Eşq dənizləri qovuşanda
25
uşaqlıqdan dünyagörüşünün formalaşmasına güclü təsir et-
mişdir. Beş yaşından alim və övliya atasından və böyük tə-
səvvüf alimi Sənaidən dərs almağa başlayan Cəlaləddin
Bəlxi, burada məşhur təsəvvüf alimi Fəridəddin Əttarın da
biliklərindən kifayət qədər faydalanmışdır. Lakin çox çək-
mədən, 1219-cu ildə onlar Həcc ziyarəti məqsədilə səfərə
çıxdılar. Bu zaman Cəlaləddinin 12 yaşı vardı. Sonuncu gö-
rüşlərində Fəridəddin Əttar atasının arxasınca gələn Cəla-
ləddinə diqqətlə baxaraq üzünü onlara tutmuş və – dənizin
arxasınca bir ümman gəlir, – demişdi. O, həmin görüşdə
“Əsrarnamə” adlı əsərini Cəlaləddinə hədiyyə etmiş və
üzünü dostu Bahaəddin Vələdə tutaraq, – sənin oğlun Allah
aşiqlərinin içərisində atəşlər yandıran bir çıraq olacaq, – de-
mişdi. Lakin sonralar 100 yaşlı bu böyük alimin moğollar tə-
rəfindən amansızcasına qılıncdan keçirilməsi Cəlaləddini
hədsiz dərəcədə sarsıdacaqdı...
Bahaəddin Vələdin dəstəsi Nişapurdan Həcc ziyarətinə
yola düşən zaman Moğollar Buxara və Səmərqəndi yandırıb
darmadağın edərək Bəlxdən 13-14 fərsəh məsafədə olan
Ceyhun çayının o biri tayına qədər gəlib çatmışdılar. Onlar
1220-ci ilin payızı Termizi yerlə yeksan etdikdən sonra qışı
burada keçirdib, 1221-ci ilin yazbaşında Bəlxin 36 fərsəh şi-
mal-şərqində yerləşən Vaxş qəsəbəsinə doğru hərəkət et-
mişdilər...
Sultan Bahaəddin Vələdin karvanı Bəlxdən 546 fərsəh
məsafədə yerləşən Bağdada çatanda onlar moğolların Bəlxi
darmadağın etdikləri xəbərini aldılar. Bu xəbərdən çox üzü-
lən Alimlər sultanı, Xarəzmşah Əlaəddin Məhəmmədi lə-
nətlədi və – Bəlxdə qalmış olsaydıq, bəlkə də sözümüzün
qüdrəti ilə nəyəsə nail olardıq, – deyərək fəryad etdi...
Çingiz xanın başçılığı altında olan moğol qoşunlarının
hücumu zamanı Bəlx şəhəri yerlə-yeksan edildi. Xarəzmşah
Əlaəddin Məhəmməd başqa çıxış yolu tapmadığından, şə-
rəfsizcəsinə qaçıb Xəzər dənizindəki adaların birinə sığındı
və ömrünü burada tənha olaraq başa vurdu. Böyük sufi şey-
xi Fəriddədin Əttar isə moğol işğalçılarına əsir düşdü. Mo-
Elbəyi CƏLALOĞLU
26
ğol əsgərlərinin başçısı əsirin böyük ilahiyyat alimi olduğu-
nu bildikdə, onu yüz gümüş sikkəyə satmaq qərarına gəldi.
Lakin dahi şeyx, – bu, mənim qiymətim deyil, – demişdi.
Sonra bir kasıb alıcı həmin əsiri bir tay saman qiymətinə al-
maq istəyəndə, Fəriddədin Əttar “Bax, bu mənim üçün la-
yiqli qiymətdir” söyləmişdi. Bundan qəzəblənən moğol əs-
gəri Şeyxi amansızcasına qılıncla doğramışdı...
Bağdaddaykən Sultan Bahaəddin Vələd, oğlu Cəlaləd-
dinlə birlikdə bu şəhərdə fəaliyyət göstərən məşhur “Niza-
miyyə” mədrəsəsinə də baş çəkdi. Burada bir çox elm və
din adamları ilə görüşüb fikir mübadiləsi apardı. Bundan
sonra isə Bahaəddin Vələd şəhərdəki digər “Əbu-n-Nəcib”
mədrəsəsinə yollandı və burada dövrün böyük alimlərin-
dən biri, sufi mürşidi Şeyx Şihabəddin Əbuhəfs Ömər Süh-
rəvərdi ilə görüşdü. Həmin vaxt həm də xəlifə ən-Nasir li-
Dinillahın vəkili və elçisi olan Şeyx Şihabəddin Sührəvərdi
qonağını xəlifənin məxsusi olaraq onun üçün tikdirdiyi sa-
raya dəvət etdi. Şeyx Sihabəddinin sarayı zəngin kitabxana,
hamam və onun ailəsi üçün salınmış böyük bağ da olan bir
məcmudan ibarət idi. O, sarayında yaradıcılıqla məşğul ol-
maqla yanaşı, həm də başına üləma və müridlərini toplaya-
raq müzakirələr aparar, söhbətlər edərdi. İndi isə Şeyx Şiha-
bəddin öz sarayında qonağı Bahaəddin Vələdlə üz-üzə
oturmuşdular. Onlar elm, təsəvvüf və din yönündə uzun
söhbətlər edir, mühakimələr yürüdürdülər. Cəlaləddin Bəl-
xi dahilərin söhbətini diqqətlə izləyirdi. O, böyük bir xəzinə
üstünə çıxıbmış kimi, bü günkü söhbətlərdən çox məmnun
idi. Yeniyetməlik yaşında olan Cəlaləddinin bu görkəmini
gözdən qaçırmayan Şeyx Şihabəddin söhbətin sonunda
üzünü ona tutaraq, gülümsəmiş halda belə bir sual verdi:
– Ey böyük alimin oğlu, azla çoxun fərqi nədir? – Cəla-
ləddin bu sualdan azca diksinən kimi oldu və tezcə də atası-
nın üzünə baxdı. Bu zaman Bahaəddin Vələdin də diqqəti
oğlunun nə cavab verəcəyində idi. Cəlaləddin özünü topar-
layıb sualı məntiqlə cavablandırmağa çalışdı və azca düşü-
nərək, – az çoxdur, çox da azdır, deyə cavab verdi. Şihabəd-
Eşq dənizləri qovuşanda
27
din Sührəvərdi razılıq əlaməti olaraq başını irəli-geri yırğa-
ladıqdan sonra, – fikirini bir az aydınlaşdıra bilərsənmi? –
deyə ona sualla müraciət etdi. Artıq Cəlaləddin suala cavab
verməyə hazır idi:
– Allahın verdiyi hər bir qum dənəsinə də qane olub
şükür etmək borcumuzdur, bu mənada az da çoxdur, lakin
uca Tanrını dərk etməmiz üçün nə qədər çox oxuyub bilik
alsaq, bu yenə də azdır, – Cəlaləddin Bəlxi belə dedi. Şeyx
Şihabəddin onun cavabından razı qaldı, onu tərif etdi və
sonra da üzünü Sultan Vələdə çevirərək, – bərəkallah, əgər
sənin 14 yaşlı oğlun bu gün belə düşünürsə, demək o, gələ-
cəyin böyük alimi və mütəfəkkiri olacaq, – dedi...
Bahaəddin Vələdin ailəsi bu səfər zamanı Bağdaddan çı-
xaraq, Kufədən keçib Kəbəyə yollandılar. Həcc fəzilətlərini
yerinə yetirdikdən sonra onlar Mədinə şəhərinə gedərək
Həzrəti Peyğəmbərin müqəddəs məzarını ziyarət etdilər.
Bundan sonra Alimlər sultanının karvanı Şama, oradan da
Malatyaya, Ərzincana, Sivasa, Qeysəriyyəyə, Niğdə və nə-
hayət, 1221-ci ilin payızında Larəndə şəhərinə gəldi. Şəhər
valisi Əmir Musa bir qrup ziyalı və məmurlarla Bahaəddin
Vələdi qarşıladı və sarayına dəvət etdi. Lakin heç bir yerdə
bir kimsəyə yük olmaqdan xoşlanmayan “Alimlər sultanı”
onun dəvətini qəbul etməyərək, özünə uyğun bir mədrəsə
göstərilməsini xahiş etdi. Əmir Musa illərdir adını eşitdiyi
bu şöhrətli qonağa mədrəsə tikilməsini əmr etdi. Beləliklə,
qısa zamanda mədrəsə hazır oldu, Bahaəddin Vələdin ailəsi
oraya yerləşdirildi və onlar yeddi il burada yaşadılar. Bu il-
lər ərzində ailənin yerləşdiyi ayrı-ayrı şəhərlərdə Cəlaləd-
din Bəlxi mükəmməl mədrəsə təhsilinə yiyələnmişdir.
Larəndəyə gəldikdən iki il sonra Cəlaləddinin anası Mö-
minə Xatun dünyasını dəyişdi və bu arzuolunmaz hadisə
ailə üzvlərini bir qədər sarsıtdı. Lakin Cəlaləddinin xatirələ-
rində ömür boyu silinməz iz salacaq möhtəşəm görüşlərin-
dən biri də həmin il – 1223-cü ildə olmuşdur. Belə ki, gün-
lərin bir günü atasının yanına gələn Cəlaləddin, onu qərib
bir qonaqla görür. Bu qonağın Ay kimi nurlu və yumru sifə-
Dostları ilə paylaş: |