Əlavə`````````````````````````` Balıqdan hazırlanan xörəklərin iaşədə əhəmiyyəti


Tezdondurulmuş meyvə və giləmeyvələr-



Yüklə 108,13 Kb.
səhifə20/48
tarix18.04.2023
ölçüsü108,13 Kb.
#106102
1   ...   16   17   18   19   20   21   22   23   ...   48
İT-019iaşə-3 mühazirə təzə-1

Tezdondurulmuş meyvə və giləmeyvələr- iaşə muəssisələrinə şəkərsiz usulla dondurulmuş, şəkər siropunda dondurulmuş,giləmeyvələr isə şəkərlə dondurulmuş vəziyyətdə daxil olur.
Təzə meyvə və ya giləmeyvə şəkərlə. Meyvə və giləmeyvələr secilir, meyvə saplaqlarından təmizlənir və yuyulur. Meyvə və giləmeyvələr meyvə qabına yığılır, sufrəyə verilərkən uzərinə
şəkər və ya qənd tozu səpilir.
Tezdondurulmuş giləmeyvə siropla. Şəkərlə birlikdə dondurulmuş giləmeyvə bankası 10-15 dəq. muddətində isti suda saxlanılır, sonra bankalar silinir və qapağı acılır.
Giləmeyvə siropu qaynadılıb soyudulmuş su və uzum şərabə ilə qarışdırılır. Hazırlanmış bu qatışıq- sirop meyvə qabına qoyulmuş giləmeyvənin uzərinə tokulur.
Moruq və ya ciyələk qaymaqla. Secilib təmizlənmiş və yuyulmuş moruq və ya ciyələk meyvə qabına yığılır. Şəkər və ya qənd tozu nəlbəkidə, xama isə sudqabında sufrəyə verilir.
Alma və ya armud qozlu qaymaqla. Alma və ya armud yuyulur,toxum yuvacıqları cıxarılır, yarıya bolunub limon turşusu qatılmış suda tam bişirilir. Badam qərzəkdən və səth ortuyundən
təmizlənib qovrulur.
Xama calınır, qarışdırılmaqla qənd pudrası və reseptdə nəzərdə tutulan badamın yarısı xamaya qatılır.
Bişmiş alma və ya armud meyvə qabına yığılır, calınmış badamlı xama ilə tərtibə salınır, uzərinə qovrulmuş badam səpilir.Badm əvəzinə fındıqdan, qozdan, yerfındığından da istifadə edilə bilər.
Kompotlar- təzə, qurudulmuş, konservləşdirilmiş və dondurulmuş meyvə və giləmeyvələrdən həm muxtəlif uyğunluqda qarışdırılmaqla,həm də hər hansı birindən ayrıca olmaqla hazırlanır.
Kompot hazırlanması ucun nəzərdə tutulan konservləşdirilmiş meyvə və giləmeyvə bankaları qapağı acılmazdan əvvəl isti su ilə yaxşıca yuyulur.
Quru meyvələrdən kompot hazırlandıqda quru meyvə və giləmeyvələr secilir, kənar qatışıqlar kənarlaşdırılır, suyu bir necə dəfə dəyişdirilməklə isti su ilə yaxşı yuyulur.
Quru meyvə kompotlarının dadını yaxşılaşdırmaqdan otru onları realizə edilməzdən 10-12 saat əvvəl hazırlamaq daha məqsədə uyğundur. Cunki saxlanma zamanı ətirli və dad maddələri
(uzvi turşular, mineral duzlar, şəkərlər) meyvələrin tərkibindən həlimə kecir, meyvə və giləmeyvələr isə şəkər siropunu canına cəkir.
Lazımı turşuluq alınmadıqda kompota limon turşusu əlavə edilir.
Kompotlar hər paya 150-200 q olmaqla, 12-150C temperatura qədər soyudulmaqla sufrəyə verilir.

Yüklə 108,13 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə