Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə100/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   96   97   98   99   100   101   102   103   ...   118

 
255 
YÜZ ÜÇÜNCÜ MƏKTUB 
12 Rəbiüs-Sani 1330 
İmamın və dostlarının dəlil gətirmələri barədə bəhs.  
 
Nə vaxt və harada İmam bu əməli əncam vermişdi? Nə zaman və harada o həzrətin dostları 
və  yaxınları  belə  bir  dəlillər  irəli  sürmüşdülər?  Onlardan  bəziləri  haqda  bizə  məlumat  verin. 
Vəssalam. 
“S” 


 
256 
YÜZ DÖRDÜNCÜ MƏKTUB 
15 Rəbiüs-Sani 1330 
1. İmamın (ə) dəlil gətirməsi hallarından bəzisi. 
2. Həzrət Zəhranın (ə.h) dəlil gətirməsi. 
 
1.  İslama  zərbə  dəyməsin  deyə,  “nəss”ləri  yaymaqda  İmam  çox  ehtiyatla  rəftar  edirdi. 
Müsəlmanların  əzəmət,  şan-şövkətinin  qorunması  naminə  onlarla  daha  ciddi  mübarizəyə 
girişmirdi.  Bəzən  mülayimliklə  sükut  edərək  haqqını  tələb  etməməsini  bu  cür  izah  edirdi: 
“İnsana haqqını geri almasında gecikdiyinə (təxir etdiyinə) görə eyib (irad) tutmazlar. Eyib-
iradı o şəxsə tutarlar ki, haqqı olmadığı bir şeyi qəsb etsin.”
1
 
O  həzrətin  “nəss”ləri  yaymaq  yolunda  xüsusi  bir  üsulu  var  idi  ki,  çox  hikmətamizdir. 
Gördüyünüz  (bildiyiniz)  kimi,  “Rəhbə”  günü  (özünün  xilafəti  günlərində)  camaata  “qədir” 
gününü xatırlatmaq üçün onları bir yerə toplayıb belə buyurdu: “Sizi Allaha and verirəm, hər 
kəs “qədir” günü Peyğəmbərin (s) buyuruğunu eşidibsə, ayağa qalxıb öz eşitdiklərinə şəhadət 
versin.  Amma  Peyğəmbəri  (s)  görənlərdən  savayı  heç  kəs  ayağa  qalxmasın.”  Səhabədən  30 
nəfər (onlardan 12-si Bədr döyüşündə iştirak etmişdilər) ayağa qalxıb “qədir nəssi” barəsində 
eşidib-gördüklərinə  şəhadət  verdi.
2
  Həzrət  bu  imkanı  o  zaman  çətin  şəraitdə  (Osmanın 
öldürülməsi,  Bəsrə  və  Şamın  fitnəsi)  tapa  bilmişdi.  Canıma  and  olsun  ki,  belə  bir  gündə 
hikmət  üzrə  dəlil  gətirmək  çox  nadir  hallarda  baş  verir.  Salam  olsun  ona,  bütün  o  böyük 
məqamı  ilə  birlikdə  ki,  “qədir”  hadisəsi  yavaş-yavaş  zehnlərdən  silinməkdə,  unudulmaqda 
olduğu bir vaxtda onu yenidən canlandırdı, Rəhbədə toplaşan cəmiyyət üçün keçmişi bir daha 
xatırlatdı.  
Peyğəmbər  (s)  Qədir-xum  günündə  Əlinin  əlindən  yapışaraq,  ümmətindən  yüz  min  (ya 
çox)  nəfərin  gözünün  ona  dikildiyi  bir  vaxt  buyurdu:  “Əli  məndən  sonra  sizin  mövlanızdır 
(vəlinizdir)”.  Elə  buna  görə  də  “qədir”  hədisi  mütəvatir  rəvayətlərin  ən  aydın  olanlarından 
sayılır. Sən Peyğəmbərin (s) hikmət dolu rəftarına bax ki, bu mətləbi hamının hüzuru mümkün 
olan təqdirdə elan etdi, beləcə də vəsisi Əli (ə) onu “Rəhbə” günü camaatı bir yerə toplayaraq 
onların  öz  şəhadətləri  əsasında  yenidən  diriltdi.  Beləliklə,  o  həzrət  zamanın  tələbinə  uyğun 
münasib  yumşaqlıqla  öz  haqqını  qarşıya  çəkirmiş  (və  özü  də  bunları  çox  ehtiyatla  edirmiş). 
İmamət əhdinin və “vəsayət” “nəss”inin yayılmasında imamın metodu bu idi. O həzrət qafil 
insanları elə  bir  üsulla  (qəflət  yuxusundan)  oyadırdı  ki,  səs-küyə,  camaatın  qəflətən  nifrətinə 
səbəb  olmasın.  Bu  barədə  sünni  yazıçılarının  nəql  etdikləri  hədisləri  araşdırıb  oxumaq  sənə 
kifayət  edər.  Misal  üçün  bunu  göstərmək  olar  ki,  Peyğəmbər  (s)  Allahın  əmrilə  bir  gün  öz 
qohumlarını  əmisi  Əbu  Talibin  evinə  yığaraq,  o  məlum  mətləbləri  buyurdu.
3
  Bu  məsələ 
nübüvvət  nişanələrindən  hesab  edilir  və  həqiqətdə,  bu  bir  möcüzə  idi  ki,  o  həzrət  az  bir 
yeməklə çox böyük bir qrupu doyuzdurdu. Bu hədisin axırında Peyğəmbərin Əlini qucaqlayıb 
ona  belə  buyurması  da  gəlmişdir.  “Bu,  mənim  qardaşım,  vəsim, eləcə də  sizin  aranızda  olan 
xəlifəmdir (canişin). Ona qulaq asın və itaət edin.” İmam (ə) həmişə deyirdi ki, Peyğəmbər (s) 
onun  haqqında  buyurmuşdur: 
«
يدعب نمؤم لك  ّيـلو تنا
»
  “Sən  məndən  sonra  bütün  möminlərin 
                                                 
1
  Bu  “kəlimati-qisar”dandır  ki,  həmin  mənanı  yetirir  və  “Nəhcül-Bəlağə”də  gəlib  və  ibn  Əbil  Hədidin 
şərhinin 4-cü cildinin 324-cü səhifəsinə müraciət edin. 
2
 56-cı məktubda gəldiyi kimi. 
 
3
 20-ci məktubda onu zikr etdik. 


 
257 
vəlisisən.” Dəfələrlə Peyğəmbərdən nəql edərdi ki, həzrət ona belə buyurarmış: 
«
 ةتلزـنبِ نيم تنا
يسوم  نم  نوراه
»
  “Sənin  mənimlə  olan  nisbətin  Harunun  Musaya  olan  nisbəti  kimidir.” 
Həmçinin,  Peyğəmbərin  (s)  Qədir-xum  günündə  buyurduğu  bu  sözləri  çox  təkrar  edərdi: 
«
 ُهُّيلحو ٌّيملحع اذهحف ُهَّيملحو ُتْنُك ْنحم :حلاق !يلحب :اوُلاق ؟ممهمسُفْـنحا ْنمم حيننممْوُمْلامب ليْوحا ُتْسحلحا
»
 “Məgər mən möminlərə öz 
canlarından  artıq  deyiləmmi?  Ərz  etdilər  ki,  bəli  (artıqsan)!  Buyurdu:  Mən  hər  kəsin 
vəlisiyəmsə, Əli onun vəlisidir.”
1
  
Həmçinin bir çox inkarolunmaz hədislər vardır ki, həzrət onları etimadlı və dəyərli şəxslər 
arasında  yaymışdır.  Bütün  bunlar  o  zamankı  şəraitin  həzrətə  elan  icazəsilə  bağlı  idi  (elan 
lazımı  həddə  çatsa  da,  lakin  camaata  təsir  etmirdi). O  həzrət  “şura”  günü  də fürsəti  münasib 
görüb, şuradakılara höccəti tamamladı. (Amma nə faydası). 
Əli  (ə)  hətta  öz  xilafəti  çağlarında  da  başına  gətirilmiş  böyük  məzlumiyyətindən 
şikayətlənərək,  minbərdə  belə  buyurmuşdu:  “Xilafət  əbasını  filankəs  çiyninə  salmış  ikən, 
halbuki  Allaha  and  olsun,  çox  yaxşı  bilirdi  ki,  mənim  xəlifəliyə  olan  nisbətim  dəyirman 
daşının mehvəri kimidir. Elmlər dəryası mənim vücudumdan qaynaqlanır, heç kəsin təsəvvür 
“quşu”  mənim  fəzilətlərimin  qülləsinə  yüksələ  bilməz.  Mən  (isə)  sadə  paltara  bürünərək 
ətəyimi ondan (xilafətdən) çəkdim. Fikirləşdim ki, görəsən yalın əllə öz haqqımı (geri) almaq 
üçün  qiyam  mümkünmü?  Yoxsa  qarşıya  çıxan  bu  qaranlıq  və  zülmətin  içərisində  (oturub) 
səbirmi  edim?  (Bu  bir  vəziyyət  idi  ki,)  yaşlıları  əldən  salır,  uşaqları  qocaldır,  möminlərə  öz 
Rəbblərinə qovuşanadək əziyyət  verir. Mən isə səbir və dözümün ağla daha uyğun gəldiyinə 
görə,  ona  səbir  etdim,  amma  necə  –  gözündə  çöp,  boğazında  sümük  qalan  kəs  kimi.  Və 
görürdüm ki, bütün mirasımı (mənə yetişən irsi) qarət (qəsb) edirlər.
2
 
O  həzrət  bu  sözləri  həmişə  deyərdi:  “İlahi,  mən  Qüreyş  və  onların  əlaltıları  müqabilində 
səndən kömək istəyirəm.
3
 Onlar mənimlə olan qohumluqlarını unudaraq uca məqamımı kiçik 
saydılar  və  mənə  mənsub  olan  xilafətdə  mənimlə  mübarizəyə  qalxıb,  əleyhimə  yığışdılar.” 
Sonra belə buyurur: “Bu elə bir haqdır ki, (ya) onu almaq, elə bir haqdır ki, (ya da) tərk etmək 
lazımdır.” Bir nəfər o həzrətə “Ey Əbu Talibin oğlu, sən bu xilafət işində nə yaman hərissən 
(yəni,  əldən  vermək  istəmirsən)  –  dedikdə,
4
  ona  buyurdu:  “Allaha  and  olsun  ki,  siz  daha 
hərissiniz.  Çünki  mən  öz  haqqımı  tələb  edirəm,  siz  isə  mənimlə  haqqım  arasında  maneçilik 
törədirsiniz.” Həmçinin buyurur: “Allaha and olsun ki, Peyğəmbər (s) vəfat edəndən bu günə 
qədər məni öz haqqımdan ayrı salaraq mənimlə zülmlə rəftar etmişlər.” Başqa bir yerdə belə 
buyurur: “Bizim haqqımız var, əgər versələr ki, heç, yoxsa səbir edəcəyik, hər nə qədər uzun 
çəksə  də.”
5
  Qardaşı  Əqilə  yazdığı  məktubda  belə  buyurur:  “Allah  mənə  görə  Qüreyşi 
cəzalandırsın, onlar mənimlə olan qohumluqlarını kəsərək, Peyğəmbərdən (s) mənə yetişəcək 
hökumət  və  vilayəti  əlimdən  aldılar.”
6
  Dəfələrlə  buyurmuşdu:  “Əhli-beytimdən  savayı  mənə 
kömək edəcək bir kimsənin qalmadığını gördükdə, onların ölümünə də paxıllıq etdim (heyfim 
gəldi). Gözlərimi çöplə dolu olan halda örtdüm, sümük ilişib qalan boğazımla qəzəbimi (içəri) 
uddum,  bu  (iş),  “hənzəl”dən  (acı  bir  meyvədir)  də  acı  olsa  da,  səbir  etdim.”
7
  Bəzi  dostlar  o 
həzrətdən “Necə oldu ki, sizin qohumlarınız (hamıdan layiq olduğunuz bir halda) bu məqamı 
sizdən  aldılar?”  –  deyə  soruşduqda  o  həzrət  buyurdu:  “Ey  qardaşım  Əsədi,  yersiz  vaxtı 
soruşursan (yəni, indi bu sualın yeri deyil), amma sənin soruşmağa haqqın vardır. Belə isə bil 
                                                 
1
 23-cü məktubun axırında onu zikr etmişik. İbn Əbu Asim onu nəql etmişdir.  
2
 “Nəhcül-Bəlağə”, 3-cü xütbə. 
3
 “Nəhcül-Bəlağə”, 167-ci xütbə.  
4
 167-ci xütbədə olduğu kimi.  
5
 Nəhcül-Bəlağə, “kəlimati-qisar”, 22-ci kəlam (Seyyid Rəzi və Əbduh ona haşiyə yazmışlar).  
6
 “Nəhcül-Bəlağə”, 36-cı məktub.  
7
 26-cı xütbəyə müraciət olunsun.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə