Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə4/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   2   3   4   5   6   7   8   9   ...   53

                                     

12 


klinikalarına  dəvət  edirdilər.  Elə  buranın  sakini  olan, 

anadangəlmə  kor  doğulan  Slavik  adlı  bir  uşağı  Odessanın 

özündə  əməliyyat  edərək  gözünü  açması  da  sübut  edir  ki,  o, 

dünyada  bu  əməliyyata  imza  atan  yeganə  cərrah  olub.  (  Bu 

barədə Respublika Dövlət Elm və Texnika Sənədləri Arxivində, 

“Ümnisə Musabəylinin şəxsi fondu”nda sənədlər var )                 

Azərbaycan  Tibb  Universitetinin  arxiv  sənədləri  arasında 

Ümnisə Musabəylinin 1926-33-cü illəri əks etdirən şəxsi qovlu-

ğunda  soyadı  öz  əli  ilə  Musabəyli  yazılıb.  Tərcümeyi-halının 

üstündəki şəklinin altında da qələmlə Musabəyli qeydini aparıb 

(bax, şəkil, arxiv sənədləri). Sonrakı vaxtlar, məlum səbəblərdən 

bir neçə il Musabəyova kimi təqdim olunsa da, ömrünün sonuna 

kimi əvvəlki soyadını əziz tutub, yeri düşən məqamlarda özünü 

olduğu kimi təqdim edib.  

Onun  tələbələrindən  biri  olmuş  professor  Mübariz  Allah-

verdiyev  xatirələrində  yazır:  “Ümnisə  xanımın  daxilində  böyük 

Azərbaycançılıq  eşqi  yaşayırdı,  hara  gedirdisə,  orada  fəxrlə 

millətini  təmsil  edir,  azərbaycanlı  olması  ilə  öyünür,  bütün 

çıxışlarında  ölkəsinin  adını  iftixarla  açıqlayırdı”.  Bu  fikirlər 

Respublika Dövlət Elm və Texnika Sənədləri Arxivindəki Şəxsi 

fondunda  da  öz  əksini  tapıb.  “Ümnisə  Musabəylinin  şəxsi 

fondu”  başlıqlı  yazıda  arxivin  direktoru  Şahsuvar  Haşımov 

sənədlərin dili ilə danışır. Alim Yaponiyada çıxışa bu cümlələrlə 

başlayır.  “Mən  gündoğar  ölkəyə  qonaq  gəlmişəm,  bilirsinizmi 

haradan, 

dünyanın 

gündoğar 

ölkəsindən,  odlar  diyarı 

Azərbaycandan gəlmişəm...”.  

                            

* * * 

Ümnisə Musabəyli dünya şöhrətli alim olub.  O dəfələrlə xa-



rici  ölkələrə  səfər  edib,  gördüklərini  qeydə  alıb.  Bu  səfərlərin 

fonunda  bir  neçə  kitabı  işıq  üzü  görüb.  Bir  neçə  dəfə  Ameri-

kanın  ayrı-ayrı  ştatlarında  olan  Azərbaycan  oftalmoloqu  zəngin 

təəssüratlara  köklənərək    “Amerikalılara  qonaq”  (1962-ci  il, 

ABŞ  səyahətləri  haqqında)  kitabında  maraqlı  məqamlara 



                                     

13 


toxunub.    O,  mötəbər  konfranslarda  iştirak  etməklə  yanaşı, 

olduğu  ölkələrin  ictimai-siyasi  həyatı  ilə  də  yaxından 

maraqlanıb. 

Tibb  dünyasında  Azərbaycan  aliminin  yenilikləri  sensasiya 

doğurduğundan, elmi tədbirdən sonra qəzetlərə çağırılan Ümnisə 

Musabəyli haqqında Amerika mətbuatında bir neçə yazı işıq üzü 

görür.  Kaliforniyanın  paytaxtı  Sakramento  şəhərinin  gözəlliyi, 

sakit  məkan  olduğu,  buranın  maraqlı  görüntüləri  onun 

yaddaşında  xoş  hisslər  oyadır.  Kitabda  “Sakramento-Bi” 

qəzetinin redaksiyasında olması, qəzetin çap prosesini izləməsi, 

müxtəlif ştatlarda çəkilən şəkillər verilib.  

Afrika,  Asiya ölkələri göz həkimlərinin 1-ci (Qahirə, 1958), 2-

ci (Tunis, 1960), 3-cü (İstanbul, 1964), 4-cü (Beyrut, 1968) kon-

qreslərinin  iştirakçısı  olub.  Bu  konqreslər  haqqında  yazdığı 

kitabdan  bəzi  sətirlər:  “...1958-ci  il  yenicə  başlamışdı.  Mən  qış 

tətilini  Bakı  ətrafında,  Mərdəkan  sanatoriyasında  bir  neçə  gün 

dincəlmək qərarına gəldim. Hətta bir neçə  gün kitabların üzünü 

açmamaq,  təbiətlə  baş-baş  qalmaq  barədə  fikirləşirdim  ki,  tibb 

bacısı 

mənə 


telefona 

çağırıldığımı  söylədi.  Səhiyyə 

nazirliyindən zəng vurmuşdular.  

-“Şad  xəbərimiz”  var,  -  dedilər  mənə.  –  “Siz,  Afrika,  Asiya 

ölkələri  göz  həkimlərinin  konqresində  iştirak  edəcək  oftalmo-

loqların  nümayəndə  heyətinin  rəhbəri  təyin  edilmisiniz.  Konq-

resdə  Azərbaycan  oftalmoloqlarının  traxoma  ilə  mübarizəsi 

haqqında çıxış edəcəksiniz. Razısınız?” 

- Əlbəttə, razıyam....təbii ki, sevindim. Mən istirahəti yarım-

çıq qoyub, təcili evə qayıtdım və səfərə hazırlaşdım..”. 

                                                           

* * * 


“Musabəyovlar  haqqında  bir  neçə  kəlmə,  yaxud  əziz  xalam 

Ümnisə  Musabəyova  ilə  bağlı  xatirələrim”  başlıqlı  yazıda 

professor Çingiz Əfəndiyev deyir:  “Xalam öz sənətinin vurğunu 

idi.  Hətta  öz  qızından,  ailəsindən  və  özündən  də  çox  peşəsini 

sevirdi.  O  həmişə  xəstəyə  öz  doğması  kimi  yaxınlaşıb.  O  qədər 



                                     

14 


sadə,  təvazökar  insan  idi  ki,  ünsiyyət  qurduğu  insanla  asan  dil 

tapır,  onun  qəlb  yoldaşına  çevrilirdi.  O,  qaranlıq  gözlərə  işıq 

verəndə  sevincindən  yerə-göyə  sığmırdı.      Təsadüfi  deyil  ki, 

onun  yanında  olmuş  yüzlərlə  xəstə  uzun  illər  boyu  Ümnisə 

xanıma  minnətdarlıq  məktubları  yazırdılar.  Bu  məktublara, 

aldığı  ordenlərindən  və  medallarından  deyərdim  ki,  daha  çox 

dəyər  verir,  ən  böyük  hədiyyə  hesab  eləyirdi,  adına  yazılan 

məktubların hamısını da saxlayırdı...» 

Ümnisə  Musabəyli  öz  intellektual  səviyyəsi,  mədəni  dünya-

görüşü,  gənclərə  qayğısı  ilə  cəmiyyətdə  nüfuz  sahibi  olmuşdu. 

Mehriban  xasiyyəti,  zəngin  mütaliəsi  sayəsində  hər  yerdə  söz 

demək, iradə nümayiş etdirmək gücünə malik idi. 

Alimin  həmyerlisi,  professor  Dursun  Hüseynov  Qəbələdən 

yetişən  bu  ziyalı  xanımla  fəxr  edərək  “Mənalı  Ömürlər”  kita-

bında yazır: “Ümnisə Süleyman bəy qızı Musabəyli 1902-ci ildə 

Qəbələ  mahalının  Qutqaşın  qəryəsində  qulluqçu  ailəsində 

anadan  olub.  1926-cı  ildə  Azərbaycan  Dövlət  Universitetinin 

Tibb  fakültəsini  bitirib.  1930-cu  ildən  Göz  xəstəlikləri 

klinikasında assistent, 1932-ci ildən dosent işləyib. 1935-ci ildə 

namizədlik,  1936-cı  ildə  doktorluq  dissertasiyasını  müdafiə 

etmişdir.  Məşhur Sovet – Azərbaycan oftalmoloqu idi. 1957-ci 

ildə  “Əməkdar  elm  xadimi”  fəxri  adına  layiq  görülüb.  1967-ci 

ildə  Azərbaycan  EA-na  müxbir  üzvü  seçilib.  1945-ci  ildən 

ömrünün  sonuna  kimi  N.Nərimanov  adına  Azərbaycan  Dövlət 

Tibb  İnstitutunun  Göz  xəstəlikləri  kafedrasına  rəhbərlik 

etmişdir... 

Yaxın  Şərq  və  Afrika  ölkələrində  əhalini  traxomadan  xilas 

etmək  məqsədi  ilə  yaradılan  ekspedisiyanın  rəhbəri  olmuş, 

xaricdə  xeyli  sayda  cərrahiyyə  əməliyyatı  aparmışdır.  Həmin 

ekspedisiya  zamanı  katarakta  olan  İndoneziyanın  ilk  prezidenti 

Əhməd Sukarnonun da gözlərini əməliyyatla açır... 

“Göz  xəstəlikləri”  adlı  Azərbaycan  dilində  çap  olunan  ilk 

dərsliyin müəllifidir...”. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə