Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə20/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

                                     

60 


İndi  də  özümə  bu  sualı  tez-tez  verirəm.  Görəsən,  Ümnisə 

xanım kimi zirvədə olan digər bir alim, hər hansı professor onun 

kimi  olardımı?.  Küçədə  gördüyü  adi  bir  tələbəni  özü  ilə 

aparardımı? Ona resept yazıb, tələbənin əlindən resepti götürüb, 

başqasını  göndərib,  öz  pulu  ilə  aldığı  dərmanları  tələbəyə 

verərdimi?    Tələbənin  istedadından  qürrələnərək,  ona  daim 

mənəvi qayğı göstərərdimi? ... 

 Rayondan  qayıdanda  Ümnisə  xanıma  bir  qucaq,  yerli  dillə 

desək , kasa gül gətirdim. Qızıl gülün bir növüydü. Bizim elatda 

belə  deyirdilər.  Dedim  ki,  “Qutqaşın  (Qəbələ)  çiçəkləri  qədər 

ətirli  olmasa  da,  bu  da  bizim  torpağın  gözəlliyidir”.  Gülləri 

dərindən  iyləyib  dedi  ki,  “Muğan  düzünün  də  özünə  məxsus 

qoxusu var”. Yenə də o bölgəyə səfərini xatırlayaraq söylədi ki, 

“Muğanda  həyətlərə  girəndə  çoxlu  çiçəklər,  növbənöv  güllər 

görürdüm və onların ətrindən bihuş olurdum”. 

Ümnisə  xanım  ali    insani  dəyərlərə  malik  idi.  O  bütün  tələ-

bələrə,  xəstələrə  eyni  səviyyədə  baxırdı.  İnsanlar  arasında  fərq 

qoymazdı.  

Ümnisə  xanım  üçün  keçilməz  qaya  yox  idi.  Zirvələrdə  qıy 

vuran  qartala  bənzəyirdi.  Həcər  hünərli,  Nüşabə  qeyrətli  bir  el 

qızıydı.  Mahir  sənətkar,  böyük  alim,    dahi  şəxsiyət  idi.    Vətən 

təbabətinin  tarixində  adını  qızıl  hərflərlə  həkk  edən  dünya 

şöhrətli  cərrah  idi.  Nəinki  Azərbaycan  xalqının  şərəfli  şöhrəti, 

eyni zamanda SSRİ deyilən böyük bir dövlətin oftalmoloqlarının 

içərisində öndə olan, seçilən böyük həkim idi.  

O,  iki  dəfə  SSRİ  Ali  Sovetinin  deputatı  olub,  bir  çağırış 

Azərbaycan  Ali  Sovetinə  deputat  seçilib.  Mən  dəfələrlə  şahidi 

olmuşam  ki,  ona  müraciət  edən  insanları  necə  qarşılayıb.  Onun 

daxili gözəlliyi zahirinə qarışmışdı. Daxilində o qədər paklıq var 

idi ki, büruzə verib üzünə çıxmışdı. Bəli, Ümnisə xanım bu cür 

doğulmuşdu,  o  başqalaşa  bilməzdi.  Əksər  insanlardan  fərqli 

olaraq onun bir sifəti var idi. Qeybət deyilən kəlam dilində  yox 

idi.  Hətta  pisə  də  yaxşı  deyirdi.  Bilirdi  ki,  yaxşı  deyil,  ancaq 

dilinə  gətirib,  könül  qırmaqdan  ehtiyat  edirdi.  O  da  onun 




                                     

61 


halallığından,  saflığından  irəli  gəlirdi.  Həqiqətən  SSRİ  Tibb 

Akademiyasına layiq olan ziyalıydı.  

Mən həyatda qazandığım bu kürsüyə, elmi titullara, adlara və 

bir  sözlə,  hər  şeyə  görə  bu  insana  borcluyam.  Onun  mənə 

verdiyi o dərslərə, məsləhətlərə borcluyam. 

Bu  günün  özündə  mən  böyük  fəxrlə  keçmişi  xatırlayıram. 

Mənim  müəllimim  Tağızadə  Tağı  Ələkbər  oğlu  sağlığında 

vəzifədən  çıxıb,  məni  öz  yerinə  layiq  bildi.  Onun    ruhu  qarşı-

sında  baş  əyirəm.  Bu  böyük  alimin  80  və  85  illik  yubileylərini 

təşkil  edib,  xatirəsinə  kitablar  həsr  etmişəm.  Ömür  vəfa  etsə, 

qarşıdan  gələn  növbəti  2013-cü  ildə,  90  illik  yubileyində  də 

haqqında  kitab  çap  edəcəm  və  yadda  qalan  anım  tədbirimiz 

olacaq... 

Ümnisə xanımın xatirəsi mənə əzizdir. O müəllim tələbə sev-

gisi  indi  də  ürəyimdən  çıxmır.  Mən  hər  dəfə  institutun  keçmiş 

binasının  yanından  keçəndə,  o  ətrafdan  yolum  düşəndə  elə 

bilirəm  ki,  Ümnisə  xanım  qarşıma  çıxacaq.  Yenə  o  gülərüz 

sima,  xoş-xasiyyət,  o  gözəllik,  rahiyanə  çiçəklərin  arasında  elə 

bilin  təzəcə  pöhrələnmiş  şəlalə  durur  gözlərimin  qarşısında. 

Süzülür, yuxarıdan  üzü aşağı və Ümnisə xanım da gözəlliyi ilə 

bu ətrin, bu rahiyanənin içinə qarışır və bizi salamlayır... 

Mən  uşaqlıqdan  elə  mühitdə  böyümüşəm  ki,  daim  nəvaziş 

içərisində yaşamışam. Ailədə qayğıma qalanların sayı çox olub. 

Anam,  atam,  qohumlarımız  tərəfindən  oxumağı  sevdiyim  üçün 

arzu  olunan  insan  olmuşam.  Ümnisə  xanım  da  məni  çox 

istəyirdi. Birdən-birə onun ölüm xəbərinə daxilən sarsıldım. Elə 

bildim  ki,  həyatdan  özüm  getmişəm.  Ona  həddindən  çox 

bağlanmışdım  və  onun  ölümündən  sonra  özümü  yalqız  hiss 

elədim.  Ümnisə  xanım  mənim  üçün  əvəzsiz  insanıydı.  Onun 

mənə  göstərdiyi  isti  münasibət,  doğma  nəvaziş  indi  də 

vücudumu titrədir. Mənə varlığıyla necə şirin idisə, ölümüylə də 

acı  yaşatdı...  Ümnisə  xanım  yaddaşlarda  əbədiləşən  kimi, 

həyatda  da  əbədiləşməli,  gənc  nəsilə  tanıdılmalıdır.  O,    hər  bir 

yüksək ada layiqdir. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. 




                                     

62 


Böyük  alim,  xanım-xatın,  mədəniyyət  tarixində,  səhiyyə 

aləmində  izi  qalan  nəcib  qadın  Ümnisə  xanım  Musabəyovanın, 

eləcə də bu  yazıda xatırladığım, adını çəkdiyim və çəkmədiyim 

əziz müəllimlərimin ruhu qarşısında baş əyirəm....  

  

ATU-nun Epidemiologiya kafedrasının müdiri, tibb 

elmləri doktoru, professor, əməkdar elm xadimi, əməkdar 

müəllim Ġbadulla Ağayev 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ü. S.MUSABƏYOVANIN XATĠRƏSĠNƏ 

 

Tibb  elmləri  doktoru,  əməkdar  elm  xadimi,  Azərbaycan 



Respublikası  Elmlər  Akademiyasının  müxbir  üzvü  Ümnisə 

Musabəyova  mənim  tələbəlik  illərimdə  N.Nərimanov  adına 

Azərbaycan  Tibb  İnstitutunun  göz  xəstəlikləri  kafedrasına 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə