Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə28/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Borun mürəkkəb maddələrlə qarşılıqlı təsiri. 1). Közərdilmiş bor üzərindən su buxarı keçirdikdə hidrogen ayrılır:
2B + H2O B2O3 + 3H2
2). Bora oksidləşdirici xassə daşımayan turşular təsir etmir. Qızdırdıqda qatı nitrat və sulfat turşuları onu borat turşusuna qədər oksidləşdirir:
B + HNO3 H3BO3 + 3NO2
2B + 3H2SO 4 \2H3BO3 + 3SO2
3). Bor qələvilərin qatı məhlullarında həll olur və nəticədə metaboratlar əmələ gəlir:
3B + 2KOH + 2H2O 2KBO2 + 3H2
Borat turşusu H3BO3. Ortoborat və ya borat turşusu – rəngsiz kristallik maddə olub, isti suda yaxşı həll olur. Çox zəif turşudur. Onu 100°C-yə qədər fasiləsiz qızdırdıqda tədricən suyunu itirərək metaborat turşusuna (HBO2), sonra tetraborat turşusuna (H2B4O7) və nəhayət bor anhidridinə (B2O3) çevrilir:
H3BO3 HBO2 H2B4O7 B2O3
H3BO3 HBO2 + H2O;
4HBO2 H2B4O7 + H2O;
H2B4O7 2B2O3 + H2O
Beləliklə, B2O3–yə meta, tetra və ortoborat turşuları uyğun gəlir. Bu turşulardan ən davamlısı ortoborat turşusudur. Əksinə onun duzları – ortoboratlar metaboratlar və tetraboratlara nisbətən davamsızdır. Borat turşusuna qələvilərlə təsir etdikdə tetraborat turşusunun duzları alınır:
4H3BO3 + 2NaOH Na2B4O7 + 7H2O
Qələvi artıq götürüldükdə metaboratlar alınır.
Na2B4O7 + 2NaOH 4NaBO2 + H2O
Tetraboratların və ya metaboratların məhlullarına turşularla təsir etdikdə ortoborat turşusu alınır:
Na2B4O7 + H2SO4 Na2SO4 + H2B4O7
Na2B4O7 + 5H2O+H2SO4 4H3BO3 + Na2SO4
və ya
Na2B4O7 + H2SO4 + 5H2O 4H3BO3 + Na2SO4
H3BO3 – laboratoriyada bu üsulla boraksdan Na2B4O7 alınır.
Borat turşularının duzlarından ən böyük praktiki əhəmiyyətə malik olan natrium tetraboratdır Na2B4O7 (boraks). Onun suda məhlulunu soyutduqda rəngsiz kristallik Na2B4O710H2O kristalhidratı ayrılır. Qızdırdıqda boraks suyunu itirir, sonra əriyərək şəffaf şüşəyəbənzər hala keçir. Boraksı metal oksidləri ilə birlikdə əritdikdə müxtəlif rəngli metaboratlar alınır:
Na2B4O7+CoO 2NaBO2+Co(BO2)2 Na2CO(BO2)4
göy
3Na2B4O7 + Cr2O3 Na6Cr2(BO2)12
yaşıl

Na2B4O7 + CuO 2NaBO2 + Cu(BO2)2


göy

Boraksın ərinmiş halda metal oksidlərini həll etmək qabiliyyətindən metalların birləşdirilməsində istifadə olunur. Birləşmə yerinə boraks tökülür. Qızdırılmış lehimləyici boraksa toxunduqda metal oksidləri boraksda həll olur və səthi təmizlənir, nəticədə lehim metal səthinə yaxşı yapışır. Bu reaksiyalardan analitik kimyada metalların vəsfi təyinində istifadə olunur. Boraksdan habelə yüksək keyfiyyətli şüşələr hazırlanmasında, odadavamlı boyaların alınmasında, sabun və sintetik yuyucu maddələrin istehsalında istifadə olunur.


Ortoborat turşusunun hətta aktiv metallarla duzlarının alın­mamasının səbəbi odur ki, alınan duzlar hidroliz edir.
Meta və tetra boratlar isə nisbətən zəif hidroliz etdikləri üçün davamlıdırlar.
Qızdırdıqda və sulfat turşusunun iştirakı ilə (katalizator kimi) borat turşusu metil spirti ilə parlaq yaşıl rənglə yanan metilborat efiri əmələ gətirir.
H3BO3 + 3CH3OH B(OCH3)3 + 3H2O
Bu reaksiyadan analitik kimyada borat turşusunun vəsfi təyinində istifadə olunur.
Tətbiqi. Bor ərintilərə, onların odadavamlılığını və bərkliyini artırmaq üçün əlavə edilir, eləcə də xüsusi növ polad istehsalında tətbiq olunur. Yüksək temperaturda poladın səthini toz halında borla doldurduqda, onun möhkəmliyi əhəmiyyətli dərəcədə artır. Misdə həll olan qazların udulması üçün ona az miqdar bor qatılır. Borun izotopu nüvə reaksiyalarının sürətini azaldır. Kristallik bordan yarımkeçirici kimi istifadə olunur.
Borun birləşmələrindən B2O3 – kimyəvi davamlı laboratoriya qablarının hazırlanması üçün tətbiq edilir.
Qrafitə oxşar bor nitridindən izolyator və bərk yüksək temperaturlu sürtkü yağı kimi, almaza oxşar BN isə qazıntı işlərində ifrat bərk material kimi geniş tətbiq olunur.
Borat turşusunun 1-2%-li suda məhlullarından tibbdə dezinfeksiyaedici kimi, boraks isə tibbdə zəif əsası maddə kimi tətbiq edilir.
Bor eləcə də bitki həyatında mühüm rol oynayır. O, bitkilərin normal inkişafını təmin etməklə yanaşı, onun məhsuldarlığını artırır və xəstəliklərə qarşı davamlı edir.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə