Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə16/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

                                     

48 


 

 

 



 

ÜMNĠSƏ MUSABƏYLĠ - 110 

MƏRAMI DÜNYADA QALAN QÜRURLU ĠNSAN, 

BÖYÜK ALĠM,  BƏNZƏRSĠZ MÜƏLLĠM 

 

Azərbaycanın Sovetlər İttifaqı tərkibində olduğu dövrdə onun 

ən  dəyərli  alimlərindən,  yüksək  səviyyəli  müəllim  və 

həkimlərindən  biri,  Azərbaycan  SSR  Elmlər  Akademiyasının 

müxbir  üzvü,  SSRİ  Sülhü  Müdafiə  Komitəsinin  üzvü,  SSRİ  və 

Azərbaycan  SSR  Ali  Sovetinin  deputatı,  30  ilə  yaxın  bir 

müddətdə  (1945-1974)  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun 

göz xəstəlikləri kafedrasının müdiri olmuş əməkdar elm xadimi, 

tibb  elmləri  doktoru,  professor  Ümnisə  Süleyman  qızı 

Musabəyli idi.  

110  il  bundan  əvvəl  dünyaya  gəlmiş,  özünün  genetik  ko-

dunun  dayanıqlığından  yaranan  erudisiyası,  istedadı  və  yo-

rulmaz  zəhmətsevərlik  çələngi  ilə  dünyada  əks  -  səda  yaratmış 

professor  Ümnisə  xanım  Musabəylini  tanımaq,  onu  görmək, 

onunla  ünsiyyətdə  olmaq  xoşbəxtliyi  mənə  XX  əsrin  60-cı 

illərinin  birinci  yarısında  tələbə  olduğum  müddətdən  müəssər 

olmuşdu. Həmin illərin ikinci yarısının sonu və  XX əsrin 70-ci 

illərinin  birinci  yarısında  isə  elmi  araşdırmalarının  nəticələrinə 

görə  ölkəmizin  sərhədlərini  aşaraq  xarici  ölkələrdə  də  tanınan 

Azərbaycanın  böyük  alimini  ATU-nun  müəllimi  vəzifəsində 

çalışdığım dövrdə, artıq müəllim gözü ilə seyr etmişdim. Onu da 

deyim  ki,  ali  məktəbdə  təhsil  alan  müddətdə  tələbələrə  dərs 

deyən  bütün  müəllimlərin  heç  də  hamısı  eyni  dərəcədə  onların 

yaddaşında  əbədi  yer  tuta  bilmir,  müəyyən  qismi  də  sonralar 

tamam  yaddan  çıxır.  Mən  əminliklə  deyə  bilərəm  ki, 

millətimizin  görkəmli  nümayəndəsi  olan  Ümnisə  xanım 

Musabəyli  tək  mənim  yox,  tanıdığım  bütün  tələbələrin  qəlbinə 



                                     

49 


əbədi  həkk  olunmuş  nadir  müəllimlərdən,  həkimlərdən, 

alimlərdən  idi.  50  il  bundan  əvvəl  -  tələbəlik  illərində  mən  bir 

tərəfdən  onun  mühazirələrini  dinləmişdim  və  o,  oxuduğu 

maraqlı  mühazirələri  ilə,  danışıq  və  davranış  mədəniyyəti  ilə, 

məğrur  qaməti,  nüfuzedici  və  həlim  baxışları  ilə,  hər  sahədəki 

gözoxşayan  harmoniyası,  simmetriyası  və  nəcib  ünsiyyəti, 

qibtəedici  intellekti,  təvazökarlığı  ilə  yaddaşıma  əbədi  həkk 

olunmuşdu.  Ona  görə  də  1966-cı  ilin  iyun  ayında  ATU-nun 

tədris  işləri  üzrə  prorektoru  Məsud  Əlizadənin  təqdimatına 

əsasən  mən  institut  məzunlarının  buraxılış  gecəsində  çıxış 

edəndə  canlı  olaraq  səslərini  eşidib,  üzlərini  gördüyüm  sevimli 

müəllimlərimizdən  Mustafabəy  və  İbrahim  Topçubaşovların, 

Fuad 

Əfəndiyevin, 



Kamil 

Balakişiyevin, 

Cahangir 

Abdullayevin, Gürşad Hüseynovun, Məmmədəmin Əfəndiyevin, 

Bikəxanım  Əlizadənin,  Əhməd  Həsənzadənin,  Adil  Nəcəfovun, 

Ləzifə  Əliyevanın,  Aslan  Tahirovun,  Qüdrət  Səlimxanovun, 

Məhbubə  Mahmudbəyovanın,  Savalan  Ocaqverdizadənin  və 

başqa  alimlərimizin  adları  ilə  yanaşı,  Ümnisə  Musabəylinin  də 

adını  bu  sırada  qeyd  etmişdim  və  ATU-nun  məzunları  adından 

onlara təşəkkür və minnətdarlığımızı bildirmişdim.  

Digər  tərəfdən  isə  Ümnisə  xanımı  bizə  sevdirən,  ona  qarşı 

dərin  rəğbət  hissi  oyadan  o  vaxtlar  Azərbaycan  Tibb  İnstitu-

tunun göz xəstəlikləri kafedrasında dosent vəzifəsində çalışan, o 

kafedrada  yaddaşımda  unudulmaz  xatirə  kimi  qalan  praktika 

dərsi  aparan  müəllimimiz  –  ecazkar  təbiətli  gözəl  insan  Ləzifə 

xanım  Əliyeva  olmuşdu.  Ləzifə  xanım  öz  fənnini  sevdirməklə, 

bizə  həyat  dərsi  də  keçirdi  və  Ümnisə  xanımın xarakterinin  adi 

halda  görünməyən  tərəflərindən,  insani  keyfiyyətlərindən 

həmişə  şövqlə,  həvəslə,  ağızdolusu  danışardı.  Ləzifə  xanım 

Ümnisə  xanımın  böyüklüyündən  danışdıqca,  onun  özü  də  biz 

tələbələrin  gözündə  böyüyür,  ucalırdı.  Təəssüf  ki,  biz  az  –  az 

hallarda  müdirin  gözlərindən  kənarda  öz  kafedrasının  müdiri 

haqqında bu qədər xoş sözlər söyləyən müəllimlərə rast gəlirdik. 

Dosent  Ləzifə  Əliyevanın  dedikləri  səmimi  və  inandırıcı 




                                     

50 


olduğundan  bizim  qəlbimizdə  Ümnisə  xanım  haqqında  tam, 

bitkin  bir  obraz  yaranmışdı  və  o  obrazın  təmizliyi,  paklığı, 

insanpərvərliyi, vətənsevərliyi, azərbaycançılığı indi də gözlərim 

önündədir.  Ləzifə  xanım  deyirdi  ki,  o,  həm  işçilərinə,  həm  də 

tələbələrə qarşı işin xeyrinə son dərəcə tələbkar olmaqla yanaşı, 

həm də çox həlim və mülayimdir. Alim qeyd edirdi ki,  Ümnisə 

xanım  cərrahiyyə  əməliyyatı  otaqlarında  həm  onun  üçün,  həm 

də  digərləri  üçün  fərdi  qaydada  əlverişli  şərait  yaradılmasına 

göstəriş  vermişdi.  O,  kafedrada  hər  kəsin  sərbəstliyinə  geniş 

meydan yaradırdı.  

Mən  ATU-nun  müəllimi  olduqda  da  hiss  etdim  ki,  heç  də 

həmişə  kafedra  müəllimləri  kafedranın  müdirinin  gözündən 

kənarda  onun  haqqında  belə  yüksək  fikirlər  söyləmirlər  və 

inandım  ki,  müəllimlər  tabeliklərində  olduqları  insan  haqqında 

yüksək  fikirləri  onun  gözündən  kənar  yerlərdə  o  zaman  dilə 

gətirirlər  ki,  o,  həqiqətən  belə  yüksək  fikirlərə  və  həmişə 

yüksəkdə, zirvədə olmağa layiq insandır.  

ATU-nun  müəllimi  olduğum  müddətdə  mən  Ümnisə  xanımı 

başqa rakursdan da seyr  edə bildim və mənə məlum oldu  ki,  o, 

xarici  ölkələrdə  keçirilən  əksər  elmi  toplantılarda,  konfrans  və 

konqreslərdə  Azərbaycanı  ləyaqətlə  təmsil  edir  və  xarici 

ölkələrdə  söylədiyi  elmi  məruzələrini  ingilis  dilində  yerinə 

yetirir.  O  dövr  üçün  bu,  heç  də  hamıya  müyəssər  olan  bir  hal 

deyildi. Lakin Ümnisə xanımın bu xüsusiyyətləri izsiz ötüşmədi 

və  digər  alimlər  də  onun  bu  təqdirəlayiq  nümunəsindən  ibrət 

götürərək, xarici dilləri öyrənməyə meyl edirdilər.  

Professor  Ü.  Musabəylinin  dövründə  Sovet  İttifaqı  Kom-

munist Partiyasının üzvü olmadan yüksəlmək, şəxsi yaradıcılıqla 

irəliləyişlərə  nail  olmaq  müəyyən  çətinliklər  törətsə  də,  mənim 

eşitdiyimə görə o, sərbəstliyi sevirdi və birpartiyalılıq dövründə 

belə, partiya üzvü olmağa meyl etməmişdi. Ümnisə xanımın bu 

unikallığını həm də dövrün çətinliklərinin, o dövrdə işğal altında, 

əsarətdə  olan  xalqların  qarşılaşdıqları  maneələrin  müəyyən 

ştrixlərinin mövcudluğunun təzahürü idi. 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə