Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə5/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   2   3   4   5   6   7   8   9   ...   53

                                     

15 


...Ümnisə  Musabəyli  haqqında  yazılan  bu  kitabın  araya-

ərsəyə  gəlməsini  ən  çox  istəyən  alimlərdən  biri  professor 

Dursun  Hüseynov olub.  Onunla  yaxın  ünsiyyətdə  olan  «Nasir» 

nəĢriyyatının  direktoru  Famil  Kərimov  bildirdi  ki,  alimin  bu 

xanımın elmi və ictimai fəaliyyəti ilə bağlı kifayət qədər maraqlı 

söhbətləri  var.  Əfsuslar  olsun  ki,  onunla  görüşmək  və  həmin 

materialları  əldə  etmək  mümkün  olmadı.  Dünyasını  dəyişən 

alimin  şəxsi  arxivindəki  qiymətli  faktların  heç  biri  ilə  tanış  ola 

bilmədim.  

Dursun  Hüseynovun  tələbəsi,  professor  Məhbubə  Vəliyeva 

öz  müəlliminin  ona  necə  dəyər  verdiyini  xatırlayaraq,  bəzi 

kitablardakı  yazılarını  təqdim  etməklə  yardımını  əsirgəmədi. 

Elmi rəhbəri olmuş bu insanın illər boyu Ümnisə xanımdan söz 

açmasını,  onu  gənclərə  örnək  saymasını  dilə  gətirərək,  hər  iki 

alimi  xoş  xatirələrlə  yada  saldı.  Yeri  gəlmişkən,  kitabda 

“Haqqında  çox  eşitdiyim  Ümnisə  xanım  Musabəylinin  əziz 

xatirəsinə”  adlı  məqalədə  ATU-nun  “Əczaçılığın  texnologiyası 

və  təşkili  kafedrası”nın  müdiri,  əczaçılıq  elmləri  doktoru  elmi 

dərəcəsinə  layiq  görülən  ilk  və  yeganə  azərbaycanlı  qadın 

professor,  əməkdar  müəllim  Məhbubə  Vəliyevanın  maraqlı 

qeydləri  yer  alıb.  Həmin  məqalə  kafedra  əməkdaşları  adından 

alimin 110 illik yubileyinə həsr olunub…  

“Azərbaycan  Səhiyyəsinin  tarixi”  kitabında  Ümnisə  Musa-

bəyli  haqqında  yazılıb.  “...Alimin  elmi  fəaliyyətində  qlaukoma 

və  traxomanın  diaqnostikası,  klinikası  və  müalicəsi,  hamiləlik 

patalogiyası  və  başqa  xəstəliklər  zamanı  görmə  orqanının 

zədələnməsinin  tədqiqinə  dair  məsələlər  əsas  yer  tutur. 

Oftalmologiya üzrə latın-rus-azərbaycan terminoloji lüğətin, göz 

xəstəlikləri barədə bir neçə dərsliyin və bəzi göz xəstəliklərinin 

diaqnostikası  və  profilaktikasına  dair  metodik  tövsiyyələrin,  3 

monoqrafiyanın  və  200-yə  yaxın  elmi  məqalənin  müəllifidir. 

Azərbaycanda  Oftalmologiya  elminin  banilərindən  biridir...” 

(Azərbaycan Səhiyyəsinin Tarixi.  Azərbaycan nəşriyyatı, 2002-

ci il, səh 152-153). 



                                     

16 


“Göz xəstəlikləri kafedrası”na rəhbərlik edən ilk Azərbaycan 

alimidir. ATU-nun “Oftalmologiya” kafedrasının  “atueye.com”  

saytında  yazılıb:    “Azərbaycanda  göz  xəstəlikləri  kafedrası 

1922-ci  ildə  yaranıb,  qısa  müddət  ərzində  kafedraya 

Y.K.Varşavski  rəhbərlik  edib.  Azərbaycanın  iqlim  şəraitinə 

uyğunlaşa  bilmədiyindən  onu  tez  bir  zamanda  tanınmış  xadim 

K.X.Orlov  əvəz  edib.  1923-cü  ildən  1945-ci  ilədək  kafedra 

professor  A.Q.Trubinin  rəhbərliyi  altında  fəaliyyət  göstərib. 

1945-ci ildən 1974-cü ilədək kafedraya  ə.e.x., Azərbaycan SSR 

EA-nın  müxbir  üzvü,  professor  Ümnisə  Süleyman  qızı 

Musabəyova rəhbərlik edib.    

Tədris  işini  təkmilləşdirmək  məqsədilə  kafedra  hər  il  müha-

zirə,  həm  də  praktik  dərslər  üçün  illüstrasiyalı  materiallar, 

şəkillər,  diapozitivlər,  aparatlarla  təchiz  olunurdu.  Kafedranın 

rəngli  filmləri  də  vardır  ki,  bunlardan  biri  professor 

Ü.Musabəyova  ilə  Azərbaycan  film  kinostudiyasının  birgə  işi 

sayəsində  yaranmışdır.  Bu  göz  almasının  quruluşu,  refraksiya, 

akkomodasiya və optik şüşələrin seçilməsindən bəhs edən rəngli 

film  mühazirədir...  1945-ci  ilədək  kafedraya  rəhbərlik  edən 

professor 

A.Q.Trubin 

gözəl 


klinisist 

olmaqla 


gözün 

embriologiyasını,  teratologiyasını  və  morfologiyasını  da  çox 

mükəmməl  bilirdi.  Bu  hal  özünü  onun  məşhur  alman  arxivində 

nəşr  olunan  tədqiqat  və  məqalələrində  əks  etdirməklə  yanaşı, 

tələbələrinin  işlərində  də  nəzərə  çarpır  (S.İ.Vəlixan,  X.O.Bulac, 

Q.K.Qambay və başqaları).  Azərbaycanda traxoma xəstəliyi ləğv 

edilənə  qədər  kafedranın  əməkdaşlarının,  demək  olar  ki,  bütün 

tədqiqatları  bu  problemə  həsr  olunmuşdur.  Baxmayaraq  ki, 

Azərbaycan  Dövlət  Universitetinin  tibb  fakültəsi  artıq  1930-cu 

ildən sərbəst instituta çevrilmişdir, dərslər 1932-ci ilədək yalnız 

rus  dilində  aparılırdı.  Lakin,  getdikcə  dərslərin  Azərbaycan 

dilində  də  aparılması  labüd  oldu  və  1932-ci  ildən  etibarən 

oftalmologiya  üzrə  mühazirələri  dosent  Ü.Musabəyova  oxu-

mağa  başladı.  Bu  dövlət  əhəmiyyətli  tədbir  oftalmologiya 

sahəsində  milli  kadrların  yetişməsi  üçün  yol  açmaqla  yanaşı 



                                     

17 


latın-rus-azərbaycan  tibb  terminologiyasının,  eləcə  də  Azər-

baycan  dilində  dərsliklərin  yazılması  üçün  şərait  yaratdı.  1934-

cü  ildə  Ü.Musabəyova  oftalmologiya  üzrə  terminologiya  lüğəti 

tərtib etdi. 1935-ci ildə isə 20 çap vərəqi həcmində Azərbaycan 

dilində  ilk  “Göz  xəstəlikləri”  dərsliyini  yazdı.  1972-ci  ildə  isə 

onun  oftalmologiya  üzrə  mühazirələri  nəşr  olundu.  1977-ci  ildə 

Ü.Musabəyova  və  R.M.Axundovanın  müəllifləri  olduqları 

“Refraksiya, akkomodasiya və optik şüşələrin seçilməsi” kitabı çap 

olundu.  

Ü.Musabəyovanın  rəhbərliyi  ilə  kafedranın  kollektivi  oftal-

mologiyanın  çox  vacib  problemi  -  görmənin  fiziologiyası  və 

onun  qorunması  ilə  məşğul  olmuşdur.  Bu  tədqiqatlar  görmə 

orqanlarının  vacib  funksiyası-akkomodasiyanı  öyrənməyə  həsr 

olunmuş  və  bir  çox  nəzəri,  praktik  suallara  cavab  tapılmışdır. 

Məktəb yaşlarında yaxındangörmənin qarçısını almaq üçün yeni 

tədbirlər  hazırlanmışdır.  Akkomodasiyanın  rəng  duyğusuna, 

binokulyar görməyə və s. təsiri öyrənilmişdir.  

Katarakta  zamanı  cərrahi  müdaxilənin  problemləri  və  bu-

lanmış bülluru xaric etdikdən sonra gözün dioptik aparatında baş 

verən dəyişiklikləri də diqqətə layiq işlərdən olmuşdur.  

Professor Ü.Musabəyova Beynəlxalq oftalmoloqların 1958-ci 

ildə  Brüsseldə  keçirilən  XVIII  konqresinə  nümayəndə  seçilmiş 

və  bütün  5  Avroasiya  göz  həkimlərinin  konqreslərində  məru-

zələrlə  çıxış  etmişdir.  1960-cı  ildən  Avroasiya  konqresinin 

daimi  heyətinin  yeganə  nümayəndəsi  olub.  O,    həm  də  Azər-

baycan  oftalmoloqlarının  ümumittifaq  nümayəndə  heyətinin 

üzvi olub...  

Azərbaycanda  dermatovenerologiyanın  banisi  olan  professor  

İbrahim  İsmayılzadənin  ölümündən  sonra  Ümnisə  xanım 

yaxınlarına  vəsiyyət  etmişdi  ki,  onu  həyat  yoldaşının  yanında 

dəfn  etsinlər.  Öz  İstəyi  ilə  yaxın  sirdaşının,  əqidə-məslək  dos-

tunun yanında torpağa tapşırılıb. Allah hər iki alimin ruhunu şad 

eləsin.      

                               ġəlalə Məhyəddin qızı 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə