Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə102/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   98   99   100   101   102   103   104   105   ...   118

 
260 
YÜZ BEŞİNCİ MƏKTUB 
16 Rəbiüs-Sani 1330 
Bəhsin yekunlaşdırılması tələbi. 
 
Xahiş olunur ki, bizim bu faydalı bəhsimizi daha da təkmilləşdirərək İmam və Zəhradan (ə) 
başqalarının dəlil gətirdiklərini nəql edəsiniz. Fəzl və üstünlük sizinlədir. Vəssalam. 
“S” 


 
261 
YÜZ ALTINCI MƏKTUB 
18 Rəbiüs-Sani 1330 
1. İbn Abbasın dəlili. 
2. Həsən (ə) və Hüseynin (ə) dəlilləri. 
3. Səhabədən olan şiə böyüklərinin dəlilləri. 
4. Onların Peyğəmbərin (s) vəsiyyətindən dəlil gətirmələrinə işarə. 
 
1.  Sizin  nəzərinizi  İbn  Abbasla  Ömər  arasında  olan  uzun  bir  mübahisəyə  cəlb  edirəm: 
“Ömər,  İbn  Abbasa  dedi:  İbn  Abbas,  heç  bilirsənmi  Məhəmməddən  (s)  sonra  qohumlarınız 
niyə  sizi  öz  haqqınızdan  məhrum  etdilər?  İbn  Abbas  deyir:  Mən  onun  cavabını  vermək 
istəmirdim,  ona  görə  də  dedim:  Əgər  mən  də  bilməsəm,  Əmirəl-möminin  bilər.  Ömər  dedi: 
Onlar  həm  nübüvvətin,  həm  də  xilafətin  hər  ikisinin  sizdən  olmasını  istəmirdilər  və  bundan 
sevinmirdilər. Elə buna görə də Qüreyş xilafəti özünə götürdü və öz işində müvəffəq də oldu. 
İbn Abbas deyir: Əgər mənə danışmağa icazə versən və mənə qəzəblənməsən, sənin cavabını 
verərəm.  Dedi:  De  görüm.  Dedim:  Sizin  bu  işi  dediyiniz  kimi,  o  vaxt  müvəffəqiyyət 
adlandırmaq olardı ki, Allah özü onlara vermiş olaydı və daha bundan sonra onu Qüreyşdən 
almaq  olmazdı.  Amma  onların  nübüvvət  və  xilafətin  hər  ikisinin  bizdən  olmağını 
istəməməkləri  isə  bu  ayə  ilə  cavablandırılacaq: 
 احم اوُهمرحك  ْمُهَّـنحأمب  حكملحذ
 ْمُحلَاحمْعحأ  حطحبْححأحف ُهَّللا  حلحزنحأ
  “Onlar 
Allahın  nazil  etdiyindən  narahat  idilər,  elə  buna  görə  də  Allah  onların  əməllərini  yox  etdi.”
1
 
Ömər  dedi:  Heyhat,  ey  İbn  Abbas,  sənin  barəndə  mənə  elə  sözlər  gəlib  çatıb  ki,  istəmirəm 
onları  özün  iqrar  edəsən  və  beləliklə,  məqamın  mənim  yanımda  aradan  getsin.  Dedim:  Nə 
sözlər?  Əgər  haqq  söz  demişəmsə,  məqamım  sənin  yanında  aradan  getməməlidir.  Yox,  əgər 
batil  sözlərdirsə,  onları  özümdən  uzaqlaşdıraram.  Ömər  dedi:  Mənə  xəbər  veriblər  ki,  sən 
“xilafəti  həsəd  və  zülmlə  öz  mərkəzindən  uzaqlaşdırmışlar”  –  söyləmisən.  Bu  doğrudurmu? 
Dedim: Bu ki, hər bir nadan və ağıllıya aydındır. Əgər həsəd deyirsənsə elə Adəmin özünə də 
həsəd  etdilər  və  indi  bizə  –  onun  balalarına  həsəd  edirlər.  Ömər  dedi:  Heyhat!  Heyhat!  And 
olsun  Allaha,  siz  Bəni-Haşimin  qəlbləri  elə  bir  həsədlə  doludur  ki,  bir  daha  aradan 
getməyəcəkdir.  İbn  Abbas  deyir  ki,  mən  də  dedim:  O  qəlbləri  ki,  Allah  bütün  pisliklərdən 
silmiş və onları pak qərar vermişdirsə,
2
 bu cür vəsfləndirmə.”
3
 
Yenə bir gün o ikisinin arasında mübahisə düşdükdə Ömər soruşdu: “Əmin oğlu necədir? 
İbn  Abbas  deyir  ki,  elə  bildim  məqsədi  Abdullah  Cəfərdir.  Dedim  ki,  o  öz  yoldaşları  ilə 
gününü  keçirdir.  Dedi:  Məqsədim  o  deyil.  Məqsədim  siz  Əhli-beytin  böyüyüdür.  Dedim:  Su 
quyusu  qazır,  arx  salır  və  Quran  oxumaqla  məşğuldur.  Dedi:  Bütün  qurban  olmuş  dəvələrin 
qanı  sənin  boynunda  qalsın  (günahkarsan),  əgər  soruşacağım  şeyi  məndən  gizlətsən.  De 
görüm, onun qəlbində yenə də xilafət arzusu vardırmı? Dedim: Bəli. Dedi: Yəni, belə güman 
edir  ki,  Peyğəmbər  (s)  onun  xəlifəliyinə  aşkar  surətdə  işarə  etmişdir?  İbn  Abbas  deyir:  Mən 
atamdan bu barədə soruşarkən, atam belə demişdi: (Əli) düz deyir (yəni Peyğəmbər (s) aşkar 
surətdə buyurub ki, Əli (ə) xəlifədir). Ömər dedi: Düzdür ki, Peyğəmbər danışıqda onun (Əli) 
üçün çox böyük məqama qail idi (onu çox tərifləyirdi). Amma bu söhbətlər heç bir şeyi sabit 
                                                 
1
 “Məhəmməd”, ayə 9. 
2
 “Əhzab”, ayə 33. 
3
  Bu  hadisəni  ibn  Əsirin  “Kamil”  kitabından  gətirdik.  Onu  23-cü  il  hadisələri  babında  (səh.  24)  Ömərin 
tərcümeyi-halında nəql etmişdir. İbn Əbil-hədid də Ömərin tərcümeyi-halında (“Nəhcül-bəlağənin şərhi”, 3-
cü cild, səh.107) nəql etmişdir. 


 
262 
etmir,  Peyğəmbər  hərdən  istəyirdi  ki,  ümməti  onunla  (Əli)  və  xilafəti  ona  tapşırmaqla 
imtahana  çəksin.  Hətta  xəstələndiyi  zaman  onun  adını  aşkar  surətdə  çəkmək  də  istəyirdi  ki, 
mən qoymadım.”
1
 
Bir dəfə də (üçüncü dəfə) onlar mübahisə etməyə başladılar. Bu zaman Ömər İbn Abbasa 
dedi:  “Sənin  dostunu  məzlum  görürəm.  İbn  Abbas  dedi:  Belə  isə,  ondan  zorla  alınanı  ona 
qaytar. Bu vaxt Ömər əlini əlimdən çəkib, getdi. Bir saata yaxın hey, özü-özüylə deyinəndən 
sonra  dayandı.  Mən  ona  çatdıqda  dedi:  İbn  Abbas,  mənə  elə  gəlir  ki,  onun  öz  haqqına 
çatmamasının  səbəbi  qohumlarının  onu  kiçik  bilməsi  olmuşdur.  Dedim:  Amma  Allaha  and 
olsun  ki,  Allah  və  rəsulu  ona  əmr  etdikdə  ki,  “bəraət”i  (Tövbə  surəsinin  ilk  ayələri)  sənin 
dostundan (Əbu Bəkr) alıb, (məkkəlilərə) oxusun, (onda onu) kiçik saymırdılar. Ömər üzünü 
məndən çevirib sürətlə uzaqlaşdıqda, mən də geri qayıtdım.”
2
 
Ümmətin alimi, haşimilərin dili və Peyğəmbərin əmisi oğlu olan Abdullah İbn Abbas üçün 
belə  mübahisələr  çox  qarşıya  çıxmışdır  ki,  iyirmi  altıncı  məktubda  onun  Əliyə  (ə)  düşmən 
olan bir qrupla mübahisəsini (İbn Abbas o həzrət üçün ondan çox gözəl xüsusiyyət saymışdı) 
yada  sal.  O  hədisdə  deyilirdi  ki,  Peyğəmbər  (s)  öz  əmisi  oğullarına  buyurdu:  “Sizlərdən 
hansınız  bu  dünya  və  axirətdə mənimlə  həmkarlıq etməyə  və  yoldaş  olmağa  hazırsınız?  Heç 
kim müsbət cavab vermədikdə o zaman Əli (ə) dedi ki, mən həm bu dünyada, həm də axirətdə 
səninlə  yoldaş  olmağa  hazıram.  O  həzrət  Əliyə  (ə)  buyurdu:  Sən  bu  dünyada  və  axirətdə 
mənim  vəlimsən.”  Sonra  İbn  Abbas  deyir:  “Peyğəmbər  (s)  Təbuk  döyüşünə  getmək  üçün 
Mədinədən çıxdıqda, camaat da o həzrətlə birgə xaric oldular. Əli (ə) ərz elədi: Mən də səninlə 
birgə hərəkət edimmi? Peyğəmbər (s) buyurdu: Yox. Əlinin (ə) gözləri doldu. Peyğəmbər (s) 
ona buyurdu: İstəmirsənmi sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? 
Yalnız bu fərqlə ki, məndən sonra bir daha peyğəmbər gəlməyəcəkdir. Mən gedən zaman sən 
mənim xəlifəm və canişinim olacaqsan.” 
İbn  Abbas  bunu  da əlavə  edir  ki,  Peyğəmbər  (s)  ona  buyurdu:  “Sən  məndən  sonra bütün 
möminlərin  vəlisi  olacaqsan.”  Eləcə  də  buyurdu:  “Mən  kimin  mövlasıyamsa,  həqiqətən,  Əli 
(ə) də onun mövlasıdır.” 
2. O zaman Bəni-Haşimdən bir çoxları bu cür dəlillər gətirmişlər. Hətta bir dəfə Həsən ibn 
Əli (ə) Əbu Bəkri Peyğəmbərin (s) minbərində oturarkən gördükdə, irəli gəlib dedi: “Atamın 
yerindən qalx, düş aşağı.” Ömər də (xəlifə olduğu vaxt) minbərdə olarkən Hüseyn (ə) onunla 
bu cür rəftar etmişdi.
3
 
3. Şiə kitablarında səhabə və tabeinlərdən olan haşimilər və onların dostlarının çoxlu dəlil-
sübut  gətirmələri  qeyd  olunmuşdur  ki,  maraqlananlar  onlara  müraciət  edə  bilərlər.  Amma 
hələlik  Təbərsinin  “Ehticac”  kitabında  bu  şəxslərin  dilindən  nəql  olunmuşlar  bizim  üçün 
kifayətdir;  Xəlifə  ibn  Səid  ibn  As  Əməvi,
4
  Salman  Farsi,  Əbuzər  Qəffari,  Əmmar  Yasir, 
                                                 
1
 İmam Əbülfəzl Əhməd ibn Əbu Tahir “Bağdadın tarixi” kitabında bu hədisi mötəbər sənədlə İbn Abbasdan 
nəql  etmişdir.  Həmçinin  ibn  Əlil-Hədid  “Nəhcül-bəlağənin  şərhi”nin  3  cildində  Ömərin  tərcümeyi-halında 
(səh. 97) onu qeyd etmişdir. 
2
 “Nəhcül-Bəlağənin şərhi”, İbn Əbil-Hədid, 3-cü cild, 105-ci səh. və bir çox başqaları nəql etmişlər. 
3
 İbn Həcər hər iki qəziyyəni (hadisəni) “Səvaiq” kitabının, “əl-məvəddətə fil qurba” ayəsinin izahında nəql 
etmişdir. 105-ci səhifəsinə müraciət olunsun. Darü-Qütni İmam Həsənin (ə) Əbu Bəkrlə olan cərəyanını, ibn 
Səd də İmam Hüseynin (ə) Ömərlə olan cərəyanını yazmışlar. 
4
 Səid ibn As Əbu Bəkrin xilafətini qəbul etməyib ona üç aya kimi beyət etməyən şəxslərdən idi. Bu mətləbi 
əhli-sünnənin böyüklərindən bəziləri qeyd etmişlər. Məsələn: İbn Səd “Təbəqat” kitabının 70-ci səhifəsində, 
Xalidin şərhi-halında yazmışdır ki, Əbu Bəkr Şama qoşun yetirmək istədikdə Səid ibn As üçün (onun evinə) 
bir bayraq göndərdi. Ömər Əbu Bəkrə dedi ki, Səidi sərkərdə etmisən, halbuki (sənin haqqında) o cür sözlər 
demişdir. O qədər təkid etdi ki, axırda Əbu Bəkr Əbu Ürvə Dusini göndərərək xəbər verdi ki, Peyğəmbərin 
(s)  xəlifəsi  buyurur:  Bizim  bayrağımızı  qaytar.  Səid  də  bayrağı  ona  qaytarıb  dedi:  Sizin  vilayətiniz  bizi 
xoşhal etmədiyi kimi, çıxarmağınız da narahat etmədi. Sonra Əbu Bəkr Səidin evinə gələrək ondan üzrxahlıq 
edib xahiş etdi ki, daha bu barədə Ömərlə heç bir şey danışmasın.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə