Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə15/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

                                     

45 


Bağırov  tapşırır  ki,  “gətirin  onu”.  İbrahim  müəllim  danışır  ki, 

“bir  gün  dedilər  ki,  geyin,  gedirik”.  Mən  də  dedim  ki,  görəsən 

indi  neyləyəcəklər.  Vaqona  mindirib,  Bakıya  gətirdilər.  Düzdür 

Bakıda  sərbəst  buraxdılar,  ancaq  hər  həftə  qeydiyyata  gedirdi. 

Bizimlə xudafizləşib  yola düşürdü ki,  “bilmirəm  qayıdacam,  ya 

yox?”. 


Bağırovu  müalicə  eləyəndən  sonra  onu  göndərdilər  Türk-

mənistanın  Xəzər  sahilinə,  Nebitdağ  şəhərinə.  Orada  bənna 

işləyirdi.  46-cı  ildə  qayıtdı  Bakıya.  Bakıda  da  iş  vermədilər. 

Məcbur  olub,  Gəncədə,  qardaşının  yanında  yaşamalı  oldu. 

Müharibə  vaxtı  atam  Gəncədə  energetik  işləyirdi, mən də  onun 

yanında idim.  

Ümnisə xanım bir müddət sevdiyi insandan ayrı qaldı. Qızları 

Dilarəni  tez-tez  atasının  yanına  göndərsə  də,  özü  ondan  ayrı 

yaşamaq məcburiyyətində idi.   

Nəhayət,  1948-ci  ildə  ömür  gün  yoldaşının  Bakıya  qayıt-

masına icazə verdilər. O, Dəri Zöhrəvi Dispanserdə işə düzəldi. 

Ancaq  həyatı  boyu  yaşadığı  mərhumiyyətlər  qəlbində  izini 

qoyubmuş. 1962-ci ilin dekabrında infarkt oldu, bir neçə gündən 

sonra xəstəlik yenidən təkrarlandı. Böyük alimin ömür yolu bura 

qədər imiş.  

O  danışırdı  ki,  sürgünlükdə  yaşadığı  illərdə  nələrin  şahidi 

olmayıb.  “Düşərgədə  mənə  “baş  həkim”  vəzifəsi    tapşırılsa  da, 

işləmək üçün bizə dərman vermirdilər və özümüz bitkilərlərdən 

müalicə  vasitəsi  hazırlamalı  olurduq.  Dəri  xəstəliyinə  tutulan 

vəzifə  sahibləri şərt kəsirdilər ki,  ya məni  sağaldacaqsan,  ya da 

öldürüləcəksən”.  Belə  ağır  şəraitdə  yaşayan  alim  həkimin  hər 

günü bir ilə bərabər imiş... 

O,  sağ  ikən  biz  həkimə  müraciət  etməzdik.    Çünki  o,  hər-

tərəfli  yüksək  biliyə  malik  idi.  Ancaq  repressiya  illərində  Üm-

nisə  xanımı  incitmədilər.  Hətta  o  ərəfədə  professor  oldu. 

Kafedra  müdirliyi  ona  tapşırıldı.    Göz  xəstəlikləri  institutunda 

şöbə müdiri idi.  



                                     

46 


Ümnisə xanımın xarakteri ötkəm idi. Atamın, akademik Azad 

Əfəndizadənin bir sözü vardı. O həmişə deyirdi: “Musabəyovların 

xanımları  prinsipial  insanlardır”..  Yəni  onlar  güzəştə  gedən 

adamlar  deyil.  Doğruya-doğru,  yalana-yalan  deyirdilər.  Mənim 

anam  doktorluq  dissertasiyasını  müdafiə  edəndə  ondan  rüşvət 

istədilər.  Anam  bunu  özünə  qarşı  təhqir  saydı  və  haqqını  tələb 

etdi.  Həmin  adam  10  il  iş  aldı.  Sovet  hökumətində  bu  hadisə 

böyük səs-küyə səbəb oldu. Bizim ailəmizdə, nəslimizdə rüşvət 

olmayıb,  nə  də  rüşvətlə,  haqq-hesabla  heç  nə  əldə  olunmayıb. 

Əyri işlərdən həmişə uzaq olmuşuq.  

Ümnisə  xanım  ötkəm  olsa  da,  ailədə  başçı  İbrahim  müəllim 

idi.  Hər  zaman  İbrahim  müəllimin  sözü  keçərli  idi.    Qadını  isə 

evin xanımı idi. Onlar bir-birini çox sevirdilər. Tanışlıqları Tibb 

institutundan  başlamışdı.  İbrahim  müəllim  həmişə  zarafatla 

deyirdi  ki,  “bir  gün  mən  bu  qaraca  qızı  gördüm  və  ona  aşiq 

oldum”.   

Ümnisə  xanım  işinə,  sənətinə  bağlı  insan  idi.  Hər  cəhətdən 

nümunə  idi.  Qadına  xas  olan  səliqə-səhmanıyla  diqqət  çəkirdi. 

Hələ bir dəfə olsun, onu səliqəsiz görkəmdə görmədik. Heç vaxt 

ruh  düşkünlüyünə  qapılmazdı.  Həyatında  nə  qədər  çətinliklər 

olsa  da,  bir  an  belə  sarsılmazdı,  öz  işiylə  məşğul  idi.  Hətta 

yaşanılan  hadisələrdən  mütəəssir  olsa  da,  o  bunu  biruzə 

verməzdi.  Baxmayaraq  ki,  o  hələ  gənc  qadın  idi.  Əri  tutulanda 

36 yaşı var idi. 1948-ci ilə qədər ərindən ayrı yaşayıb. Bəlkə də 

Ümnisə  xanımın  prinsipiallığı,  sərtliyi  müəyyən  dərəcədə  bu 

amillə bağlı idi.  

Ümnisə xanımın təbiətində hökmranlıq var idi. Hər bir halda 

bacılar  onunla  razılışmaq  məcburiyyətində  qalırdı.  Xüsusən, 

Əfruz xanım sözünün üstünə söz deməzdi.  

Xalam  həmişə  deyərdi  ki,  mən  bu  həyatda  kiməsə  möhtac 

olub,  yaşaya  bilmərəm.  Biləndə  ki,  dərdinə  əlac  yoxdur,  ölü-

münə  doğru  özü  tələsdi.  O,  həyatdan,  yaşamaqdan  və  işlə-

məkdən  zövq  alan  insan  idi.  Özünü  fəaliyyətsiz,  işsiz  təsəvvür 

edə bilmirdi.  Elə bu məqam gələndə də Ümnisə xanım gördü ki, 




                                     

47 


yaşamaq onun üçün  çox çətindir. Bir dəfə dərmanlarla həyatına 

qəsd  etdi  və  ancaq  anamın  tez  duyuq  düşməsi  nəticəsində 

ölümün  caynağından  alındı.  Ikinci  dəfədə  isə  xilası  mümkün 

olmadı.  Öz  vəsiyəti  ilə  sevdiyi  insanın  böyründə,    İbrahim 

İsmayılzadənin  yanında  torpağa  tapşırılıb.  Mənim  sevimli 

xalam,  Azərbaycanın  sevilən  alim  qızı  Ümnisə  xanım  bu 

dünyayla könüllü vidalaşaraq, həyata əlvida etdi, son mənzilinə 

yola  düşdü.  Yaddaşımızda  gözəl  çöhrəsi,  gülərüz  siması, 

qəlbimizdə isti nəfəsi, əziz xatirəsi qaldı. Qəbri nurla dolsun!.  

 

Azərbaycan Texniki Universitetin “Televiziya və radiosis-

temlər” kafedrasının professoru Çingiz Əfəndiyev 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə