Elbəyi Cəlaloğlu
228
Topların barıtlı üfunətində,
Boğuldu binəva, o Alacadağ.
İstanbul çırpınır təhlükələrdə,
Dalıb Muxtar paşa düşüncələrə.
Bir neçə cəbhədə düşmən əlindən,
Ləkələr düşürdü tər qönçələrə.
Gərib sinəsini bu döyüşlərə,
Plevnə qalası məğrur dayanır.
Rumın orduları, rus alayları,
Onun qüdrətindən alışır, yanır.
Bu yanda bürüyür Alacadağı,
Tufan tək yeriyən düşmən ləşkəri.
Şücaət, rəşadət göstərdi burda,
Türkün neçə-neçə igid əsgəri.
Amma kəsilmirdi dalı ləşkərin,
Axıtsa da yerə al qanlarını.
Əhməd Muxtar paşa bəhrəsiz görüb,
Geriyə çağırdı qoşunlarını.
Ərzuruma tərəf çəkildi qoşun,
Paşa dalda qalıb heç tələsməyir.
Nə tüfəng səsinə dönüb baxırdı,
Nə top qulağında yel tək əsməyir.
228
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
229
Qoşunu qırdırmaq olmaz, – düşündü,
Düşmənin baş tutur, amma niyyəti.
Beynində zəlzələ-vəlvələ vardı,
Qəlbi götürmürdü məğlubiyyəti.
Dözmədi bu hala Kələninoğlu,
Paşanın yanıyla yeridi bir az.
Düşmən lap yaxında, onlar arxayın,
Vədə çəkisizdi, zaman nataraz.
– Paşam, bir hücuma müsaidə et,
Ruslara cəngimi göstərim, – dedi.
– Bu günkü savaşdan otlu, alalı,
Zəfər güllərini mən dərim, – dedi.
Başıyla razılıq verəndə paşa,
Kiçik bir dəstəylə hücuma keçdi.
Tüfənglə, qılıncla cövlan eyləyib,
Qoşundan bir qədər doğradı, biçdi.
Bu dəfə önəmli bir hədəf seçib,
Qoşun başçısını vurdu Hüseyn.
Geyib paltarını rus zabitinin,
Minib ağ atında durdu Hüseyn.
Ruslar öz zabiti sanmışdı onu,
Hünər göstərmişdi Kələninoğlu.
229
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
230
“Geriyə çəkilin!” əmrini verdi,
Arxaya çevrildi düşmənin yolu.
Cəbhədən bir xeyli uzaqlaşdılar,
Sönmüşdü meydnda sanki ocaqlar.
Musa peyğəmbər tək cığır açdılar,
Dəryanın içindən Qarapapaqlar.
Mehralı amansız işğalçılardan,
Heyfini çıxırdı torpağın, daşın.
Lap çaşıb qalmışdı rus əsgərləri,
İkiyə bölündü bir anda qoşun.
Mehralının adı qılıncdan iti,
Eşidib təşvişə düşürdü düşmən.
Qabaqkı əsgəri tapdalayırdı,
Qorxulu-qorxulu arxadan gələn...
230
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
231
II Ərzurum döyüşü, Mehralı bəyin
Dalaverli Mansurla son görüşü
“Tək əldən səs çıxmaz” deyib babalar,
Osmanlı təkləndi öz meydanında.
Barışmaz mövqeyi iki qardaşın,
Bir ovuc qurd oldu palıd canında.
Bəs nəydi səbəbi məğlubiyyətin?
İndi düşündürsün hikmət bizləri!
Dil tapa bilmədi iki qarındaş,
Onunçün dayandı yerə dizləri.
Biri Səfəviydi, biri Osmanlı,
Bir ata övladı bu iki qardaş.
Özünə edənə el eyləməzdi,
Yağmazdı göylərdən başlarına daş.
Qənim kəsildilər yüz illər boyu,
Bu onu laxlatdı, o bunu vurdu.
Onlar əlbəyaxa dayanan kimi,
Düşmən viran qoydu obanı, yurdu.
Kəsdilər, böldülər qardaş malı tək,
Düşməni mat qoyan Azərbaycanı.
231
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
232
Osmanlı boğuldu öz hikkəsində,
Qurtara bilmədi hiylədən canı.
Anlamdılar ki, bütün Avropa,
Türklərə yağıdı, İslama asi.
Biz öz canımızı cırmaqlayanda,
Fələk də hirsindən çevirdi tası.
Tanrı qəzəbinə gəlmişdi, sanki,
Sındı iki şirin çənəsi, əngi.
Ayılıb bir dəfə düşünmədilər,
Qardaş da qardaşla edərmi cəngi?!
Türkmən, qırğız, qazax, özbək, ya uyğur
Görən nə düşünüb həmin zamanda?
Bu böyük millətin qeyrət duyğusu
Niyə oyanmırdı damarda, qanda?
Qəlbini göynətdi Azərbaycanın,
“Türkmənçay”, “Gülüstan” adında yara.
Tarixi bir səhvin qüdrətinə bax,
Tapmırdı Osmanlı dərdinə çara.
Boğulur günbəgün bu döyüşdə də,
Sərhəd daraldıqca qaralır qanı.
Dəydikcə torpağa düşmən ayağı,
Odlanır ürəyi, sızlayır canı.
232
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
233
Plevnə qalası getdi əlindən,
İstanbul həyəcan siqnalı çaldı.
Qarsı, Ərdahanı alan düşmənlə,
Ərzurum qalası üz-üzə qaldı.
Toplar guruldadı məhşər günü tək,
Güllə yağışları yağdı meydana.
Torpağın uğrunda, vətən yolunda,
Qıymağı bacardı igidlər cana.
Qarışqa ocağı qurubdu düşmən,
Bilinmir alayın, qoşunun sayı.
Babil hədisi tək qarışıb dili,
Görünmür fələyin daşının sayı.
Bu yandan Mehralı girdi meydana,
Üzdü qan içində polad qılıncı.
Düşmən bir qədər də çəkildi geri,
Amma görünmədi bucağı, küncü.
Haqq üçün coşanda igidin qanı,
İlahi bir taqət hökm edir dizə.
Tufan tüğyan etdi damarlarında,
Mansurla gələndə burda göz-gözə.
Atın yüyənini çəkdi Mehralı,
Mansurla üz-üzə dayandı məğrur.
233
Dostları ilə paylaş: |