Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə8/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

                                     

24 


humanist  münasibəti,  onlara  qayğıkeşliklə  yanaşması  ilə 

fərqlənirdi.  Həkimlik  fəaliyyətinin  ilk  günlərində  biz  onun  bu 

xüsusiyyətini  hiss  etmişdik.  Təsadüfi  deyildi  ki,  professor 

Ü.S.Musabəyova  ən  şıltaq  və  ərköyün  xəstələrin  müalicəsini 

məhz  ona  tapşırırdı.  Zərifə  xanım  xəstələrə  hədsiz  diqqət  gös-

tərirdi,  onlar  da  bunu  anladıqlarından  ona  müdrik  bir  insan  və 

qayğıkeş  həkim  kimi  böyük  hörmət  bəsləyirdilər.  Zərifə  xanım 

bu  sadəliyini  və  qayğıkeşliyini  ömrünün  axırına  qədər  qoruyub 

saxlamışdı...”. 

Akademik  Zərifə  Əliyeva  Azərbaycanda  Oftalmologiyanın 

inkişafında misilsiz xidmətləri olan elm xadimidir. O, bu sahəyə 

dair  sanballı  tədqiqat  əsərləri  bəxş  etməklə  yanaşı,  həm  də 

respublikanın klinikalarını zəruri tibbi avadanlıqlarla təmin edib, 

ölkədə  oftalmoloqların  fəaliyyəti  üçün  geniş  imkanlar  yaradıb. 

Elqızının  misilsiz  xidmətlərini  unutmayan  qədirbilən  xalqımız 

akademik  övladının  xatirəsini  daima  əziz  tutur,  məzarı  hər  gün 

tər çiçəklərlə bəzənir. Böyük alimin ruhu şad olsun.  

 

  



                             ġəlalə Məhyəddin qızı 

 

 



 

 

 



 

 

 



 

ÜMNĠSƏ MUSABƏYLĠNĠN YETĠRMƏLƏRĠ 

 

...Ümnisə  Musabəyli  tələbələrini  çox  sevərmiş.  İstedadlı 



uşaqlara  özü  yardımçı  olur,  onların  təhsili  ilə  maraqlanır  və  əsl 

ziyalı kimi yetişməsindən ötrü hər cür köməklik göstərərmiş. Bu 




                                     

25 


xanımın  dəstəyi  ilə  üzləşən  həmin  tələbələr  müəllimlərini    xoş 

təəssüratlarla yada salırlar. O tələbələr ki, hazırda özləri kafedra 

müdirləridir, Azərbaycan elmini xarici aləmdə təmsil edir, tibbə, 

təbabətə  yeniliklər  gətirir,  bir  sözlə,  Ümnisə  Musabəylinin 

ideyalarını həyata keçirirlər.  

Hələ tibb institutunun birinci kursunda oxuyarkən, 17 yaşında 

adi  bir  təsadüf  nəticəsində  Ümnisə  xanımla  rastlaşan  və  onun 

maraqlı  söhbətlərini,  ali  insani  xüsusiyyətlərini  həyatı  boyu 

unuda bilməyən ATU-nun Epidemiologiya kafedrasının müdiri, 

tibb  elmləri  doktoru,  professor,  əməkdar  elm  xadimi,  əməkdar 

müəllim İbadulla Ağayevin “Vətən təbabətinə adı qızıl hərflərlə 

həkk  edilən  insan”  başlıqlı  yazısında  alimin  sadə  tələbəyə 

verdiyi böyük qiymətdən danışılır. Onun üçün savadlı tələbə hər 

şey demək idi, gələcəyin aynası, sabahın dahi şəxsiyyəti… 

Ümnisə  Musabəyli  dünya  oftalmologiyasına  şəxsiyyətlər 

bəxş  edib...  Professor  Çingiz  Cərullazadə  yazır  ki,  “  Tibb 

institutunu  bitirib,  Almaniyada  əsgərlikdə  idim.  Həkim  işlə-

diyim  hərbi  hissədə,  Ümnisə  xanımın  tələbəlik  illərində  dediyi 

sözlərlə bir əsgəri “göz”lərinin köməyi ilə  ölümün caynağından 

ala  bildim.  Bu  mənim  həyatını  xilas  elədiyim  ilk  “göz”,  “ilk 

xəstə”  idi.  Həmin  andaca  düşündüm  ki,  mən  Ümnisə  xanımın 

dediyi  kimi  oftalmoloq  olmalıyam.  Məzuniyyət  alaraq,  Ümnisə 

xanımın  görüşünə  tələsdim,  ona  istəyimi  bildirdim  və  xeyir-

duasını aldım... 

Bu  gün  həyatda  qazandığım  bütün  uğurlara  görə  Ümnisə 

xanıma minnətdaram”.  

Bir  ildə  dörd  dəfə  beynəlxalq  konfranslarda  iştirak  edən, 

Katarakta  barədə  20-dən  artıq,    beş  dənə  süni  büllur  və  süni 

büllurun  gözə  qoyulması  üçün  dörd  materialın,  qlaukoma, 

buynuz  qişanın  köçürülməsi  istiqamətində,  süni  qüzeyli  qişa 

barəsində  xeyli  sayda  ixtiraların  müəllifi  olan    Çingiz  Cərulla-

zadə  dünyanın  tanıdığı  və  bəhrələdiyi,  adını  fəxrlə  çəkdiyimiz 

Azərbaycan  alimidir.  Alim  öz  müəllimini    “Həyatıma  düşən 

işıq” adlandırır və xatirəsini böyük ehtiramla anır... 




                                     

26 


Ümnisə Musabəylinin savadına güvəndiyi gənclərdən biri də 

Tamilla Ağayeva olub. “Ümnisə xanım nəinki həm böyük alim, 

həm də gözəl insan idi” adlı yazıda bu barədə daha ətraflı söhbət 

açılıb.    Müəllif  yazır  ki,  “...hər  şeydən  əvvəl  Ümnisə  xanım 

gözəl  insan  idi.  Dilindən  çıxan  hər  sözün  ağası  idi  və  heç  vaxt 

kiminsə  qəlbinə  toxunacaq  bir  kəlmə  işlətməzdi.  O  nəinki 

mənim  Tibb  institutunda  ən  çox  sevdiyim  müəllimim,  həm  də 

həyat mübarizəsini öyrəndiyim əsl qəlb yoldaşım idi...”  

Tamilla  Ağayevanın  bədii  duyumu  və    poeziya  dili  ilə  da-

nışması  professorun  xoşuna  gələrmiş.  O,  zəruri  olan  bir  möv-

zunu  araşdırmağı  tələbəsindən  xahiş  edir  və  bildirir  ki,  tibb 

elmində  bu  məsələnin  öyrənilməsinə  böyük  ehtiyac  var.  Ümnisə 

xanımın  verdiyi  tapşırıq  üzərində  işləyən  Tamilla  Ağayeva 

bugünkü gündə də  həmin aktual problem üzərində elmi fəaliy-

yətini  davam  etdirir.  Nəticədə  Azərbaycan  aliminin  yeni  kəşfi 

dünyanın təbabət  tarixinə  daha bir həmvətənimizin adını  böyük 

hərflərlə yazır. 

Alimin  yeniliyi  nədədir?  Haqqında  yazılan  məqalədən  bəzi 

sətirlər:  “...İndiyədək  bütün  xəstəliklərdə  olduğu  kimi,  katarak-

tanın da inkişaf mexanizmi hüceyrə səviyyəsində tədqiq edilirdi. 

Büllur  histokimyəvi,  biokimyəvi,  hüceyrə  morfologiyasının 

dəyişiklikləri  öyrənilirdi.  Aparılan  tədqiqatlar  göstərirdi  ki, 

katarakta  zamanı  büllur  toxumalarında  zülalların,  qlükozanın, 

qlutationun,  mikroelementlərin  miqdarı  azalır,  metabolik 

proseslərdə  iştirak  edən  fermentlərin  aktivliyi  zəifləyir.  Ancaq 

nə üçün belə olur? Bu suala heç bir tədqiqatçı cavab axtarmayıb. 

Bu  suala  Tamilla  xanım  Ağayeva  "Katarakta  -  put  k  istine" 

kitabında cavab verir. 

Doktor T.Ağayeva müəyyən edir ki, bu əlamətlərin meydana 

çıxmasına  səbəb  şəkər  xəstəliyində  toxumalarda  müşahidə 

edilən  oksigen  çatmamazlığı  -  hipoksiyadır.  Hipoksiyaya  daha 

həssas  olan  damarsız  buynuz  qişasında  təzə  damarlar  gözün 

digər  qişalarına  nisbətən  daha  erkən  müşahidə  olunur.  Tamilla 

xanımın,  buynuz  qişasinda  patoloji  damarlanmaya  qarşı  təklif 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə