Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə3/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   2   3   4   5   6   7   8   9   ...   53

                                     

nəzarətçiləri  olur.  Heysiyyatı  ilə  oynayan  bu  insanların  ayağına 



xırda  bir  daş  dəyəndə,  barmağına  tikan  batanda  həkimdən 

tezliklə  sağaltmağı  tələb  edirlər,  “yoxsa  həyatından  keçməli 

olacaqsan”  deyib,  onu  ölüm  qorxusu  ilə  hədələyirlər.  Əlində 

iynə  dərmanın  olmadığı  həkim  xəstələrini  ancaq  el  yolu  ilə, 

türkəçarəylə,  ərazidəki  bitkilərin  gücünə  müalicə  etmək 

məcburiyyətində qalır... 

                             

* * * 


İbrahim  İsmayılzadə  qürbət  həyatından,  dözülməz  şəraitdən 

çətinliklə  də  olsa,  yaxa  qurtara  bilir.    Uzun  müddətdən  sonra 

vətəninə  qayıdan  alimin    burada  da  taleyi  yenə  gətirmir  ki, 

gətirmir... Ona paytaxtda yaşamağa icazə verilmir. Məcburiyyət 

qarşısında  qalıb,  Gəncəyə  -  qardaşının  yanına  sığınır.  Bu 

şəhərdə  də  həkim  işsiz  qalır.  Şəxsi  həyətyanı  sahədə,  torpaqda 

çalışaraq   qədərinə boyun  əyir. Kədərini isə qızı Dilarənin  tətil 

zamanı    yanına  gəlməsi,  ata-qız  başa-başa  qaldığı  məqamlarda 

unudur. Əslində Dilarə üçün də bu görüş ürək açan idi. Anasının 

gərgin  fəaliyyətindən  darıxan  qızcığaz,  özünü  atasının  yanında 

xoşbəxt  hiss  edir,  sanki  tənhalıqdan  qurtulmuş  sayılırdı. 

Nəhayət,  İbrahim  İsmayılzadənin  Bakıya  qayıtmasına  razılıq 

verilir... 

Professor  İbrahim  İsmayılzadə  çox  az  insanlardan  biridir  ki, 

ölümün  pəncəsindən  xilas  edilib.  Pepressiya  illərindən  sağ 

qurtulan  dəyərli  alim  qalan  bütün  ömrünü  Azərbaycan  elminin 

inkişafına  həsr  edir.  Gözəl  həkim,  böyük  alim  xeyli  sayda 

mütəxəssis  yetişdirib,  tibb  aləminə  bir-birindən  dəyərli  tədqiqat 

işləri, qiymətli əsərlər bəxş edib.  

Azərbaycan  Sovet  Ensiklopediyasının  IV  cildində,    549-cu 

səhifədə  alim  haqqında  deyilir:  “İsmayılzadə  İbrahim Məmməd 

oğlu (25.10. 1898-ci il) Gəncədə doğulub, (21.10.1962.) Bakıda 

vəfat  edib.  Azərbaycan  SSR-da  dermoto-venerologiyanın 

banilərindən biridir. 1929-cu ildə Tibb  elmləri doktoru, 1932-ci 

ildə professor, 1960-cı  ildə  Azərbaycan SSR  –nin  əməkdar elm 



                                     

10 


xadimi  adına  layiq  görülüb.  1922-ci  ildə  1-ci  Moskva  Dövlət 

Universitetinin  Tibb  fakültəsini  bitirib.  1923-25-ci  illərdə 

Berlin, 

Heydelberq 

və 

Münhen 


dermoto-veneroloji 

klinikalarında  ixtisasını  artırmışdır.  1925-ci  ildən  Azərbaycan 

Dövlət  Tibb  institutunda  assistent,  elmi  katib,  dekan  və 

prorektor  vəzifələrində  çalışmışdır.  Tədqiqatı  əsasən,  ölkə  pa-

tologiyasına,  dəri  xəstəliklərinin  naftalanla  müalicəsinə  həsr 

olunmuşdur.  Abşeron  neft  məhsullarında  ilk  dəfə  onkogen 

faktorunu  tapmışdır.  1948-ci  ildən  ömrünün  sonuna  kimi 

Respublika  Dermatoloqlar  Cəmiyyətinin  sədri  olub...”  (ASE, 

cild IV, səh 549). 

Əziz  Əliyev  adına  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun 

www.adhti.edu.az saytında yazılıb: “İsmayılzadə İbrahim Məm-

məd  oğlu  Ə.Əliyev  adına  ADHTİ-nin  dəri-zöhrəvi  xəstəlikləri 

kafedrasının müdiri işləyib. 1960-cı ildə Azərbaycanın əməkdar 

elm  xadimi  fəxri  adına  layiq  görülüb.  1948-ci  ildə 

dermatologiya  üzrə  Azərbaycanda  ilk  tibb  elmləri  doktoru, 

əməkdar  elm  xadimi,  professor  İbrahim  Məmməd  oğlu 

İsmayılzadə  kafedraya  ikinci  professor  seçilmişdir.  I  Moskva 

Tibb  Universitetini  bitirdikdən  sonra  1923-1925-ci  illərdə 

Almaniyanın mərkəzi şəhərlərində (Berlin, Münhen, Heydelberq 

və s.) 2 illik təkmilləşməyə  göndərilmişdir. Almaniyanın dünya 

şöhrətli  alimi  Tsumbuşla  dostluq  etmiş,  onunla  birgə  elmi  iş 

aparmışdır.  Prof.  İ.M.İsmayılzadə  dəri  və  uroloji  xəstəliklərin 

naftalanla  müalicəsini  ətraflı  öyrənmiş  və  bu  mövzuya  həsr 

olunmuş  monoqrafiya  nəşr  etdirmişdir.  Abşeronun  sənaye 

neftinin  onkoloji  xassələrini  1929-cu  ildə  məhz  professor 

İ.M.İsmayılzadə 

öyrənmişdir 

və 


onun 

doktorluq 

dissertasiyasının əsasını təşkil etmişdir.  

Prof.  İ.M.İsmayılzadənin  Azərbaycan  dilində  tədrisin  təş-

kilində  böyük  əməyi  olmuşdur.  Onun  Azərbaycan  dilində  nəşr 

etdiyi  bir  neçə  dərs  vəsaiti  və  latın-rus-azərbaycan  dilində  tibbi 

terminoloji lüğəti həkimlərə böyük kömək etmişdir. Alimin elmi 



                                     

11 


əsərləri institun, respublikanın və Moskvanın jurnallarında dərc 

olunmuşdur....”.  

 

* * * 


 

Ümnisə  Musabəyli  isə  Azərbaycan  Oftalmologiyasının  ba-

nisidir.  Anadangəlmə  kor  doğulan  uşaqların  gözlərini  dünyada 

ilk  dəfə  cərrahiyyə  yolu  ilə  açan  Azərbaycan  alimi.  Səsi-sorağı 

dünyanın hər tərəfindən eşidilən Qutqaşının (İndiki Qəbələ) alim 

qızı.  Musabəyovlar  nəslinin  daha  bir  şan-şöhrət  sahibi,  alim 

övladı.  

Zirvələri  fəth  edən  bu  yeganə  alimin  xidmətlərindən  nəinki 

Azərbaycan  oftalmoloqları,  eyni  zamanda  dünya  səhiyyəsi 

bəhrələnib.  

Azərbaycan  Sovet  Ensiklopediyasının  VII  cildində  alimin 

elmi fəaliyyəti qeyd olunub. (ASE, VII cild, səh 95). 

O, Azərbaycan elminə dəyərli alimlər bəxş etməklə, özündən 

sonra  qoyduğu  kadr  potensialı  ilə  oftalmologiyanın  prob-

lemlərini  həll  edərək  dünyasını  dəyişib.  İncə  duyğulu,  həssas 

qəlbli  insan  olaraq,  xəstələrlə  mədəni  davranış  qaydalarını 

təcrübədə  öz  fəlsəfi  prizmasından  tətbiq  edib.  Əməliyyatdan 

öncə xəstənin psixoloji hazırlığına önəm verən həkim  sonda hər 

şeyin  yaxşı  qurtaracağına  əmin  olan  yeganə  cərrah  idi  ki,  heç 

vaxt uğursuz nəticə ilə üzləşməyib.  

Alimlər  danışır  ki,  Ümnisə  Musabəyliyə  həkimlik  Tanrı  tə-

rəfindən  verilmiş  istedad  olub.  O  yeri  gələn  anda  elmin  hü-

dudlarından  kənara  çıxaraq  özü  əmin  olduğu  və  istədiyi  kimi 

əməliyyatlar aparıb.  Anadan kor doğulan uşaqların gözünə işıq 

verməsi  xəbəri  bütün  SSRİ-yə  yayılanda,  onun  yanına  nəinki 

ittifaqın  hər  yerindən,  hətta  xaricdən  də  xəstələr  gəlməyə 

başladı... 

O vaxtlar İttifaqın ən tanınmış Oftalmologiya mərkəzi Odessa 

idi.  Bu  tibb  ocağının  həkimləri  Azərbaycan  aliminin 

praktikasına  üstünlük  verdiyindən,  Ümnisə  xanımı  dəfələrlə  öz 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə