Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə103/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   99   100   101   102   103   104   105   106   ...   118

 
263 
Miqdad,  Büreydə  Əsləmi,  Əbül-Heysəm  ibn  Teyhan,  Səhl  və  Osman  ibn  Hüneyf,  Xüzeymə 
ibn  Sabit,  Züş-şəhadəteyn,  Übeyy  ibn  Kəb,  Əbu  Əyyub  Ənsari  və  başqaları  bu  barədə  dəlil-
sübutlar gətirmişlər ki, orada mütaliə edə bilərsiniz.  
Əhli-beyt və dostlarının xəbərlərini mütaliə edənlər başa düşürlər ki, onlar heç bir fürsəti 
əldən verməmiş, hər yerdə fürsət əllərinə düşdükdə (ya şiddətli surətdə, ya da yumşaqlıqla) bu 
həqiqətə  işarə  edirmişlər;  şer,  söhbət,  yazı  ilə  ümumiyyətlə,  mümkün  olan  hər  hansı  bir 
şəraitdə öz müxaliflərinə dəlil-sübut gətirirdilər.  
4.  Onlar  çox  zaman  Peyğəmbərin  vəsiyyətini  təkrar  edərək  öz  dəlillərinin  (mühəqqiqlərin 
xəbəri olduğu kimi) mötəbər olduğunu bildirirdilər. Vəssalam.  
“Ş” 
                                                                                                                                                   
Şama göndərilən ordu barəsində bu hadisəni öz kitablarında yazanlar ya onu tamam qeyd etmiş və ya ona 
işarə etmişlər. Beləliklə, bu hadisə “müstəfiz” (yəni, çoxlu sayda nəql olunmuş) xəbərlərdəndir. 


 
264 
YÜZ YEDDİNCİ MƏKTUB 
 
19 Rəbiüs-Sani 1330 
Vəsiyyəti harda və nə zaman xatırlamışlar? 
 
İmam  haqqında  olan  vəsiyyət  harda  və  nə  zaman  xatırlanmış  və  nə  vaxt  onunla  dəlil 
gətirilmişdir?  Mən  bir  kəsi  tanımıram  ki,  onu  xatırlamış  olsun.  Ümmül-mömininin  (Ayişə) 
sözü də bu hədisi inkar edir (əvvəllərdə dediyim kimi). Vəssalam. 
“S” 


 
265 
YÜZ SƏKKİZİNCİ MƏKTUB 
 
22 Rəbiüs-Sani 1330 
Sübutun vəsiyyət ilə gətirilməsi. 
Əvvəla, Əmirəl-mömininin özü “vəsayət” məsələsini minbərdə söyləmişdir ki, biz 104-cü 
məktubda o  həzrətin  sözlərini  eynilə  gətirdik.  İkincisi,  “yovmüd-dar”  hədisini  nəql edən  hər 
bir  şəxs  onu  Əliyə  (ə)  nisbət  verərək  həzrətdən  nəql  etmişdir  ki,  biz  onu  da  20-ci  məktubda 
gətirdik (çox aşkar surətdə o həzrətin vəsilik və xilafətini bəyan edirdi). 
Bunlardan  əlavə,  behişt  cavanlarının  ağası  olan  İmam  Həsən  Müctəba  (ə)  Əmirəl-
mömininin  (ə)  şəhadətindən  sonra  özünün  çox  dəyərli  söhbətində  bu  həqiqətə  işarə  edərək 
buyurmuşdur: “Mən Peyğəmbərin övladı olmaqla yanaşı, onun vəsisinin də övladıyam.”
1
 
İmam  Sadiq  (ə)  buyurmuşdur:  “Əli  (ə)  hələ  besətdən  (Həzrət  Məhəmmədin  (s) 
peyğəmbərliyə  yetişməsi)  qabaq  Peyğəmbərlə  birgə  idi,  risalət  nurunu  görür,  mələyin  səsini 
eşidirdi.”
2
 İmam bunu da əlavə etmişdi ki, bir gün Peyğəmbər (s) o həzrətə belə buyurmuşdu: 
“Əgər  mən  peyğəmbərlərin  sonuncusu  olmasaydım,  sən  nübüvvətdə  (peyğəmbərlikdə) 
mənimlə şərik olardın. İndi isə, peyğəmbər olmasan da, peyğəmbərin vəsisi və varisisən.” Bu 
mətləbi  Əhli-beytin  hamısı  nəql  etmişlər.  Bu  məsələ  səhabənin  vaxtından  bu  günədək,  həm 
Əhli-beyt  imamlarının,  həm  də  onların  dostlarının  yanında  İslam  dininin  zəruriyyətlərindən 
sayılır. 
Salman Farsi nəql edir ki, Peyğəmbər (s) həmişə deyərdi: “Əli ibn Əbu Talib mənim vəsim, 
sirlərimin  mərkəzi,  vədlərimi  yerinə  yetirmək  və  borclarımı  ödəmək  üçün  özümdən  sonra 
qoyub getdiyim ən yaxşı və layiqli bir adamdır.” 
Əbu  Əyyub  Ənsari  nəql  edir  ki,  eşitdim  bir  gün  Peyğəmbər  (ə.h)  Fatiməyə  (ə)  belə 
buyurdu:  “Məgər  bilmirsənmi  Allah-taala  yer  üzündəkilərdən  sənin atanı  seçərək  peyğəmbər 
etdi və sonra (ikinci dəfə) sənin ərini seçdi və mənə vəhy etdi? Buna görə də mən onu sənin 
üçün ər, özüm üçün vəsi qərar verdim.” 
Büreydə nəql edir ki, Peyğəmbərdən (s) eşitdim ki, buyurdu: “Hər bir peyğəmbərin vəsi və 
varisi vardır ki, mənim də vəsi və varisim Əli ibn Əbu Talibdir.”
3
 
Cabir  ibn  Yəzid  Cofi  İmam  Baqirdən  (ə)  hədis  nəql  edən  zaman  deyərdi  (Zəhəbinin 
“Mizanül-Etidal”  kitabında  Cabirin  şərhi-halında  gəldiyi  kimi): 
«
ءايصْوحْلاا  ُّيمصحو  يـنحثَّدحح
»
  “Bu 
hədisi vəsilərin vəsisi mənə buyurmuşdur.” 
Hüreyş  Baqirinin  qızı  Ümmül-Xeyrin  “Siffeyn”  meydanında  kufəliləri  Müaviyə  ilə 
döyüşməyə təşviq etmək üçün söylədiyi o təmtəraqlı nitqindən: 
«
  ملمداعْلا  مماممْلاا  حليما للها ُمُكحمحمحر اوّمُلحه
  حبَْكحْلاا  مقيّدِّصلا  حو ّمفيحوْلا  ِّيمصحوْلا
»...
  “Allah  sizə  rəhmət  etsin  (sizi  bağışlasın),  adil  imamın,  vəfalı 
vəsinin və “siddiqi-əkbər”in (böyük doğruçu) köməyinə tələsin!”
4
 
Bütün  bunlar  keçmişdəkilərin  öz  xütbələrində,  hədislərində  “vəsayət”  barəsində 
söylədiklərindən  bəziləri  idi.  Səhabənin  şərhi-halına  diqqət  edənlər  bilirlər  ki,  “vəsi”  sözünü 
yalnız  Əmirəl-möminin  Əli  (ə)  haqqında  –  eynilə  müəyyən  şəxsi  çağıran  bir  ad  kimi 
söyləmişlər. Hətta “Tacül-ərus” (ərəb dilində məşhur lüğət kitabı) kitabının müəllifi onun 392-
                                                 
1
 Hakim “Müstədrək”in 3-cü cildinin 172-ci səhifədə onu nəql etmişdir. 
2
 İbn Əbil-Hədid, “Nəhcül-Bəlağənin şərhi”, 3-cü cild, 254-cü səhifə. 
3
 67-ci məktubda Büreydə, Əbu Əyyub və Salmanın hədisini gətirdik. 
4
 İmam Əbülfəzl Əhməd ibn  Əbu Tahir Bağdadi “Bəlağətün-nisa” kitabının 41-ci səhifəsində Şəbidən onu 
nəql etmişdir. 


 
266 
ci  səhifəsində  “vəsi”  sözü  barəsində  yazır:  “vəsi  –  qəni  vəznində  Əlinin  (rəziyəllahu  ənhu) 
ləqəbidir.” 
Vəsilik  məsələsi  haqqında  gələn  şerlərin  isə  sayı-hesabı  yoxdur.  Sözümüzü  bu  şerlərin 
bəzisi ilə tamam edirəm. Abdullah İbn Abbas ibn Əbdül-Müttəlib deyir:  
هلها هنود نم للها لوسر يصو
 
 راف و
لزانم نم له هليق نا هس
 
 
–O,  Peyğəmbərin  (s)  xanədanı  (qohumları,  ailəsi)  içərisində  o  həzrətin  vəsisidir,  onun 
qoşunun pəhləvanı, süvarisidir. 
Müğeyrə ibn Haris ibn Əbdül-Müttəlib “Siffeyn”də Müaviyə ilə döyüşə iraqlıları çağıran 
zaman dediyi şerindən: 
اذه
 
مكدئاق للها لوسر يصو
 
ارشن دق للها باتك و هرهص و
 
 
–O,  Peyğəmbərin  vəsisi,  sizin  rəhbəriniz  və  onun  kürəkənidir.  And  olsun  Allaha  ki,  bu 
xəbər hər yerə yayılmışdır.  
Abdullah ibn Əbu Süfyan ibn Haris ibn Əbdül-Müttəlib belə demişdir: 
بيخ بحاص كاذ يلع لانم و
 
هبئاتك تلاس موي ردب بحاص و
 
–Əli  –  xeybər  qəhrəmanı  bizdəndir;  Bədrin  qəhrəmanı  (bizdəndir)  ki,  o  gün  çoxlu  qoşun 
hərəkətdə olarkən. 
همع نبا و يفطصلما بن يصو هبراقي اذ نم و هينادي اذ نمف
  
–O, Peyğəmbərimiz Mustafanın (s) vəsisi və əmisi oğludur; kim ona tay ola bilər?  
Əbu  Heysəm  ibn  “Bədr”  döyüşündə  olan  döyüşçülərdən  idi  və  “Cəməl”  döyüşündə  bir 
neçə beyt söyləmişdi: 
انيلو و انماما يصولا نا
 
رارسلاا تحاب و افلا حرب
 
 
–Peyğəmbərin  (s)  vəsisi  bizim  imamımız  və  vəlimizdir;  gizli  olanlar  aşkar  oldu;  sirlər 
zahirə çıxdı; 
Xüzeymə ibn Sabit Züş-Şəhadətəyn “Bədr” döyüşündə iştirak etmiş və “Cəməl” döyüşündə 
bu şeri söyləmişdir: 
رلْا تلجا دق بنلا يصو اي
 
ناعظ لاا تراسو يداعلاا ب
 
 
–Ey  Peyğəmbərin  vəsisi,  döyüş  düşmənləri  pərən-pərən  salmışdır,  dəvələr  isə  çıxıb 
getmişlər;  
 و ّيلع نع يّلخ ُشئاعحا
هبيع
 بـ
هدلاو  متنا انَّا هيف سيل ام
 
–Ey Ayişə! Əlidən, onda olmayan eyibləri axtarmaqdan əl çək!  
هلها نود نم للها لوسر يصو
 
هدهاش كاذ نم ناك ام يلع تنا و
 
 
–(O),  Peyğəmbərin  ailəsi  içərisində  onun  (s)  vəsisidir  ki,  sən  (Ayişə)  özün  bu  həqiqətin 
şahidisən. 
Səhabənin ən şücaətlilərindən sayılan və “Siffeyn” döyüşündə qardaşı ilə bərabər şəhadətə 
yetişən Abdullah ibn Budeyl ibn Vərqa Xüzai “Cəməl” döyüşündə belə demişdir: 
ةطخلل موق اي
 
تثدح تيلا يمظعلا
 
ليآ نم برحللام و يصولا حبْرح
 
 
–Ey  camaat,  bu  Peyğəmbərin  vəsisinin  mübarizəsinin  bəhrəsidir  (gərək  çox  diqqət 
yetirəsiniz, dediklərinə əməl edəsiniz). Mübarizə və döyüşə heç bir çarə etmək olmaz.  
Əmirəl-möminin (ə) “Siffeyn”də belə buyurur:  
 ُا ول دحما يضرحي ناك ام
ابَخ
 
 ُّيصو اونرقي نحا
اتربحلاا حو ه
 
 
–Əgər Peyğəmbərə (s) xəbər versələr, əsla razı olmaz ki, vəsisi o iki əbtərlə (Müaviyə və 
Əmr As) yanaşı otursun. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə