Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə11/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

                                     

33 


Bu  zadəganların  tarixi  yazılmış  əsərlər,  soykötükləri  yandırıldı, 

cırıldı,  onlara  məxsus  bütün  madd-mədəniyyət  izləri  aradan 

götürüldü,  sonucda,  o  şəxslərin  indiki  nəsilləri  əsl  tarixi 

gerçəkliyi  bütünlüklə  unutdu.  Ancaq  nə  yaxşı  ki,  Ulu  Tanrı 

allahsız kommunistlərin Tarixi yerli-dibli məhv etməsinə imkan 

vermədi-bir 

çox  dəyərli  sənədlər  indiyədək  qorunub 

saxlanmaqdadır.  Məncə,  bu  yazıda  ortaya  qoyulan  faktların 

əksəriyyəti nəinki  ümumən Azərbaycan oxucusuna və özəlliklə  

Qəbələnin adlı-sanlı ziyalılarına, hətta Ümnisə xanımın ən yaxın 

qohumlarına belə ilk dəfə bəlli olacaq. 

Ondan  başlayaq  ki,  Azərbaycan  ədəbiyyatı  və  elminin  üç 

korifeyi-Hacı  ismayıl  Qutqaşınlı  (1809-1861),  İbrahim  bəy 

Musabəyov (1880-1942) və Ümnisə xanım Musabəyova (1902-

1974) eyni nəsildən çıxıb və bu nəslin bizə bəlli ilk böyüyü Hacı 

Şəfi  sultandır.  Faktların  şərhinə  keçməzdən    öncə  bildirim  ki, 

Hacı Şəfi sultan sonrakı Qəbələ sultanlığının patriarxıdır. 

Qəbələ  rayonunun  Həmzəli  kəndindəki  qədim  Şıx  bab 

pirindən  1978-ci  ildə  tapdığım  Hacı  İsmayıl  bəy  Qutqaşınlı 

“Səfərnamə”sinin əlyazmasında görkəmli bu şəxs haqqında belə 

yazır:  “Bu  torpaqları  mühafixət  etməyə  (qorumağa.  –Ə.T.)  nə 

qədər  qanlar  babamız  töküb  və  özümüz  nə  qədər  zəhmət 

çəkmişik  abadan  etməyə.  Bu  saatda  nəzərə  Dəvəbatan 

sərkərdəsinin  müqabilində  şikəst  olub  (qarşısında  məğlub  olub. 

Ə.T.), tərki-vətən edib, əlhal (indi. –Ə. T.) nəslinin Ərəbistan və 

Şam məmləkətində vətən qərar tutmağı xatirimə gəldi”. 

Xatırladım  ki,  Səfəvilərin  adından  imperiyanı  idarə  edən 

naibüssəltənə Nadir xan (sanrakı Nadir şah) Osmanlılara arxayın 

olaraq  ona  itaətdən  boyun  qaçırmış  Qəbələ  ağası  Surxay  xana 

(eləcə  də  Dağıstan  xanlarına)  “qulaqburması”  verməkçün 

Təhmasib  xan  Cəlayirin  başçılığı  altında  quzeyə  12  minlik 

qoşun  yollamışdı.  Həmin  qoşun  1734-cü  ilin  3  oktyabrında 

Qəbələ  ilə  Şamaxı  arasında  bir  tərəfi  dağa,  o  biri  tərəfi  meşəyə 

bitişik “Dəvəbatan” adlı yerdə Surxay xanın 20 minlik ordusunu 

darmadağın  etdi  (bu  hadisədən    A.A.  Bakıxanovun  “Gülüstani-



                                     

34 


İrəm”ində  geniş  danışılıb).  Bu  vuruşmada  Surxay  xanın 

qoşununda  döyüşən  Hacı  Şəfi  sultan  yurdundan  didərgin  düşdü 

və ailəsini də götürərək Ərəbistana (indiki Suriyaya ) köçdü.  

Sonrakı  25  ildə  nələrin  baş  verdiyi  haqqında  sənədlər  sussa 

da, 1759-da tarix səhnəsində yenə həmin Hacı Şəfi sultanın nəsli 

ilə-onun oğlu olan Qəbələ ağası Kəlbəli sultanla qarşılaşırıq.  

Bir  tarixi  qaynaq  yazır  ki,  urmiyalı  sərdar  Fətəli  xan  Əfşar 

“Şuşa  qalası  üstünə  gəlib  Qarabağ  xanı  Pənah  xanı  özünə  tabe 

etməyə  məşğul  bulunduğu  zaman  (1759-da.-  Ə.T.)...Şəki  xanı 

Hüseyn xan, qutqaşınlı Kəlbəli sultan və sair Şəki böyükləri ilə 

hədiyyələr götürüb Fətəli xanın hüzuruna gələrək əczi-izhar edib 

mərhəmət  və  kömək  dilədilər.  Bu  vasitə  ilə  Fətəli  xan  Şəki 

xanlığına Hüseyn xanı qoydu”.  

Qəbələ  ağası  Kəlbəli  sultan  (Məhəmməd)  Hüseyn  xan  Müş-

taqla  çox  yaxındı.  Ancaq  Şəki  xanı  gələcək  qatili-  əmisi  Hacı 

Əbdülqadirlə  düşmən  olduqdan  və  Kəlbəli  sultan  da  onun 

əmisinə  tərəfdar  çıxdıqdan  sonra  bu  yaxınlıq  yağılığa  çevrildi, 

xanın qəzəbinə tuş gələn Kəlbəli sultan dustaq edilərək, 1779-da 

öldürüldü. Ancaq hakimiyyətdə yenə onun övladları qaldı. 

Kəlbəli  sultanın  varisləri  haqqında  ən  inanmalı  qaynaq 

“Kəlbəli  Sultanovlar”ın  Azərbaycan  Mərkəzi  Tarix    Arxivində 

saxlanılan soykötüyü-nəsil  şəcərəsidir;  həmin soykötüyü  “Nuxa 

qəzası  Qutqaşın  kəndinin”  sakinləri  Mehdi  bəy  və  Alı  bəy 

Sultanovların nəsillərinin bəylərdən sayılması haqqında 10 iyun 

və 2 iyul 1874-də verdikləri ərizəyə əsasən tərtib edilib. 

 Adı  çəkilən  soykötüyündən  Kəlbəli  sultanın  dörd  oğlunun: 

Əhməd  sultan,  Məhəmməd  sultan,  Nəsrullah  sultan  və  (Hacı) 

Şəfi sultanın adları çəkilir və onların nəsilləri incəliklə sadalanır. 

(Qutqaşınlının  qohumu  Zabitə  Mustafayeva  bu  sənətdə  adı 

keçməyən  İbrahim  sultanın  da  Kəlbəli  sultanın  oğlu  olduğunu 

mənə  bildirmiş  və  demişdi  ki,  onun  nəsli  indi  Türkiyədədi, 

ancaq bu fikri təsdiqləyəcək heç bir qaynaqla üzləşməmişəm). 

 Əhməd  sultanın  nəsli  Kəlbəli  sultan  övladları  içərisində  ən 

qol-budaqlısıdır. 




                                     

35 


Ümnisə  xanım  Musabəyova  da  məhz  bu  nəsildən  olduğuna 

görə onun üzərində ayrıca dayanıram. 

Sözü  gedən  soykötüyündə  Əhməd  sultanın  dörd  oğlunun 

olduğu  göstərilib,  poriçik  Hacı  Bala  bəy,  praporşik  Hacı  Musa 

bəy,  Əzim  bəy,  Hacı  Ağarazi  bəy  (1824-?).Burada  onların 

övladları da sadalanır: 

1)

 

Hacı Bala bəyin övladları: Qutqaşın naibi praporşik Hacı 



İbrahim  bəy  (1814-?),  Hacı  Nuh  bəy,  Hacı  Qədir  bəy,  Əhməd 

bəy; 


2)

 

Hacı  Musa  bəyin  övladları:  Züleyxa  xanım(1834-?), 



Zöhrəncə  xanım  (1837-?),  Mehdi  bəy  (1837-?),  Xacə  xanım 

(1849-?), Yusif bəy (ölüb) 

3)

 

Əzim  bəyin  övladları:  Şirin  bəy  (1846-?),  Məhəmməd 



bəy (1854-?): 

4)

 



Hacı Ağarazi bəyin övladları: Ağasi bəy (ölüb), Abdulla 

bəy (1854-?), Ümnisə xanım(1862-?). 

 Beləliklə, bu gün  əlimdə olan bütün  yazılı və şifahi tutarqa-

lara  söykənərək  bildirirəm  ki,  Ümnisə  xanım  Musabəyova 

Əhməd  xanın  kötükcəsidir  -  o,  sultanın  oğlu  Hacı  Musa  bəyin 

oğlu,  Sarya  xanımla  ailə  qurmuş  Mehdi  bəyin  (1837-?)  oğlu 

Süleyman bəyin qızıdır.(Süleyman bəy Ümnisə xanımdan başqa 

Yusif, Fatma, Əfruz və Şamilin də atasıdır). 

Yuxarıda  dedim  ki,  görkəmli  yazıçımız  ilk  Azərbaycan 

kinofilminə  adı  verilmiş  “Neft  və  milyonlar  səltənətində”  kimi 

möhtəşəm  bir  əsərin  müəllifi  İbrahim  bəy  Musabəyov  (1880-

1942)  da  Əhməd  Sultanın  soyundandır.  O,  Ümnisə  xanımın 

babası  Mehdi  bəyin  (1837-?)  oğlu,  başqa  sözlə,  professorun 

dostdoğma  əmisidir.  İbrahim  bəyin  üç  övladı  olub:  Mehdi  bəy 

(uşaqkən  ölüb),  Sarya  xanım  (?-1924),  Zemfira  xanım 

(20.05.1912-də  doğulub,  bir  neçə  il  bundan  qabaq  Astaranın 

Ərçivan kəndində dünyasını dəyişib). 

İndiyədək verdiyim bilgidən aydınlaşır ki, Hacı Şəfi sultan və 

Kəlbəli  sultan  həm  hacı  İsmayıl  bəy  Qutqaşınlının,  həm  də 

İbrahim bəy və Ümnisə xanım Musabəyovların ortaq ulu baba-




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə