Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə99/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   95   96   97   98   99   100   101   102   ...   118

 
252 
YÜZ BİRİNCİ MƏKTUB 
10 Rəbiüs-Sani 1330 
Nə üçün İmam (Əli) “səqifə” günü xilafət və “vəsayət” “nəss”inə istinad etmədi? 
 
Haqq  gün  kimi  aşkar  oldu,  əlhəmdulillahi  Rəbbil  aləmin!  Yalnız  bir  mətləb  qalmışdır  ki, 
onun  nişanələri  naməlum,  əlamətləri  isə  qeyri-aşkardır.  Mən  onu  sizə  xatırladıram  ki, 
çöhrəsindən  pərdəni  götürək,  gizlinləri  aşkar  edəsiniz.  O  da  budur  ki,  nəyə  görə  İmam  –
“səqifə”də Əbu Bəkr və onunla beyət edənlərin müqabilində– sizin istinad etdiyiniz xilafət və 
“vəsayət” hədisinə əsasən, öz haqqını tələb etmədi? Məgər siz bu “nəss”lərin mənasının başa 
düşülməsində o həzrətdən də agahsınızmı? Vəssalam. 
“S” 


 
253 
YÜZ İKİNCİ MƏKTUB 
11 Rəbiüs-Sani 1330 
1. “Səqifə” günü İmamın öz haqqını müdafiə etməsinə maneçilik. 
2. Maneçiliyin olmasına baxmayaraq İmamın və dostlarının həmin “nəss”ləri yada 
salmaları.  
 
Hamı  bilir  ki,  İmam(ə)  və  dostları  (Bəni  haşim  və  başqaları)  beyət  zamanı  “səqifə”də 
deyildilər. Onlar “səqifə”dən və oradakılardan ayrı olub, belə ki, hamısı Allahın rəsulunun (s) 
vəfatı ilə əlaqədar bir sıra vəzifələrə – qüsl, kəfənləmə, dəfn və s. işlərə məşğul idilər və ondan 
başqa bir şey haqqında fikirləşmirdilər. Onlar hələ Peyğəmbəri dəfn etməmiş “səqifə”dəkilər 
artıq  işlərini  başa  çatdırmış,  beyəti  möhkəmləndirmişdilər.  Çox  böyük  uzaqgörənliklə  qərar 
qoymuşdular ki, kim beyət işinə xələl yetirmək istəsə, onun qarşısını alsınlar. 
Belə  bir  vəziyyətdə  İmam,  Əbu  Bəkr  və  onunla  beyət  edənlərin  qarşısında  necə  durub 
haqqını tələb edə bilərdi? Beyətdən sonra isə ona və başqalarına nə vaxt icazə verildi ki, dəlil-
sübut gətirsinlər? Halbuki iqtidar sahibləri çox böyük ehtiyat və uzaqgörənliklə bütün güc və 
qüdrətlərini işə salmışdılar. Məgər indiki zamanda hər bir şəxs asudəliklə hökumət və səltənəti 
aradan aparmaq üçün qiyam edə bilərmi? Bu yolda açıq-aşkar mübarizəyə qalxa bilərmi? Əgər 
belə  bir  iş  görərsə,  onu  başlı-başına  buraxarlarmı?  Heyhat,  heyhat!  Keçmişi  indiki  zamanla 
müqayisə  et  (amma  əgər  müsəlmanlar  məsələdən  agah  olub  öz  rəhbərlərinə  tabe  olmaqla 
zalım  hökuməti  yıxsalar,  o  başqa  məsələ).  Xalq  elə  indi  də  həmin  xalq,  zaman  da  həmin 
zamandır. 
Bütün bunlardan əlavə, Əli (ə) o günlərdə (elə bir şəraitdə) dəlil-sübut gətirməyin fitnədən 
və  haqqının  aradan  getməsindən  savayı  heç  bir  təsiri  olmayacağını  yaxşı  bilirdi.  Çünki  o 
həzrət İslamın əsasının, “tövhid” kəlməsinin aradan getməsindən qorxurdu. O vaxt həzrət Əli 
belə  bir  şəraitdə  iki  mühüm  işin  arasında  qalmışdı:  Bir  tərəfdən  çoxlu  nəslər,  vəsiyyətlərə 
əsasən, xilafətin ona çatmalı olduğunu (bu mühüm işi ondan başqa heç kəsin görə bilməyəcəyi 
üçün  özünün  məsuliyyətli  olduğunu);  digər  tərəfdən  isə  tüğyançıların  (öz  fitnələri  ilə) 
yaranacaq  qarışıqlıqdan  istifadə  edərək  Ərəbistan  yarımadasını  biri-birinə  vurub,  İslamı 
aradan  aparmalarından  qorxurdu.  Mədinə  münafiqləri  də  (onu)  təhdid  edirdi.  Çünki  onlar, 
artıq  nifaq  salmaq  üzrə  idilər.  Həmçinin  Mədinə  ətrafındakı  ərəblər  də  təhlükə  yaradırdı  (bu 
ərəblər Quranın buyurduğuna görə, münafiq sayılıb, belə ki, öz küfr və nifaqlarında hamıdan 
artıq  idilər).  Belə  bir  şəraitdə  müsəlmanlar  zülmətli  bir  gecədə  yağmura  düşmüş  sürüyə 
bənzəyirdilər ki, yırtıcı canavarlar tərəfindən əhatə olunmuşdular. 
Yalançı Müseyləmə bir tərəfdən, Təlhə ibn Xuveylid (töhmətçi, böhtançı), Səccah (Harisin 
qızı,  şeytansifət  bir  qadın)  öz  əshabı  ilə  başqa  bir  tərəfdən  İslamı  aradan  aparmaq  və 
müsəlmanları bir-birinə vurmaq üçün ayağa qalxmış və rum, “kəsra”, “qeysər” və başqaları da 
müsəlmanların  pusqusunda  durmuşdular  (və  bir  çox  başqaları  ki,  Məhəmməd  (s)  və  Ali-
Məhəmmədə (s) qarşı ədavətli olub, İslamın aradan getməsini istəyirdilər). Onlar Peyğəmbərin 
(s)  vəfatını  bildikdə,  ələ  düşən  fürsəti  qənimət  bilib  (hələ  İslam  qüdrət  tapmamış)  İslam  və 
müsəlmanları aradan aparmaq üçün hazır dayanmışdılar. 
Əli  (ə)  bu  iki  böyük  xətərlə  üzləşmişdi.  Belə  isə  o  həzrətin  öz  haqqını  müsəlmanların 
həyatına qurban verməyi təbii idi.
1
 Lakin, o həzrət öz haqqını müsəlmanların həyatına qurban 
                                                 
1
 O həzrət Misir əhlinə yazdığı (Malik Əştərlə yolladığı) məktubunda bu mətləbə işarə etmişdir. Məktubda 
belə gəlmişdir: “Amma sonra Allah-təala Məhəmmədi (s) göndərdi ki, bütün ağıl sahiblərinə qorxuducu və 
şahid  (ülgü,  nümunə) olsun.  Amma  o  həzrət  dünyadan  köçən  gündən  müsəlmanlar  bir-birlərilə  çəkişməyə 


 
254 
versə  də,  xilafət  barəsində  haqqını  qoruyaraq,  buna  göz  yumanların  qarşısında  elə  dəlil 
gətirmək istəyirdi ki, müsəlmanların vəhdəti pozulmasın. Belə ki, düşmənlərin sui-istifadə edə 
biləcəyi  fitnə  yaranmasın.  Buna  görə  də  evdən  çölə  çıxmadı.  Onu  məcbur  edərək  (qan 
tökülmədən) evdən çıxartdılar. Çünki o həzrətin özü onlara tərəf getsəydi, höccəti tamamlaya 
bilməz və bu zaman onun şiələrinin də heç bir dəlilləri olmazdı. Belə bir vəziyyətdə həzrət Əli 
dini hifz edərək, öz haqqını xilafətlə bir yerə cəmlədi. 
İmam  İslamın  hifzi  və  onun  düşmənlərinin  təcavüzünün  aradan  qaldırılmasını  özünün  bu 
qərarında duyduqda, (bu zaman) dövrün xəlifəsi ilə sülhlə keçinərək (ümmətin hifzi, millətin 
və  dinin  qorunması  naminə)  bütün  bunları  öz  haqqından  üstün  sandı.  O  həzrət iki mühüm  iş 
arasında qaldıqda, onlardan daha əhəmiyyətlisini seçərək, düşmənlərlə barışıq halında keçindi. 
Beləliklə, o zamankı şərait əsla qılıncla müqavimət, dəlillə istinad (istidlal) etmək fürsətini o 
həzrətə vermədi. 
2.  Amma  bütün  bu  şəraitlə  belə,  o  həzrət,  övladları  və  ona  bağlı  olan  alimlər  həmişə 
Peyğəmbərin  (s)  vəsiyyətlərini  xatırlayaraq  onun  (s)  aydın  “nəss”lərini  qoruyurdular  və 
mühəqqiq alimlər bu mövzudan agahdırlar. 
Vəssalam. 
“Ş” 
                                                                                                                                                   
başladılar.  Allaha  and  olsun,  əsla  qəlbimdən  keçmirdi  ki,  o  həzrətdən  sonra  bu  işi  (xilafəti)  məndən  alalar 
(amma  elə  bu  cür  də  oldu).  Mən  camaatın  filankəslə  beyət  etmək  üçün  axışdığını  gördükdə  bu  işdən  əl 
çəkdim,  dəxalət  etmədim.  Bu  zaman  gördüm  ki,  bir  qrup  İslamdan  əl  çəkərək  camaatı  Məhəmmədin  (s) 
dinini  aradan  aparmağa  dəvət  edir.  Qorxdum  ki,  əgər  İslam  və  müsəlmanlara  kömək  etməsən  (çünki 
görürdüm  ki,  yavaş-yavaş  aradan  getmə  qorxusu  yaranır)  onun  müsibəti,  sizə  hökumət  etməkdən  əl 
götürməyimin müsibətindən daha böyük olacaqdır. Çünki hökumət və vilayət bir neçə günlükdür. İlğım, ya 
bulud  (duman)  kimi  tezliklə  aradan  gedəcəkdir.  Elə  buna  görə  o  hadisələrdə  batilin  aradan  gedərək  dinin 
möhkəmlənməyi naminə (haqqımdan əl çəkib) işə qatlaşdım.” (Nəhcül-Bəlağə, 62-ci məktub) 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə