Elbəyi CƏLALOĞLU
28
ti, girdə yanaqları, qara gözləri, gülər üzü, dalğavari saçları,
şax qaməti birdəfəlik onun yaddaşına həkk olunur. Bu za-
man Cəlaləddinin on altı yaşı hələ tamam olmamışdı. Atası
onu yanına çağırıb, – oğlum, “Dinin günəşi” ilə tanış ol! –
demişdi. Sonra da, – bu, Mürşidi-kamil, şair Şəms
Təbrizi-
dir, – deyə əlavə etmişdi. Cəlaləddin isə Mürşidi-kamilin
əlindən öpüb, boynuna sarılmışdı. Şəms
Təbrizi bu dəliqan-
lının biliyini yoxlamış və Sultan Vələdə onunla ciddi məş-
ğul olduğuna görə razılığını ifadə etmişdi. Sonra da üzünü
Cəlaləddinə tutan Mürşidi-kamil, – sən gələcəyin böyük ali-
misən, – demişdi. Və – unutma ki, elmin sonunda eşq, alim-
liyin sonunda aşiqlik durur, – deyə sözünə əlavə etmişdi.
Cəlaləddin Bəlxi Mürşidi-kamilin bu sözlərindən təsirlən-
miş və uzun müddət onun barəsində atasıyla söhbətlər et-
miş, müzakirələr aparmışdı. Bir sözlə, Şəms
Təbrizi onun
gənc qəlbini fəth etmişdi...
Cəlaləddin Bəlxi 1225-ci ildə Larəndənin tanınmış ziya-
lılarından olan Səmərqəndli Şeyx Şərafəddin Lələnin qızı
Gövhər Xatunla evləndi. Onun bu evlilikdən babasının öz
adını verdiyi Sultan Vələd və Əlaəddin Çələbi adlı iki oğlu
oldu. İllər sonra xanımı Gövhər Xatun dünyasını dəyişdi və
o, ikinci dəfə bir uşaqla dul qalmış Kərra Xatunla evləndi.
Bu qadından da onun Müzəffərəddin və Əmir Alim Çələbi
adlı iki oğlu, Məleykə Xatun adlı bir qızı oldu...
Həmin illərdə Anadolunun böyük
bir hissəsi Səlcuqlu
dövlətinin hökmranlığı altında idi. Konya isə bu dövlətin
baş şəhəri idi. 1038-ci ildə Səlcuqoğullarının qurduğu nə-
həng türk-müsəlman Səlcuqlu Sultanlığı 1157-ci
ildən kiçik
sultanlıqlara, bəyliklərə və əmirliklərə parçalanmağa başla-
sa da, Səlcuqlu irəligələnləri qurduğu yeni dövlətləri lazı-
mınca idarə edirdilər. Mərkəzi Konya olan Anadolu Səlcuq-
lu sultanlığı da bu dövlətlərdən biri idi. Söhbət açdığımız
dövrdə isə Anadolu Səlcuqluları öz tarixlərinin parlaq, yük-
səliş illərini yaşayırdılar. Dövlətin başında 1219-cu ildən
taxta çıxmış, zəmanəsinin görkəmli
sərkərdəsi və sənət, elm
hamisi I Əlaəddin Keyqubad dururdu. Onun təşəbbüsü ilə