Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə33/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Al3+ ionunun təyini. Al3+ ionunu təyin etmək üçün alüminium duzları Al(OH)3–ə çevirir, kobalt (II) nitratın duru məhlulu ilə isladılaraq közərdilir. Bu zaman kobalt-alüminatın Co(AlO2)2 – mavi rəngi müşahidə olunur (Tener abısı).
2Al(OH)3 + Co(NO3)2 Co(AlO2)2 + 2HNO3 + 2H2O
Alüminium onun birləşmələrinin tətbiqi. Alüminium texnikada tətbiqinə görə metallar içərisində dəmirdən sonra ikinci yeri tutur. Alüminium və onun ərintiləri məişətdə işlədilən qab-qacaq hazırlanmasından tutmuş xalq təsərrüfatının demək olar ki, bütün sahələrində geniş tətbiq olunur. Sərbəst halda alüminiumdan elektrotexnikada, onun ərintiləri isə yüksək yüngüllüyü ilə və möhkəmliyi ilə fərqləndiyi üçün təyyarə və maşınqayırma sənayesində tətbiq olunur. Bu məqsədlə onun düralümin adlı ərintisindən istifadə olunur. Düralümin tərkibi 94% Al, 4% Cu, 1,5%Mg, 0,5% Mn-dan ibarətdir. Alüminiumun ərintisindən Yerin birinci süni peykinin hazırlanmasında istifadə olunmuşdur. Polad və çuqun məmulatları korroziyadan qorumaq üçün onların səthi Al tozu ilə doydurulur.
Yüksək temperaturda (1000°C) aparılan bu proses alitra etmək adlanır (alitrovaniye).
Eləcə də Al-dan pirometallurgiyada metal oksidlərini reduksiya etmək üçün istifadə olunur (alüminotermiya). Alüminium oksidlərindən geniş istifadə olunur. Belə ki, sapfir və rubindən daş-qaş kimi, rubindən həm də dəqiq mexanizmlərdə istifadə olunur.
Şəffaf və təmiz olmayan korunddan Al2O3 – sumbata kağızı və itiləyici daşlar hazırlanır.


4. IV QRUPUN ƏSAS YARIMQRUP ELEMENTLƏRİ
(IV A qrupu)


4.1. IV qrupun əsas yarımqrup elementlərinin ümumi
xarakteristikası


Kimyəvi elementlərin IV qrupunun əsas yarımqrupuna karbon (C), silisium (Si), germanium (Ge), qalay (Sn) və qurğuşun (Pb) elementləri daxildir. Bu elementlərin xarici elektron təbəqəsində 4 elektron yerləşir, elektron konfiqurasiyaları ns2np2-dir. Ona görə də, əsas yarımqrup elementləri kimi, onların ən yüksək oksidləşmə dərəcəsi (+4)-dir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə