Əlavə`````````````````````````` Balıqdan hazırlanan xörəklərin iaşədə əhəmiyyəti


Mövzu-2 Su mənşəli qeyri balıq məhsullarından xörəklər



Yüklə 108,13 Kb.
səhifə7/48
tarix18.04.2023
ölçüsü108,13 Kb.
#106102
1   2   3   4   5   6   7   8   9   10   ...   48
İT-019iaşə-3 mühazirə təzə-1

Mövzu-2
Su mənşəli qeyri balıq məhsullarından xörəklər.

Xörək hazırlanmasında Azərbaycan mətbəxində elə də məmnunluqla istifadə edilməyən krab (yenkəc), dəniz darağı (qrebeşok), krevetki (xırda dəniz xərçəngi), kalmar, trepanq (əti yeyilən iynədərili dəniz heyvanı), “Okean” pastası, lanqust (dəniz xərçəngi) istifadə edilir. Dəniz məhsulları yalnız realizəsi tələb


olunduğu anda hazırlanmalı və bişirilməlidir.
Dəniz məhsulları bişirildikdə suya hər paya 0,01q qara dənəvər istiot, 0,01q dəfnə yarpağı əlavə edilir. Tərəvəz kökləri və duzun miqdarı reseptdə göstərildiyi miqdarda istifadə edilir.
Süfrəyə verilərkən dəniz məhsularının üzərinə hər paya 1-3q olmaqla xırdalanmış cəfəri, kərəviz və ya şüyüd göyü səpilir.
Bişmiş dəniz darağı (qrebeşok) soysla. Dondurulmuş dəniz darağının yumşaq əti (file) 18-200C temperaturda 1-1,5 saat müddətində dondan azad edilir.
Yumşaq ət tərəvəz kökləri, dənəvər istiot qatılmış duzlu qaynayan suda (1 kq. File üçün 2 l su və 60 q duz) 10-15 dəq.müddətində bişirilir. Bişirmənin uzun müddətli aparılması məhsulun keyfiyyətini pisləşdirir, onun kobud, möhkəm və quru
alınmasına səbəb olur.
Süfrəyə verilməzdən əvvəl bişmiş ət tikələrə doğranır,üzərinə həlim əlavə edilib qaynadılır.
Süfrəyə verilərkən yanına qarnir qoyulur, sous isə ayrı qabda süfrəyə verilir.
Qarnir kimi bişmiş kartof və ya kartof püresi, sous kimi isə tomatlı və ya xamalı sous istifadə edilir.
Təbii bişmiş krevet. Çiy və ya bişirilib dondurulmuş bölünməmiş (bütöv) kiçik krevetlərin donu otaq temperaturunda (18-200 C) 2 saat müddətində açılır. Bu zaman donu aşılmış krevetləri bloklara ayırmaq mümkün olur. Krevetlərin donunun tam açılması məsləhət görülmür, çünki onların bu halda başı qaralır və
xarici görünüşü pisləşir.
Hazırlanmış 2-3 kq krevet blokları dənəvər qara istiot, dəfnə yarpağı əlavə edilmiş qaynayan duzlu suya (1 kq. Krevetə 3 l su. 150 q duz) salınır və qarışdırılır. Çiy dondurulmuş krevet ikinci dəfə su qaynamağa başladığı andan hesablanmaqla 5 dəq.,bişirilib dondurulmuş krevet isə 3 dəq. müddətinddə bişirilir.

Yüklə 108,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə