2
ġəlalə Məhyəddin qızı. «Qaranlıqdan iĢığa». Bakı,
«Nasir» nəĢriyyatı, 2012, 192
səh.
Bu kitab dünya şöhrətli göz cərrahı, Azərbaycan
oftalmologiyasının banisi professor Ümnisə Musa-
bəylinin 110 illik yubileyinə həsr olunub.
Kitabda alimin elmi fəaliyyəti ilə bağlı xatirələr
toplanıb.
Kitabın işıq üzü görməsində maddi və mənəvi kö-
məklik göstərən həmyerlilərimiz, iş adamı Dağlar Sə-
fərova və «Nasir» nəşriyyatın direktoru Famil Kəri-
mova minnətdarlığımızı bildiririk.
3
M 087 – 2012 © «Nasir» nəĢriyyatı,2012
ÖN SÖZ
Qeyri-adi zəka sahibləri bilik və bacarıqlarını elmin inkişa-
fına sərf edəndə daha çox fayda verir, onların əməyinin nəti-
cəsində daha çox insan bəhrələnir. Ömrü boyu insanlara nur
verən akademik Ümnisə Musabəyli də belə insanlardan biri idi.
O, təkcə Azərbaycanda, keçmiş Sovetlər İttifaqında deyil,
dünyada sevilib-seçiliən nadir oftalmoloqlardan biri kimi
tanınırdı. Hətta onu dövlət başçıları səviyyəsində müxtəlif
ölkələrə dəvət edir, böyük hörmət və ehtiram göstərirdilər.
Təkcə bu faktın özü onun çox böyük nüfuza malik olduğunu
şərtləndirən amillərdən biridir. Odur ki, Ü.Musabəylinin
gözlərinə şəfa verdiyi insanlar arasında adi vətəndaşlardan
tutmuş yüksək rütbəli məmurlar, dövlət başçıları da olub.
Beynəlxalq səviyyəli simpoziumlarda, elmi konfranslarda
etdiyi çıxışlar da həmişə maraqla qarşılanır, böyük əks-səda
doğururdu. Sağlığında «Ümnisə xanım» adlı sənədli film
çəkilmiş, elmi məqalələri dünyanın bir çox nüfuzlu jurnallarında
çap olunmuşdur. Ümnisə xanım neçə insanın gözünə nur
vermişdi, neçə təşəkkür məktubu almış, haqqında neçə xatirə
yazılmışdı? Bunu rəqəmlə ifadə etmək qeyri-mümkündür.
Artıq Ümnisə xanımın vəfatından 40 ilə yaxın vaxt keçir.
Buna baxmayaraq, o, indi də ehtiramla yad edilir, böyük məhəb-
bətlə xatırlanır. Vaxtilə onunla birlikdə çalışan iş yoldaşlarından,
dərs dediyi tələbələrdən, müalicə etdiyi insanlardan kimisi onun
haqqında məqalə, kimisi xatirə, kimisi şeir, kimi də hətta elegiya
və poema da yazmışdır.
Jurnalist Şəlalə Məhyəddin qızı həmin yazıların və xatirələrin
bir çoxunu arayıb-axtarıb taparaq bu kitabı ərsəyə gətirmişdir.
4
Kitaba çəkilən zəhməti görmək üçün onun mündərəcatına nəzər
salmaq kifayətdir.
Ümnisə Musabəyli Azərbaycan təbabətinə nə kimi yeniliklər
gətirib, dünya tibb elminə hansı töhfələri verib, xəstələri necə
müalicə edirdi, necə dərs deyirdi, tələbələrinə hansı tövsiyələrini
verirdi, anadangəlmə kor olan insan gözlərini açanda nə kimi
hisslər keçirdirdi? Kitabda bu və ya digər suallara ətraflı cavab
verilir.
Kitabın üstün cəhətlərindən biri də oradakı insan mənəviy-
yatını zənginləşdirən faktların çoxluğudur. Bu da Ümnisə
Musabəylinin özünün daxili aləminin zənginliyindən, yüksək
əxlaqi xarakterindən irəli gəlirdi. Başqa sözlə desək, Ümnisə
xanım təkcə qeyri-adi istedadı ilə deyil, yüksək insani əxlaqi
dəyərləri ilə də xatirələrdə silinməz izlər qoyub. Onu əbədiyaşar
edən də budur. Bu isə o deməkdir ki, kitabdan görüb götürüləsi,
öyrəniləsi çox şey var.
Bütün hallarda kitaba əsl qiyməti oxucu verir. Bu kitab da
mənalı, düşündürücü, insanları xeyirxah əməllərə çağıran,
onların daxili aləmini, mənəviyyatını zənginləşdirən kitabdır.
Bütün dövrlərdə belə kitablara ehtiyac olub. Bundan sonra da
olacaq. Odur ki, oxucular tərəfindən bu kitabın böyük maraqla
qarşılanacağı şübhəsizdir. Müəllif üçün isə bundan böyük sevinc
payı ola bilməz.
Rüstəm RÜSTƏMOV,
əməkdar jurnalist
5
ÜMNĠSƏ MUSABƏYLĠNĠN HƏYATINDAN QISA
FRAQMENTLƏR
Gecə birə işləyirdi. Şəhər bəlkə də çoxdan yuxuya getmişdi.
Bərkdən döyülən qəfil qapı səsi gecənin sakitliyində əks-səda
yaratdı. Səsə qonşular da diksindi.
- Xeyir ola, bu vaxt?
Ümnisə xanım dodaqaltı pıçıldadı:
- Kimdir görəsən?
Çevrilib professora baxdı. Həmişə gülərüzlü olan həyat yol-
daşını elə bil ilk dəfə görürdü. Ərinin rəngi bəyazımış çöhrəsi və
nigaran baxışları onu ildırım kimi vurdu. Dağdan ağır sandığı
kişinin birdən-birə yazıqlaşan görkəmi nəzərindən qaçmadı.
Hərəkətsiz qaldığını görüb, özü qapıya yaxınlaşdı. İçəri daxil
olan bir neçə şəxs bircə kəlmə soruşdu:
- İsmayılzadə İbrahim?
- Bəli.
- Yığışın, bizimlə getməlisiniz.
- Hara?...
- ...
Susmuş və zəhmli baxışlardan, dilindən qəfil çıxan sualdan
İbrahim müəllim daha da pərt oldu. Həmişə cəsarəti, dilavərliyi
ilə seçilən Ümnisə xanım da susmuşdu. Bu sualın cavabı yox
idi.
Ötən il minlərlə qapısı döyülən insanlar nəyin qurbanı
olduğunu bilmədikləri halda gedər-gəlməzə yola salınmışdılar.
Tanıdıqları bu insanların aqibəti hamının başına gələ bilərdi.
Xüsusilə ziyalıların, milləti canı-qanı qədər sevdiyi şəxslərin
alın yazısına çevrilirdi. Bu dəfə İbrahim İsmayılzadə hədəfə
alınmışdı.