Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə14/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

                                     

42 


Süleyman bəyin sonuncu övladı olan Şamil dayım oğluna öz 

atasının  adını  qoyub  və  hazırda  babasının  adını  daşıyan  nəvə 

Süleyman  Türkiyədə  yaşayır.  Onun  qızına,  yəni  Şamilin 

nəvəsinə isə Ümnisə xanımın adı verilib.... 

Ümnisə xanım böyük alim idi. Elm aləminin tanınmış siması 

olduğu  kimi,  həm  də  gözəl  insan  idi.  O,  doğmalarını  da 

unutmur,  işlərinin  çox  olmasına  baxmayaraq  bizə,  yaxınlarına 

imkan  daxilində  vaxt  tapırdı.  Tez-tez  xarici  ölkələrə  gedir, 

cərrahi əməliyyatları çox olur, bununla bahəm bizimlə görüşə də 

zaman  ayırırdı.  Onun  o  gərgin  həyat  tərzindən  çox  şey 

öyrənirdik,  həyatda  uğur  qazanmaqdan  ötrü  çalışmağın, 

durmadan  zəhmət  çəkməyin  bəhrəsini  biz  Ümnisə  xanımda 

görmüşdük və işgüzarlığı ilə hər birimizə stimul verirdi... 

Xalamla biz  çox  yaxın idik. Xüsusən müharibə  illərini  yaxşı 

xatırlayıram. 1943-44-cü illərdə çox vaxt ona sığınardıq. Az-çox 

onun  evində  yeyəcək  bir  şey  tapmaq  mümkün  idi.  O  zaman 

mənim  10  yaşım  vardı.    Axşamlar  onlara  gedirdik.  Xalam  bizə 

yumru  qoğallar  bişirirdi.  Hətta  yadımdadır  ki,  qardaşım  qoğalı 

tez  qurtarmasın  deyə,  onu  fırlada-fırlada  çox  ehtiyatla  yeyərdi. 

Onlar  İçəri Şəhərdə, böyük bir mənzildə yaşayırdılar... 

Xalam  hamıdan  çox  məni  istəyir,  nəyə  maraqlı  olduğuma 

fikir verirdi. Mən uşaqlıqdan texnologiya ilə məşğul olurdum. 4-

cü  sinifdən  radio  həvəskarı  olmuşam.  Xalamın  dünyagörüşü 

geniş idi. Bütün sahələrlə maraqlanırdı. Təbii ki, mən də ondan 

faydalanırdım...  

Bizim kafedramız tətbiqi televiziya ilə bağlı olduğundan bizə 

bəzi  obyektlər  lazım  idi.  Yəni  yayım  televiziyası    ilə  yox, 

müxtəlif  istiqamətlərdə,  elmin,  texnikanın  ayrı-ayrı  sahələrində 

televiziyanın  tətbiqi  ilə  məşğul  olurdu.  Məni  də  tibb  aləmi 

maraqlandırırdı  ki,  burada  görəsən  faydalı  ola  bilərmi?.  Elə  o 

vaxt  xalam  mənə  iki  ideya  vermişdi.  Birincisi  göz  dibinin 

yoxlanılması,  orada  məsələn  televiziya  qurğularından  istifadə 

oluna bilər. Ya da sadə gözün irisində, iridodiaqnostikada tətbiqi 

mümkündür. Elə o vaxtdan üzü bəri,  70 ildən çoxdur ki, kafedra 




                                     

43 


bu  məsələni  araşdırır.  Hətta  bu  sahə  ilə  bağlı  bir  mütəxəssis 

kimi,  Türkəyə  dəvət  olunmuşam.  Bir  müddət  qonşu  ölkədə  bu 

sahəni inkişaf etdirmişəm.  

İridodiaqnostikada televiziyanın tətbiqi bizə nə verir? Bilirik 

ki,  televiziya  insanla  obyekt  arasında  bir  vasitədir.  Obyektin 

təsviri  hansısa  şəkildə  ekranda  canlandırılır  və  izləyici  onu 

müşahidə  edir.  Amma  iridodiaqnostikada  ola  bilsin  ki,  bəzi 

şeyləri  həkim  görməyə  bilər.  Məsələn,  bəzi  fəsadlar  olduğu 

halda  irisin  üzərində  o  ləkələr  aydın  görünməyə  bilər.  Biz 

texniki  üsullarla  onları  daha  aşkar  hala  gətirə  bilirik.  Hətta 

iridodiaqnostikadan  başqa,  maqnit-rezonans  tədqiqatlarında  da 

mən  onu  Türkiyədə  tətbiq  etmişəm.  Bəzi  xəstəlikləri  maqnit-

rezonans üsullarla yoxlayırlar, ancaq ekranda lazımi məlumatlar 

olmur. Onu deməli daha aşkar hala gətirmək mümkündür. Yəni 

bu  ideyanı  mənə  Ümnisə  xanım  vermişdi  ki,  belə  bir  şey  ola 

bilər?. Mən də dedim ki, texniki üsullarla biz o şəkilləri istənilən 

dərəcədə  dəyişdirə  bilərik,  yəni  aşkar  olmayan  şeyləri  daha 

aşkar hala gətirə bilərik... 

Mən  Türkiyədə  olanda  bir  dəfə  bir  göz  həkiminə  müraciət 

elədim.  O  məni  müayinə  elədi  və  sonra  dedi  ki,  xocam,  siz 

Azərbaycandansınız?. 

-  Dedim  bəli.  Bildirdi  ki,  mən  Azərbaycanda  oftalmologiya 

institutunda  magistr  olmuşam.  Orada  Ümnisə  Musabəyovanın 

işləri  ilə  tanış  oldum.  Dedim,  ancaq  siz  onun  ideyalarına  əməl 

etmirsiniz.  Dedi  necə?  Xalam  həmişə  deyərdi  ki,  əgər  sizin 

yanınıza  bir  xəstə  gəlirsə,  bu  xəstənin  yaşı  40-dan  keçibsə,  ilk 

növbədə,  onun  göz  dibini  yoxlamalısınız.  Çünki  hələ  üzə 

çıxmayan xəstəliklər barədə göz dibində informasiya var. Və siz 

göz  dibinə  baxıb,  qabaqcadan  diaqnoz  qoya  bilərsiniz.  Heç 

olmasa  ekspres  diaqnoz.  Sonra  şübhələnən  sahənin  ixtisaslı 

həkimi ilə xəstəliyin dəqiq diaqnozu təyin edilər... 

Yadımdadır ki,  bir gün  xalam bizə  gələndə  gördü  ki,  mənim 

oğlumun dırnaqları lay-lay qopur. 



                                     

44 


Dedi  ki,  Fuad  göstər  barmaqlarını,  biz  də  dedik  ki,  nə  elə-

yirik,  xeyri  yoxdur.  Dedi  sabah  gələrsən  klinikaya,  mən 

yoxlayacam.  Mən  qayıdıb  dedim  ki,  dırnaq  hara,  göz  hara?. 

Dedi  yox,  əlaqəsi  var.  Apardım  uşağa  xalam  baxdı  və  dedi  ki, 

belə  bir  şey  var.  Çəngəlvari  vəz,  “viloçkova  jeleza”.  Bu 

oğlanlarda  yetkinlik  dövründə  başlayır  və  inkişafda  geriləmə 

müşahidə olunur. Xalamın məsləhəti ilə endokrinoloqa müraciət 

elədik.  Endokrinoloq  diaqnozu  təsdiqlədi  və  bir  tabletka  yazdı, 

iki günə getdi. Ümnisə xanımın həkimliyi yüksək səviyyədə idi.  

Yaxşı  yadımdadır.  1968-ci  ildə  mən  namizədlik  disser-

tasiyasını müdafiə eləyəndə “İnturist”də ziyafət verildi. Məslicə 

gələnlər Ümnisə  xanımı tərifləməyə  başladılar. Dedi  ki,      “yox, 

bu  gün  mənim  günüm  deyil,  bu  məclis  Çingiz  üçün  təşkil 

olunub,  bu  gün  məhz  onun  günüdür.  Biz  hamımız  Çingizin 

uğurlarından  danışmalıyıq,  ona  dəyər  verməliyik...”.  Həqiqətən 

Ümnisə  xanım  yaşından  asılı  olmayaraq  hamıya  hörmət  edər, 

dəyər verərdi.  

Xalamın  əri  İbrahim  İsmayılzadə  görkəmli  elm  xadimi  idi. 

Tibbi təhsilini  Almaniyada  davam  etdirib.  Çox bilikli  insan idi. 

1938-ci  ildə  repressiya  zamanı,  həbs  olundu.  Onun  Əlirza 

adında  Almaniyada  birgə  oxuqları  yaxın  uşaqlıq  dostu  var  idi. 

Əvvəlcə,  o  tutuldu.  Sonra  ən  yaxın  dostu  olduğundan  İbrahim 

müəllimi  göz  altına  saldılar.  İki  ildən  sonra,    1940-cı  ildə 

məhkəməsi  oldu.  Məhkəmə  onun  Trotski  dərnəyinə  qatıldığını 

isbat  etməyə  çalışsa  da,  heç  nə  sübut  edə  bilmədi.  Bilirik  ki,  o 

dövrdə  dəlil-sübuta  ehtiyac  yox  idi,  kimdən  şübhələnirdilərsə, 

onu  da  aradan  götürürdülər.  Həqiqəti  gizlədən  insan  deyildi, 

hətta  illər  keçəndən  sonra  da  İbrahim  müəllim  günahsız  yerə 

tutulduğunu  söyləyirdi.  2  il  burda  yatdı.    Məhkəmə  ona  5  il  iş 

kəsdi. Göndərdilər Sibirə...  

1944-cü  ildə  Mir  Cəfər  Bağırovda  ekzema  xəstəliyi  əmələ 

gəlir.  Heç  kəs  də  müalicə  eləyə  bilmir.  XDİK-dən  (rus  dilində 

NKVD  adlanırdı)  deyirlər  ki,  ekzema  üzrə  Almaniyada  yetiş-

dirilən  çox  böyük  bir  professor  var.    Amma  o  indi  Sibirdədir. 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə