Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə22/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

                                     

66 


öyrənmək həvəsində olduğumdan bir qədər başqalarından fərqli 

olaraq diqqətlə xəstənin gözünə  baxmağa başladım və tapdım o 

yeri.  Həmin  yeri  göstərdim  ki,  göz  dibinin  hansı  yerində,  hansı 

hissəsindədir.  O  biri  həkimlər  məndən  yaşca  böyük,  çox 

təcrübəli  insanlar  idi  və  hamısı  çevrilib  üzümə  baxdılar. 

Zənnimcə,  bir  az  onların  qısqanclıq  hissi  oldu  və  birdən-birə 

cavan  bir  həkimin  özündən  razı  halda  fikir  yürütməsini  qəbul 

edə bilmədilər. Hətta dedilər ki, sən hələ nə bilirsən ki, özündən 

belə  arxayın  danışırsan.  Mən  birtəhər  oldum,  özümü  qınadım, 

səsimi çıxartdığım üçün xəcalət çəkdim... 

Bir neçə gündən sonra həmin xəstədən Ümnisə xanımın adına 

məktub  gəldi.  Deməli,  xəstə  Odessaya  gedir,  orada  gözünü 

müayinə  elətdirir  və  mənim  göstərdiyim  nöqtədə  fəsadı  aşkar 

edirlər.  Həmin  xəstə  yazırdı  ki,  “sizin  gənc  həkimin  dediyi  düz 

oldu”. Ümnisə xanım hərtərəfli gözəl həkim idi. Tək alim kimi 

yox, həm də çox dərin elmi biliyə malik olan ziyalı idi. Ona görə 

də  gənclərin savadından qürrələnərdi. Elə  bu hadisədən də  xoş-

hal  oldu.  Məktubu  əlində  elə  vüqarlı  tutmuşdu  ki,  elə  bil 

əməyinin bəhrəsini dadırdı. Sevincinin həddi bilinmirdi. Həmin 

məktubu  dəfələrlə  ucadan  oxudu  və  həmkarlarına  söylədi  ki, 

gənclər də özünə görə çox şey bilirlər. Mənimlə öyündüyünü bir 

neçə  dəfə  təkrarladı,  daha  əzmlə  çalışmağımı  tövsiyyə  elədi.  O 

günü  çox  yaxşı  xatırlayıram.  O  söylədi  ki,  ola  bilər  hamı  kimi 

cavan  həkimlər  də  səhv  etsin.      Hətta  səhv  etmiş  olsalar  belə, 

gərək onlara kömək edək, düzgün yol göstərək ki, əsl mütəxəssis 

olsunlar.  Bir  neçə  gün  öncə  keçirdiyim  həyəcan  onun  yadında 

necə  qalmışdısa, sanki  bu məktubla könlümü  ələ  almağa  çalışır 

və iftixarla hamıya bəyan edirdi ki, cavan həkimin diaqnozu düz 

olub... 

Günlər  bir-birini  əvəzlədikcə  mən  də  onu  çox  sevməyə  baş-

ladım.  O  qədər  yaxşı  münasibətlərimiz  yarandı  ki,  hər  əmə-

liyyata girəndə məni də özü ilə aparırdı. Düz beş il  mən onunla 

əməliyyatlarda iştirak etdim... 



                                     

67 


Bir gün o məni otağına  çağırdı və dedi ki, bundan sonra sən 

gedirsən  professor  Nəzirovun  kafedrasına.  Toxuma  keçi-

riciliyini,  damar  keçiriciliyini  öyrənməyə.  Bir  aylıq  məni  eza-

miyyətə  göndərdi.  Mən  başladım  o  kafedrada  fəaliyyətimi  da-

vam  etdirməyə.  Elə  Ümnisə  xanımın  mənim  qarşıma  qoyduğu 

həmin  mürəkkəb  elmi  mövzu  o  illərdən  bəri  mənimlə  gedir.  O 

vaxtdan  etibarən  həmin  problem  mənimlə  yol  yoldaşı  oldu.  Bu 

günə kimi də üzərində çalışıram. Hətta o qədər dərinə getdim ki, 

bu  sahədə  kifayət  qədər  sanballı  araşdırmaların  müəllifi  oldum. 

Buynuz qişa, büllur və şüşəvari cisim.  Bunların üçündə də əsas 

zülal  və  sudur.  Başqa  elementlər  burda  yoxdur.  Təbiət  elə 

yaradıb  ki,  bu  mühit  şəffaf  olsun.  Ancaq  başqa  elementlərin 

olmaması  da  bu  hissələri  tez  sıradan  çıxara  bilir.  Büllurun 

bulanıxlığı kataraktaya səbəb olur.  

Ümnisə  xanımın  mənə  həvalə  elədiyi  o  keçiricilik  məsələsi 

ancaq  damarlarda  öyrənilib.  Büllurda,  buynuz  qişasında, 

şüşəvari  cisimdə  bəs  necə?  Nə  etməli?  Belə  qərara  gəldim  ki, 

hüceyrənin  də  divarı  var.  Yəqin  oradan  da  keçiricilik  məsələsi 

var  ki,  maddələr  mübadiləsi  gedir.  Ümnisə  xamımın  dediyi 

mövzunu işləyərkən qarşıma daha ciddi bir məsələ çıxdı. Ancaq 

indi təzə bir şeyi “hüceyrə keçiriciliyini”  araşdırmağa başladım. 

Bu məsələ canlı orqanizmdə, ümumiyyətlə, təbiət elmlərinin heç 

birində  aydınlaşmayıb.  Mən  bu  məsələdə  patent  aldım, 

məqsədimə  nail  oldum.  Alimin  mənə  həvalə  elədiyi  mövzunu 

var-gücümlə öyrənməyə səy göstərdim. 

Ağıllı adamın məsləhəti sonrakı nəsilə nə qədər böyük kömək 

etmiş  olur, yol açır. Onun adi bir sözü ilə, kiçik bir məsləhəti ilə 

mən böyük nailiyyətlər əldə elədim.  

Məndən  çox razı idi. Xüsusən də mənim öyrənmək həvəsim 

onun  nəzərindən  qaçmırdı.  O  da  öz  növbəsində  çalışırdı  ki, 

mənə köməkliyi dəysin.  

Ümnisə  xanım  bütün  müsbət  keyfiyyətləri  özündə  cəmləş-

dirən  yüksək  səviyyəli  bir  xanım  idi.  Xoşuna  gəlmədiyi  hər  nə 

varsa  deyərdi,  ürəyində  saxlamazdı.  Ancaq  kobud  şəkildə  yox, 




                                     

68 


elə  deyirdi  ki,  eyhamla,  işarə  ilə  danışardı.  Daima  üzü 

təbəssümlü,  simaca  gülər  idi.  Dodağından  təbəssüm  çəkiləndə 

deməli nədənsə narazı idi... 

Onun  siması  heç  zaman  gözümün  önündən  çəkilmir.  Uzun 

illər ərzində çalışdığımız Göz İnstitutu yeni məkana köçürüləndə 

sonuncu gün toplantımız oldu.  Həkimlər xəstəxanadan ayrıldığı 

gün  olub  keçənləri  yada  salır,  burada  keçən  illəri  xatırlayır, 

xatirələrini dilə gətirirdilər. Mənə də yaşlı bir tibb işçisi kimi söz 

verdilər.  Bilirdim  ki,  mən  çıxış  edəcəm,  əvvəlcədən  bu  ovqata 

köklənmişdim.  Elə  toplantı  başlayan  kimi  gözlərimi  yumdum, 

ötən illəri yada saldım. Nələr gəlmədi gözümün önünə?. Kimləri 

görmədim. Ümumiyyətlə, insan dünyanı ancaq gözünü yumanda 

görə bilər. Gözünü açdınsa, ancaq ətrafını görürsən,  yumursan, 

dünyanı  dolaşırsan.  Gördüm  Ümnisə  xanım,  öz  qızları  ilə 

bərabər bir yanında Zərifə xanım, bir tərəfində Zəhra xanım və o 

birisilər  də  gülə-gülə  sevinc  içərisində  bu  köçhaköçdən  razı 

halda  gülümsəyirlər.  Onların  ruhunun  dolaşdığı  o  məkandan, 

son  günümüzdə  də  biz  həmin  xanımlarımızı  yada  sala-sala, 

binadan xoş təəssüratlarla ayrıldıq. 

Ümnisə  xanım  mənə  tələbəlik  illərində  dərs  demişdi.  Mən 

onu təkcə müəllim kimi xatırlamıram, mənə həyat yolu göstərən 

əsl ana kimi yada salıram. Ömür yoluma işıq salan mayak kimi 

düşünürəm, taleyimə nur saçan varlıq olduğunu zənn edirəm. O 

başdan  -  başa  örnək  idi.  Səliqəli  geyimi  ilə  fərqlənirdi.  Zövqlü 

xanım  idi.  O  mühazirəyə  bir  xalat  geyərdi,  əməliyyata  başqa 

xalat.  Cərrahi  əməliyyata  girməzdən  bir  gün  öncə  bütün  fikri 

əməliyyat  edəcəyi  xəstənin  yanında  olardı.  Onunla  daha  yaxın 

ünsiyyət qurardı. Xəstəsini tanımaq üçün hər vəchlə çalışardı ki, 

onun  bütün  psixoloji  durumuna  bələd  olsun.  Əməliyyat  öncəsi 

heç  bir  işlə  məşğul    olmazdı,  elmi  işlərini  də  kənara  qoyardı, 

gecə yuxusuna önəm verərdi, bir sözlə, yaxşı istirahət edərdi. 

Ümnisə  xanım  əməliyyatlarda  çox  olurdu.  Onun  yanına  hər 

tərəfdən axın var idi. Moskvadan, Tbilisidən və digər  yerlərdən 

xəstələr  gəlirdi.  Ümnisə  xanım  qeyri  adi  qadın,  müqəddəs  peşə 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə