Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə25/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

                                     

78 


inkişafımda  unudulmaz  müəllim,  professor  Ümnisə  xanımın 

əvəzsiz  xidməti  vardır.  Mən  bu  gün  də  oftalmologiyaya  olan 

sevgimə, marağıma görə Ümnisə xanıma minnətdaram. Ümnisə 

xanım  həyatda  mənə  mayak-yol  göstərənim  olmuşdur.  Mənim 

alim  kimi  yetişməyimdə  professorun  zəhməti  çox  olub.  Onun 

rəhbərliyi  və  himayəsi  altında  həm  namizədlik,  həm  də 

doktorluq  elmi  işlərimi  müdafiə  etmişəm.  Onunla  ünsiyyətdən 

sonra qəlbimdə Ümnisə xanımın yolunu davam etdirmək arzusu 

yaranıb və mən o amalı yerinə yetirməyə çalışmışam. 

Təkcə  mən  yox,  bütün  Azərbaycan  oftalmoloqları  Ümnisə 

xanıma  borcludurlar.  O,  Azərbaycan  oftalmologiya  məktəbinin 

banisidir.  Keçmiş  SSRİ-də  tanınmış,  nüfuzlu  oftalmoloq  idi. 

Onun  oftalmologiya  sahəsinə  gətirdiyi  yeniliklər,  çox  mühüm 

tədqiqat  işləri,  dərin  araşdırmaları  SSRİ-də  və  xarici  ölkələrdə 

yüksək dəyərləndirilirdi.  

Xarici ölkələrdə SSRİ oftalmoloqlarını həmişə Ümnisə xanım 

təmsil edirdi. Geniş dünyagörüşlü, erudisiyalı alim idi. Mötəbər 

konfranslarda,  simpoziumlarda  ingilis,  rus  dilində  maraqlı 

məruzələr  oxuyurdu.  Hər  xarici  səfərdən  sonra  oftalmologiya 

cəmiyyətində  söhbətlər  keçirirdi.  Xarici  ölkələrdə  gördüklərini, 

tibb sahəsindəki yenilikləri bizimlə həvəslə bölüşərdi.  

Ağır xəstələr konsiliuma qoyulardı. Bütün professorlar, alim-

lər  konsiliumda  iştirak  edir,  müayinə  aparıb  öz  fikirlərini 

söylərdilər. Bu konsiliumlar böyük məktəb idi. O vaxtı traxoma 

xəstəliyi  -  korluqla  mübarizəyə  hamı  qalxmışdı.  Azərbaycan 

oftalmoloqları da bu sahədə  yüksək nailiyyətlər  əldə etmişdilər. 

Bayraqdarımız  isə  dünya  şöhrətli  alim  Ümnisə  xanım  idi.  O, 

traxoma, 

gözün 

uyğunlaşması, 



hamilə 

qadınlarda 

göz 

xəstəlikləri sahəsində böyük uğurlar qazanıb. 



Oftalmologiya  tibbin  mürəkkəb  sahəsidir.  O,  fiziki,  kimyəvi 

proseslərlə bağlıdır. Çox qəliz termin və ifadələri Ümnisə xanım 

elə  sadə,  anlaşıqlı  dildə  açıqlardı  ki,  onun  mühazirələrini, 

tələbələr  də,  mütəxəssis  olmayanlar  da  aydın  başa  düşürdülər. 




                                     

79 


Azərbaycanca  göz  xəstəlikləri  dərsliyini  də  ilk  dəfə  Ümnisə 

xanım yazıb, yaradıb. 

Onu tələbəlik illərindən xatırlayıram. Ümnisə xanım ucaboy, 

qamətli,  şux  baxışlı,  xoş  çöhrəli,  qürurlu  qadın  idi.  O  vaxtı 

Tamerlanın  təşəbbüsü  ilə  axırıncı  mühazirədə  müəllimlərimizə 

hörmət  və  minnətdarlıq  əlaməti  olaraq  gül  dəstəsi  hədiyyə 

edərdik.  Ümnisə  xanımın  da  sonuncu  mühazirəsində  ona 

qızılgüllərdən  bağlanma  çiçək  dəstəsi  təqdim  etdik.  Son  dərəcə 

həssaslıqla,  kövrək  hisslərlə  bizə  təşəkkürünü  bildirdi.  Amma 

gülləri  götürmədi.  Harasa  hospitala  gedəsiydi,  xəstələr  onu 

gözləyirdilər. Qızlarla qərara  gəldik ki,  çələngi  evlərinə  aparaq. 

Ümnisə  xanım  İçərişəhərdə  olurdu.  Qapını  üzümüzə  nurani 

sifətli  bir  qadın,  anası  açdı.  Ümnisə  xanımın  qızı  da  onun 

qucağında  idi.  Bizə  çox  böyük  səmimiyyətlə  təşəkkür  etdi, 

qonaqpərvərlik göstərdi. 

Ümnisə  xanım  sadəliyin,  nəcibliyin,  kübarlığın,  ziyalılığın 

timsalı  idi.  İşdə  sadə,  lakin  yaraşıqlı  geyinərdi.  Zinət  taxmağı 

sevməzdi,  bunu  bizdən  də  tələb  edərdi.  Amma  xarici  ölkələrə 

gedəndə Ümnisə xanım tamam başqa görkəm alırdı. Bu səfərlərə 

xüsusi hazırlaşır, hər geyimini təzələşdirirdi. Ayaqqabılarınacan 

təzələrdi.  Bir  cüt  brilyant  dəsti  vardı.  Onlarla  özünü 

zinətləndirirdi.  Onsuz  da  Ümnisə  xanım  vüqarlı,  əzəmətli  idi. 

Deyirdi  ki,  mən  xaricdə  Azərbaycanı  təmsil  edirəm.  Gərək  buna 

layiq olam. Adi bir  detaldan tutmuş  məruzəsinədək  hazırlaşarkən 

o,  yalnız  Azərbaycanı  düşünürdü.  Azərbaycanı  gözəl  elçi 

sifətində təcəssüm edirdi. 

Hörmətli  professorumuz  böyük  ictimai  işlər  aparırdı.  Sovet 

Sülhü  Müdafiə  Komitəsinin,  Sovet  Qadınlar  Komitəsinin  üzvü, 

Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü,  Azərbaycan 

oftalmoloqlarının  lideri  idi.  Mən  fəxr  edirəm  ki,  belə  görkəmli 

alim, səhiyyə fədaisi həyatda mənim mayakım olub.  

 

Professor Zəhra Quliyeva 

  



                                     

80 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



“HƏYATIMA DÜġƏN ĠġIQ” 

 

Görkəmli  alim,  tanınmış  göz  cərrahı  Ümnisə  xanım  Musa-



bəylinin  göz  əməliyyatları  dünyaya  səs  salmışdı.  O,  Oftalmo-

logiya aləminin sevilən və seçilən nümayəndəsi  idi... 

Ümnisə  xanım  Afrika  və  Asiya  ölkələri  üzrə  Sovet  oftal-

moloqlarının nümayəndə heyətinin rəhbəri olub. Çünki o zaman 

ondan  yaxşı  ingilis  dilində  danışan  oftalmoloq  alim  yox  idi. 

İttifaq  miqyasında  birinci  idi.  Onun  bir  neçə  dildə  sərbəst 

danışması,  cəmiyyətdə  kübar  davranışı,  zövqlü  və  mədəni 



                                     

81 


geyimi diqqət çəkdiyindən bu Azərbaycan alimi o vaxtlar Sovet 

bayrağının  üstündə  parlayan  ulduza  bənzədilirdi.  Xüsusən, 

ingilis  dilli  olduğu  üçün  əksər  beynəlxalq  elmi  tədbirlərə  dəvət 

edilirdi. Maraqlısı da bu idi ki, Ümnisə xanım səfərlərdən yaxşı 

məlumatlarla  geri  dönürdü.  O  vaxtlar  indiki  kimi  informasiya 

bolluğu yox idi. Sərhədlər bağlıydı, ölkələr haqqında kapitalizm 

təfəkkürü  təbliğ  olunurdu.  Alim  isə  xaricdən  qayıdanda  çoxlu 

yeniliklərlə  gəlirdi.  O,  gördüklərini  ilkin  olaraq  Azərbaycanda 

həyata  keçirib,  dünya  təbabətinin  ən  son  nailiyyətlərini 

vətənində gerçəkləşdirib... 

Ümnisə  xanımın  əməliyyatları  o  qədər  uğurlu  alınırdı  ki, 

xaricə  ölkələrdən  də  yanına  xəstələr  axışırdı.  Azərbaycandan 

belə  böyük  bir  alimin  yetişməsinə  nəinki  Sovet  İttifaqında, 

dünya ölkələrində də mat qalmışdılar.  

Qeyri  adi  mühazirə  söyləmək  qabiliyyəti  var  idi.  Tələbə-

lərinə,  həmkarlarına  mövzuları    emosiyalı  çıxışlarla,  başa  dü-

şülən  tərzdə  elə  təqdim  edirdi  ki,  sözünü,  cümləsini  yazmağa 

ehtiyac yox idi. Hər kəlməsi beyinə həkk olunurdu.  Bir-iki dəfə 

mühazirələrini  dinləyən  şəxs  onun  səsinin  sehrinə  düşürdü.    O 

illər  Tibb  İnstitutunda  göz  xəstəlikləri  bir  ay  tədris  olunurdu. 

Tələbələr  cəmi  səkkiz  mühazirə  dinləyirdi.  Ümnisə  xanımın 

böyüklüyü  ondadır  ki,  bu  səkkiz  dərs  zamanı  tələbəyə  özünü, 

sənətini  sevdirməyi  bacarırdı.  Mühazirələr  bitəndən  sonra  biz 

onun  söhbətlərini  eşitmək,  alimi  yenidən  dinləmək  üçün  iştirak 

etdiyi  seminarlara,  konfranslara  gedirdik.  O  danışanda  insan 

kiprik belə çalmaq istəmirdi ki, birdən nə isə nəzərindən qaçar. 

Tibb  institutuna  gələndə,  kişilər  göz  həkimi  olmağı  ağlına 

belə  gətirməzdilər.  Ancaq  Ümnisə  xanımı  dinləyəndən  sonra 

əksər  tələbə  oftalmoloq  ixtisasını  seçdi.  Ümnisə  xanımla  söh-

bətdən  sonra  bu  sənətə  vurulurdular.    Xarici  ölkələrdə  belə 

insanların  mühazirələrinə    biletlər  satılır.  İnsanlar  pul  verib, 

həmin saatlarda könüllü  dinləyici olurlar.  Ümnisə  xanım  gözəl 

natiq  idi  və  onun  dünyanın  mötəbər  konfranslarında  etdyi 

məruzələr  hələ  də  qocaman  oftalmoloqların  yaddaşında  qalıb. 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə