Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə47/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   43   44   45   46   47   48   49   50   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Bentos orqanizmlərə dəniz dibində oturaq həyat keçirən və ya qısa məsafə üzrə dəniz dibində hərəkət edən orqanizmlər daxildir. Dəniz dibində yaşayan canlı orqanizmlərin və bitki­lərin əksəriyyəti bu qrupa aiddir. Bunlardan dəniz zanbağını, mərcanları (hərəkət etməyən), dəniz kirpisini, qastropada nümayəndələrini, dəniz ulduzlarını, qalxan balığını (hərəkət edənlər) göstərmək olar. Bu orqanizmlərin çoxu sahil zonalarına yaxın, Günəş işığının çox olduğu yerlərdə yaşayırlar. Həmin zonalarda dəniz bitkiləri (yosunlar) çox inkişaf edir. Bu otyeyən orqanizmlərin inkişafına səbəb olur. Su yosunlarının inkişafı suyun duruluğundan və işığın təsir dərinliyindən asılı olar dəyişir:
Plankton orqanizmlər açıq dənizdə dalğaların və cərəyan­ların hərəkətinə tabe olan sadə quruluşlu birhüceyrəli mikroor­qa­nizmlərdir. Bunlara misal foraminiferləri, şüalıları, diato­meyr­ləri və digər su yosunlarını göstərmək olar. Neft, yanar və bitumlu şistlərin əmələ gəlməsində iştirak edən üzvü aləmin əsas hissəsini plankton orqanizmlər təşkil edir.
Nekton orqanizmlər aktiv surətdə sərbəst həyat sürən dəniz orqanizmlərindən ibarətdir.
Məlumdur ki, dəniz suyunda bəzi sulfatlar məhlul halında mövcuddur. Eyni zamanda, suda yaşayan plankton, bentos və nekton orqanizmlərin bir sıra nümayəndələri, xüsusilə də anaerob bakteriyalar, onlara lazım olan oksigeni sulfatlardan çıxarır. Sulfatlar isə bərpa olunaraq sulfidlərə çevrilir və bu qayda ilə əmələ gəlmiş karbonatlar çökməyə başlayır.
Lillər daxilində bakteriyaların artıq dərəcədə yayılması üzvü maddələrin, xüsusilə karbon tərkibli birləşmələrin parça- lanmasına və bu qayda ilə mühitin kimyəvi tərkibinin dəyiş- məsinə böyük təsir göstərir:
Mühitin turşululuğundan və sərbəst oksigenin miqdarın­dan asılı olaraq əmələ gələn minerallarda dəyişir. Turşuluq çox olduqda, mühitdə dəmir oksidlər (Fе2О3 · nH2O), az olduqda qlaukonitli çöküntülər, neytral mühitdə sideritlər (FbСО3) və qələvi mühitdə dəmir sulfidlər əmələ gəlir.
Hövzədə duzluluq çox olduqda, suda məhlul şəklində olan Mg lildəki СаСО3-lə reaksiyaya girərək maqnezit əmələ gətirir və bu müəyyən qatılıq həddində diolomit duzunu yaradır.
Su, həyat üçün vacib olan bir maddədir. Hər bir adam 1 ildə 1 tona qədər su qəbul edir. İnsan susuz 8 sutkadan artıq yaşaya bilmir. Bitkilərin tərkibinin 90%-i sudan ibarətdir. Kənd təsərrüfatı içməli suyun əsas istehlakçısıdır. Su sənaye sahələri üçün lazım olan əsas vəsaitlərdən biridir. Gücü 300 min KW olan bir elektrik stansiyası bir ildə 300 mln ton su işlədir.
İçməli su planetdə mövcud olan suların 2,5%-ni təşkil edir. Dəniz sularının 85%-ində duzluluq 35 q/ℓ-ə qədərdir. İçməli sular planetdə qeyri-bərabər şəkildə paylanmışdır. Onun 72,2%-i buzlaqlarda, 22,4%-i yeraltı sularda, 0,35%-i atmosferdə, 5,05%-i göl və çaylardadır. İnsanların fəaliyyəti nəticəsində su hövzələri, çaylar qurudulur, kiçik çaylar yoxa çıxır, yeraltı suların səviyyələri aşağı düşür.
Tərkibindəki duzların miqdarına görə sular 3 qrupa bölünür: 1) içməli su (tərkibində lq/ℓ -dən az duz olur), 2) duzlaşmış (25 q/ℓ-ə qədər) və duzlu (25 q/ℓ-dən çox) su.
Okeanlarda duzun miqdarı 35 q/ℓ, Baltik dənizində 8-26 q/ℓ, Xəzər dənizində 11-13,5 q/ℓ, Qara dənizdə 17-22 q/ℓ təşkil ədir.
Sularda mineral duzların miqdarı daim artır. Bunun səbəbi, meşələrin qırılmasında, sahələrin şumlanmasında, örüş sahələrin artmasında və s-dir. Bu işlərin nəticəsində, su torpaq­da qalmayaraq onu nəmləndirmir, çaylar və dənizlərə yol taparaq oraya axır. Belə proseslərin qarşısını almaq üçün süni meşəsalmadan istifadə edirlər.
Süni sututarlar mürəkkəb bir ekoloji sistem hesab edilir. Bu tutumlarda, ardıcıl olaraq, hissəciklərin dəyişmə prosesi gedir. Müxtəlif hissəciklərin yaranması hövzədə qeyri müvazi­nət­lik yaradır. Bunun nəticəsində də, suda olan orqanizmlərin məhvi baş verir. Suda hissəciklərin tarazlığının pozulması ekosistemin məhvinə gətirib çıxara bilir. Ekosistemin öz ilk vəziyyətinə qayıtması özünü təmizləmə prosesi adlandırılır. Bu proseslərdən ən vaciblərinə aiddir:
– İri dispers hissəciklərin çökməsi və kolloidlərin koaqul­yasiyası;
– Üzvü hissəciklərin oksidləşməsi (minerallaşma);
– Mineral hissəciklərin oksidləşməsi;
– Turşuların neytrallaşdırılması;
– Ağır metalların duzlarının hidrolizi.
Su hövzələrinə axıdılan tullantı suları özünün tempera­turu, mineral tərkibi, oksigenin miqdarı, PH və zərərli hissəcik­lərin doyma dərəcələri ilə xarakterizə edilir. Su hövzələrinin özünütəmizləməsi hövzənin oksigen rejimindən asılıdır. Tullan­tı suları aşağıdakı göstəricilər ilə xarakterizə edilir:
Suyun bulanıqlığı. Bu mutnometr vasitəsilə təyin edilir. Müqayisə üçün, etalon maye kaolinin suda həll olmuş məhlulu götürülür və mq/ℓ -lə ölçülür;
Suyun rəngi. Bu dərəcə ilə ölçülür. Kobalt duzundan hazırlanmış məhsulun rəngi əsasında təyin edilir;
Quru çöküntülər. Tam buxarlandıqdan sonra yerdə qalan duz və digər bərk maddələrdən ibarətdir;
Suyun turşuluğu. PH sayı müəyyən edilir. Ph<7 olduqda mühit turşuludur;
Suyun codluğu. Tərkibdə olan Ca2+ və Mg2+ duzlarının miqdarından asılıdır. Codluq üç növdən ibarət olur. Birinci, ümumi codluq – tərkibdəki ionların sayından asılı olma­ya­raq, kalsium və maqnezium duzlarının miqdarından asılıdır. İkinci codluq – 1 saat qaynadıldıqdan sonra tər­kib­də qalan Cℓ - və SO2-4 - müəyyən edilir (bunlar ayrılmırlar). Üçüncü, codluq- müvəqqəti codluqdur ki, bu qaynadıldıqdan sonra aradan qaldırılır:



Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə