Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə2/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   2   3   4   5   6   7   8   9   ...   53

                                     

Almaniyada  birgə  oxuduqları,  ən  yaxın  dostu  Əlirzanın 



tutulması  xəbərini  eşidəndən  sonra  bu  anı  hər  gün  gözləyirdi. 

Sorğu-suala tutulacağı şübhəsiz idi.  

Güclü  tufanın,  amansız  fırtınanın  caynağından  xilas  olmağa 

çalışan  iri  gövdəli  ağactək  o  da  yıxılmamağa  çalışdı.  Yerdən 

ayağının  üzüldüyünü  hiss  eləsə  də,  təmkinini  pozmadan, 

taqətdən düşən dizlərini, keyləşmiş qollarını güclə açaraq körpə 

qızını bağrına basdı. Səs-küyə yuxudan oyanan, qorxu içərisində 

çaş-baş  qalan,  gələn  “dayılar”ı  tanımayan  balaca  Dilarə  nə  baş 

verdiyini  anlamasa  da,    atasının  öpüşlərindən  məmnun  halda 

həmişəki  kimi  nazlanmağa  başladı.  “Qonaq”larla  evdən  çıxan 

atasının arxası ilə baxan anasını ağlayan görəndə isə dodaqlarını 

büzdü.  Ana-bala  bir-birlərinə  sarmaşdılar.  Hər  dəfə  ağlayan 

qızını  sakitləşdirən  ananın  bu  gün  özünün  hıçqırması  balacanı 

heyrətdə  qoydu.  Donuq  gözlərini  mat-məəttəl  ona  dikdi.  Kiçik 

ovucları  ilə  anasının  islanmış  üzünü,  göz  yaşlarını  silməyə 

başladı, əllərini boynuna dolayıb, bərk-bərk qucaqladı.  

Həmin gün Ümnisə xanımın həyatına yazılan ən dəhşətli gecə 

oldu.  Yoldaşının  taleyindən  nigaran  qaldı,  onun  başına  nə 

gələcəyini  bilmirdi.  Tanış  olduqları  günü,  tələbəlik  illərini 

xatırladı.  Hər  ikisi  həkim  idi.  Ən  yaxşı  təbib  olmaq  uğrunda 

mübarizə  aparırdılar,  təkcə  sənətləri  ilə  yox,  həm  də  alimlik 

səviyyəsi ilə öyünürdülər.  

- Birdən onu da güllələyərlər?!.  

Qorxu, təlaş ürəyinə soxuldu, vücudunu titrətdi, həyatı qədər 

sevdiyi,  ən  əziz  bir  insanı  itirmək  təhlükəsiylə  üzləşdiyini  hiss 

etdi...  

Professor  İbrahim  İsmayılzadə  həmkarları  kimi  1938-ci  ildə 

həbsə  alındı.  Müxtəlif  bəhanələr  səsləndi.  Təqsirkar  olduğunu 

isbatlamağa  çalışdılar.  Axırda  əlacsız  qalıb,  onu  “Trotskinin 

tərəfdarı”  adlandırdılar.  Tutarlı  dəlil  olmadığından  istintaq 

prosesi  iki  il  çəkdi.  Məhkəməsi  isə  15  dəqiqə.  Bu  müddət 

ərzində,    dəmir  barmaqlıqlar  arasında  yaşayan  Azərbaycan 

alimi,  nəhayət,  Sibirə  sürgünə  göndərildi.  Həyatının  növbəti  10 



                                     

ilini  ailəsindən,  doğmalarından,  el-obasından  ayrı  yaşamağa 



məhkum  edildi…  İbrahim  İsmayılzadənin  repressiyaya  məruz 

qalmasına səbəb bəlkə də onun vaxtilə Azərbaycan Demokratik 

Respublikasında  Parlamentin  deputatı  seçilməsi  faktı  idi. 

Millətini  azad  görmək  istəyən  insanların  sırasında  adı  çəkilən 

ziyalı oldğu üçün qara siyahıya alınmışıdı...  

Uşaqlıq  dostu  Əlirza  Atayevlə  Almaniyaya  oxumağa  gön-

dərilən  İbrahim  İsmayılzadə  repressiyanın  neçə-neçə  günahsız 

qurbanlarından  biri  idi.  Sürgün  həyatında  da  hər  an  ölümünü 

gözləyən minlərlə insanlardan biri...  

                                                           

* * * 

Ümnisə xanım ağlı, dərin zəkası ilə ətrafından seçilirdi. Hələ 



Tağıyevin  Qızlar  seminariyasında  təhsil  alanda  onu  digər 

uşaqlardan  qeyri-adi  bacarığına  görə  fərqləndirirdilər.  Ali 

təhsildəki  uğurları  isə  onun  əl-qolunu  açmış,  elmin  bütün 

sirlərinə  yiyələnmək həvəsi onu mükəmməl alimlik səviyyəsinə 

qaldırmışdı.  

Ailənin  düşdüyü  faciə  onun  həyat  mübarizəsini  daha  da 

alovlandırdı.  İbrahim  uzaqlara  aparılsa  da,  o  özünü  ərinin  ya-

nında hiss edir, onun çətin günlərində ən yaxın könül sirdaşı idi.  

Ümnisənin  “Sən  evinə  qayıdacaqsan,  görərsən!”-sözləri  İb-

rahimin yaddaşında əks-səda yaratdı.  “Ümidini üzmə, səbrli ol, 

hər qaranlıq gecənin bir aydın səhəri olur” kəlmələri həyat boyu 

qulaqlarında səsləndi...  

                                

* * * 


 Ümnisə  xanımın  başı  elmə  qarışdı,  elmin  ən  dərin  qatlarına 

qədər irəlilədi. Sonda isə elmi tapıntıları, yeni fikirləri ilə alimlər 

arasında  zəka  sahibinə  çevrildi.  Dünyanın  müxtəlif  ölkələrinə 

dəvətlər  aldı,  oftalmoloqların  elmi  tədbirlərinə  qatıldı.  Hara 

getdisə,  harda  söz  dedisə,  dəyərli  fikir  sahibi  oldu.  Hər  yerdə 

sevildi.  




                                     

İllərlə həsrətində olduğu İbrahimin yoxluğunu ona, qismən də 



olsa,  xəstələri  unutdurdu.  Həyat  sevgisindən  insanlara  işıq 

payladı.  Qaranlıqlardan  qurtulmaq  istəyənləri  nur  dünyasına 

qərq elədi...  

Ümnisə  xanım  zamanı  öz  dünyasına  salmışdı.  Həm  elmi 

sahədə  uğurlar  bir-birini  əvəzləyir,  oftalmologiya  aləminə  də-

yərli əsərlər bəxş edir, bu sahədə kadrların  artmasına çalışır, öz 

biliyini  istedadlı  tələbələrə  bəxş  edir,    həm  də  sorağını  eşidib 

onun  yanına  gələn  yüzlərlə  insanın  gözündə  cərrahiyyə 

əməliyyatı apararaq, tutulan gözləri açır.  

                            

* * * 

Ümnisənin səmada qıy vurduğu, qartal təki zirvələrdə qanad 



açdığı məqamlarda,  İbrahim əli-qolu bağlanmış, azadlığa həsrət 

qalmış  anlarında,  qəfəsə  qısılan  quşa  bənzəyirdi.  Qartal  cüssəli 

bir quşun xırda balaca məkandakı çırpıntıları qol-qanadı qırılmış 

quşa  yaşamağı  zillət  etdiyi  kimi,  bu  Azərbaycan  aliminin  də 

zindan həyatı bütün amalını çilikləmişdi. Usta yanında köməkçi 

işləyən,  divar  hörgüsü  ilə  məşğul  olan  İbrahim  İsmayılzadə 

ömrünün  bir  neçə  ilini  ağ  xalata,  kitab  dəftərə,  yazı-pozuya 

həsrət qalır... 

Günlərin  birində  “ekzema”dan  əziyyət  çəkən  Azərbaycanın 

rəhbəri Mir Cəfər Bağırov eşidəndə ki, Almaniyada təhsil almış, 

yeganə  mütəxəssis  olan  İbrahim  İsmayılzadə  adlı  bir  həkim 

onun  dərdinə  əlac  edə  bilər.  Tələsik  onu  sürgündən  geri 

qaytarırlar.  Bu  dəfə  də  ona  hara  aparıldığı  deyilmir.  Bakıya 

çatanda elə fikirləşir ki, yəqin güllələnmək üçün gətirilib. Ancaq 

rəhbərin  yanına  aparılanda  məsələdən  hali  olur.  Nəzarət  altında 

öz  missiyasını  yerinə  yetirir.  Bağırovun  dərisindəki  yaranı 

sağaldır. Onu yenidən sürgünə yollayırlar.  

Bu  dəfə  isə  İbrahimin  həkimlik  məharəti  dilə-dişə  düşür. 

Sürgündə  “baş  həkim”  kimi  fəaliyyət  göstərir.  Dustaqxanada 

məhbusun  “baş  həkim”  olması  onun  həyat  tablosuna  daha  qa-

rışıq  ilmələr  atır.  Xəstələri  ona  göz  verib,  işıq  verməyən 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə