Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə13/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

                                     

39 


korpusunu  bitirmişdir.  1917-ci  ilə  kimi  Türkiyənin  Ərzincan 

şəhərində  yerləşən  39-cu  diviziyanın  Quba  alayında  xidmət 

etmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusuna könüllü daxil 

olmuşdur.  Bir  il  sonra  Zaqatalaya  komendant  təyin  edilmişdir. 

1920-ci  il  iyulun  9-da  Şəki  və  Zaqatalada  bolşeviklərlə  qarşı 

başlanan  üsyanın  başçılarından  biri  idi.  Zaqatala  qalasını  tutan 

üsyançılar  kapitan  Yaqub  bəyin  başçılığı  ilə  on  beş  gün 

bolşeviklərə  qarşı  vuruşur.  İyunun  20-də  komendant  -  kapitan 

Yaqub  bəy  Axmetyev  yaralanıb  ələ  keçmiş  və  bolşeviklər 

tərəfindən  edama  məhkum  edilmişdir.  Az  müddət  Zaqatala 

qalasında  saxlanan  mərd  kapitan  Yaqub  bəy  ağır  yaralı  halda 

kameranın  divarına  yazmışdır:  “Mən  kapitan  Axmetyev  ölüm 

hökmü  altında  yatıram.  Heç  bir  cinayət  eləməmişəm.  Vətənim 

Azərbaycanın  azadlığı  uğrunda  bolşeviklərə  qarşı  vuruşdum. 

Müsavat  zabiti  olduğuma  görə  güllələnməyə  məhkum 

olmuşam”.  Həyat  yoldaşı  Vəsilə  xanım  Musabəyova  Bakı  rus-

müsəlman  qız  məktəbində  müəllimə  idi.  Bolşeviklər  Yaqub 

bəyə edam olunması haqqında qərar oxuyanda, “Qorxma, mətin 

ol,  nahaq  axıdılan  qanın  intiqamını  unutmarıq.”  -  deyə 

hayqırdığı  üçün Vəsilə  xanımı Cənub cəbhəsi  tribunalının sədri 

cəllad  Georgi  Atarbekov  (Atarbekyan)  özü  güllələmişdir. 

Qadına  əl  qaldıran  nadan  Atarbekyan  sonralar  da  “fəxrlə” 

deyirmiş  ki,  Vəsilə  xanım  Musabəyovanı  və  əri  Yaqub  bəy 

Axmetyevi özüm güllələdim...Müəllif Ş. Məhyəddin qızı ). 

Süleyman  bəyin  oğlu  Əmirin  də  taleyi  gətirməyib.  Lenin-

qradda  ali  təhsil  alıb,  elə  orada  da  işləyirdi.  1942-ci  ildə,    mü-

haribə  dövründə  maliyyə  işləri  üzrə  komissar  idi.  Diviziyaların 

birində  yoxlamada  olarkən,  orda  mərmi  partlayır,  o  da  hadisə 

yerində ölüb. Həmin yerdə də dəfn olunur.  

Xalam Fatma xanımın birinci ixtisası mühasib idi. 44 yaşında 

birdən-birə  həkimlik  sevdasına  düşür.  O  zaman  Ümnisə  xanım 

əlaqədar  orqanlara  məktubla  müraciət  etdi  və  onun  məktubuna 

müsbət cavab gəldi. Fatma xanımı Tibb institutuna qəbul etdilər. 

Tibb  institutunu  bitirdi  və  Ümnisə  xanımın  təkidlərinə 




                                     

40 


baxmayaraq  şəhərdən  kənarda,  kənddə  çalışmaq  istədiyini 

söylədi.  Taleyini  Kürdəxanı  kəndinə    bağladı.  Əri  Hacıbala 

Abbasov  da  həkim  idi.  Repressiya  illərində  onu  və  Ümnisə 

xanımın həyat  yoldaşı İbrahim müəllimi  qara siyahıya saldılar. 

Ancaq İbrahim müəllimdən fərqli olaraq, onu tez buraxdılar. 39-

cu  ildə  vəfat  etdi.  İbrahim  müəllimlə  yaxın  dost  idilər.  Onun 

ölüm xəbərini də İbrahim müəllimdən gizlətdik, ancaq 1944-cü 

ildə ölümünü eşitdi və çox sarsıntı keçirtdi... 

Ailədə Fatma xanımdan sonra Ümnisə xanım idi.... 

Dayım  Yusif  də  məşhur  alim  idi.  Görkəmli  kimyaçı,  böyük 

alim Yusif Musabəyov Pedoqoji institutu bitirmişdi. Bir müddət 

Gəncədə  işləyib,  Kənd  Təsərrüfatı  institutunda  dərs  deyib.  O 

ixtiraçı  alim  idi.  Müharibə  vaxtı  onun  elmi  tapıntılarından 

istifadə  edilib.  Məsələn,  quru  spirti  icad  etmişdi.  Cəbhədə 

yeməklərin qızdırılmasında və digər əhəmiyyətli işlərdə istifadə 

edilirdi.  

O,  Azərbaycandan  kənarda  yaşadı.  Millətsevər  insan  idi, 

ölkədən  gedəndə  də  ağlaya-ağlaya  yola  düşdü.  Biz  onu  qatarla 

yola  saldıq.  Əvvəllər  Saratovda  işlədi,  sonra  Moskvada 

namizədlik  və  doktorluq  dissertasiyalarını  müdafiə  etdi.  Onu 

Yaroslavl  universitetinə  dəvət  etdilər.  Həmin  universitetdə  ka-

fedra  müdiri  oldu.  Son  illər  isə  kimya  tarixi  ilə  məşğul  olmağa 

başlamışdı. Bu mövzuda bir neçə ciddi əsərləri çap olundu. Bəzi 

fransız alimləri haqqında kitablar yazdı. YUNESKO-nun müxbir 

üzvü  seçilmişdi.  1966-cı  ildə  Parisdəki  Beynəlxalq  Elmi-Tarixi 

və Fəlsəfə Akademiyasının müxbir üzvü idi. . 

Yaroslavlın  fəxri  vətəndaşı  kimi,  şəhərin  mərkəzində  onun 

heykəli ucaldılıb.Yusif dayımın oğlu  da elmlər namizədi,   kim-

yaçıydı.  Cavan  ikən  dünyasını  dəyişib.  Peşəsi  ölümünə  səbəb 

olub.  İş  yerində  kimyavi  maddələrlə  xeyli  çalışır  və  evə 

qayıdarkən,  yolda  yıxılır.  Keçdiyi  yol  isə  daldada  olduğundan, 

onu  görən  olmur,  yıxıldığı  yerdə  donur.  Biz  onun  dəfnində 

iştirak  eləyəndə  şəhərdə  37  dərəcə  şaxta  var  idi.  Həmin  gün 

Musabəyovların ən ağır faciələrindən biri idi...  




                                     

41 


Anam  Əfruz  xanım  da  tanınmış  alim  olub.  Elmlər  namizədi 

idi,  Torpaqşünaslıq  institutunda  laborotoriya  müdiri  işləyib. 

Onun  doktorluq  işinə    maneçilik  törətmək  istəyənlərə  qarşı 

amansızlıq  etdi.  Haqqını  tələb  edən,  elmi  axtarışlardan 

yorulmayan,  əsl  fədakarlıq  nümayiş  etdirən  ziyalı  olduğunu 

təsdiqlədi.  Doktorluğu  müdafiə  edərkən  ondan  püşvət  istədilər. 

O zaman mənim DTK-da yaxın dostum çalışırdı. Onun tapşırığı 

ilə həmin adama bağlama və istədiyi 500 manat pulu göndərdik. 

Əfruz  xanım  ondan  haqq  uman  həmin  o  insanı  həbs  etdirdi. 

Məhkəmənin gedişində məlum oldu ki, həmin rüşvətxor xüsusən 

azərbaycanlılara  qarşı  belə  mövqe  tuturmuş.  10  il  həbsə 

məhkum edildi....  

Qardaşım Yavuz dosentdir, hazırda  İsraildə  yaşayır. Mən bir 

müddət  Türkiyədə  çalışdım  və  Azərbaycandan  kənarda  yaşaya 

bilmədim. 10 ilə yaxın qonşu ölkədə olsam da, yenə də vətəndan 

ayrı  yaşamağa  alışa  bilmədim.  Yenidən  öz  doğma  iş  yerimə, 

Texniki Universitetə qayıtdım... 

Əfruz  xanım  öz  el  –  obasını  sevən  bir  xanım  idi.  Musabə-

yovlarla  bağlı  hər  nişanə  onun  üçün  əziz  idi.  Hətta  o  bu  nəsilə 

aid  nə  varsa,  hamısı  toplayıb,  Qəbələ  tarix  diyarşünaslıq 

muzeyinə təqdim elədi ki,  bu məşhur nəsil haqqında məlumatlar 

tarixdən  silinməsin.  Qəbələdə,  muzeydə  Musabəyovlarla  bağlı 

guşədə  yetərincə məlumatlar toplanıb. Hətta anam bu nəsilə aid 

bütün qiymətli materialları o muzeyə etibar edib. 

O,  dəfələrlə  deyirdi  ki,  azəri  qızla  ailə  həyatı  qurun,  eldən-

obadan  qız  alın  ki,  doğulan  uşaq  da  əsil  azərbaycanlı  olsun. 

Milli əqidəli xanım idi və istəyirdi ki, yer üzünə səpələnən bütün 

Musabəyovlar  bir-birini  tanısın.  Ən  uzaq  yerdə  yaşayan 

qohumunu  yada  salır,  çalışırdı  ki,  onunla  da  əlaqəni  itirməsin. 

Bizə  daim  məsləhət  verirdi  ki,  insan  birləşəndə  bütöv  olur,  siz 

bir-birinizə arxa olun, dayaq olun.  

Prinsipiallıq bu nəslin qanında idi. Onlar  özlərini  hər sahədə 

göstərə  bilirdilər. Sözlərini  harda  yaşamasından  asılı  olmayaraq 

yeritməyi bacarırdılar.  




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə