Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə32/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Alüminium hidroksid - Al(OH)3 - suda həll olmayan, ağ rəngli bərk maddədir. Suda həll olmadığı üçün dolayı yolla alınır.
AlCI3 + 3NaOH Al(OH)3 + 3NaCI
Kimyəvi xassələri.
1. Al(OH)3–ü qızdırdıqda suyunu itirərək Al2 O3–ə çevrilir.
2Al(OH)3 Al2O3 + H2O
2. Al(OH)3 amfoter olduğu üçün həm turşu və həm də qələvilərdə həll olur, ammonium hidroksiddə isə həll olmur.
Al(OH)3 + 3HCI AlCI3 + 3H2O
Al(OH)3 + 3NaOH Na3Al(OH)6
Susuz alüminatlar almaq üçün Al3O3 və ya Al(OH)3-ni qələvilərlə birlikdə közərdirlər. Reaksiya nəticəsində meta- və ortoalüminatlar alınır:
Al(OH)3 + NaOH NaAlO2 + 2H2O
Al(OH)3 + 3NaOH Na3AlO3 + 3H2O
Şəraitdən asılı olaraq Al(OH)3-ün qələvilərlə təsirindən müxtəlif reaksiya məhsulları alınır:
Al(OH)3 + NaOH NaH2AlO3 + H2O
Al(OH)3 + NaOH NaAl(OH)4
Al(OH)3 amfoter olduğundan suda məhlulda onun dissosisiyası aşağıdakı kimi göstərilir:
Al+3 + 3OH Al(OH)3 Al(OH)4(H2O)2 + H+
Al(OH)3 – zəif əsas və daha zəif turşu xassəlidir. Ona görə də alüminium duzları turşu artıq olduqda, alüminatlar isə qələvi artıq olduqda əmələ gəlir.
Bu birləşmələri su ilə durulaşdırdıqda çox güclü hidrolizə uğrayırlar:
NaOH + Al(OH)3 + 2H2O NaAl(OH)4(H2O)2
Al(OH)3 müxtəlif maddələri udmaq qabiliyyətinə malik olduğuna görə, ondan su təmizləmə işlərində istifadə olunur.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə