Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə7/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   2   3   4   5   6   7   8   9   10   ...   53

                                     

21 


çiyin-çiyinə 

çalışdıq. 

Burada 

dostluğumuz 



daha 

da 


möhkəmləndi… 

1964-cü  ildən  etibarən,  o,  görmə  orqanlarının  peşə  patalo-

giyasına  həsr  edilmiş  doktorluq  dissertasiyası  üzərində  işə  baş-

ladı. Üç il ərzində, 1967-ci ilə qədər dissertasiya işinin ayrı-ayrı 

fraqmentləri  yerinə  yetirildi,  Bakı  Şin  Zavodunun  müxtəlif 

sexlərində  çalışanların  görmə  orqanlarının  bir  sıra  funksiyaları 

öyrənildi.  Sonradan  iş  yerini  dəyişdiyi  üçün  dissertasiyasının 

yeni  hissələrini  də  Ə.Əliyev  adına  Azərbaycan  Həkimləri 

Təkmilləşdirmə  İnstitutunun  göz xəstəlikləri kafedrasında  yerinə 

yetirdi.  Zərifə  xanımın  yüksək  ixtisaslı  mütəxəssis,  alim  kimi 

pedaqoji  fəaliyyət  sahəsində  qazandığı  uğurlar  da  həmin 

müəssisənin adı ilə bağlıdır. Qeyd etməliyəm ki, Zərifə Əliyeva 

böyük bir həyat yolu keçmiş, həkim-oftalmoloqdan Azərbaycan 

EA-nın  akademiki,  professor,    Ə.Əliyev  adına  Azərbaycan 

Həkimləri 

Təkmilləşdirmə 

İnstitutunun  göz  xəstəlikləri 

kafedrasının  müdirliyinə  qədər  yüksəlmişdi.  O,  bütün  bunlarla 

bərabər, həm də gözəl ictimai xadim idi…  

70-ci  illərin  əvvəllərinə  qədər  N.Nərimanov  adına  Azər-

baycan  Tibb  İnstitutunda  professor  Ümnisə  Musabəyovanın 

rəhbərlik  etdiyi  “Göz  xəstəlikləri  kafedrası”  Elmi-Tədqiqat 

Oftalmologiya  İnstitutunun  terapevtik  şöbəsinin  bazasında 

yerləşirdi. Zərifə xanım bu şöbənin böyük elmi işçisi idi. O vaxt 

şöbə ilə kafedra vahid bir tam kimi qaynayıb-qovuşmuş üzvi bir 

orqanizmə  bənzəyirdi.  Biz  burada  bir  ailə  kimi  çiyin-çiyinə 

çalışırdıq.  Kollektivimiz  mehriban,  sıx  və  möhkəm  idi, 

müəllimlərimiz,  yaşlı  yoldaşlarımız  bizim  üçün  məxsusi  ənə-

nələr qoyub getmişdilər. Ayda bir dəfə biz hamımız işdən sonra 

kollektivimizin bir üzvünün evində çay süfrəsinə toplaşardıq. Bu 

məclislərin  sırasını  hər  ilin  əvvəlində  Zərifə  xanımın  böyük 

bacısı,  Tibb  İnstitutunun  göz  xəstəlikləri  kafedrasında  dosent 

işləyən Ləzizə xanım tərtib edirdi. Harada yığışmağımızdan asılı 

olmayaraq, görüşlərimiz şən və maraqlı keçirdi. Kollektivimizin 




                                     

22 


canı və qəlbi isə həmişə Zərifə xanım olardı. Taleyim mənə düz 

əlli il onunla ünsiyyətdə yaşamaq xoşbəxtliyi bəxş edib…”. 

Professor Nurlana Əliyevanın “Mənəviyyat tariximizin  örnə-

yi” məqaləsində akademik Zərifə Əliyevanın dolğun portreti əks 

olunub. Məqalədə deyilir: “…1947-ci ildə Zərifə xanım nəhayət 

ki,  Tibb  İnstitutunu  bitirmək  barədə  diplomunu  aldı.  Hələ 

tələbəlik  illərində  görkəmli  həkim,  institutun  müəllimi  Ümnisə 

Musabəyova  onun  çalışqanlığını  görüb  göz  xəstəlikləri  üzrə 

ixtisaslaşmağı  məsləhət  bilmişdi.  Həyat  göstərdi  ki,  müdrik 

müəllimə  yanılmamışdı.  Zərifə  xanım  ömrü  boyu  öz  elmi 

seçiminə  sadiq  oldu  və  nadir  əsərləri  ilə  oftalmologiya  elmini 

zənginləşdirdi... 

Ailədə və cəmiyyətdə apardığı işlərin ağırlığına baxmayaraq, 

o, 140 elmi məqalə, bir necə monoqrafiya və kitab dərc etdirdi. 

Çoxillik elmi təcrübədən o bir qənaətə gəlmişdi: insanların xəstə 

gözlərinin müalicəsi çətin və ağrılı bir proses idi. Ona görə göz 

xəstəlikləri 

sahəsində 

profilaktika 

metodikalarına 

artıq 

əhəmiyyət  verməyə  başladı.  Bu,  uzaqgörən  və  müasir  bir  elmi 



nəticə  idi,  oftalmologiyanın  gələcək  inkişafını  qabaqlayırdı. 

Onun  70-ci  illərdən  sonrakı  bütün  elmi  axtarışları  bu  nəticə  ilə 

bağlı  oldu.  Zərifə  xanım  göz  xəstəliklərinin  profilaktikası  üçün 

öz  metodikasını  hazırladı  və  bu  metodika  ona  oftalmologiyada 

şöhrət  gətirdi.  O,  gənc  vaxtlarından  axtardığı  elmin  böyük 

yolunu tapmışdı. Bu həm də Azərbaycan tibb elminin nailiyyəti 

idi.  Bütün  bunlar  1983-cü  ildə  Zərifə  Əliyevanın  Azərbaycan 

Elmlər  Akademiyasının  həqiqi  üzvü  seçilməsi  ilə  elmi  etirafını 

tapdı. Onun alim şöhrəti artıq Azərbaycanın sərhədlərini çoxdan 

aşmışdı...”. 

Professor  Zəhra  Quliyeva  xatirələrində    yazır:  “Tale  məni 

həyatda  Heydər  Əliyevlə  qarşılaşdırdı.  Bu  dahi  şəxsiyyət  həya-

tıma  mayak  kimi  yaşıl  işıq  yandırdı,  yüksəlişimdə,  cəmiyyətdə 

mövqe  tutmağımda  həmişə  mənə  qayğı  göstərdi.  Rektor  təyin 

olunmağım,  komitə  sədri  olmağım  Heydər  Əliyevin  mənə 

göstərdiyi etimadın, qayğının, münasibətin təzahürüdür. 




                                     

23 


Özümü xoşbəxt sayıram, ona görə ki, Heydər Əliyevin həyat 

yoldaşı,  gözəl  insan,  akademik  Zərifə  xanımla  bir  yerdə 

işləmişəm,  dostluq  etmişəm.  Xoşbəxtəm  ki,  mənəviyyatca  yük-

sək,  qüdrətli  insanlarla  birgə  yaşamışam,  çalışmışam,  onları 

özümə arxa-dayaq saymışam...”. 

Zərifə  xanım  Əliyeva  nadir  sahə  olan  iridodiaqnostika  və 

iridoterapiya  problemləri  ilə  ciddi  məşğul  olub,  bu  sahəyə  dair 

iki monoqrafiya hazırlayıb. “İridodiaqnostikanın əsasları” rəngli 

illüstrasiyalarla  “Azərnəşr”  tərəfindən,  digər  monoqrafiya  isə 

“İridodiaqnostika”  adı  ilə  1988-ci  ildə  Moskvada  nəşr  edilib. 

Xüsusi 

qeyd 


etmək 

lazımdır 

ki, 

dünya 


miqyasında 

iridodiaqnostikaya  aid  kitabları  ilk  dəfə  Zərifə  xanım  Əliyeva 

yazıb.  

Zərifə  Əliyeva  yaxşı  alim  olmaqla  yanaşı,  həm  də  gözəl 

həkim  kimi  də  yadda  qalıb.  Xalçaçı  rəssam  Hacı  Baladayı 

Hüseynov yazır: - “Atam Məhəmmədin hər iki gözü tutulmuşdu, 

anam  isə  mən  dünyaya  gələndə  gözlərindən  birinin  nurunu 

itirmişdi.  Onların  hər  ikisi  Respublika  Göz  Xəstəlikləri 

İnstitutunda  müalicə  olunublar.  Atamın  gözlərini  Ümnisə 

Musabəyova  əməliyyat  etmişdi,  onun  müalicə  həkimi  isə 

görkəmli  oftalmoloq  Zərifə  xanım  Əliyeva  idi.  Əməliyyatdan 

sonra gözlərində  yaxşılaşma baş vermişdi. Zərifə xanım öz xoş, 

ümidverici  sözləri  ilə  atamda  yüksək  əhval-ruhiyyə  yaradır, 

onun  gözlərinin  sağalacağına  inamını  artırırdı.  Evə  yazıldıqdan 

sonra  valideynlərim  demək  olar  ki,  hər  gün  bu  gözəl  insandan 

söz  açar,  şəfqət  və  mərhəmətindən  danışardılar.  Elə  o 

zamanlarda mənim uşaq qəlbimdə Zərifə xanıma qarşı məhəbbət 

və ehtiram hissi baş qaldırmışdı. İllər ötdükcə bu məhəbbət daha 

da  dərinləşirdi.  2005-ci  ildə  onun  xalça  üzərində  portretini 

yaratmaq istədim. Yaratdım da. Mən onu bütün məziyyətləri ilə 

təsvir  etməyə  çalışmışdım.  Həmin  iş  hazırda  Heydər  Əliyev 

Fondunda saxlanılır"... 

Professor Q.Ə.Adıgözəlova-Polçayevanın xatirələrindən oxu-

yuruq:    “...  Zərifə  xanım  öz  həmkarları  içərisində  xəstələrə 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə