Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə95/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   91   92   93   94   95   96   97   98   ...   118

 
238 
DOĞSAN BİRİNCİ MƏKTUB 
19 Rəbiül-Əvvəl 1330 
1. Üsamənin səriyyəsində baş verən hadisələrin yozumu. 
2. Bu ordudan boyun qaçıranların lənətlənməsi barədə bir hədisin mövcud olmaması. 
 
1.  Bəli,  doğrudur  ki,  Peyğəmbər  (s)  onları  Usamənin  ordusuna  göndərib,  vaxtı  itirmədən 
döyüş məntəqəsinə hərəkət etmələrinə əmr verdi. Hətta Usaməyə buyurdu ki, elə günü bu gün, 
sübh çağı Ubnaya həmlə etsin (heç günortaya kimi də möhlət vermədi). Amma o həzrət birdən 
xəstələndi  və  xəstəliyinin  şiddətindən  halı  pisləşdiyi  üçün,  onlar  belə  bir  vəziyyətdə 
Peyğəmbəri  (s) tək  qoyub  getməyə  razı  olmadılar. Peyğəmbərin  halından xəbər  tutmaq  üçün 
Curufda  bir  müddət  dayandılar  və  bu  əməl  Peyğəmbərə  olan  bağlılığın  nişanəsi  idi.  Onların 
gözləməyini  iki  cür  açıqlamaq  olar:  Ya  Peyğəmbərin  mübarək  vücudunun  salamatlığından 
arxayın  olub,  asudə  hərəkət  etmək  istəyirmişlər,  ya  da  o  həzrətdən  sonra  gələcək  xəlifənin 
hökumətinin  əsaslarını  möhkəmləndirmək  məcburiyyətində  qalmışdılar.  Deməli,  onlar  bu 
qərarlarında üzrlü idilər və heç bir irad onlara tutula bilməzdi.  
Amma  onların  Usamənin  sərkərdəliyinə  tutduqları  irada  gəlincə  əlbəttə  ki,  onlar 
Peyğəmbərin  vəfatından  qabaq  həzrətin  Usamənin  sərkərdəliyinə  aid  əmrlərin  və  ciddi 
rəftarının aşkar şahidi idilər. Onlar yalnız Usamənin yaşca onlardan çox cavan olmasına irad 
tuturdular. Çünki onlar dünya görmüş, saç-saqqalları ağarmış kişilər idilər. Bunu da bilirsiniz 
ki, qocalar öz fitrətləri üzündən cavanlara tabe olmağa, onların əli altında işləməyə nifrət edir 
və  onlara  heç  vaxt  təslim  olmurlar.  Beləliklə,  onların  Usamənin  əmrliyindən  boyun 
qaçırmaları,  özləri  tərəfindən  olan  bidət  deyil,  insan  təbiətində  olan  fitri  (zati)  bir 
xüsusiyyətdir (diqqət edin!). 
Amma  Peyğəmbərin  (s)  vəfatından  sonra  Üsamənin  sərkərdəlikdən  azad  edilməsi  barədə 
onların  xahişinə  gəlincə  isə,  bəzi  alimlər  demişlər  ki,  onların  fikrincə  Əbu  Bəkr  bu  nəzərlə 
razılaşacaq  və  onların  nəzərinə  əsasən  Üsaməni  işdən  çıxaracaqdı.  Bu  da  ki,  alimlərin 
cavabları idi.  
Amma insafla demək lazımdır ki, Peyğəmbərin (s) onların belə yersiz iradları müqabilində 
əsəbiləşməsindən  sonra  belə  bir  xahişin  (Üsamənin  əmirlikdən  çıxarılması)  haqqında  əqlə 
sığışa biləcək bir yozum tapa bilmirəm. Bütün bu irad və tənələr o həzrəti o qədər əsəbləşdirdi 
ki,  bədəni  qızdırmalı,  başı  sarıqlı  halda  evdən  məscidə  gəlib  minbərdə  əyləşərək,  uca  səslə 
onların  eybini  özlərinə  xatırlatdı.  Sadaladıqlarımız  tarixi  həqiqətlərdir  ki,  hamı  bunlardan 
xəbərdardır. Bu məsələnin düzgün yozumununu Allahdan başqa heç kim bilmir.  
Ümumiyyətlə,  bu  döyüşün  ləğv  olunması  təklifinə  gəldikdə  isə  Peyğəmbərin  bu  barədə 
olan çoxlu sifarişlərindən agah olmalarına baxmayaraq, demək lazımdır ki, bu iş yalnız İslamı 
məhv  etmək  məqsədi  daşıyırdı.  Belə  ki,  ordu  şəhərdən  çıxdığı  təqdirdə,  şəhər  ətrafındakı 
müşriklərin  şəhərə  hücum  etmələrindən  qorxurdular.  Çünki  Peyğəmbərin  vəfat  etməsi  ilə 
bərabər nifaq aşkar olmuş, yəhudi və nəsranilərin qüvvəsi artmış, ərəb qəbilələrindən bəziləri 
mürtəd olmuş, bəziləri isə zəkat verməkdən boyun qaçırmışdılar. Məhz, bu baxımdan səhabə 
Əbu Bəkrlə söhbət edib Üsamənin bu səfərinin dayandırılmasını tələb etmişdi. Amma o (Əbu 
Bəkr), bu işə razı olmayıb demişdi: “Allaha and olsun, əgər belə etsəm (yırtıcı) quşların məni 
öz  çənglərinə  alıb  tikə-tikə  etməyi,  Peyğəmbərin  (s)  əmrindən  boyun  qaçırmaqdan  daha 
yaxşıdır.” 
Bütün  bu  mətləbləri  bizim  əshab  Əbu  Bəkrdən  nəql  etmişlər.  Amma  onların  Üsamənin 
səfərinin  ləğv  olunması  xahişinə  gəlincə,  deməliyik  ki,  bu  iş  İslamın  qorunması  naminə  idi, 
deməli,  üzrləri  qəbul  olunmalıdır.  Əbu  Bəkr,  Ömər  və  başqalarının  Üsamənin  ordusundan 


 
239 
boyun  qaçırmaları  İslam  ölkəsinin  möhkəmləndirilməsi,  Peyğəmbərin  hökumətinin,  xilafətin 
qorunması naminə idi, belə ki, dini bundan başqa bir yolla qorumaq mümkün deyildi.  
2.  Amma  Şəhristaninin  “Miləl  və  Nihəl”  kitabından  nəql  etdiyiniz  hədisi  biz  “mürsəl” 
(yəni,  sənədi  bitməmiş)  gördük.  Hələbi  və  Zeyni-Dehlan  da  bu  barədə  öz  “sirə”  kitablarında 
yazırlar: “Bu barədə əsla, heç bir hədis nəql olunmamışdır. Əgər siz bu barədə sünni təriqi ilə 
nəql olunmuş hədisə rast gəlibsinizsə, lütfən onu bizə göstərin. Vəssalam. 
“S” 


 
240 
DOĞSAN İKİNCİ MƏKTUB 
22 Rəbiül-Əvvəl 1330 
1. Onların bəhanələri söylədiklərimizlə zidd deyildir. 
2. Şəhristanidən nəql etdiyimiz mətləb, müsnəd (sənədli) hədisdə gəlmişdir. 
 
1.  Allah  sizdən  razı  olsun,  deməli,  onların  “Üsamənin  səriyyəsi”ndə  hərəkət  etmələrində 
süstlük  göstərdiklərini,  bir  müddət  Curufda  qalaraq  hərəkət  etməmələrini,  halbuki  vaxtı 
itirmədən  hərəkət  etməyə  əmr  olunduqlarını  qəbul  edirsiniz.  Eləcə  də  onların  Üsamənin 
əmirliyinə  tənə  vurub,  irad  tutmalarını  da  (baxmayaraq  ki,  onun  əmirliyinin  təyidi  barədə 
dəfələrlə  Peyğəmbərdən  eşitmişdilər)  qəbul  edirsiniz.  Həmçinin  onların  Əbu  Bəkrdən 
Üsaməni  vəzifəsindən  çıxartmağı  istəmələrini  (halbuki,  onlar  Peyğəmbərin  bu  iradlardan 
əsəbiləşməyinin şahidi olmuşdular) də qəbul edirsiniz. Halbuki Peyğəmbərin (s) bu işin həyata 
keçirilməsinə  nə  qədər  böyük  əhəmiyyət  verdiyinin  şahidi  idilər  (məxsusən,  ordunun  sürətlə 
hərəkəti  əmri!).  Onlar  bu  barədə  Peyğəmbərin  (s)  bir-birinin  ardınca  verilən  əmrlərini 
eşitmişdilər.  Həmçinin,  Peyğəmbərin  öz  əli  ilə  yaraqlayıb,  Üsamənin  əmrlərinə  tabe  olmağı 
əmr  etdiyi  şəxslərin  boyun  qaçırmaları  ilə  də  razılaşırsınız.  Beləliklə  hədisçilərin  yekdilliklə 
qəbul etdikləri ilə siz də razılaşırsınız.  
Amma  onların  boyun  qaçırmaqda  üzrlü  olduqlarını  söylədiyiniz  sözlərin  hasili  bu  idi  ki, 
İslamın məsləhətini şəxsi nəzərlərinin tələb etdiyi kimi, (Peyğəmbərin əmrlərinə uyğun) əmrin 
icra olunmasından daha üstün sanmışlar. Elə biz də bundan artıq heç nə istəmirik. Başqa sözlə, 
bizim  söhbətimizin  mövzusu  bundan  ibarət  idi  ki,  onlar  bütün  nəslərə  boyun  əyərək,  itaət 
edirdilər,  ya  yox?  Halbuki,  sizlər  həmişə  birincini  (yəni,  bütün  nəsslərə  boyun  əyirdilər),  biz 
isə ikincinin doğru olduğunu demişik.  
İndi isə sizin bu məsələni (yəni, onlar Peyğəmbərin bu əmrlərinə boyun əyməyiblər) etiraf 
etməyinizlə  bizim  dediklərimiz  sabit  olur.  Amma  onların  məzur  (üzrü)  olub-olmamaları  isə 
bizim bəhsimizdən xaricdir.  
Üsamənin səriyyəsində onların öz şəxsi nəzərlərinə əsasən, İslamın məsləhətini “nəss”lərin 
tələb etdiyindən üstün saymaları sizin üçün sabit olduqda, bəs niyə həmin sözü Peyğəmbərdən 
sonrakı  xilafətin  haqqında  söyləmirsiniz?  Belə  ki,  onlar  xilafət  məsələsində  də  İslamın 
məsləhətini şəxsi nəzərlərilə ölçərək “qədir” və s. kimi hədislərdən üstün saydılar.  
İrad  tutanlar  tərəfindən  üzr  gətirdiniz  ki,  onlar  yaşlarının  çoxluğu  üzündən  Üsamənin 
əmirliyindən  boyun  qaçırmışlar,  çünki  o,  çox  cavan  idi.  Buyurdunuz  ki,  qocalar  öz  fitri 
xüsusiyyətləri ucbatından cavanlara itaət etmirlər. Belə isə, həmin sözü niyə “qədir” “nəss”ləri 
(Əlinin  (ə)  azyaşlı  olmasına  baxmayaraq  yaşlı  qocalara  əmir  təyin  edilmişdi)  barəsində  də 
söyləmirsiniz?  Bu  birinci  dəfə  deyildi  ki!  Axı,  onlar  düzgün  xəbərlərə  (hədislər)  əsasən, 
Peyğəmbər  (s)  dünyadan  köçən  zaman  Əlini  də  cavan,  azyaşlı  saydılar.  Əlbəttə  ki,  hamıya 
hökumət  etməklə,  bir  qoşuna  sərkərdə  olmaq  arasında  nə  qədər  fərq  var!  Deməli,  əgər  onlar 
neçə günlük döyüşdə bir cavana itaət etməyiblərsə, əlbəttə ki, bütün ömürləri boyu bir cavanın 
– həm dünya, həm də axirət işlərində itaətində olmaqdan boyun qaçırmalıydılar!  
Amma  siz  bu  sözü  əgər  ümumi  surətdə  söyləyirsinizsə,  qəbul  deyildir.  Çünki  mömin 
qocalar (kamil iman sahibləri) Allahın və Peyğəmbərin itaəti naminə heç vaxt itaətdən boyun 
qaçırmırlar.  Nəinki  cavanlara  itaət  etməkdən,  hətta  Allah-təalanın  hökmünə  boyun  əymək 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə