Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə12/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

                                     

36 


larıdır.  Onların  kökü  yalnız  Kəlbəli  sultandan  sonra  ayrılır. 

Beləki  Kəlbəli  sultanın  bir  oğlu  Hacı  Nəsrullah  sultan 

H.İ.B.Qutqaşınlının  atası,  o  biri  oğlu  -  Əhməd  sultansa  Mu-

sabəyovların ulu babasıdır. 

Yeri gəlmişkən, 1874 tarixli soykötüyündə Nəsrullah sultanın 

oğullarından  yalnız  poruçik  Hacı  Ağa  bəy  Qutqaşınlıyla,  Hacı 

İsmayıl  bəy  Qutqaşınlının  adları  çəkilib.  Ancaq  mən  Nəsrulla 

sultanın Hüseyn bəy Qutqaşınlı və Hacı Yəhya əfəndi Qutqaşınlı 

adlı oğullarının olduğunu da müəyyənləşdirmişəm.Hüseyn bəyin 

(?-1861/62)  məzarı  Hacı  İsmayıl  bəyin  Qəbələdəki  qəbrinin 

yaxınlığındadır  və  onun  indi  yox  edilmiş  başdaşını  1981-də 

şəxsən  özüm  oxumuş  və  estampını  da  çıxarmışam  (indi  də 

məndədir).  Hacı  Yəhya  əfəndiyə  gəlincə,  onun  fəlsəfi-əxlaqi 

mövzudakı “Hüsni-xülq” adlı türkcə əlyazmasını (1844) taparaq 

mətbuatda  dərc  etdirmişəm.  Hacı  Yəhya  əfəndi  dünyasını 

dəyişəndən  sonra  həmin  əsərin  üzünü  köçürmüş  şagirdləri  onu 

“islamın  şeyxlər  şeyxi”,  “bilicilərin  və  görkəmli  adamların 

xaqanı”,  “müctəhidlərin  varisi”,  “millətin  və  dinin  alovu”, 

“həzrət”  adlandırıb,  bu  isə  alimin  öz  dövründə  çox  nüfuzlu 

adamlardan biri olduğuna sübutdur. 

Böyük Salman Mümtazın (1884-1941) araşdırmalarında Hacı 

İsmayıl  bəyin  Hacı  Abdulla  bəy  adlı  qardaşının  da  olduğu  və 

onun    öncə  İstanbula,  sonra  Məkkəyə  köçdüyü,  orada  uzun 

müddət yaşayaraq vəfat etdiyi bildirilir. 

Beləliklə,  buradək  deyilənlərə  belə  yekun  vurmaq  olar:  gör-

kəmli  alim  Ümnisə  xanım  Musabəyova  da  öz  yaxın  qohumları 

Hacı  İsmayıl  bəy  Qutqaşınlı  və  İbrahim  bəy  Musabəyov  kimi 

çox  qədim  bir  zadəgan  nəslindən  çıxıb  və  həmin  nəsil  Qəbələ 

torpağında ən azından üç yüz ildir yaşamaqdadır. 

 

Filoloq-mətnĢünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə 

doktoru, professor Ədalət Tahirzadə 

 

 




                                     

37 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

MUSABƏYOVLAR HAQQINDA BIR NEÇƏ KƏLMƏ



YAXUD ƏZIZ XALAM ÜMNISƏ MUSABƏYLI  ILƏ 

BAĞLI XATIRƏLƏRIM 

 

Mən  adlı-sanlı  bir  soyun,  məşhur  Musabəyovlar  nəslinin 



nümayəndəsiyəm. Babam Süleyman bəy hüquqşünas idi. Sənəti 

ilə  bağlı  bir  neçə  yerdə  yaşayıb.  O,  Qərbi  Azərbaycanda  ciddi 

cinayət  işləri  üzrə  müstəntiq  işləyərkən,  xalam  Ümnisə  xanım 

dünyaya gəlib. Anam Əfruz xanım isə Ağdaşda doğulub. Ancaq 

harada işləsə də, babama öz doğma ata ocağı daha əziz idi... 

Süleyman  bəyin  səkkiz  övladı  olub.  Musabəyovlar  ailəsində 

xüsusi  nizam-intizam  hökm  sürürdü.  Babamın  əlində  həmişə 

qamçı olardı. Atdan düşən kimi sürahının dirəyindən asırdı. Adi 

yemək mədəniyyəti, süfrə arxasında oturuşu-duruşu ilə seçilirdi. 

Tünd  xasiyyətli  insan  olduğundan  onun  üçün  açılan  süfrədə 

çəngəli, biçağı öz yerində olmalı, hər şey nizamla düzülməli idi. 

Kimsənin  cürəti  tapılmazdı  ki,  sözünün  üstünə  söz  qoya. 

Süleyman  bəyin  Qutqaşında  (indiki  Qəbələ)    varlı  mülkü  olub. 

İnqilab gələndə o bütün varidatını satıb. O zaman deyirmişlər ki, 

Süleyman  bəyin  başına  hava  gəlib,  varını-yoxunu  dağıdır. 



                                     

38 


Babam isə sonralar bizə deyirdi ki, əgər mən satmasaydım, gəlib 

əlimdən alacaqdılar. Sovet dövründə isə vəkilliklə məşğul olub. 

 Nənəm Məryəm xanım isə əsl xanım-xatın, uşaqlarına gözəl 

ana  və  mehriban  ömür-gün  yoldaşı  idi.  Bir  vaxtlar  Qori 

şəhərində  işləyən  babam  Süleymanın  ağlını  başından  alan 

Məryəm  xanım  ömrünün  sonuna  kimi  əhdinə  vəfalı,  sevgisinə 

sadiqlik nümayiş etdirdi. 

O, övladlarının ziyalı  yetişməsi üçün öz üzərinə düşən bütün 

vəzifələri  yerinə  yetirib.  Məsələn,  nənəm  Cənubi  Qafqazın 

canişini  Vorontsov-Daşkova  məktub  yazıb,  xahiş  eləyir  ki, 

qızlarının  təhsil  alması  üçün  himayədarlıq  etsinlər.  Məktuba 

müsbət  cavab  verilir.  Vəsilə,  Fatma  və  Ümnisə  Musabəyovalar  

H.Z.Tağıyevin  tikdirdiyi  məktəbdə,  Qızlar  seminariyasında 

təhsil alırlar...  

Böyük xalam Vəsilə xanımın əri Yaqub bəy Axmetyev sovet-

lərə  qarşı  Zaqatalada  üsyan  etmiş  üsyançıların  qərargah  müdiri 

idi.  Onları  məğlub  etdilər,    üsyanda  iştirak  edənləri  isə 

cəzalandırmağa başladılar.  

Həmin vaxt onların 2 yaşında Orxan adlı bir oğlanları var idi. 

Bir gün xəbər verirlər ki, Vəsilə xanımın axtarışda olan əri gecə 

evində olub. Xəbəri eşidən kimi gəlib xalamı aparırlar.  Mənim 

nənəm Məryəm xanım bu işə baxan erməni komissarı Atayanın 

yanına  gedir,  ondan  xahiş  eləyir  ki,  qızının  cavan  yaşını, 

(Vəsilənin  21  yaşı  var  idi)    ikiyaşlı  körpə  övladının  olmasını 

nəzərə alsınlar. Həmin Atayan nənəmə deyur ki, “ xala, sən get, 

axşam qızın evə qayıdacaq”. Məryəm nənə evə qayıdır və axşam 

isə  ailəyə  qızın  ölüm  xəbəri  verilir.  Nargin  adasında  Vəsilə 

xanım  güllələnir  və  çox  ehtimal  ki,  dənizə  atılır.  Nə  məzarı 

bəllidir, nə də əlavə məlumat yoxdur. Hər iki talesizin qara bəxti 

Orxandan  da  yan  keçmir.  1942-ci  ildə  orduda  xidmət  edərkən, 

hospitalda vəfat edir... 

(Yazıçı, jurnalist Şəmistan Nəzirli  yazır: Kapitan Yaqub bəy 

Sadıq  bəy  oğlu  Axmetyev  -  milliyyətcə  tatardır.  1894-cü  ildə 

Tiflisdə anadan olub. 1914-cü ilin sentyabrında Tiflisdəki kadet 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə