Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə6/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   2   3   4   5   6   7   8   9   ...   53

                                     

18 


AKADEMIK  ZƏRĠFƏ ƏLĠYEVA 

 

Zərifə  Əliyeva  professor  Ümnisə  Musabəylinin  sevimli  tələ-



bəsi  olub.  Azərbaycan  oftalmologiyasına  uğurlar  gətirən  bu  iki 

xanımın  bir-birinə  doğma  münasibəti  müəllim-tələbə  sev-

gisindən  boy  ataraq,    ana-bala  səviyyəsinə  qədər  yüksəlmişdi. 

Ümnisə xanım Zərifənin hər uğuruna sevinirdi.  

Professor  Tamara  Hüseynova  danışır  ki,  “...Mən  Tibb  İnsti-

tutunda  oxuyurdum.  Şahidiyəm  ki,  Zərifə  xanımın  traxomanın 

müalicəsində tətbiq etdiyi dərman preparatına aid elmi mövzusu 

müzakirə  olunanda  Ümnisə  xanım  sevincindən  qanad  açırdı. 

Gənc  alimin  tədqiqatları  ürəyincə  olduğundan  onun    müəllim 

sevinci çöhrəsindən hiss olunurdu ”.   

Zərifə  Əliyeva  da  müəllimi  kimi  elmin  aktual  sahələrinə 

nüfuz edir, oftalmologiyanın ən çətin problemlərini öyrənirdi. O 

sevdiyi sənətin bütün sirrlərini açmağa çalışır,  mükəmməl alim 

olmaq  istəyirdi.  Göz  həkimi  olmaq,  qaranlıq  aləmə  işıq  salmaq 

arzusu ilə Tibb İnstitutuna daxil olmuşdu... 

Görkəmli  Azərbaycan  yazıçısı  və  publisisti  Hüseynbala 

Mirələmov “Akademik Zərifə Əliyeva” kitabında yazır: “...Döv-

lət  imtahanları  başlamışdı,  əla  oxuyanlar  da,  bir  o  qədər  yaxşı 

oxumayanlar  da  həyəcanlı,  narahat  idi.  İmtahan  hamı  üçün 

imtahandır.  

Zərifə  suallara  cavab  verdikcə  professor  Ümnisə  Musabə-

yovanın üzünün güldüyünü hiss edirdi. Gənc tələbə müxtəlif göz 

xəstəlikləri,  onların  müalicəsi  və  profilaktikası  haqqında  elə 

ətraflı,  dolğun  və  həvəslə  danışırdı  ki,  elə  bil  bu  sahədə  uzun 

müddət işləmiş və təcrübə toplamışdı.  

İmtahanlardan  sonra  professor  Zərifəni  yanına  çağırdı  və 

dedi:  “Həkimlik,  ümumiyyətlə  çox  gözəl,  xeyirxah  peşədir. 

Ancaq  tibb  elmlərində  ən  xeyirxah  oftalmologiya  elmidir.  Mən 

istəyirəm  ki,  sən  oftalmoloq  olasan”.  Professorun  təklifi 

Zərifənin  arzuları  ilə  üst-üstə  düşürdü.    Qız  özü  çoxdan  bu 

haqda fikirləşirdi...”  



                                     

19 


Akademik  Püstəxanım  Əzizbəyova  xatirələrində  danışır:  "... 

1949-50-ci  illərdə  bu  nəcib  və  şərəfli  ixtisas  üzrə  ordinatura 

keçir, 1950-1953-cü illərdə isə aspiranturanı bitirir. Zərifə xanım 

1960-cı  ildə  “Traxoma  xəstəliyinin  sintomisin  və  onun  başqa 

terapiya  metodları  ilə  əlaqəli  müalicəsi”  mövzusunda  elmi  işini 

uğurla müdafiə edərək oftalmologiya üzrə tibb elmləri namizədi 

alimlik  dərəcəsi  alır.  1976-cı  ildə  Moskvada  çox  çətin  bir 

mövzuda “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin 

işçilərində  görmə  üzvünün  vəziyyəti”  mövzusunda  doktorluq 

dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsi 

alır, 1977-ci ildə professor, 1983-cü ildə isə akademik seçilir...”. 

Professor  A.İmaməliyev  akademik  Zərifə  Əliyeva  haqqında 

öz  xatirələrində  yazır.  “Tibb  institutunun  oftalmologiya 

kafedrasının  rəhbəri,  professor  Ümnisə  xanım  Musabəyova 

mənim  işlədiyim  klinikaya  müalicəyə  gəlmişdi.  Növbədən 

sonrakı  boş  vaxtlarda  onunla  söhbətləşərdik.  O,  mənə  öz 

tələbələrindən  danışardı.  Həmişə  söhbətinin  əvvəlində  də,  so-

nunda  da  Zərifə  xanımdan  söz  açardı.  Professor  Zərifəni  iste-

dadlı həkim və alim, həssas yoldaş, əməksevər insan kimi səciy-

yələndirirdi.  Deyirdi  ki,  Zərifə  xəstəni  müalicə  edəndə  onun 

ağrılarını  özü  də  yaşayır,  özgəsinin  ağrı-acısını  və  sevincini 

dərindən  duymaq  və  bunları  özününkü  kimi  qəbul  etmək  Zərifə 

xanımın adamlarla ünsiyyətdə başlıca keyfiyyəti idi...”. 

Daima fəhlələrlə təmasda olan alim həmişə öz elmi nəticələ-

rini  təcrübədə  sınaqdan  keçirərdi.  O,  tez-tez  respublikanın  iri 

sənaye  müəssisələrində  fəhlə  və  qulluqçular  qarşısında  çıxışlar 

edərdi.  Buna  görə  də  istehsalçılar  arasında  yaxşı  tanınırdı.  Get-

gedə  onun  bu  araşdırmaları  respublika  miqyasını  aşmağa 

başlayırdı  və  vaxt  gəldi  ki,  həmin  elmi  işlər  yeni  mərhələyə 

keçdi.  Bu  mərhələdə  Zərifə  xanım  sənayenin  tibbi  problemlərini 

Moskva  alimləri  ilə  birgə  həll  etməyə  başladı.  Azərbaycan 

aliminə  təntənəli  şəkildə  akademik  M.P.Averbax  adına  mükafat 

təqdim olundu. O, həmin ali mükafata layiq  görülmüş ilk qadın 

alim idi... 




                                     

20 


Professor    Nazim  Əfəndiyevin  xatirələrindən  oxuyuruq:  

“Mən özümü xoşbəxt insan sayıram. Çünki A.A.Abbasov, Sona 

xanım  Axundova,  Sona  xanım  Vəlixan,  Ümnisə  xanım 

Musabəyova  kimi  təcrübəli  və  dərin  bilikli  klinistlər  mənim 

müəllimlərim olmuşlar. İnstitutda çalışdığım zaman özümə çox-

lu dost-tanış tapmışdım. Bunlardan biri də Zərifə xanım Əliyeva 

idi.  Zərifə  xanım  yaddaşımda  həqiqətən  də  silinməz  izlər 

buraxmışdır.  Bu,  ilk  növbədə  dərin  hörmət  və  minnətdarlıq 

duyğularıdır. 

Zərifə 


xanım 

işgüzarlığı, 

xeyirxahlığı, 

qayğıkeşliyi,  nəcibliyi,  istiqanlılığı  və  qeyri-adi  nikbinliyi  ilə 

min adamın içində  seçilirdi.  O, əsl  dost idi və  yalnız  şad günü-

müzdə  deyil,  həm  da  qəmli  anlarımızda  Zərifə  xanım  bizim 

hamımıza  öz  kömək  əlini  uzadırdı.  O,  nadir  adamlara  məxsus 

olan  natiqlik  qabiliyyətinə  və  söz  duyğusuna  malik  idi.  Yəqin 

elə  buna  görə  də  institutumuzda  təntənəli  yığıncaqların 

aparılmasını,  yubiley  günlərinin  qeyd  olunmasını  bir  qayda 

olaraq  Zərifə  xanıma  həvalə  edirdilər.  Hər  dəfə  xəstələrə  baş 

çəkərkən  və  ya  məsləhət  saatlarında  mən  onun  parlaq  klinik 

bacarığının  şahidi  olurdum.  Zərifə  xanımın  elmi  fəaliyyəti,  ilk 

növbədə onun düzgün klinik düşüncəsinə və həkim intiusiyasına 

əsaslanırdı.  O,  çox  oxuyur  və  həmişə  tibbi  yeniliklərdən, 

təbabətə  dair  təzə  çap  olunan  ədəbiyyatlardan  xəbərdar  olurdu 

və  istər  alim,  istərsə  də  həkim  kimi  düşüncələri  də  məhz  dərin 

savadına  əsaslanırdı.  Zərifə  xanım  xəstələrə  qarşı  olduqca 

diqqətli  idi,  onları  səbirlə  dinləyir,  xahişlərinə,  şikayətlərinə 

axıra  qədər  qulaq  asırdı.  O  deyirdi:  "Gərək  həmişə  özünü 

xəstənin  yerinə  qoyasan,  gərək  xəstə  həmişə  həkimin  yanından 

xoş duyğularla getsin”. 

Professor Q.M. Nəsrullayeva Zərifə Əliyevanı uşaqlıq illərin-

dən tanıdığını  yazır: “...Hər ikimiz Azərbaycan Tibb İnstitutuna 

daxil olduq. Ali təhsilimizi bitirəndən sonra eyni ixtisası seçdik 

və  düz  18  il  mərhum  professor  Ümnisə  Musabəyovanın 

rəhbərliyi  altında  Elmi-Tədqiqat  Oftalmologiya  İnstitutunda 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə