Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə35/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Valent elektronları


2s22p2

3s23p2

4s24p2

5s25p2

6s26p2

Atom radiusu, nm

0,077

0,134

0,139

0,158

0,175

İonlaşma enerjisi, kC/mol

1088

787

763

709

716

Nisbi elektromənfiliyi

2,5

2,02

1,74

1,72

1,55

Sıxlığı, q/sm3

3,52(almaz)
2,2 (qrafit)

2,33 (kq)

5,32

7,3 (ağ)
5,85 (boz)

11,34

Aqreqat halı


bərk

bərk

bərk

bərk

bərk

Ərimə temperaturu, 0C


3750

1420

937




327

Qaynama temperaturu, 0C


-

3300

2850




1745

4.2. Karbon



Kəşfi. Karbon insanlara hələ çox qədim dövrlərdən məlumdur. Onu ilk dəfə kəşf edən məlum deyildir. Hətta onun allotropik şəkildəyişmələrindən hansının almazın və ya qrafitin əvvəl kəşf edildiyi məlum deyildir. Karbonu təmiz halda 1791-ci ildə G.Tenant kalsium-karbonata fosforla təsir etməklə almışdır. Rusca «uqlerod» termini 1824-cü ildə Solovyov tərəfindən təklif edilmişdir.
Karbon kimyəvi elementlərin dövri sistemində 2-ci dövrdə, IV qrupun əsas yarımqrupunda yerləşir. Karbrnun elektron formulu 1s22s22p2 kimidir. Onun xarici elektron təbəqəsinin qrafik elektron formulu aşağıdakı kimidir:
2p2 2p3
2s2 ↑ ↑ 2s1 ↑ ↑ ↑

normal hal həyəcanlanmış hal
Normal halda karbonun 2 tək elektronu olduğundan karbon bəzi birləşmələrində (CO) +2 oksidləşmə dərəcəsi göstərir. Həyəcanlanmış halda isə 2s2 orbitalından elektronun biri 2p orbitalda olan boş orbitala keçir və nəticədə onun 4 tək elektronu olur. Ona görə karbon birləşmələrində dördvalentli olur, oksidləşmə dərəcəsi isə +4 olur. Karbonun iki davamlı izotopu var: (98,9%) və (1,108%).
Təbiətdə tapılması. Karbona təbiətdə həm sərbəst halda, həm də birləşmələr şəklində rast gəlinir. Karbonun dörd allotropik şəkildəyişməsi vardır: almaz, qrafit, karbin və polikumulen.
Karbon yer qabığının çəki ilə 0,25%-ni, atom hesabı ilə 0,15%-ni təşkil edir. Karbonun canlı orqanizmdə rolu çox böyükdür. Karbonlu birləşmələr bitki və heyvan orqanizminin əsasını təşkil edir. O daş kömürün, boz kömürün, torfun, neftin təbii qazların, eləcə də karbonat minerallarının tərkibinə daxildir.
Karbonun əsas mineralları aşağıdakılardır:

  1. CaCO3 – (təbaşir, əhəngdaşı, mərmər);

  2. MgCO3 – maqnezit;

  3. CaCO3 MgCO3 – dolomit;

  4. FeCO3 – siderit;

  5. (CuOH)2CO3 malaxit.

Karbon həmçinin Ca(HCO3)2 və Mg(HCO3) şəklində təbii suların tərkibində olur.
Təbiətdə sərbət halda isə iki kristallik allotropik şəkildəyişmə - almaz və qrafit şəklində rast gəlir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə