Elbəyi CƏLALOĞLU
22
gözündən salmşdı. Həmin hadisədə böyük sufi şeyxi Məc-
dəddin Bağdadi də Xarəzmşahı yolundan döndərmək üçün,
ona anası Türkan xatunun vasitəsilə təsir etmək istəyirdi.
Bununla bağlı Şeyx Məcdəddin, Türkan xatunla tez-tez gö-
rüşürdü. İşlərin alınacağından ehtiyatlanan ruhanilər Şeyx
Məcdəddin Bağdadinin Türkan xatuna eşq elan etməsi ba-
rədə şaiə yaydılar. Bu səbəbdən Xarəzmşah Əlaəddin Mə-
həmməd, Məcdəddin Bağdadini suya atdırdı. Həmin hadi-
sədən ciddi təsirlənən və buna etiraz edən Bahaəddin Və-
ləd, Xarəzmşah Məhəmmədin dövrün tanınmış sufilərindən
biri, Kubravi təriqətinin yaradıcısı Nəcməddin Kubraya nif-
rət etməsinə görə də təəssüflənirdi. Nəcməddin Kubra həm
də Bahaəddin Vələdin mürşidi olmuşdur. Xarəzmşah
Əlaəddin Məhəmmədin Bağdada yürüş etdiyi zaman on-
minlərlə əsgərini güdaza verməsi isə onu xalqın gözündən
salmışdı. Beləliklə, Xarəzmşah Məhəmmədlə münasibətləri-
nin korlanmış bir dövründə Bahaəddin Vələdin minbərlər-
də alimləri kəskin tənqid və ittiham etməsi bu ocağı bir az
da alışdırdı. O dövr alimlərindən biri, Xarəzmşah Əlaəddin
Məhəmmədin ustadı olmuş Məhəmməd ibn Ömər Fəxrəd-
din (Fəxri) Razi, Bahaəddin Vələdin kəskin tənqidinin dö-
zülməz olduğunu görüb Xarəzmşahla onun arasını vurur.
Bununla da, Bahaəddin Vələdlə Fəxri Razi arasında baş ve-
rən qalmaqal Bahaəddin Vələdlə Xarəzmşah Məhəmmədin
arasında kəskin ədavətə səbəb olur. Aradan bir müddət keç-
miş 60 yaşlı Fəxrəddin Razinin Heratda Haqq dünyasına
qovuşduğu xəbərini alan Xarəzmşah Məhəmməd bir qədər
sarsılır. Lakin onun Bahaəddin Vələdlə arasında olan nifaq
səngimir, əksinə bir neçə il ərzində ən yüksək nöqtəyə çatır.
Bu zaman, Əlaəddin Məhəmməd Xarəzmşah, Sultan Vələdə
belə bir istehzalı ismarıc göndərir: “Şeyximiz əgər Bəlx ölkə-
sini qəbul edirsə, bu gündən padşahlıq, ölkə və ordu onun
olsun. Allah ona iki cür səltənət vermişdir. Birincisi dünya,
ikincisi isə axirət səltənətidir. Mənə də başqa bir ölkəyə ge-
dib yerləşmək üçün vaxt versin, çünki bir ölkədə iki sultan
olmaz. Əgər o, dünya səltənətini bizə verərsə, bizimçün bö-
Eşq dənizləri qovuşanda
23
yük lütf olar”...
Elçi ismarıcı oxuyarkən Bahaəddin Vələd xalça üzərin-
də, Buxaradan gətirilmiş narın qaragül dərisinin üstündə
bardaş qurub onu dinləyirdi. İndi isə ismarıcın oxunması
bitmişdi, elçi cavab gözləyirdi. Bahaəddin Vələd fikirli-fikir-
li səkkiz künclü mədrəsə hücrəsinin divarlarını gözdən ke-
çirtdi, sonra da sağ əlini açıb ehmalca burnunun altına
dayadı və həmin vəziyyətdə başını yavaşca qaldıraraq,
baxışlarını tavandan asılmış, səkkiz şamdanlı qəndildə
gəzdirdi. Az sonra başını aşağı saldı, yanına yığdığı kitab-
lardan bir neçəsini qaldırıb-saldı və qarşısında açıq vəziy-
yətdə olan kitabı rəhildən götürüb bağlayaraq, onu xalçanın
üzərinə qoydu. Bundan sonra qırmızı kətan parçaya bükül-
müş Quranı götürərək, üç dəfə öpüb alnına toxundurdu və
onu açıb qarşısındakı qoz ağacından düzəldilmiş həmin rə-
hilin üstünə qoydu. Bahaəddin Vələd gözünü Qurandan
çəkməyərək bir qədər dayandı, üzünə salavat çevirdi və nə-
hayət, yönünü elçiyə tutub, onu çox gözlətməyərək dedi:
– Sultanına salam de! Bu dünyada fani olan nə varsa –
ölkələr, əsgərlər, xəzinələr, taxt-tac padşahlara yaraşır, biz
elm adamı və dərvişik, bizə məmləkət və səltənət yaraşmaz.
Elə isə mən çıxıb gedirəm, lakin Sultan unutmasın ki, o, bəzi
üzdəniraq alimlərin səhv fikirlərinin, yanlış mülahi-
zələrinin qurbanına çevrilmiş, onların qərəzli məsləklərinə,
məkrli niyyətlərinə uymuşdur. Unutmasın ki, Moğol ordu-
sunun tüğyanı ona da çatacaq. Onun günahları üzündən
Xarəzmşahlar ölkəsi zəbt ediləcək, Bəlx əhalisi ölümün ağrı-
lı-acılı şərbətini dadacaq. Bu günahların cavabını isə Tanrı
qarşısında onun özü verəcək! – o, bu sözləri deyərkən Xarə-
zmşahlarla Moğolların arasında baş vermiş çəkişmələri nə-
zərdə tuturdu. Bu qarşıdurma bölgə siyasətinin qarmaqarı-
şıq bir vaxtında, qeyri-adi bir vəziyyətdə yaranmışdı. Belə
ki, Əlaəddin Məhəmmədin atası Əlaəddin Təkişin vaxtında
Xarəzmşahlar ölkəsinin hüdudları Şərqi Anadoludan Ma-
vürənnəhrə qədər genişlənmişdi. Qara Hitayı, Qərbi və Şər-
qi Qaraxanlıları da məğlub edib öz torpaqlarına qatmış
Elbəyi CƏLALOĞLU
24
Əlaəddin Məhəmmədin isə ən böyük arzusu Çini ələ keçir-
mək idi. Lakin bu, Moğolların Çini böyük söz sahibi etdiyi
vaxta düşüdüyündən və moğol təhlükəsi hiss edildiyindən
Xarəzmşah Əlaəddin Məhəmməd onlarla dil tapmaq məc-
buriyyətində qalmış və ticarət razılaşması imzalamışdır. Be-
lə bir şəraitdə Xarəzmşahlar hakimi İnalcık bahalı əşyalar və
qiymətli mallarla yüklənmiş və Çingiz xan tərəfindən
göndərilmiş moğol ticarət karvanını talatmış, karvan
üzvlərinin çoxunu qılıncdan keçirmiş, qalan tacirlərin isə
saqqalını yandıraraq, onları təhqir edilmiş vəziyyətdə geri
göndərmişdir. İnalcıkın düşünülməmiş atdığı bu addım
moğollarla əlaqələrin kəskin pozulması ilə nəticələnmişdir.
Belə ki, Çingiz xan həmin hadisədən xəbər tutan kimi,
günahkarın ona təhvil verilməsini istədi. Lakin onun israrlı
tələbi yerinə yetirilmədiyinə görə, Moğol qoşunu Sırdərya
sahilində yerləşən, Oğuzların ən önəmli şəhərlərindən biri
olan Otrar üzərinə hücuma keçərək əhalisini demək olar ki,
bütünlüklə qılıncdan keçirtdi və şəhərə od vuraraq yerlə
yeksan etdi. Beləliklə də, “Otrar faciəsi” adlanan bu hadisə
Moğol istilası üçün bir bəhanəyə çevrilmiş və Xarəzmşahlar
ölkəsi işğaldan yaxa qurtara bilməmişdir...
Bahaəddin Vələd sözünü dedikdən sonra Əlaəddin Mə-
həmməd Xarəzmşahın elçisini yola saldı...
Atası bütün bunları danışıb qurtarmışdı. Balaca Cəlaləd-
din fikirli-fikirli əynindəki fərəcəsinin əllərinin üstünə qə-
dər örtmüş uzun qollarını dartışdırırdı. İndi ona doğma Bəl-
xi tərk etmələrinin səbəbi tamamilə aydın oldu, eyni zaman-
da onun körpə qəlbində Xarəzmşah Məhəmmədə, Fəxri Ra-
ziyə və onların ətrafındakı ruhanilərə qarşı xoşagəlməz ov-
qat baş qaldırdı...
Nəhayət, onlar Nişapura çatdılar. Sultan Bahaəddin Və-
ləd burada tanınmış ilahiyyatçı alim Fəridəddin Əttar ilə
qarşılaşmış və onunla aralarında yaxın münasibət yaran-
mışdır. O zaman Cəlaləddin kiçik yaşlı olsa da, Fəridəddin
Əttarın diqqətini çəkmiş, ağlı, ədəb-ərkanı ilə onun rəğbəti-
ni qazanmışdır. Atasının moizələri Cəlaləddin Bəlxinin
Dostları ilə paylaş: |