ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

İlyas bəy heyrətə düşmüş halda uzun-uzadı güldü: “Bəli, amma o azadlığını Ninoya verir” – dedi: 
Məmməd Heydər də sual verici baxışlarla başını qaldırıb dedi:  
– Evlənməyinin artıq vaxtıdır.  
Məmməd Heydər ailəvi idi. Arvadı çadra örtürdü. Onun adını nə mən bilirdim, nə də İlyas bəy. O, 
məni başdan ayağa diqqətlə süzdü, sonra alnını qırışdırıb dedi:  
– “İndi həyatın əslində nə demək olduğunu anlayacaqsan”.  
Bu sözlər Məmməd Heydərin dilində çox sadəlövhcəsinə  səslənirdi. Axı Məmməd Heydərlə onun 
çadralı arvadı həyat haqqında nə bilə bilərdilər?  
Hər ikisinin əllərini sıxıb kazarmanı tərk etdik.  
Evə qayıdıb divanda uzandım. Asiyalıların evləri daima sərin olur. Gecələr otaqlar bulaq suyu tək sərin 
olur. Gündüzlər isə evə girəndə elə bil ki, soyuq hamama girirsən.  
Birdən telefon zəng çaldı. Ninonun səsi gəldi: “İstidən, bir də riyaziyyatın əlindən ölürəm,  Əli xan. 
Gəl mənə kömək elə”.  
On dəqiqədən sonra artıq Nino incə  əllərini mənə uzadırdı. Onun qələm kimi incə barmaqları 
mürəkkəbəbulaşmışdı.  
Mən mürəkkəb ləkələrə bulaşmış bu barmaqları öpdüm.  
– Nino, atamla danışdım. O, razıdır.  
Nino titrək vəziyyətdə gülürdü. Utancaqlıqla evinə göz gəzdirdi. Onun yanaqları qızarmışdı. O, mənə 
yaxınlaşdı, mən onun iriləşmiş göz bəbəklərini görürdüm. Sonra pıçıldaya-pıçıldaya:  
– Əli xan, qorxuram, çox qorxuram. – dedi:  
– İmtahandan mı qorxursan, Nino?  
“Yox” deyib gözlərini dənizə tərəf zillədi. Sonra barmaqlarını saçlarının arasına salıb dedi:  
– Əli xan, bir qatar saatda on kilometr sürətlə “A” şəhərindən “B” şəhərinə gedir...”  
Ürəyim açıldı və sevincək olub onun riyaziyyat kitablarını vərəqləməyə başladım.  
 
XIII 
 
Sıx bir duman dəniz tərəfdən gəlib şəhəri bürüyürdü. Tinlərdə yanan fənərlər zəif işıq yayırdı. 
Hirsdən vurnuxan adam kimi sahil boyunca gəzməyə başladım. Duman elə sıx idi ki, insanların 
üzlərini belə görmək olmurdu. Qarşıma çıxan adamlar ya etinasız və yaxud daürkmüş kimi görünüb 
qeyb olurdular. Yola atılmış bir taxta tirinə ilişib, çömbəlmiş bir liman hambalının üstünə yıxıldım. 
Onun mənasız baxışları çox – çox uzaqlara zillənmişdi. Hambalın qalın dodaqları tərpənirdi. O, xaş – 
xaş çeynəyirdi və artıq dərin, nəşəli xəyallar içində idi. Yumruğumu onun kürəyinə  əndərib yoluma 
davam etdim. Limanın ətrafındakı binaların pəncərələrindən gələn işıqlar sayrışırdı. İşıqdan gözlərim 
qamaşdı. Birdən yerə atılmış şüşə parçalarına ayaqlarımı basdım. Onların cingiltisinin səsindən 
vahiməyə düşmüş bir adamın sifəti göründü. Dumanın içində bu kök adamın qarnı məni dəhşətə 
gətirdi. Mən yolumla gedərkən onun qarnına toxundum. Onun qarnı yumşaq və piyli idi. Birdən 
mehriban bir səs eşitdim: “Axşamınız xeyir, Əli xan”. Başımı qaldırıb baxdıqda Naçararyanı gördüm.O, 
gülə – gülə üzümə baxırdı. “ Lənət şeytana”, deyəqışqırıb yolumu davam etmək istədim. Lakin o, 
mənim qolumdan bərk – bərk tutub dedi: 
– Sizi pərişan görürəm, dostum. İstəyirsiniz qalın mənimlə”. 
Onun səsi şəfqətlə  səslənirdi. Birdən birə özümü çox yorğun hiss etdim. Məni soyuq tər basmışdı, 
artıq taqətim yox idi. Naçararyan: “gəl gedək Filiposyansın restoranına” dedi: - ”Olar” deyə başımla 
işarə etdim. Mənim üçün artıq heç bir fərqi yox idi. Naçararyan əlimdən tutub məni Baryatinsk 
küçəsindəki böyük bir restorana apardı. Restoranınyumşaq mebelləri var idi. Divarlarına da qırmızı 
ipək parçalar çəkilmişdi. 
Yumşaq kreslolarda oturduqdan sonra Naçararyan həmdərd bir adamın ədası ilə dedi: 


– Bu dəlilikdir, nədir Əli xan, Qafqaz dəliliyi. Bəlkə də bu bürküdəndir. Ya da bambaşqa bir şeydən 
əmələ gəlib? Sizin başınızı götürüb qaçmağa vadar edən başqa səbəblərmi var? İsti çayımı qurtum – 
qurtum içərək; Kipianigilə telefonla zəng edərək o gün onlardan görüş üçün icazə aldığımı, Ninonun 
ayaqlarının ucunda, qorxu içində evdən gizlincə çıxdığını, prinsesin əlini öpdüyümü, knyaz Kipianinin 
əlini sıxdığımı, kökü çox qədimlərə gedən nəslimizdən, habelə prinses Nino ilə evlənmək istədiyimi 
təmiz rus dilində necə başa saldığımı Naçararyana nəql etdim. 
“Çox yaxşı, bəs sonra necə oldu?”  
Bu əhvalatlar Naçararyanı həqiqətən çox maraqlandırmışdı.  
– Sonrası necə olub qulaq asın, deyim.  
– Mən knyaz Kipianinin hərəkətlərini yamsılayıb, onun rus dilində azacıq gürcü ləhcəsi ilə mənə necə 
müraciət etdiyini nəql etdim: “Əziz oğlum, möhtərəm  Əli xan. İnanın ki, mən qızım Nino üçün 
sizdən daha yaxşı bir adam təsəvvür də bilmirəm. Sizin xasiyyətinizdə olan bir adamla evlənmək hər 
bir qadın üçün xoşbəxtlikdir. Amma Ninonun yaşını nəzərə almaq lazımdır. Axı, o hələ  məktəbə 
gedir. Bu uşağın məhəbbət haqqında nə anlayışı ola bilər? Hər halda biz hindlilərin uşaq yaşlarında 
evlənmək adətini təkrarlamayacağıq. Bir də ki, hər ikiniz ayrı-ayrı dinlərə  mənsubsunuz və yetişmə 
tərzləriniz də biri-birinizdən çox fərqlidir. Bunu mən sizin yaxşılığınız üçün deyirəm. Atanızın da 
mənim kimi düşünməkdə olduğuna əminəm. Hər şeyi qoyaq bir yana, görmürsünüz nə  zəmanədir, 
dəhşətli müharibə  şəraitində yaşayırıq. Kim bilir sabah nə olacaq! Mən də qızım Ninonun 
xoşbəxtliyini istəyirəm. Bilirəm ki, o sizi sevir. Mən onun xoşbəxtliyinə mane olmaq istəmirəm. Amma 
bir şeyi demək istəyirəm: gəlin müharibənin qurtarmağını gözləyək. O vaxt ikiniz də daha böyümüş 
olacaqsınız. Əgər onda da bir-birinizi bu günkü qədər sevsəniz, səninlə bir daha görüşərik”.  
– Bəs indi nə fikirdəsiniz, Əli xan? – deyə Naçararyan soruşdu.  
– Mən Ninonu qaçırdıb İrana aparacağam. Bu rüsvayçılığa mən dözə bilmərəm. Sən işə bir bax, 
Şirvanşir nəslindən biri olan Əli xana yox cavabı verilsin? Bu hərəkətilə knyaz Kipiani görən nə 
fikirləşir? Mən özümü təhqir olunmuş hesab edirəm. Şirvanşirlər nəsli Kipianilər nəslindən daha çox 
qədimdir. Ağa Məhəmməd şah Qacar dövründə Şirvanşirlər bütün Gürcüstanı yerlə-yeksan etmişdilər. 
O vaxtlar olsa idi Kipianilər öz qızlarını böyük sevinclə Şirvanşirlərin oğullarına verərdilər. Sonra o, 
dini fərqlərdən danışdı: Bununla da Kipianinin nə demək istədiyini başa düşmədim. Məgər İslam dini 
xristian dinindən aşağı dindir? Bəs mənim şərəfim nə olacaq? İndi atam mənə istehza ilə gülüb 
deyəcək ki, bir işə bax ha, bir xristian öz qızını mənə verməkdən imtina edir! 
Biz müsəlmanlar dişləri tökülmüş canavarlarıq. Yüz il bundan qabaq olsaydı... 
Qəzəbimdən səsim kəsildi. Susdum. Əslinə qalsa, onsuz da həddindən artıq danışmışdım.  
Naçararyan da xristian idi. O da özünü təhqir olunmuş hesab etsəydi haqlı olardı. Amma özünü o yerə 
qoymadı.  
– Qəzəbinizi başa düşürəm, Əli xan, – deyə Naçararyan dilləndi. Lakin knyaz Kipiani sizə yox deməyib 
axı. Təbii ki, müharibənin sonuna kimi gözləmək,  əlbəttə gülüncdür. Kipiani sadəcə qızının artıq 
böyümüş olduğunu başa düşmək istəmir. Qızı qaçırtmağa cəhd göstərməyinə sözüm yoxdur. Qız 
qaçırtma köhnə, sınaqdan çıxmış yoldur, bizimadətlərimizə  də uyğundur. Amma bu son çıxış yolu 
deyildir. Gərək biri knyaz Kipianinin yanına gedib bu nikahınnecə deyim, mədəni və siyasi 
əhəmiyyətini ona izah etsin. Ondan sonra onun yola gələcəyinə əminəm.  
– Bəs bu işi kimə tapşırmaq olar?  
Elə bunu deyən kimi Naçararyan əlini sinəsinə vurub bərkdən bağırdı:  
– Necə yəni kimə, mənə! Arxayın olun, Əli xan, bu işi mənə etibar edin.  
Təəccüblə ona baxdım. Görəsən bu erməninin məqsədi nədir ki, omənim şəxsi işimə ikinci dəfədir ki, 
qarışır. Bəlkə türklərin Qafqaza doğruirəliləməkdə olduqlarını gördüyü üçün o, müsəlmanlarla yaxın 
əlaqə yaratmağa çalışırdı. Yoxsa, o doğrudan da Qafqaz xalqlarının ittifaqını qurmaq niyyətindədir? 
Kim bilir? Mənə heç bir fərqi yox idi. Hər halda o mənim müttəfiqim idi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə