Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə96/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   92   93   94   95   96   97   98   99   ...   118

 
241 
üçün hər bir şeyə təslim olmaqdan belə çəkinmirlər.
1
 Qurani-kərim buyurur: 
 حنوُنممْؤُـي حلا  حكِّبحرحو حلاحف
 مهمسُفنحأ  مفي ْاوُدمحيُ حلا َُّثُ ْمُهحـنْـيحـب حرحجحش احميمف  حكوُمِّكحَُ حَّتَّحح
اًميملْسحت ْاوُمِّلحسُيحو حتْيحضحق اَِّّمَ اًجحرحح ْم
 “(Ey Məhəmməd!) Sənin 
Allahına  and  olsun  ki,  onlar  aralarında  baş  vermiş  ixtilaflarda  səni  hakim  (münsif)  təyin 
etməyincə  və  verdiyin  hökmlərə  görə  özlərində  bir  sıxıntı  duymadan  sənə  tam  itaətlə  boyun 
əyməyincə  (tam  razı)  iman  gətirmiş  olmazlar.”
2
  Başqa  bir  ayədə  isə  belə  buyurur: 
 ُمُكاحتآ احمحو
 مباحقمعْلا ُديمدحش حهَّللا َّنمإ حهَّللا اوُقَّـتاحو اوُهحـتناحف ُهْنحع ْمُكاحهحـن احمحو ُهوُذُخحف ُلوُسَّرلا
 “Peyğəmbər sizə nə verirsə, onu götürün 
və  nəyi  qadağan  edirsə,  ondan  çəkinin.  Allahdan  qorxun.  Həqiqətən,  Allahın  cəzası  çox 
şiddətlidir.”
3
 
2.  Amma  Üsamənin  qoşununda  hərəkət  etməkdən  boyun  qaçıranların  barəsindəki  nəql 
etdiyimiz  hədisi  Şəhristani  səhih  saymış  və  nəql  etmişdir.  Əbu  Bəkr  Əhməd  ibn  Əbdül  Əziz 
Cövhərinin  “Əs-Səqifə”  kitabında  bu  məsələyə  işarə  etdiyi  nəzəri  olduğu  kimi  burada  dərc 
edirik: Həmid ibn İshaq ibn Saleh Əhməd ibn Səyyardan, o da Səid ibn Kəsir Ənsaridən, o da 
öz  sənədiylə  Abdullah  ibn  Əbdür-Rəhmandan  belə  nəql  etmişdir:  “Peyğəmbər  elə  xəstə 
olduğu zaman Üsamə ibn Zeydi mühacir və ənsardan toplaşmış olduğu orduya əmir təyin etdi. 
Bu  qoşunda  Əbu  Bəkr,  Ömər,  Əbu  Übeydə  Cərrah,  Əbdür-Rəhman  ibn  Ovf,  Təlhə,  Zübeyr 
xülasə,  hamı  iştirak  edirdi.  Sonra  Həzrət,  Üsaməyə  “Mutə”  məntəqəsinə  (Üsamənin  atası 
orada  şəhid  olmuşdu)  gedərək  Fələstin  vadisində  döyüşə  girişməsini  buyurdu.  Amma  həm 
Üsamə,  həm  də  onun  qoşunu  ora  getməkdə  süstlük  etdilər.  Peyğəmbər  (s)  isə  onların 
getməyinə təkid edirdi. Nəhayət, Üsamə o həzrətə belə ərz etdi: Atam-anam sənə fəda olsun, 
mənə  icazə  verirsənmi  Allah  sənə  şəfa  verənə  kimi  (bir neçə  gün)  burada  qalım!  Peyğəmbər 
isə cavabında belə buyurdu: Hərəkət elə, Allahın bərəkəti ilə qoşunu yola sal.Üsamə dedi: Axı 
səni  bu  halda  qoyub  necə  gedim?  Həzrət  buyurdu:  Müvəffəqiyyət  üçün  (naminə)  hərəkət  et. 
Üsamə  dedi:  Ey  Allahın  rəsulu,  sənin  əhvalını  gələn  karvanlardan  xəbər  almaq  mənə  çox 
çətindir.  Mən  buna  görə  həddindən  artıq  narahatam.  Həzrət  də  ona  belə  buyurdu:  Sənə  əmr 
etdiklərimə  əməl  et.  Bu  zaman  Peyğəmbər  bihuş  oldu.  Üsamə  də  Mədinədən  getməyə 
hazırlaşdı.  Peyğəmbər  huşa  (özünə)  gəldikdə,  Üsamə  və  qoşunu  barəsində  soruşdu:  Ona 
“getməyə hazırlaşır” – söylədilər.”  
Allahın  rəsulu  daim  buyurardı:  Üsamənin  quşununu  yola  salın.  Allah  Üsamənin 
qoşunundan boyun qaçırana lənət eləsin. Üsamə hərəkət edəndə bayraq başının üst, səhabə də 
gözləri önündə idi. Curufa çatdıqda atdan endi, bu zaman Əbu Bəkr, Ömər və mühacirlərdən 
çoxu onunla idilər. Ənsarlılardan da Üseyd ibn Xüzeyr, Bəşir ibn Səd və başqaları orada idi. 
Bu vaxt Ümmü-Əymənin göndərdiyi qasid çaparaq gəlib Üsaməyə “Mədinəyə dönün” – dedi. 
Çünki,  Peyğəmbər  ölüm  ayağındadır.  Üsamə  də  gecikmədən  Mədinəyə  qayıtdı.  Əlindəki 
bayrağı Peyğəmbərin (s) evinin qapısına sancdıqda Peyğəmbər də dünyadan köçdü.” 
Bu hədisi bir qrup tarixçilər, həmçinin Əllamə mötəzili ibn Əbil-Hədid “Nəhcül-Bəlağənin 
şərhi”nin ikinci cildinin 20-ci səhifəsindən sonra nəql etmişdi. Vəssalam. 
“Ş” 
                                                 
1
 Əgər onların dediyi kimi, itaətdən boyun qaçırma insanda zati-fitri bir qərizə olsaydı, heç vaxt Allah-təala 
İsanı  qundaqda  peyğəmbərliyə  seçməzdi.  Belə  nümunələr  həddən  artıq  çoxdur.  Təəssüflər  olsun  ki,  belə 
misalların onlara heç bir əsəri yoxdur. red. 
2
 “Nisa”, ayə 65. 
3
 “Həşr”, ayə 7. 


 
242 
DOĞSAN ÜÇÜNCÜ MƏKTUB 
23 Rəbiül-Əvvəl 1330 
Başqa halların da istənilməsi. 
 
Usamənin  səriyyəsi  barəsində  söz,  cümə  axşamı  gününün  müsibəti  barədəki  kimi  çox 
çəkdi. Amma bu məsələnin mübhəm (üstü örtülü) cəhətləri həqiqət axtaranlar üçün gün kimi 
aydın  oldu.  Xahiş edirəm  ki,  onların  “nəss”ə  boyun  əymədikləri  başqa halları  da  bizim  üçün 
yazasınız. Vəssalam. 
“S” 


 
243 
DOĞSAN DÖRDÜNCÜ MƏKTUB 
25 Rəbiül-Əvvəl 1330 
“Mariqilər”in öldürülməsinə dair Peyğəmbərin (s) fərmanı. 
 
Bu  barədə  bəzi  görkəmli  şəxsiyyətlərin,  hafiz  və  başqalarının  nəql  etdikləri  hədisi 
söyləmək kifayətdir. Burada biz Əhməd ibn Hənbəlin öz “Müsnəd” kitabının üçüncü cildinin 
15-ci  səhifədə  Əbu  Səid  Xidridən  söylədiyi  hədisi  gətiririk.  O,  belə  nəql  edir:  “Əbu  Bəkr 
Peyğəmbərin (s) yanına gələrək dedi: Ey Allahın Peyğəmbəri! Mən filan yerdən keçirdim ki, 
çox  gözəl  üzlü  bir  kişinin  ixlasla  (Allahdan  qorxu  və  itaətlə)  namaz  qıldığını  gördüm.  Bu 
zaman Peyğəmbər (s) ona belə buyurdu: Get, onu öldür! Əbu Bəkr getdi. Amma xeymədə onu 
o  vəziyyətdə  görüncə  öldürmək  fikrindən  vaz  keçib  Peyğəmbərin  yanına  qayıtdı.  Bu  dəfə 
Peyğəmbər  (s)  Ömərə  o  şəxsi  öldürməyi  əmr  etdi.  Ömər  də  gedib,  o  kişini  Əbu  Bəkrin 
gördüyü  kimi  gördükdə  onu  öldürmək  istəmədi.  Buna  görə  də  Peyğəmbərin  yanına  qayıdıb 
dedi  ki,  mən  onu  ağlar  (Allahdan  qorxan)  gördüyüm  üçün  öldürmədim.  Bu  dəfə  Peyğəmbər 
(s) Əliyə (ə) buyurdu: Get, onu öldür. Əli (ə) getdi, amma daha o şəxsi həmin yerdə tapmadı. 
Peyğəmbərin  yanına  qayıdaraq  ərz  etdi  ki,  ey  Allahın  rəsulu,  onu  görmədim.  Peyğəmbər  (s) 
buyurdu: O şəxs və onun tərəfdarlarının Quran oxumalarına baxmayaraq, Quran elə dillərinin 
ucunda dolaşır (yəni, qəlbləri və ağıllarına hakim deyil). Onlar oxun kamandan çıxdığı sürətlə 
dindən  çıxacaq  və  bir  daha  qayıtmayacaqlar.  Onları  öldürün,  çünki  yer  üzündə  olan  ən  pis 
məxluqlardır.” 
Əbu  Yəla  bu  hadisəni  “Müsnəd”ində  (ibn  Həcərin  “Əl-İsabə”  kitabında  Züs-Sodyənin 
tərcümeyi-halında  gəldiyi  kimi)  Ənəsdən  nəql  etmişdir:  “Peyğəmbər  zamanında  bir  şəxs 
ibadətdə dillər əzbəri olmuşdu. Biz bu mətləbi Peyğəmbərə ərz etdikdə həmin adamın adını da 
o həzrətə söylədik. Lakin Peyğəmbər onu tanımadı. Onun xüsusiyyətlərini həzrət üçün bir-bir 
saydıqda yenə də tanımadı. Bu zaman o şəxsin özü gəlib çıxdıqda, Allahın rəsulu (s) buyurdu: 
Mənə  elə  bir  şəxsdən  xəbər  verirsiniz  ki,  Şeytanın  əlamətləri  onun  üzündə  aşkar  görünür.  O 
şəxs  yaxınlaşaraq,  əshabın  yanına  yetişdikdə  dayanıb  salamsız  durdu.  Peyğəmbər  (s)  üzünü 
ona tutub dedi: Səni Allaha and verirəm (de görüm), bura yetişdikdə zehnindən bu keçmədimi 
ki, bu məclisdə səndən yaxşısı yoxdur? Cavab verdi ki, bəli! Daha sonra keçib namaz qılmağa 
başladı.  Bu  zaman  Peyğəmbər  buyurdu:  Onu  kim  öldürə  bilər?  Əbu  Bəkr  dedi:  Mən.  Ayağa 
qalxaraq onun yanına getdi. Lakin, onu namaz qılan halda görüb, öz-özünə dedi: Sübhanəllah! 
Namaz  qılan  adamı  necə  öldürə  bilərəm?  Buna  görə  də  onu  öldürməyib  geri  qayıtdı. 
Peyğəmbər  (s)  Əbu  Bəkrdən  –Öldürmədinmi?–  deyə  soruşduqda,  belə  cavab  verdi:  Namaz 
qıldığına  görə  onu  öldürmədim.  Axı  siz  bizi  namaz  qılanları  öldürməkdən 
çəkindirmişsiniz.Peyğəmbər  buyurdu:  Kim  onu  öldürə  bilər?  Bu  zaman  Ömər  dedi:  Mən. 
Amma  onu  səcdəyə  gedən  halda  görüb,  öz-özünə  dedi:  Məndən  üstün  olan  Əbu  Bəkr  onu 
öldürmədi, mən necə öldürə bilərəm? Ona görə də qayıtdı və dedi ki, onu səcdəyə gedən halda 
görüb Allaha xatir öldürmək istəmədim. Peyğəmbər (s) buyurdu: Daha kim onu öldürə bilər? 
Bu vaxt həzrət Əli (s) cavab verdi ki, mən. Peyğəmbər (s) də buyurdu ki, əgər onu (bir daha) 
tapa bilsən. Əli (ə) gedib, onu nə qədər axtardısa, tapa bilmədi. Qayıtdıqdan sonra Peyğəmbər 
soruşdu: Nə oldu? Əli (ə) cavab verdi ki, o adam oradan getmişdi. Peyğəmbər buyurdu: Əgər 
bu şəxs öldürülsəydi, ümmətim arasında (bundan sonra) heç bir ixtilaf düşməzdi.” 
Bu hədisi Hafiz Məhəmməd ibn Musa Şirazi öz kitabında Yəqub ibn Süfyan, Məqatil ibn 
Süleyman, Yusif Qəttan, Qasim ibn Səlam, Məqatil ibn Həyyan, Əli ibn Hərb, Süda, Mücahid, 
Qütadə,  Vəki  və  İbn  Cərihin  təfsirlərindən  nəql  etmişdir.  Eləcə  də  mötəbər  alimlərdən  bir 
çoxu,  imam  Şəhabəddin  Əhməd  (İbn  Əbdürəbbih  Əndəlusi  təxəllüslü)  kimi  (“İqdül-Fərid” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə