Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə9/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

                                     

27 


etdiyi  patogenetik  müalicə  tədbirləri  gözün  digər  qişalarında 

təzə  damarların  əmələ  gəlməsinin  və  korluqla  nəticələnməsinin 

qarsısını  alır.  İlk  dəfə  Tamilla  Ağayevanın  müşahidə  etdiyi  bu 

simptoma Moskvada Ümumittifaq Patentləşdirmə və Ekspertiza 

Elmi-Tədqiqat 

İnstitutu 

tərəfindən 

“Gözün 


diabetik 

dəyişikliklərinin  ağırlıq  dərəcəsinin  göstəricisi  simptomu”  adlı 

müəlliflik şəhadətnaməsi verilir...”. 

Dəyərli  oxucular,  Tamilla  Ağayeva  ilə  görüşümüzdən  bir 

neçə gün sonra mətbuatda bu xəbəri oxudum: “Akademik Zərifə 

Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzinin  aparıcı  elmi 

işçisi,  tibb  elmləri  namizədi  Tamilla  Ağayevanın  yazdığı 

"Katarakta  -  put  k  istine"  monoqrafiyası  Dövlət  Mükafatına 

təqdim  edilib”.  Bu  sevindirici    hadisə  bir  daha  Ümnisə  Musa-

bəylinin  uzaqgörənliyindən  xəbər  verir.  Onun  tələbəsinə  həvalə 

etdyi  problem  ətraflı  öyrənildiyi  və  təbabət  üçün  əhəmiyyətli 

olduğu  üçün  Tamilla  Ağayevanın  elmi  nailiyyəti  dövlətin  ali 

mükafatına layiq  görülür.  Tamilla xanım  həm  də bədii duyumu 

ilə  diqqət  çəkən  poetik  misralar  müəllifidir.      Mətbuatda 

“Tamilla  Şəfəq”  imzası  ilə  tanınan  şairə  gözəl  şeiriyyatı  ilə 

seçilir  və  bu  kitabda  müəlliminə  ithaf  elədiyi  bir  neçə  şeiri  də 

yer alıb... 

Kitabda  Ümnisə  xanım  haqqında  Professor  Zəhra  Quli-

yevanın  da  bir  neçə  xatirəsi  verilib.  Hər  dəfə  Ümnisə  xanımı 

dərin  məhəbbətlə  xatırlayan  alimin  özünün  də  Azərbaycan 

oftalmologiyasında  xidmətləri  misilsizdir.  Ancaq  o,  bunun 

özülünün  müəllimi  tərəfindən  qoyulduğunu,  Ümnisə  xanımın 

sayəsində oftalmologiya elminə gəldiyini, onun zəngin intellek-

tindən  bəhrələndiyini  və  bu  elm  dühasından  örnək  aldığını  dilə 

gətirir.  

Təcrübəli  pedaqoq,  istedadlı  alim,  bilikli  həkim,  mahir  of-

talmoloq-cərrah  Zəhra  Quliyeva  Ümnisə  Musabəylidən  sonra 

uzun  müddət  oftalmologiya  kafedrasına  rəhbərlik  edib.  Sevimli 

müəllimi  Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü 

Ümnisə xanım Musabəylinin ənənələrinə sadiq qalaraq həkim və 




                                     

28 


elmi-pedaqoji 

kadrların 

yüksək 

səviyyədə 



hazırlanması 

sahəsində əzmlə çalışıb. Dörd namizədlik dissertasiyasının elmi 

rəhbəri, 4 monoqrafiyanın, 160-dan  artıq elmi  məqalənin,  "Göz 

xəstəlikləri"  kitabının,  4  dərs  vəsaitinin,  1  ixtira  və  4 

səmərələşdirici təklifin müəllifidir. 

“Müəllimlər  müəllimi,  alimlər  alimi,  Milli  Akademiyanın 

müxbir  üzvü,  tibb  elmləri  doktoru,  professor  Ümnisə  xanım 

Musabəylinin  xatirəsinə  həsr  edilmiş  bir  neçə  kəlmə  söz  və 

fikirlərim”  və  “Oftalmologiyanın  mayakı  Ümnisə  xanım”  adlı 

xatirələri    ayrı-ayrı  illərdə  yazılıb.  Hər  iki  yazını  oxucuların 

ixtiyarına verməyimizin səbəbi də odur ki, bu qeydlərdə əslində 

bir-birini təkrarlayacaq sözlər yoxdur. Zəhra xanımın sözləri ilə 

desək, Ümnisə xanım uca bir zirvədir və bu yüksəkliyə baxanda 

onun daha əlçatmaz olduğunu dərk edirsən...  

Alimin  yetirmələrindən  olan  professor  Nazim  Əfəndiyev 

(1926,  7  iyun  -  1998,  5  yanvar)  Azərbaycanın  tibb  tarixinə  izi 

düşən  simalardan  biridir.    Oftalmoloq  alim  on  minlərcə  əmə-

liyyat  aparmış,  mikrocərrahi  əməliyyatların  yeni  üsullarını  iş-

ləyib  hazırlamışdır.  150-yə  yaxın  elmi  əsərin,  o  cümlədən  3 

monoqrafiya,  3  ixtira,  20-dən  artıq  metodik  tövsiyə,  bir  sıra 

səmərələşdirici  təkliflərin  müəllifidir.  Onun  işləri  yaxın xaricdə 

aparıcı  oftalmoloji  müəssisələrdə  tətbiq  edilirdi.  Daha  çox  isə, 

respublikada  gözün  mikrocərrahiyyə  üsullarını  ilk  tətbiq  edən 

yüksək  oftalmoloq-cərrah  kimi  tanınırdı.  Nazim  Əfəndiyev  də 

öz sevimli müəllimi Ümnisə Musabəyli ilə birlikdə traxoma ilə 

mübarizə  aparan  alimlərdən  biri  idi.  Mil,  Muğan,  Şirvan 

düzlərində,  Abşeron  torpağında  bu  xəstəliyin  kökünü  kəsənlər 

sırasında adı çəkilir... 

Ümnisə  xanımın  tələbəsi  olmuş  Azərbaycan  Tibb  Univer-

sitetinin  Oftalmologiya  kafedrasının  rəhbəri,  professor  Paşa 

Qəlbinur  da  bu  fikri  təsdiqləyir  ki,  “Təkrarsızdır  Ümnisə  xa-

nım.”    Müəllimi  haqqında  deyir:    “...Ali  məktəbdə  oxuduğum 

illərdə  dünya  şöhrətli  alim,  göz  həkimi  Ümnisə  xanım  Mu-

sabəyli  mənim  xeyirxahım,  elmdə  yeganə  ümidgahım  oldu. 




                                     

29 


Onun  şəxsiyyəti  ilə  sənəti  ilahi  bir  vəhdətdə  idi,  bir-birindən 

ayrılmazdı.  O,  Azərbaycan  oftalmologiyasının  özü  demək  idi. 

Gözdə  ilk  cərrahiyyə  əməliyyatını  məhz  Ümnisə  xanımın 

məsləhəti ilə V kursda oxuyanda apardım. İndiyə kimi də o günü 

yaddan çıxara bilmirəm. Tələbə idim. Göz xəstəlikləri kafedrası 

ilə  mütəmadi  əlaqə  saxlayırdım.  İlk  kursdan  Ümnisə  xanım 

Musabəylinin  əməliyyatlarına  gedib  baxırdım.  Bir  dəfə  çox 

yüngül bir əməliyyat vardı - qanadvari pərdənin kəsilməsi. Dedi 

ki, əlini yu, əməliyyatı apar. Dosent Vasilyeva vardı, tapşırdı ki, 

mənə  assistentlik  eləsin.  Mənimçün  olduqca  gözlənilməz  oldu. 

Uğurlu  əməliyyatdan  sonra  sanki  çəkisizliyə  düşdüm:  demək 

olar ki, bir neçə gün göylərdə uçdum. 

-  Müəllimlərinizi  necə  sıralayardınız  ?-  deyə  soruşanda, 

böyük  iftixar  hissilə,  "Oftalmologiya  kafedrası"na  rəhbərlik 

etmiş, tibb elmləri doktoru,  professor, AMEA-nın müxbir üzvü, 

Azərbaycan  oftalmoloqlarının  hamısının  böyük  müəllimi  - 

mərhum  Ümnisə  xanım  Musabəylinin,  onun  iki  layiqli  tələbəsi 

olmuş akademik Zərifə xanım Əliyevanın, tibb elmləri doktoru, 

professor  Zəhra  xanım  Quliyevanın,  həmçinin  Moskvadakı 

müəllimim 

akademik 

M.M.Krasnovun 

adlarını 

qürurla 


çəkirəm”... 

 ...1969-cu  ildə  “Azərbaycanfilm”  kinostudiyası  “Ümnisə 

xanım”  adlı  sənədli  qısametrajlı  bioqrafik  film  çəkib.  Vladimir 

Sinitsinin  ssenarisi  əsasında  çəkilən  filmin  rejissoru  Zeynəb 

Kazımova, operatoru Əlibala Ələkbərovdur. Filmdə qısa da olsa, 

Ümnisə  xanımın  bütün  yaradıcılıq  sahələrinə  toxunulub.  Onun 

gözəl  insan,  istedadlı  həkim,  təcrübəli  cərrah,  alim  və  ictimai 

xadim kimi fəaliyyəti işıqlandırılıb.  Hadisələr çalışdığı Mərkəzi 

Göz  Klinikasında  lentə  alınıb.  Kadrlarda  həkimin  xəstələrlə 

tanışlığı,  cərrahiyyə  əməliyyatı  aparması,  həkimlərlə  söhbəti 

lentə aydın alınıb. Bu epizodlarla bərabər onun haqqında ictimai 

xadim  kimi  də  söhbət  gedir.  Filmdən  bəlli  olur  ki,  o  bir  çox 

ölkələrdə olmuş, beynəlxalq konfranslarda, simpoziumlarda iştirak 

etmişdir.  Ümnisə  xanım  kimi  dəyərli  bir  simanın  gələcək 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə