Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə30/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Fiziki xassələri. Alüminium - gümüşü-ağ rəngli yüngül (=27 qsm3), asan əriyən metaldır (tər=660°C). Çox plastik olduğu üçün onu asanlıqla məftil və lövhə şəklinə salmaq olar, 600°C-də kövrəkləşir və onu toz halına salmaq olar. Alüminium elektrik keçiriciliyinə görə yalnız gümüş, mis və qızıldan geri qalır.
Kimyəvi xassələri. Alüminium aktiv metaldır. Metalların gərginlik sırasında ən aktiv metallardan (qələvi və qələvi-torpaq metallardan) sonra yerləşir. Alüminiumun belə aktiv olmasına baxmayaraq adi temperaturda qatı H2SO4 və HNO3, eləcə də hətta qaynama temperaturunda su ilə reaksiyaya daxil olmur.
Buna səbəb odur ki, alüminium havada oksidləşərək üzəri qoruyucu oksid pərdəsi ilə–(Al2O3)–ortülür ki, bu da alüminiumun sonrakı oksidləşməsindən qoruyur. Əgər alüminiumun səthi oksid təbəqəsindən təmizlənərsə, onda o su ilə şiddətli reaksiyaya girərək H2 ayırar. Alüminiumun səthini oksid pərdəsindən təmizləmək üçün onun səthi ya civə duzu ilə sürtülür, və ya o civə duzuna salınır, bu zaman Al – civədən aktiv olduğu üçün onu reduksiya edir:
2Al + HgCI2 3Hg + 2AlCI3
Ayrılan civə alüminiumu həll edir və onunla məhlul-amalqama əmələ gətirir və bu amalqama çox davamsız olduğundan səthdə çox qala bilmir və asanlıqla qopur və həmin səthdə Al su ilə çox şiddətli reaksiyaya girir.
2Al(amalqama) + 6H2O 2Al(OH)3 + 3H2
Üzərindəki oksid təbəqəsi təmizlənmiş Al adi şəraitdə sudan başqa O2, CI2, Br2 ilə qızdırdıqda isə digər qeyri-metallarla qarşılıqlı təsirdə olur.
4Al + 3O2 2Al2O3 2Al + 3CI2 2AlCI3
2Al + 3F2 2AlF3 2Al + 3S 2Al2S3
2Al + N2 2AlN 4Al + 3C Al4C3
Alüminiumun halogenidləri rəngsiz kristall maddələrdir. Halogenidlərindən flüorid və xlorid duzları aşağıdakı reaksiyalar əsasında alınır:
Al2O3 + 6HF 2AlF3 + 3H2O
Al2O3 + 3C + 3CI2 2AlCI3 + 3CO
AlN – ağ rəngli tozdur. Onu yüksək temperaturda aşağıdakı reaksiya ilə də almaq olar:
2Al + 2NH3 2AlN + 3H2
Al2S3 və Al4C3 –ə su ilə təsir etdikdə parçalanır:
Al4C3 + 12H2O 4Al(OH)3 + 3CH4
Al2S3 + 6H2O 2Al(OH)3 + 3H2S
Alüminium hidrogenlə bilavasiə reaksiyaya girmir, onun hidridi dolayı yolla alınır:
AlCI3 + 3LiH AlH3 + 3LiCI
Alüminium mürəkkəb maddələrlə də qarşılıqlı təsirdə olur.
1). Alüminum xlorid və duru sulfat turşusularından H2 çıxarır:
2Al + 6HCI 2AlCI3 + 3H2
2Al + 3H2SO4 Al2(SO4)3 + 3H2
duru
2). Duru nitrat turşusu soyuqda Al-u passivləşdirir, lakin qızdırdıqda diazot, monooksid (N2O), azot monooksid (NO), sərbəst azot (N2) və ya ammonyak (NH3) ayrılır:
Al + 4HNO3 (duru) Al(NO3)3 + NO + 2H2O
8Al + 30HNO3 (duru) 8Al(NO3)3 + 3N2O + 15H2O
10Al + 36HNO3 (duru) 10Al(NO3)3 + 3N2 + 18H2O
2Al + 27HNO3 (duru) 8Al(NO3)3 + 3NH3 + 9H2O
3). Qatı sulfat və nitrat turşuları adi temperaturda Al-u passivləşdirdiyi üçün onunla reaksiyaya daxil olmur: qızdırdıqda isə reaksiya gedir.
2Al + 6H2SO4 Al2(SO4)3 + 3SO2 + 6H2O
qatı
Al + 4HNO3 Al(NO3)3+NO+2H2O (ağzı bağlı qabda)
qatı
Al + 6HNO3 Al(NO3)3+3NO2+3H2O (ağzı açıq qabda)
qatı
4). Alüminium amfoter xassəli metal olduğundan NH4OH-dan başqa bütün qələvilərdə həll olur:

2Al + 2NaOH + 2H2O 2NaAlO2 + 3H2


2Al + 6NaOH + 6H2O 2Na3Al(OH)6 + 3H2
2Al + 2NaOH +10H2O 2NaAl(OH)4(H2O)2 + 3H2

5). Alüminium aktiv metal olduğu üçün o, bəzi metalları oksidlərindən reduksiya edir. Xırda toz şəkilli Al-la Fe3O4 (dəmir yanığı) 8:3 nisbətində qarışığı termit adlanır. Bu qarışıq yandıqda temperatur 3500°C-yə çatır:


8Al + 3Fe3O4 Al2O3 + 9Fe (territ qaynağı)

territ qarışığı


Bu reaksiyadan relsləri qaynaq edilməsində istifadə edilir:
Ca2O3 + 2Al Al2O3 + 2Cr
Metalların onların oksidlərindən alüminiumla reduksiya olunmasına alüminotermiya deyilir. Bu üsuldan sənayedə metalların alınmasında istifadə olunur.
6). Al-metalların gərginlik sırasında özündən sonra yerləşən metalları onların duzlarının məhlullarından sıxışdırıb çıxarır:
2Al + 3CuCI2 2AlCI3 + 3Cu
2Al + 3Fe(NO3)2 2Al(NO3)3 + 3Fe



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə