Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə27/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Kimyəvi xassələri. İkinci dövrdə bordan karbona keçdikcə, atomların radiusu kiçilir, IV qrupda isə karbondan silisiuma keçdikcə atom radiusu böyüyür. Ona görə də bor və silisiumun atom radiusları yaxındır və bu səbəbdən də bor alüminiumdan kəskin fərqləndiyi halda, silisiuma çox oxşayır.
Bor başqa element atomları ilə 3 kovalent rabitə əmələ gətirir. Elementin xarakterindən asılı olaraq, bor həm də bir donor-akseptor rabitə əmələ gətirə bilər. Bu zaman bor özünün boş orbitalını rabitə üçün təqdim edərək, akseptor rolunu oynayır.
Bor üçün xarakterik oksidləşmə dərəcəsi +3 və ya -3-dür. Lakin karbonda olduğu kimi bor davamlı birləşmələrdə dördvalentlik də göstərir.
Adi şəraitdə bor inertdir, adi temperaturda bilavasitə yalnız flüorla birləşir.
Qızdırdıqda bor həm bəsit, həm də mürəkkəb maddələrlə qarşılıqlı təsirdə olur.
Borun bəsit maddələrlə qarşılıqlı təsiri. 1) Qızdırdıqda bor halogenlərlə BX3 (X=F, CI, Br, J) tərkibli halogenidləri alınır:
2B + 3F2 2BF3 2B + 3CI2 2BCI3
2B + 3Br2 2BBr3 2B + 3J2 2BJ3
BF3 və BCI3-ü aşağıdakı reaksiyalarla almaq daha sərfəlidir:
B2O3 + 3CaF2 + 3H2SO4 3CaSO4 + 2BF3 + 3H2O
B2O3 + 3C + 3CI2 2BCI3 + 3CO
BF3 – qaz, BCI3 və BBr3 –maye, BJ3 isə bərk maddədir. Bu birləşmələrin davamlılığı BF3 – BCI3 – BBr3 – BJ3 sırasında azalır. Borun halogenli birləşmələrinin turşu xassəsi, onların su ilə reaksiyasında müşahidə olunur. Bu zaman iki turşu alınır:
Bhal3 + 3H2O H3BO3 + 3Hhal (hal=F, CI, Br, J)
Borun digər halogenidlərindən fərqli olaraq BF3, F- ionu ilə davamlı BF4- kompleks ionu əmələ gətirir.
HF + BF3 HBF4
Flüorborat turşusu HBF4 ancaq məhlulda mövcuddur. Bu turşu çox qüvvətlidir. Onun çoxlu MeBF4 tipli duzları məlumdur.
Borun halogenli birləşmələri kimyəvi reaksiyalarda akseptor rolunu oynayır. Məsələn, BF3 su ilə BF3H2O tərkibli kristalhidrat əmələ gətirir:
F H F H

F — B + :O F — B  O


F H F H
Bor halogenlərlə BF4 və BCI4 birləşmələri də əmələ gətirir. BCI4 havada alovlanaraq B4CI4 və B8CI8 tərkibli digər birləşmələrə çevrilir.


2) Amorf bor 700°C-də havada qırmızı alovla yanır və borat anhidridinə B2O3-ə çevrilir.
2B + 3O2 B2O3
Bor oksidi həmçinin borat turşusunun qızdırılması zamanı alınır:

H3BO3 2HBO2 B2O3


Boranlar yandıqda da bor oksidi alınır:

B2H6 + 3O2 B2O3 + 3H2O


B2O3 müəyyən şəraitdə metal oksidləri ilə birləşərək, boratlar – SrBO2; LaBO2 əmələ gətirir.
Qaz halında B2O3 molekulu aşağıdakı quruluşa malikdir.


O
B B
O O
Şüşə halında B2O3 polimerdir, quruluşunda mərkəzdə B və təpələrində O atomları olan üçbucaq fraqmentləri yerləşir.
B2O3turşu anhidrididir, lakin o zəif amfoterlik xassəsinə də malikdir, belə ki, o, P2O5, SiO2 və CO2 kimi oksidlərlə reaksiyaya girir.
Borat oksidi rəngsiz, hiqroskopik, şüşəyə bənzər maddədir. 450°C-də əriyir, 2250°C-də qaynayır. B2O3 borat turşusunun anhidridi olduğu üçün suda həll olaraq borat turşusuna çevrilir:
B2O3 + H2O 2H3BO3

3) Boru kükürd ilə qızdırdıqda B2S3 alınır ki, o da B2O3 kimi qeyri-üzvi polimerdir:


2B + 3S B2S3
B2S3 – su ilə qarşılıqlı təsirdə olduqda tam hidrolizə uğrayır
B2S3(bərk) + 6H2O(maye) 2H3BO3(bərk) + 3H2S(qaz)
4) Boru karbonla 2500°C-yədək qızdırdıqda B4C karbidi alınır:
4B + C B4C
Bor karbidi B4C aşağıdakı reaksiya ilə almaq daha sərfəlidir:
7C + 2B2O3 6CO + B4C
B4C – yüksək bərkliyə malik, qara rəngli polimerdir, bərkliyinə görə yalnız almaz və BN-dən geri qalır. Eləcə də yüksək temperaturda bor fosforla BP tərkibli birləşmə əmələ gətirir. BP-qəhvəyi rəngli, kvarsdan bərk və yarımkeçirici xassəli kristall maddələr.
5) Borun nitridi aşağıdakı reaksiyalar üzrə alınır
2B + N2 2BN B2O3 + 2NH3 BN + 3H2O
2B + 2NH3 2BN + 3H2
Bor nitrid ağ rəngli toz halında polimer (BN)X maddədir. 3000°C-də əriyir, xassəcə qrafitə oxşayır, qrafit kimi turşulara (HF-dan başqa) və qələvilərə qarşı davamlıdır, hər ikisindən temperatura qarşı davamlı sürtkü yağları hazırlanır. Bu oxşarlığa görə bor-nitridə ağ qrafit də deyilir.
Bor nitridin kristal qəfəsi 62000 atm. təzyiq altında və 1350°C-də dəyişikliyə uğrayaraq almaza oxşar quruluşa çevrilir. Bor nitridin bu qayda ilə alınan kristal forması borazon adlanır. Borazon və almaz eyni bərkliyə malikdir, lakin borazon temperatur və zərbəyə qarşı daha davamlıdır. Almaz 700-800°C-də yandığı halda borazon 2000°C-də parçalanır. Borazonla almazın oxşarlığı B-N və
CC rabitələrində iştirak edən elektronların sayının eyni olması ilə izah edilir.
Borun azotla əmələ gətirdiyi birləşmələrdən biri də borazoldur. O, aşağıdakı reaksiyalar əsasında alınır:
3LiBH4 + 3NH4CI B3N3H6 + LiCI + 9H2
3B2H6 + 6NH3 2B3N3H6 + 12H2
Borazol 55°C-də qaynayan rəngsiz mayedir.
Quruluş və xassəcə benzola oxşadığı üçün ona qeyri-üzvi «benzol»da deyilir.

H

N

H—B B—H

H—N N—H
B

H


6) Borun hidrogenli birləşmələrinə boranlar deyilir. Onları almaq üçün boridlərə turşularla və ya bor xloridə litium-alüminium-hidridlə təsir edilir:
Mg3B2 + 6HCI 3MgCI2 + B2H6
4BCI3 + 3LiAlH4 2B2H6 + 3LiCI + 3AlCI3
Reaksiya nəticəsində B4H10, B4H14 və s. qaz halında boranlar alınır. Onları havasız şəraitdə fraksiyalı distillə edilməklə bir-birindən ayrılır. Boranları almaq üçün xammal olaraq diborandan da istifadə olunur. Bunun üçün onu havasız şəraitdə 200-250°C-yə qədər qızdırılmış borudan keçirdikdə B4H9, 115°C-də isə az davamlı B5H11 alınır. Boranlar pis iyli, zəhərli maddələrdir: yandırdıqda borat anhidridi, su ilə təsir etdikdə isə borat turşusu alınır.
B2H6 + 3O2 B2O3 + 3H2O
B2H6 + 6H2O 2H3BO3 + 6H2
Borun metallarla birləşmələrinə boridlər deyilir. Boridləri almaq üçün boru metalla əridirlər. MemBn boridlərdə borun oksidləşmə dərəcəsi (-3) olur:
3Mg + 2B Mg3B2
Boridlər valentlik cəhətdən normal tərkibli (Na3B, MnB, CrB) və qeyri-normal tərkibli (Mn2B, Mn4B, W2B, AlB2, AlB12) olur. Belə boridlərdə ion, kovalent və metal rabitələri təsir göstərir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə