazlarında o həzrəti söymək savab sayılsın? Hansı?! 
Yoxdur, belə bir hədis əsla yoxdur.  
Amma  bu  cür  xilaf  işlərə  əl  atanlar  isə  nə  bu  hədislərin  çoxluğuna,  nə  də  təvatür  halına 
əhəmiyyət  verirdilər  və  bu  “nəss”lərin  heç  biri  onların  siyasətlərinin  tələbinə  mane  ola 
bilmirdi.  Onlar  yaxşı  bilirdilər  ki,  Əli  Peyğəmbərin  qardaşı,  vəlisi,  varisi  və  sirdaşı  idi.  Əli 
Peyğəmbərin  Əhli-beytinin  seyyidi  və  ağası,  ümmətinin  Harunu,  o  həzrətin  ciyər-parəsinin 
(Fatimə  (ə))  həyat  yoldaşı,  Peyğəmbərin  zürriyyəsinin  atası,  İslamı  qəbul  edən  ilk  şəxs, 
imanda  hamıdan  ixlaslı,  hamıdan  elmli,  əməldə  hamıdan  üstün,  hamıdan  helmli,  yəqini 
hamıdan  çox  olan  şəxsdir.  O  cənab  hamıdan  artıq  əziyyət  çəkmiş,  həmişə  də  imtahanlardan 
üzüağ  çıxmışdır.  O  həzrətin  fəzli,  üstünlüyü  hamıdan  çox,  keçmişi  hamıdan  parlaq  və  əziz, 
İslamı  hamıdan  yaxşı  başa  düşən,  bütün  müsəlmanlardan  –hidayətdə,  əxlaqda,  rəftarda–  ən 
üstün, Peyğəmbərə hamıdan yaxın, danışıqda və sükut etməkdə hamıdan nümunəlidir.  
Amma onların şəxsi qərəzləri və istəkləri (özlərinə) hər bir dəlildən irəli idi, belə ki, onların 
imamət  barəsində  öz  rəylərini  “qədir  nəssi”ndən  üstün  bilmələri  heç  də  təəccüb  doğurmur. 
Məgər “qədir” hədisi yüzlərlə təvil (təhrif) olunmuş hədislər arasında yeganədirmi ki, onu öz 
rəy və məsləhətlərinə qurban verməsinlər?! Halbuki Peyğəmbər (s) buyurmuşdur: “Mən sizin 
aranızda iki qiymətli şeyi əmanət qoyub gedirəm ki, əgər onlardan tutsanız, heç vaxt yolunuzu 
azmazsınız;  Allahın  kitabı  və  Əhli-beytim.”  Həmçinin  o  həzrət  buyurmuşdur:  “Mənim  Əhli-
beytim Nuhun gəmisi kimidir, o gəmiyə minən qurtulacaq, minməyən isə qərq olacaq. Mənim 
Əhli-beytim sizin aranızda Bəni-İsrail üçün olan “Hittə qapısı” kimidir, bu qapıdan daxil olan 
bağışlanacaqdır.”  Həmçinin,  buyurmuşdur:  “Göydəki  ulduzlar  yer  əhlinin  azmaması  üçün, 
mənim  Əhli-beytim  isə  ümmətimin  ixtilafa  düşməməsi  üçün  bir  səbəbdir.  Əgər  bir  qəbilə 
(qrup)  onlarla  müxalifət  etsə,  özlərinin  arasında  ixtilaf  tapılacaq  və  İblisin  firqəsinə 
çevriləcəklər.” 
Ümmətin əməl etmədiyi belə hədis və rəvayətlər, olduqca çoxdur. Vəssalam. 
“Ş” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə