Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə17/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

                                     

51 


Mən  XX  əsrin  70-ci  illərinin  əvvəllərində  Azərbaycan  Tibb 

İnstitutunun  elmi  şura  iclasında  Ümnisə  xanımın  alim  böyük-

lüyünün,  əsl  insana  xas  olan  xüsusiyyətlərinin,  mərdi  – 

mərdanəliyinin    daha  bir  ştrixini  müşahidə  etdim.  İclasda  o 

vaxtkı  səhiyyə  nazirinin təkidi ilə  Azərbaycanın  daha bir  yenil-

məz alimi - normal anatomiya kafedrasının müdiri, Azərbaycan 

Respublikasında elmi anatomiyanın, unikal  tədris muzeyinin və 

tibbi  terminologiyanın  banisi  professor  Kamil  Balakişiyevin 

hesabatının  dinlənilməsi  məsələsi  qoyulmuşdu  və  nazirlikdən 

sızan  məlumatlara  istinadən  ehtimal  edilirdi  ki,  nazirliyin 

nümayəndəsinin  məqsədində  hesabatdan  sonra  alimin  nüfuzuna 

xələl  gətirmək,  bununla  da  onu  kafedra  müdiri  vəzifəsindən 

kənarlaşdırmaq  amilləri  kimi  məkrli  niyyətlər  dururdu.  Mən 

bunu böyük alim olan professor K.Balakişiyevin keçirdiyi daxili 

iztirablı  təlaşdan  da  hiss  edirdim.  O,  işindəki  qüsursuzluğunun 

qüsuruna  görə  yox,  ona  qarşı  aparılan  məqsədyönlü  haqsız 

təzyiqlərə  görə  təlaş  keçirirdi.  Bu,  hər  bir  mədəni,  büllur  kimi 

təmiz qəlbli, vicdanlı insanın haqsızlığa qarşı verdiyi təbii cavab 

reaksiyası idi.  

Professor  K.Balakişiyev  iclasa  getmək  ərəfəsində  stolların 

üstünə düzdüyü kitablara baxaraq, sanki özü – özü ilə danışırmış 

kimi  dedi:  “Məni  yer  üzündən  silmək  istəyirlər.  Məni  silə 

bilərlər...  Ancaq  bunları  (kitablarını  göstərdi)  silə  bilmə-

yəcəklər”.  Bu,  alimin  uzaqgörənliklə  dediyi  kimi  də  oldu... 

Professor  K.Balakişiyev  elmi  şura  iclasına  köməkçi  işçi  kimi 

məni  də  aparmışdı.  O  vaxtkı  texniki  təchizat  indiki  səviyyədə 

olmadığına  görə  professor  K.  Balakişiyevin  unikal  əsərlərini, 

onun yaratdığı nadir tədris muzeyinin yazılı materiallarını, xarici 

ölkələrin  görkəmli  alimlərinin,  dövlət  adamlarının  alim 

haqqındakı, eləcə də kafedra və muzey haqqındakı rəylərinə aid 

sənədləri, tarixi foto - şəkillərə aid albomları (bu albomlar əl - əl 

gəzdi  və  hamı  özünü  orada  tapmağa  çalışırdı)  da  elmi  şura 

üzvlərinə  mən  orijinalları  göstərməklə  nümayiş  etdirirdim. 

Həmin  iclasda  hesabat  qurtaran  kimi  çıxışlar  başlandı  və  bir 




                                     

52 


neçə  alim  söz  alıb  bəzilərinin  gözləmədiyi  halda  professor 

Kamil  Balakişiyevin  hesabatının  əla qiymətləndirilməsini, onun 

Azərbaycan  SSR  Elmlər  Akademiyasına  müxbir  üzv  seçilməsi 

haqqında  namizədliyinin  irəli  sürülməsini,  Sosialist  Əməyi 

Qəhrəmanı  adına  layiq  görülməsi  üçün  elmi  şurada  qərar 

çıxarılmasını  təkidlə  tələb  etdilər.  Bu  alimlərin  ön  cərgəsində 

Ümnisə  xanım  Musabəylinin  də  fikirləri  xüsusi  yer  tuturdu. 

Onların  tələbli  təkliflərindən  doğan  gurultulu,  sürəkli  alqışlar 

indi də qulaqlarımdadır. Obyektivlik naminə onu da qeyd etmək 

istəyirəm  ki,  o  zamankı  rektor  gözəl  insan  professor  Zəhra 

xanım  Quliyeva da, bəzi  kənar təzyiqlərə baxmayaraq, Mustafa 

bəy  Topçubaşov,  Ümnisə  Musabəyli,  Zəhra  Salayeva,  Həmid 

bəy Mahmudbəyov, Cahangir Abdullayev və başqa alimlər kimi 

professor  Kamil  Balakişiyevin  tərəfdarları  sırasında  idi.  Mən 

professor  K.Balakişiyevin  əvvəlki  solğun  titrək  simasının 

allandığını  gördüm.  O,  fiziki  cəhətdən  bəstəboy  olsa  da,  arxa-

sında  duran  görkəmli  alimlərin  sayəsində  qat  –  qat  böyümüşdü 

və  onun  boyunun  da,  özünün  də,  sözünün  də  böyüklüyü  artıq 

iclas zalına sığmırdı. Bunu ona professor  Ümnisə  xanım  Musa-

bəyli  ilə  yanaşı,  onun  gur  səsinə  səs  verərək  onu  daha  da 

gücləndirən digər nüfuzlu alimlər bəxş etmişdilər. Mən ilk dəfə 

öz  –  özlüyümdə,  ürəyimdə  Ümnisə  xanıma  və  digər  alimlərə 

minnətdarlıq dolu təşəkkürlər etdim. O vaxtlar bunu nə Ümnisə 

xanım,  nə  də  digər  elmi  şura  üzvləri  cismən  eşitməsə  də,  hiss 

etməsə də, indi mən yenidən onların ruhu qarşısında bir daha baş 

əyərək, ilk dəfə  hamının eşidə biləcəyi  səslə ona və  onun kimi 

obyektivlik  tərəfdarı  olan  dəyərli  alimlərə  minnətdarlığımı 

bildirirəm.  

Ümnisə  xanımın  soyadı  çox  vaxt  mənbələrdə  Musabəyova 

yazılsa  da,    tək  mənə  yox,  çoxlarına  məlumdur  ki,  o  soyadını 

özü  sağlığında  Musabəyli  kimi  təsdiq  etdirərək  “ov”  şəkil-

çisindən  bilərəkdən  birdəfəlik  imtina  etmişdi  və  dünyaya  sovet 

alimi yox, Azərbaycan alimi olduğunu soyadı ilə də anlatmışdı. 

Bu,  milli  qürura,  azərbaycançılıq    ideyalarına  hörmət  etməyə 




                                     

53 


çağırış,  bəlkə  də  təlatümlü  bir  xeyirxahlıq  “üsyankarlığı”  idi. 

Məncə bu belə idi... Bəli bu, “Ümnisə xanım üsyankarlığı” idi... 

Mən onun xarakterinə bələd insan kimi buna əminəm!  

Professor  Ümnisə  Musabəyli  həyatdakı  məğrurluğunu,  qüru-

runu,  yenilməzliyini  həyatdan  köçən  anda  da  qoruyub  saxladı. 

Deyirlər  ki,  köklü  ağaclar  ömrünü  başa  vuranda  əyilmədən, 

sınmadan  bütöv  yıxılırlar.  Ümnisə  xanım  da  heç  vaxt  əyilmədi 

sınmadı.  Hər  dəfə  Ümnisə  xanımdan  söhbət  düşəndə  dərhal 

yadıma  ölməz  şairimiz  Mirzə  Ələkbər  Sabir  Tahirzadənin 

şeirinin  bir  parçası  düşür  və  mənim  gözlərimdə  Ümnisə  xanım 

da  şairin  söylədiyi  “Dəryada  duran  bir  Qocaman  Dağa” 

bənzəyir. Bənzəyir və yaddaşımda da elə bu bənzərliyində qalır. 

Çünki  mənim  fikrimcə,  Sabir  bu  ifadələri  tək  özünə  yox, 

həmçinin mənəviyyatca onun özünə bənzər zənginliyə malik hər 

bir  bəşər  övladına  aid  etmişdir  və  bu  deyimdən  şübhəsiz  ki, 

professor Ümnisə Musabəyliyə də böyük pay düşür. 

 M.Ə. Sabir deyirdi: 

“Seylü təm oylə təməvvüclə alıb dövrü – bərim, 

Bənzərəm bir qocaman dağa ki, dəryada durar! 

Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman,  

Mən gedərsəmsə məramım yenə dünyada qalar!” 

 “Məramı  yenə  dünyada  qalan”lardan həm  anadan olmasının 

110  ili  tamam  olan  ustad  müəllimimiz  Ümnisə  xanım 

Musabəyliyə,  həm  də  belə  dahiyanə  mənalar  daşıyan  bəşəri 

misralar  müəllifi  -  150  illik  yubileyi  dövlət  səviyyəsində  qeyd 

edilən  böyük  şairimiz  Mirzə  Ələkbər  Sabir  Tahirzadəyə  Allah-

dan rəhmət diləyir, ruhları şad olsun! – deyirəm.  

            



Mübariz Allahverdiyev 

ATU-nun Mətbuat xidmətinin rəhbəri,  

“Ġnsan anatomiyası” kafedrasının professoru, 

 əməkdar müəllim ,  tibb elmləri doktoru.  

 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə