Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

Elbəyi Cəlaloğlu 
214 
 
 
Bitmədi günlərlə bu çarpışmalar, 
Tüstü bülənd oldu göyə, səmaya. 
 
Bir yandan Məhəmməd, bir yandan Musa
Bir yandan Mehralı kəsdi yanları. 
Aman vermədilər amansızlara, 
Tökdülər torpağa murdar qanları. 
 
Çəkildi qınına, çəkildi düşmən, 
Bu dəfə Ərzurum olundu azad. 
Kaş ki, haqq-ədalət bütün bəşərdə, 
Hər zaman beləcə tapaydı nicat. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
214 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
215 
 
 
 
 
 
Qəmərin öldürülməsi 
 
Alov püskürürdü toplar, tüfənglər, 
Qovrulurdu Gölə odlar içində. 
Mərd oğullarına ana vətənin
Basılmaq ar gəlir yadlar içində. 
 
Evlər dağıdılır, qazmalar yanır, 
Körpə də, qoca da atılır oda. 
İnsan dəyərini anlamayanın, 
Tək bircə adı var, “kafir”dir o da. 
 
Düşmənin qüvvəsi vəhşiliyində, 
Türkün qüdrətisə ərliyindədir. 
Düşmən düşmən olsa qaçmaz önündən, 
Mehralı meydanda nərliyindədir. 
 
Şığıdı meydana Qarapapaqlar, 
Haqqı tapdayanı Haqq özü kəsər. 
Qoşunun içinə çaxnaşma saldı, 
Doğradı Mehralı, tapdadı Qəmər. 
 
Kəsilmirdi dalı rus qoşununun, 
Alaylar gəlirdi alay dalınca. 
215 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
216 
 
 
Nar kimi bölündü kafir başları, 
Ərlər əl atanda polad qılınca. 
 
Hər yandan dövrəyə alındı düşmən, 
Mehralı atını sürdü mərkəzə. 
Vətən sevgisindən ilham alanlar, 
Qan hərislərinə verdilər cəza. 
 
Üstünə tuşlanan tüfəngi görüb, 
Mehralı quş kimi sıçradı birdən. 
O, ayaq üstündə yerə düşən tək
Əsgəri gülləylə saldı yəhərdən. 
 
Qəmər şahə qalxıb dayandı xeyli, 
Alnına dəymişdi namərd gülləsi. 
Aşmağa qoymurdu onu qüruru, 
Bax, bu da mərdliyin canlı qülləsi. 
 
Vahimə bürümüş rus ordusunun, 
Kəsildi kələyi bir an içində. 
Kişnəyib arxaya yıxıldı Qəmər, 
O, indi üzürdü al qan içində. 
 
Mehralı sürüyüb həmin əsgəri, 
Ayaqları altda atdı Qəmərin. 
Uşaqlıq dostunun qolları üstə, 
Bəxti birdəfəlik yatdı Qəmərin. 
216 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
217 
 
 
Mehralı bir nərə çəkdi yerindən, 
Dağları titrətdi alovlu səsi. 
O, bir at minmədən payi-piyada, 
Aldı intiqamı, aldı qisası. 
 
Düşmən kərəntiylə biçildi sanki, 
Yüz-yüz əsir verib qaçdılar çölə. 
Bu qanlı savaşda Qəmərin qanı – 
Canı bahasına alındı Gölə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
217 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
218 
 
 
 
Qarakötük 
 
Sarsıldı ölmündən dostu Qəmərin, 
Onu yandırırdı bu od, bu ocaq. 
Baxa bilməsə də qeyri atlara, 
Zaman yas zamanı deyildi ancaq. 
 
Kədərlə başbaşa qalıb Mehralı, 
Nə bir söz danışır, nə kəlmə kəsir. 
Duyub, düşündükcə hər an Qəməri
Dizləri titrəyir, qolları əsir. 
 
Sanki sağ qolunu itirmişdi o, 
Bir ömür yaşayıb Qəmər atıyla. 
Dilindən bayatı süzülüb gəldi, 
Vuruşdu zamanın neçə qatıyla: 
 
Viran qaldı sarayım, 
Göyə çıxdı harayım. 
Səni itirdim, Qəmər, 
Söndü Günəşim, Ayım. 
 
Qan içində boğuldun, 
Bir yenilməz “oğul”dun. 
Kafirin gülləsindən, 
Sən yenidən doğuldun. 
218 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
219 
 
 
Varıydımı sənə tay, 
Sən bir qoşun, bir alay. 
Sındı qolum, qanadım, 
Haray Qəmərim, haray. 
 
Daha dözəmmədi Kələninoğlu, 
Qolunu boynuna doladı onun. 
Bir azca dayanıb səssiz, səmirsiz, 
Dostuna çevirdi axırda yönün. 
 
Kələninoğlu:  Sənə yaraşmayır qəmli dayanmaq, 
                        Dur fərmanını ver, mən oddan keçim. 
                        Yüz ilxı dolanım diyarbadiyar, 
                        Nə cür istəyirsən, de bir at seçim. 
 
Mehralı bəy:  Mənə bir at gətir, Kələninoğlu, 
                        Nalından naxışlar düşsün bozqıra. 
                        Dağlar inildəsin kişnərtisindən, 
                        Savaş meydanında dəli cəng qura. 
 
Kələninoğlu: Bilirəm acıdır, unut qəhəri, 
                        Hardan alacaqsan daha Qəməri?! 
                        Gedək özün sına hər bir kəhəri
                        Bəlkə yüz ilxıdan edəsən seçim. 
 
Mehralı bəy: Nə yalda büdrəsin, nə də yamacda, 
                       Yarışa bilməsin onnan turac da, 
219 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
220 
 
 
                        Yıxılıb öləsi olsam bir ucda, 
                        Yanımda dost kimi dayınıb dura. 
 
Kələninoğlu: Sevgisə dünyada əsas məziyyət, 
                        İtgilər üstündə durur səadət. 
                        Gəl, qəmə qüssəyə eyləmə adət, 
                        Şad ol, bulağından doyunca içim. 
 
Mehralı bəy: Bilirəm, ölümsüz savaş var deyil, 
                       Qəmə baş endirən igid, ər deyil. 
                       Bir ilxı gətirsən bir Qəmər deyil, 
                       Bu qisas mənimlə gedəmməz gora. 
 
Çox uzun sürmədi bu hal, bu halət, 
Bütün igidləri böğsa da qəhər. 
Paşa da bir yanda durub düşünür
Varmı Mehralıya uyğun bir kəhər? 
 
Yüz at seçdi paşa özü ilxıdan, 
Mehralı bu yerdə bir səhnə qurdu. 
Üç kəhər almışdı gözü ilxıdan, 
Dağa dırmandırdı, şumluğa vurdu. 
 
Bir qüsur tapmışdı o hərəsində, 
Ya çaydan keçəndə, ya yal aşanda. 
Ya da bircə tükü ilişib qalıb, 
Hansı birininsə bir tin daşında. 
220 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə