Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə10/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

                                     

30 


nəsillərə  tanıdılması  üçün  bu  film  müasir  dövrdə  əvəzsiz  sənəd 

tapıntısıdır. 

Ümnisə xanım Qəbələnin qədim nəsillərindən olan  Musabə-

yovların  ziyalı  nümayəndələrindən  biridir.  Bu  nəslin  yüzlərlə 

tanınmış  siması  tək  Azərbaycanda  deyil,  dünyanın  müxtəlif 

yerlərində ad-san qazanıblar.  

Süleyman  bəyin  ailəsində  dünyaya  göz  açan  Ümnisə,  Yusif, 

Əfruz  dünya  şöhrətli  Azərbaycan  alimləridir.  Kimya  elmlər 

doktoru,  professor,  Paris  Beynəlxalq  Elm  tarixi  və  Fəlsəfə 

Akademiyasının  müxbir  üzvü  Yusif  Süleymanbəy  oğlu  Musa-

bəyovun  adı  da  ASE–na  düşüb.  Ölkəmizdən  kənarda  Yaroslavl 

şəhərinin mərkəzində Yusif Musabəyovun heykəlinin ucalması, 

kimyaçı  alimin  xatirəsinin  əziz  tutulması  bu  diyarda  onun 

şöhrətindən  xəbər  verir.    Hazırda  Qəbələ  rayon  Tarix-

Diyarşünaslıq muzeyində Musabəyovlar nəsli haqqında qiymətli 

materiallar  var.  Muzeyin  direktoru,  əməkdar  mədəniyyət  işçisi 

Xalis  Məmmədov  bu  barədə  zəngin  faktlar  toplayaraq  xeyli 

sayda  sənəd  əldə  edib.  Kitabdakı  bir  neçə  şəkil  bu  muzeydən,  

Xalis müəllimdən əldə edilib.... 

Ümnisə  Musabəylinin  110  illiyi  münasibəti  ilə  yazılan  bu 

kitabda  alimin  elmi  fəaliyyəti  ilə  yanaşı,  onun  ictimai  xadim 

kimi  fəaliyyətinə  də  nəzər  salınır.  Kitabda  alimin  zəkasından 

nurlanan, onun tələbi və təkidi ilə oftalmologiyaya qədəm qoyan 

və  sonradan  Ümnisə  xanımın  ideyalarını  doğruldaraq,  özlərini 

elm  aləmində  təsdiqləyən  yetirmələri    müəllimləri  ilə  bağlı  ən 

kövrək xatirələrini bölüşürlər.  

Bu insanlar aradan uzun illər keçməsinə baxmayaraq Ümnisə 

xanımı dünən kimi xatırlayır, ən kiçik nüansı belə, olduğu kimi 

hafizələrində  saxlayırlar.  Professor  Rafiq  Əsgərov  danışır  ki, 

Ümnisə  xanım  unudulan  müəllimə  deyil,  o  kimə  dərs  deyibsə 

hamının  yaddaşına  əbədi  yazılıb.    “Yaddaşlara  əbədi  yazılan 

insan”  adlı  yazıda  ATU-nun  “İnsan  anatomiyası”  kafedrasının 

professoru,  tibb  elmləri  doktoru,  əməkdar  elm  xadimi    Rafiq 

Əsgərovun kövrək düşüncələri öz əksini tapıb... 




                                     

31 


Dəyərli  oxucular,  Ümnisə  xanım  haqqında  topladığım  ma-

teriallar  kifayət  edərdi  ki,  bu  faktlara  əsaslanaraq  müəllif  kimi 

alimin  fəaliyyəti  ilə  bağlı  bəzi  mülahizələr  söyləyim.  Ancaq 

qərara  gəldim  ki,  onu  yaxından  görən,  alimlə  ünsiyyətdə  olan 

insanların,  onun  tələbələrinin  söhbətlərini  olduğu  kimi, 

nöqtəsinə,  vergülünə  toxunmadan,  necə  varsa,  eləcə  oxuculara 

təqdim  edim.  Düşündüm  ki,  dinlədiyim  bu  ziyalıların 

söhbətlərini  öz  dillərindən  eşitmək  daha  inandırıcı  olar  və 

onların  hər  birinin  həqəqətdə,  reallıqda  tanıdığı  Ümnisə 

Musabəylinin  şəxsiyyəti  oxuculara,  gənc  nəsilə  daha  gözəl 

tanıdıla bilər.  

Bu  kitabın  araya-ərsəyə  gəlməsində  müəllifə  yardımçı  olan 

bütün  insanlara,  kitabın  çapını  təmənnasız  boynuna  götürən 

«Nasir»  nəĢriyyatının  direktoru  Famil  Kərimova,  şəxsi  arxi-

vindən  aldığımız  bir    neçə  fotoya  və  soykökü  ilə  bağlı  yazıya 

görə  tarixçi  alim  Ədalət  Tahirzadəyə,  Qəbələ  Tarix  və  Diyar-

şünaslıq  muzeyinin  direktoru,  əməkdar  mədəniyyət  işçisi  Xalis 

Məmmədova,  Qəbələ  rayon  icra  hakimiyyətinin  məsul  işçisi 

Zahir  Kərimova,  “Ümnisə  Musabəylinin  şəxsi  fondu”  ilə  bizi 

yaxından  tanış    edən  Respublika  Dövlət  Elm  və  Texnika 

Sənədləri  arxivinin  direktoru  Şahsuvar  Haşımova,  eyni 

zamanda,  Ümnisə  xanımla  bağlı  həmsöhbət  olduğum  dəyərli 

ziyalıların  hamısına  bir  daha  təşəkkürümü  bildirirəm.  Ümnisə 

xanım  haqqında  danışan  bu  insanların  hamısının  bircə  qayəsi 

budur  ki,  alimi  gənc  nəsilə  tanıda  bilək,  Azərbaycan  aliminin 

doğum  gününü,  yubileyini  xatırlatmaqla,  elm  tariximizin  bu 

əfsənəsini sabahkı nəsillərə tanıdaq…  

Ümnisə  xanım  sənətini  özündən  də  çox  sevirdi.  Bi  fikirlər 

kitabdakı  əksər  yazılarda  qeyd  olunub.  Çünki  o  özünü  cərra-

hiyyə  stolundan  ayrı  təsəvvür  edə  bilmirdi,  qaranlıq  aləmin 

nurlandırması missiyasını üzərinə götürən cərrah alim bu amalla 

yaşayır,  yaradırdı.  Günlərin  bir  günü  fikirləşəndə  ki,  daha 

əməliyyat  otağına  girə  bilməyəcək,  kiminsə  gözünə  işıq 




                                     

32 


verməyəcək,  onun  özünün  gözlərində  işıqlı  aləm  qaranlığa 

büründü. Demək həyatının sonu imiş...Allah rəhmət eləsin. 

Alimin ölümü təkcə tibb aləmində deyil, bütün el-obada ağır 

faciə  sayıldı.  Hamı  Ümnisə  xanımın  itkisinə  təəssüflənir, 

qüdrətli  bir  elm  xadiminin  yoxluğuna  sarsılırdı.    Həkim  en-

dokrinoloq  Lalə  Səlimxanova  danışır  ki,  “1974-cü  ildə  birinci 

kursda  oxuyurdum.  Mühazirə  vaxtı  institun  rəhbəri  və  dekan 

içəri girdi və göz  yaşları içərisində bizə elan etdi: “Bu gün tibb 

elminə  ağır  faciə  üz  verib,  dünya  şöhrətli  Ümnisə  Musabəyli 

vəfat  edib”.  Həmin  günü,  alimlərin  göz  yaşlarını  ömrüm  boyu 

unuda bilmirəm. Professor Dəmir Hacıyevin hönkürtüsü  indi də 

qulağımdadır.  Onu  tanıyanların  hamısı  ağlayırdı,  bütün  institut 

Ümnisə xanıma yas saxlayır, auditoriyaların hər birində Ümnisə 

xanımın  şəxsiyyətindən  söz  açılırdı...  Böyük  alimin  ruhu  şad 

olsun.  Sağlığında  əbədiləşən,  ürəklərdə  heykəlləşən  Ümnisə 

xanımın əziz xatirəsi qarşısında bir daha baş əyirəm”.... 

 

                                                    ġəlalə Məhyəddin qızı 



 

 

 



 

 

ÜMNĠSƏ XANIM MUSABƏYOVA 

- QƏBƏLƏ SULTANLIĞININ YADĠGARI 

 

Ümnisə xanımım ulu babaları yüzillər boyunca Qəbələnin ən 



adlı-sanlı sülalələrindən  –  sultanlardan olub və  təəssüf ki,  qanlı 

kommunist  itticası  illərində  bu  nəslin  bütün  davamçıları  öz 

zədagan köklərini danmağa, bu haqda susmağa məcbur ediliblər, 

çünki  hakimiyyəti  qanla  ələ  keçirmiş  tərbiyəsiz,  nadan  və 

savadsız  muzdur  və  dilənçi  balaları  yüksək  mədəniyyətli  kübar 

insanları özlərinin allahsız və qaniçən “proletariat diktaturası”na 

ən  böyük  qorxu  sayaraq  onları  kütləvi  şəkildə  məhv  edirdilər. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə