Əlavə`````````````````````````` Balıqdan hazırlanan xörəklərin iaşədə əhəmiyyəti



Yüklə 108,13 Kb.
səhifə5/48
tarix18.04.2023
ölçüsü108,13 Kb.
#106102
1   2   3   4   5   6   7   8   9   ...   48
İT-019iaşə-3 mühazirə təzə-1

Xəmirdə balıq qızartması
Burada suf, durna balığı yaxud treska filesi tir şəklində doğranıb qabın icində bitki yağına salınır və buna limon duzu yaxud limon şirəsi, doyulmuş istiot, duz, narın doğranmış cəfəri
goyərtisi əlavə edilərək 15-25 dəqiqə saxlanır. Sonra balıq tikələri qabaqcadan hazırlanmış maye xəmirə salınıb cıxarılır, 5-7 dəqiqə 160-170°-li bol yağda qızardılır və ələkdən suzulub qurudulur.
Bu xorək sufrəyə verilən zaman paylıq buluda kağız salfet salınır, salfetin ustunə təpəcik formasında qızardılmış balıq tikələri duzulur, bunun yanına bir dilim limon qoyulur və xorək
ya bol yağda (fri) qızardılmış yaxud ciy cəfəri ilə bəzədilir. Ayrıca olaraq sous qabında xorəyin yanına tomat sousu yaxud kornişonlu mayonez sousu qoyulur.
Hər pay ucun burada 140 q suf yaxud 122 q nərə balığı, 0,5
q limon duzu, 4 q bitki yağı, 2 q cəfəri goyərtisi, 30 q un, . ədəd
yumurta, 30 q sud, 15 q yağ, 175 q hazır tomat sousu, 1/10
ədədlimon və 5 q cəfəri goyərtisi goturulur.


Yaşıl yağda balıq qızartması. Balıq yuxarıda qeyd etdiyimiz qayda ilə früterdə qızardılır.
Xörək süfrəyə veriləndə isidilmiş paylıq boşqaba qoyulur,üzərinə yaşıl yağ tikəsi, yanına limon dilimi, qızardılmış kartof qarniri qoyulur.
Bu xörəyin yanına sous qabında isti tomat sousu qoyulur.
Külləmə edilmiş balıq
Çiy, pörtlədilmiş və ya iki tərəfi qızardılmış balıq, kartofla,dənəvər qarabaşaq yarmasından hazırlanmış sıyıqla, sousla pörtlədilmiş kələmlə (xamalı, südlü və s.) külləmə edilməklə hazırlanır.
Balıq paylıq tavada hazırlanır və süfrəyə həmin qabda verilir.
Balıq bütöv və ya sumuksüz paylıq tikələrlə, sumüklü, dərili və ya dərisiz bişirilir. Emal olunmuş balıq yağlanmış və sous əlavə edilmiş tavaya qoyulur, üzərinə uyğun qarnir yığılır, yenidən üzərinə sous gəzdirilir, sürtgəcdən keçirilmiş pendir və ya suxarı səpilir, yağ çilənir və qızardıcı şkafda 250-2800C temperaturda səthində qırmızı təbəqə yaranana qədər qızardılır.
Süfrəyə verilərkən balığın yanına limon dilimi, qara zeytun və marinadlaşdırılmış meyvələr qoyulur.
Paylıq nərə, uzunburun, ağbalıq dərili onurğa sümüksüz bişirilir. Bu balıqları dərisiz də bişirmək olar, bu halda reseptdə nəzərdə tutulan norma dəyişdirilir.
Külləmə edilmiş xörəkdə itki xörəyin ümumi kütləsinə
hesablanmaqla 10 % təşkil edir.
Kütüm ləvəngi
Balıq butov şəkildə təmizlənir, icalatı cıxarılır və yuyulur. Yağda qızardılmış soğana doyulmuş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, icinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir
. Sufrəyə verildikdə eninə tərəfə tikələrə doğranır.
Hər pay ucun burada 250 q təzə kutum balığı, 50 q qoz ləpəsi, 30 q baş soğan, 10 q ərinmiş yağ,
25 q zoğal axtası, 50 q kişmiş, duz goturulur



Yüklə 108,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə