Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə101/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   97   98   99   100   101   102   103   104   ...   118

 
258 
ki,  gördüyün  kimi  bəzilərinin  mənə  qarşı  zülm  edərək  haqqımı  qəsb  etməsi  (baxmayaraq  ki, 
mənim  Peyğəmbərə  (s)  nə  qədər  yaxın  olduğumu  bilirdilər)  və  s.  bütün  bunlar  mənim  üstün 
olmağıma  görə  idi  və  çoxları  buna  həsəd  aparırdılar,  bəziləri  də  (bəzi  məsləhətləri  nəzərə 
alaraq) bu haqdan səxavətli surətdə keçdilər. (Amma) hakim bir olan Allahdır. Qiyamət günü 
də  dönüş  Onun  tərəfinədir.”
1
  O  həzrət  yenə  də  buyurmuşdur:  “Kimdir  bizdən  başqası  ki, 
özünün  “elmdə  möhkəm”  olduğunu  iddia  edir  (“rasixun  fil  elm”)?  Hər  kim  bu  iddianı  etsə 
bizim  əleyhimizə  çıxaraq,  bizə  zülm  etmişdir.  İndi  onlar  haradadırlar?  Gəlib  görsünlər  ki, 
Allah bizi necə ucaltdı, onları isə necə alçaltdı, bizə əta etdi, onları isə məhrum, bizi Öz nemət 
və lütfünə daxil, onları isə xaric etdi. Camaat bizim əlimizlə hidayətə qovuşur; ya kor, ya da 
bəsirətlə. İmamlar Qüreyşdəndirlər ki, Allah onları Bəni-Haşimin nəslindən yaratdı. Onlardan 
başqa heç kim bu işə layiq deyil və onlardan başqa heç kim rəhbər ola bilməz!”
2
 
Həmçinin, o həzrətin xütbələrinin bəzisində gəlmiş bu sözlər sizə kifayət edər: “Peyğəmbər 
vəfat edən kimi bəziləri geri döndülər, belə ki, həvayi-nəfsləri onları yoldan çıxarıb məkr və 
hiyləyə əl ataraq, öz qohumlarından başqaları ilə əhd-peyman bağladılar. Dostluğu vacib olan 
adamdan uzaqlaşıb (xilafət) binasını öz əsl məhəlindən (başqa yerə) köçürdülər. Elə bir  yerə 
apardılar  ki,  bütün  xətaların  kökü,  bütün  zəlalətlərin  keçidi  ora idi.  Onlar  kin-küdurət,  həsəd 
içində  boğularaq  başlarını  itirmiş,  heyrətlə  vurnuxaraq  məstlik  və  həvayi-nəfs  girdabında 
çapalayarkən,  eynilə  ali-Firon  üsulu  ilə  rəyasət  etdilər  (ya  hər  bir  şeydən  əl  üzüb  dünyadan 
yapışmış, ya da ki, aşkar surətdə dindən əl çəkmişdilər).
3
 
Beyətdən  sonrakı  xütbəsində  (Nəchül-Bəlağənin  ən  parlaq  xütbələrindəndir)  –  buyurur: 
“Bu ümmətdən heç kimi Ali-Məhəmmədlə (s) müqayisə etmək olmaz və Ali-Məhəmmədin (s) 
nemətinin  şamil  olduğu  şəxsləri  onlarla  bir  sırada  tutmaq  olmaz.  Onlar  (nemətə  şamil  olan 
şəxslər)  dinin  əsasları,  yəqinin  sütunlarıdır,  irəlidəkilər  onlara  tərəf  qayıdır,  geridə  qalanlar 
onlara qoşulurlar, vilayət, “vəsayət” və virasət xüsusiyyətləri onların rəhbərliyi altındadır. İndi 
isə haqq öz əhlinə qayıdaraq, götürüldüyü yerə (yenidən) qaytarılmışdır.”
4
 Başqa bir xütbədə 
isə  həzrət  öz  müxaliflərinə  olan  təəccübünü  bildirir:  “Mən  təəəccüb  edirəm,  axı  necə  də 
təəccüb etməyim ki, bu qruplar nə Peyğəmbərin (s) yolunu gedirlər, nə də onun vəsisinə təqlid 
edirlər (dinlərində olan dəlillərində ixtilafları vardır).”
5
 
2.  Zəhra  (ə.h)  bu  barədə  çox  tutarlı  bir  dəlil  gətirmişdir  (ki,  iki  xütbəyə  şamil  olub,  çox 
məşhurdur).  Bu  xütbələr  dildən-dilə  nəql  olunmuş  və  Əhli-beyt  (ə)  də  övladlarını  onları 
öyrənməyə məcbur etmişlər (Qurani-kərimi hifz etməyə məcbur etdikləri kimi). Bu xütbələrdə 
xilafəti  yerbəyer  edənlərə  qarşı  etiraz  olunmuşdur:  “Vay  olsun  onlara!  Xilafəti  böyük  və 
möhkəm  dağların  qülləsindən,  nübüvvət  sütunlarından,  Ruhul-Əminin  (Cəbrail  (ə))  nazil 
olduğu  yerdən  uzaqlaşdırdılar.  Onu  elə  bir  şəxsin  əlindən  aldılar  ki,  din  və  dünya  işlərinə 
hamıdan  agah  idi.  Onların  bu  işlərinin  nəticəsi  aşkar  ziyandan  savayı  bir  şey  deyildir.  Əbül-
Həsənə  nə  eyib  tuta  bilərdilər?  Niyə  ondan  narahat  idilər?  And  olsun  Allaha  ki,  onun 
qılıncından,  işləri  ədalətlə  gördüyünə  görə,  döyüş  meydanlarındakı  şücaətinə  görə,  Allahın 
əmrlərinin  həyata  keçirilməsində  olan  səyinə  görə  narahat  idilər.  Allaha  and  olsun  ki,  əgər 
ümmətin  (işlərin)  cilovunu  ona  verib  (Peyğəmbər  (s)  ona  verdiyi  kimi)  müqabilində  təslim 
olsaydılar, Əli onları elə bir aram və asayişlə dolu həyatla təmin edərdi ki, heç bir narahatlıq 
yaranmaz, heç kim də zəhmətə düşməzdi və onları sağ-salamat mənzil başına çatdırardı. (Bu 
həyatın) şirin və içməli suyu fəvvarə vurar, bu suda heç bir qarışıqlıq (bulnıqlıq) olmazdı. O, 
daim  onları  sirab  edər,  aşkar  və  gizlin  onlara  nəsihət  edərdi,  onları  “sirab”  etmək, 
“doyurmaqdan” savayı heç bir şeyə razı olmazdı və elə bu zaman da yer və göyün nemətləri 
                                                 
1
 “Nəhcül-Bəlağə”, səh. 29, 157-ci kəlam. 
2
 “Nəhcül-Bəlağə”, 36-cı səh, 140-cı kəlam. 
3
 “Nəhcül-Bəlağə”, 146-cı xütbə, 48-ci səhifənin axırı. 
4
 “Nəhcül-Bəlağə”, 2-ci xütbə, səh. 25. 
5
 “Nəhcül-Bəlağə”, 84-cü xütbə, səh.145. 


 
259 
onların  üzünə  açılardı.  Tezliklə  Allah  etdikləri  işin  cəzasını  onlara  göstərəcəkdir...  Doğrusu, 
onlar  kimə  pənah  aparmışlar?  Kim  onların  əllərindən  tutacaqdır?  Nə  qədər  də  pis  bir  rəhbər 
özlərinə seçdilər! Zalımlar nə qədər də pis bir müamilə etdilər! Bu “quş” əsl qanadlarını əldən 
vermiş,  süni  lələklərlə  uçmağa  hazırlaşır,  atın  yalından  tutmaq  əvəzinə,  quyruğundan 
yapışdılar.  Bu  camaatı  (görüm)  burnu  (üzü)  yerə  sürtülsün  ki,  elə  bilir  yaxşı  iş  görmüş, 
halbuki  fəsad  törətmişlər  və  şüurları  yoxdur  ki,  onu  dərk  edələr!  Vay  olsun  onların  halına! 
Xalqı  haqqa  doğru  hidayət  edənə  tabe  olmaq  yaxşıdır,  yoxsa  hidayətə  möhtac  olana  tabe 
olmaq? Sizə nə olmuşdur? Bu necə hökm kəsməkdir?!”
1
 
Bütün bunlar pak Əhli-beytin bu mövzuda buyurduqlarından bir nümunə idi ki, o biriləri də 
bununla müqayisə edə bilərsən. Vəssalam. 
“Ş” 
                                                 
1
  Əbu  Bəkr  Əhməd  ibn  Əbdül  Əziz  Cövhəri  “Səqifə  və  fədək”  kitabında  bu  xütbəni  Məhəmməd  ibn 
Zəkəriyyadan, Məhəmməd ibn Əbdür-Rəhman Məhləbidən, Abdullah ibn Həmmad ibn Süleymandan (o da 
atasından),  Abdullah  ibn  Həsən  ibn  Həsəndən,  o  da  anası  Fatimə  bintül-Hüseyndən  (ə),  o  da  həzrəti 
Zəhradan (ə.h) nəql etmişdir. İmam Əbülfəzl Əhməd ibn Əbu Tahir (280-ci ildə vəfat etmişdir) “Bəlağətün-
Nisa” kitabının 23-cü  səhifəsində Harun ibn Müslim  ibn Sədandan, o da Həsən ibn Elvandan, o da Ətiyyə 
Ovfidən  nəql  etmişdir  ki,  o,  bu  xütbəni  Abdullah  ibn  Həsən  ibn  Həsəndən,  o  da  anası  Fatimə  bintil-
Hüseyndən  (ə),  o  da  cəddi  Fatimədən  (ə.h)  onu  nəql  etmişdir.  Şiə  isə  bu  xütbəni  Süveyd  ibn  Qəflə  ibn 
Övsəcə  Cöfidən,  o  da  həzrət  Zəhradan  (ə.h)  nəql  etmişdir.  Təbəri  “Ehticac”,  Əllamə  Məclisi  “Biharül-
Ənvar”da və başqa etimadlı şəxslər onu nəql etmişlər. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə